Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 

12 


6.1. 

SIĞORTA OBYEKTİ 

 

Avtonəqliyyat  vasitəsi  sahibinin  mülki  məsuliyyətinin  sığortası  bölməsinə  müvafiq  olaraq, 



sığorta obyekti sığortalanmış avtonəqliyyat vasitəsinin istifadə olunması nəticəsində üçüncü 

şəxslərin  və  sərnişinlərin  həyatına,  sağlamlığına  və  ya  əmlakına  dəyən  zərərin  əvəzinin 

ödənilməsi  ilə  bağlı  olan  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayan, 

əmlak mənafeləridir.  

 

6.2. 

SIĞORTA HADİSƏSİ 

 

6.2.1.  Hazırkı  bölmənin  şərtlərinə  müvafiq olaraq, sığortalanmış avtonəqliyyat vasitəsinin  istifadə 



olunması  nəticəsində  üçüncü  şəxslərin  və  sərnişinlərin  həyatına,  sağlamlığına  və  ya 

əmlakına dəyən zərərin əvəzinin ödənilməsi ilə bağlı həmin avtonəqliyyat vasitəsi sahibinin 

mülki qanunvericiliyə müvafiq olaraq məsuliyyətinin yaranması sığorta hadisəsidir.  

6.2.2.  Bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə şəxsə zərərin dəyməsi halı bir sığorta hadisəsi 

sayılır. 

6.2.3.  Hər  hansı  bir  hadisə  nəqliyyat  vasitəsi  sahiblərinin  mülki  məsuliyyətinin  icbari  sığortası 

müqaviləsi  ilə  təmin  olunmazsa,  həmin  hadisə  avtonəqliyyat  vasitəsi  sahibinin  mülki 

məsuliyyətinin könüllü sığortası bölməsi üzrə, baş vermiş hadisənin sığorta hadisəsi olması 

şərti ilə təmin edilir. 

 

6.3.



 

SIĞORTA MƏBLƏĞİ 

 

Avtonəqliyyat  vasitəsi  sahibinin  mülki  məsuliyyətinin  sığortası  üzrə  sığorta  məbləği 



tərəflərin  qarşılıqlı  razılığı  əsasında  müəyyən  edilir  və  Sığorta  Şəhadətnaməsinin  müvafiq 

Əlavəsində göstərilir. Sığorta Şəhadətnaməsində göstərilən sığorta məbləği Sığortaçının bir 

hadisə və sığorta müddəti ərzində baş vermiş bütün hadisələr üzrə məsuliyyətinin maksimal 

həddidir. 

 

6.4. 

ŞƏRTSİZ AZADOLMA 

 

6.4.1.  Sığorta  müqaviləsində  şərtsiz  azadolma,  yəni  sığorta  hadisəsi  baş  verdiyi  halda  Sığortaçı 



tərəfindən ödənilməyən Sığortalının xərclərinin bir hissəsi müəyyən edilə bilər.  

6.4.2.  Azadolma  Sığortalının  və  Sığortaçının  razılığı  əsasında  təyin  edilir,  bu  Sığorta 

Şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir. 

6.4.3.  Bir  neçə  sığorta  hadisəsinin  baş  verməsi  halında,  sığorta  müqaviləsində  başqa  hal  nəzərdə 

tutulmayıbsa, azadolma məbləği hər sığorta ödənişindən tutulur.  

 

6.5. 



BÖLMƏ 6-ya AİD XÜSUSİ İSTİSNALAR  

 

Hazırkı  bölmənin  şərtlərinə  müvafiq  olaraq  aşağıdakılar  üzrə  təminat  verilmir  və  ödəniş 



həyata keçirilmir: 

6.5.1.


 

Qarşısıalınmaz qüvvənin təsiri və ya təbii fəlakət nəticəsində dəymiş zərərlər; 

6.5.2.

 

Üçüncü şəxslərin və sərnişinlərin qərəzli hərəkətləri nəticəsində dəymiş zərərlər; 



6.5.3.

 

Üçüncü şəxslərin avtonəqliyyat vasitəsini qanunsuz ələ keçirərək istifadə etməsi nəticəsində 



dəymiş zərərlər; 


 

 

13 


6.5.4.

 

Sığortalının  işçilərinin  və  ya  avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququna  malik  olan 



şəxsin(lərin) həyatına, sağlamlığına dəymiş zərərlər; 

6.5.5.


 

Sığortalının əmlakına dəymiş zərərlər; 

6.5.6.

 

Sığorta  hadisəsi  baş  verdiyi  zaman  avtonəqliyyat  vasitəsində  olan  əmlaka  (yükə)  və 



heyvanlara dəymiş zərərlər; 

6.5.7.


 

Ətraf mühitin çirklənməsi ilə bağlı irəli sürülmüş iddialar; 

6.5.8.

 

Sığortalının işçiləri tərəfindən irəli sürülmüş iddialar; 



6.5.9.

 

Sığortalının (Faydalanan şəxsin, avtonəqliyyat vasitəsini  idarə etmək hüququna  malik olan 



şəxsin)  icarəyə,  kirayəyə,  lizinqə,  saxlamaya  və  ya  girov  götürdüyü  əmlakın  (əşyaların) 

məhv olması, itməsi və zədələnməsi; 

6.5.10.

 

Müqavilə  öhdəliklərinin  yerinə  yetirilməməsi  (lazımınca  yerinə  yetirilməməsi)  nəticəsində 



əmələ gəlmiş zərərlər; 

6.5.11.


 

Sığortalının (avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxsin) Azərbaycan 

Respublikasının  qüvvədə  olan  qanunvericiliyinə  əsasən  daşıdığı  məsuliyyətdən  əlavə,  hər 

hansı  fərdi  razılaşma  və  ya  müqavilə  ilə  öz  üzərinə  götürdüyü  məsuliyyətə  əsasən  əvəzini 

ödəməli olduğu zərərlər; 

6.5.12.


 

Sığorta  Şəhadətnaməsində  göstərilmiş  avtonəqliyyat  vasitəsinə  və  ya  həmin  avtonəqliyyat 

vasitəsi ilə yedəyə alınmış digər avtonəqliyyat vasitəsinə və ya qoşquya dəymiş zərərlər. 

 

7. 



BÜTÜN BÖLMƏLƏRƏ AİD ÜMUMİ İSTİSNALAR 

 

7.1. 


Bu Sığorta Qaydaları ilə aşağıdakılar üzrə təminat verilmir və ödəniş həyata keçirilmir: 

7.1.1


 

Sığorta təminatının əhatə ərazisindən kənarda baş verən hadisələr; 

7.1.2

 

Sığorta müddətindən əvvəl və sığorta müddəti bitdikdən sonra baş vermiş hadisələr; 



7.1.3

 

Sığorta  müqaviləsinin  qüvvədə  olma  müddətində  baş  vermiş,  lakin  səbəbi  müqavilənin 



qüvvəyə minmə tarixindən əvvəl yaranmış hadisələr; 

7.1.4


 

Sığortalının,  avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququna  malik  olan  hər  hansı  şəxsin, 

Faydalanan şəxsin və ya avtonəqliyyat vasitəsinin sərnişini olan şəxsin qərəzli hərəkətləri və 

ya adı çəkilən  şəxslərin cinayət törətməsi  və  ya törədilməsinə cəhd etməsi  nəticəsində baş 

vermiş hadisələr. 

7.1.5.


 

Mənəvi zərərin təmin olunması ilə bağlı irəli sürülmüş iddialar; 

7.1.6.

 

Dolayı itki, o cümlədən gəlir itkisi, zəhmət haqqının itirilməsi, cərimələr və hər hansı digər 



dolayı itki və zərərlər; 

7.1.7.


 

Valyuta mübadiləsi kursunun fərqi; 

7.1.8.

 

Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  onun  normativ-texniki  sənədlərində  göstərilən 



normadan  artıq,  idarə  olunmasına  və  ya  sürücünün  yolu  görməsinə  mane  ola  biləcək 

vəziyyətdə,  həcmdə,  çəkidə  yüklənilməsi  və  ya  sərnişin  daşıması  nəticəsində  baş  vermiş 

hadisələr; 

7.1.9.


 

Sığortalanmış  avtonəqliyyat vasitəsində olan əmlakın (yükün) zədələnməsi  nəticəsində  baş 

vermiş hadisələr; 

7.1.10.


 

Tezalışan və partlayıcı maddələrin və əşyaların avtonəqliyyat vasitəsinə yüklənilməsi, ondan 

boşaldılması  və  ya  onunla  daşınması  zaman  alışması  və  ya  partlaması,    Sığortalının  və  ya 

avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququna  malik  olan  şəxsin  yanğın  təhlükəsizliyi 

qaydalarına riayət etməməsi nəticəsində baş vermiş hadisələr; 



Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə