Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 

4.5.3.  Hazırkı  Qaydalara  müvafiq  olaraq,  sığortalanmış  avtonəqliyyat  vasitəsi  yol-nəqliyyat 



hadisəsinə  uğradığı  halda  ona  dəymiş  zərərin  əvəzi  aşağıda  göstərilən  əlavə  azadolma 

məbləğləri tətbiq olunmaqla ödənilir: 

Sığortalanmış avtonəqliyyat vasitəsi sığorta hadisəsi baş verdiyi an  22 yaşı tamam olmamış 

şəxsin  istifadəsində  olarsa,  Sığorta  Səhadətnaməsində  və  ya  sığorta  müqaviləsinə  qəbul 

edilmiş  müvafiq  Əlavələrdə  göstərilən  azadolma  məbləğindən  əlavə  olaraq,  300  AZN 

məbləğindən  az  və  1,000  AZN  məbləğindən  çox  olmaması  şərti  ilə,  avtonəqliyyat  vasitəsi 

üzrə  sığorta  məbləğinin  2%-i  məbləğində  azadolma  tətbiq  edilir.  Lakin,  sığortalanmış 

avtonəqliyyat vasitəsi sığorta hadisəsi baş verdiyi an, yaşından asılı olmayaraq, 12 aydan az 

müddətində  sürücülük  vəsiqəsinə  sahib  olan  şəxsin  istifadəsində  olarsa,  Sığorta 

Səhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş müvafiq Əlavələrdə göstərilən 

azadolma məbləğindən əlavə olaraq, 300 AZN məbləğindən az və 1,000 AZN məbləğindən 

çox  olmaması  şərti  ilə,  avtonəqliyyat  vasitəsi  üzrə  sığorta  məbləğinin  3%-i  məbləğində 

azadolma tətbiq edilir.  

Hər  halda,  yuxarıda  göstərilən  əlavə  azadolma  məbləğlərindən  yalnız  biri,  daha  yüksəyi 

tətbiq olunur. 

Sığortalanmış  avtonəqliyyat  vasitəsi  yol  hərəkəti  haqqında  qanunvericiliyin  tələblərinə 

müvafiq  qaydada  durmuş,  dayanmış  (məcburi  dayanmadan  başqa)  və  ya  parklanmış 

vəziyyətdə olduğu halda baş vermiş  yol-nəqliyyat hadisələri üzrə yuxarıda göstərilən əlavə 

azadolma məbləğləri tətbiq olunmur. 

 

Qeyd 1: 

Hazırkı Qaydalara müvafiq olaraq «avtonəqliyyat vasitəsinin durması», «avtonəqliyyat 

vasitəsinin  dayanması»  və  «parklanma»  anlayışları  aşağıda  göstərilən  mənalarda  başa 

düşülməlidir: 



avtonəqliyyat  vasitəsinin  durması  —  əgər  avtonəqliyyat  vasitəsi  digər  yol  istifadəçisi 

və  ya  hər  hansı  maneə  ilə  toqquşmanın  qarşısını  almaq  və  ya  hərəkət  qaydalarının 

göstərişlərini  yerinə  yetirmək  səbəblərindən  başqa  digər  səbəblərə  görə  hərəkətsiz 

vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud 

yüklərin  yığılması  və  ya  boşaldılması  üçün  zəruri  olan  vaxtla  məhdudlaşmırsa, 

avtonəqliyyat vasitəsi durmuş hesab edilir; 



avtonəqliyyat  vasitəsinin  dayanması  —  adamların  minməsi  və  ya  düşməsi,  yaxud 

yüklərin  yığılması  və  ya  boşaldılması  üçün  zəruri  olan  vaxt  ərzində  avtonəqliyyat 

vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir; 

parklanma  —  avtonəqliyyat  vasitəsinin  onun  üçün  xüsusi  ayrılmış  müvafiq  qaydada 

işarələnmiş yerdə durmasıdır. 



 

Qeyd 2: 

Sığortalı əlavə sığorta haqqı ödəyərək əlavə azadolma məbləğlərinin tədbiq olmasından 

azad ola bilər.  

4.5.4.  Bir  neçə  sığorta  hadisəsinin  baş  verməsi  halında,  sığorta  müqaviləsində  başqa  hal  nəzərdə 

tutulmayıbsa, azadolma məbləği hər sığorta ödənişindən tutulur.  

 

4.6.



 

XÜSUSİ İSTİSNALAR: BÖLMƏ 4-ə AİD 

 

 



Hazırkı  bölmənin  şərtlərinə  müvafiq  olaraq  aşağıdakılar  üzrə  təminat  verilmir  və  ödəniş 

həyata keçirilmir: 




 

 

4.6.1.Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  bazar  dəyərinin  təmir  olunması  nəticəsində  aşağı 



düşməsi – dəyərin azalan hissəsində; 

4.6.2.Amortizasiya,  əmtəə  görünüşünün  itirilməsi,  brak,  sığortalanmış  avtonəqliyyat  vasitəsinin  və 

əlavə  quraşdırılmış  avadanlığın  tam  və  ya  ayrı-ayrı  hissələrinin,  detallarının,  qurğu  və 

mexanizmlərinin köhnəlməsi, korroziyaya məruz qalması. 

4.6.3.Yol-nəqliyyat  hadisəsi  nəticəsində  baş  vermiş  və  ya  yol-nəqliyyat  hadisəsinin  baş  verməsinə 

səbəb  olan  hallardan  başqa,  avtonəqliyyat  vasitəsinin  istismar  olunması,  o  cümlədən 

avtonəqliyyat  vasitəsinin  mexanizmlərinin,  qurğularının,  cihaz  və  aqreqatlarının  içinə  kənar 

əşyaların,  maddələrin  və  suyun  düşməsi  səbəbindən  avtonəqliyyat  vasitəsinin  hissə  və 

detallarının sınması, nasaz vəziyyətə düşməsi, sıradan çıxması; 

4.6.4.Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  digər  hissələrinə,  detallarına,  mexanizm  və 

qurğularına  zərər  dəymədikdə  sığortalanmış  avtonəqliyyat  vasitəsinin  təkərlərinin  (şin  və 

disklərinin) zədələnməsi; 

4.6.5.Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  sığorta  hadisəsinin  baş  verməsindən  əvvəl  mövcud 

olan  vəziyyətindən  daha  yaxşı  vəziyyətə  gətirilməsinə  və  ya  sığorta  hadisəsi  nəticəsində 

zədələnməmiş  hissə,  detal,  qurğu  və  aqreqatların  təmir  və  ya  digəri  ilə  əvəz  olunmasına 

çəkilmiş xərclər; 

4.6.6.Gövdəsinə  ziyan  dəymədən,  sığortalanmış  avtonəqliyyat  vasitəsinin  interyerinin  (salonunun) 

elementlərinə (detal və hissələrinə) hər hansı səbəbdən dəyən zərərlər (o cümlədən hər hansı 

şəxsin  ehtiyyatsız  rəftarı  və  diqqətsizliyi  və  ya  Sığortalının  işçisinin  (Faydalanan  şəxsin, 

avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququna  malik  olan  şəxsin)  qərəzli  hərəkətləri 

nəticəsində dəymiş zərərlər, həşəratlar və heyvanlar tərəfindən vurulan zərərlər); 

4.6.7.Sığortalanmış  avtonəqliyyat  vasitəsinə,  yük  və  avtobus  tipli  nəqliyyat  vasitələri  istisna 

olmaqla, onun yüklənilməsi, boşaldılması və ya onunla yüklərin daşınması nəticəsində dəymiş 

zərərlər.  Nəqliyyat  vasitəsinin  tipi  dedikdə,  Sığorta  Şəhadətnaməsinə  qəbul  edilmiş  müvafiq 

əlavədə göstərilən avtonəqliyyat vasitəsinin «ban növü» nəzərdə tutulur; 

4.6.8.Sığortalanmış avtonəqliyyat vasitəsinin Sığortalının (avtonəqliyyat vasitəsi sahibinin) razılığı 

və icazəsi ilə onun işçiləri və ya digər şəxs(lər) tərəfindən istifadə olunması, saxlanılması və 

ya təmir olunmasından sonra qaytarılmaması və ya talanması (qaçırılması); 

4.6.9.Dələduzluq,  yəni  etibardan  sui-istifadə  etmə  və  ya  aldatma  yolu  ilə  sığortalanmış 

avtonəqliyyat vasitəsinə əmlak hüquqlarını əldə etmə ilə əlaqədar baş vermiş zərərlər; 

4.6.10.Sığortalanmış  avtomaqnitofonun  çıxarılıb-taxılan  qabaq  paneli  avtonəqliyyat  vasitəsində 

baxımsız  qaldığı  halda  avtomaqnitofonun  və  ya  onun  qabaq  panelinin  zədələnməsi  və  ya 

oğurlanması; 

4.6.11.Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının oğurlanması; 

4.6.12.Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  açarları  baxımsız  qaldığı  halda,  o  cümlədən 

avtonəqliyyat  vasitəsinin  içində  baxımsız  qaldığı  halda,  sığortalanmış  avtonəqliyyat 

vasitəsinin oğurlanması və ya qaçırılması; 

4.6.13.Sığortalanmış  avtonəqliyyat  vasitəsinə  əlavə  quraşdırılmış  avadanlıqlar  və  ya  avtonəqliyyat 

vasitəsinin  hissələri  (detalları,  mexanizmləri,  qurğuları,  cihaz  və  aqreqatları,  təkərləri) 

avtonəqliyyat vasitəsinin üzərində olmadığı (ondan ayrılmış vəziyyətdə olduğu) zaman onların 

talan olunması; 

4.6.14.Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  ehtiyat  təkərlərinin  avtonəqliyyat  vasitəsinə  zərər 

dəymədən talan olunması; 



Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə