Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

 

 

18 


13.3.  Sığorta müqaviləsinə həm Sığortaçının, həm də Sığortalının 30 gün əvvəl qarşı tərəfə yazılı 

şəkildə  xəbərdarlıq  verməsi  yolu  ilə  vaxtından  əvvəl  xitam  verilə  bilər.  Yazılı  xəbərdarlıq 

tərəflərin müqavilədə göstərilən ünvanlarına göndərilməlidir. 

13.4.  Tərəflər müqaviləyə xitam verməkdən əvvəl müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini tam 

yerinə yetirməlidirlər. 

 

14. 

SIĞORTA  MÜQAVİLƏSİNƏ  VAXTINDAN  ƏVVƏL  XİTAM  VERİLDİKDƏ 

QAYTARILMALI OLAN SIĞORTA HAQQININ HESABLANMASI 

 

14.1.  Müqavilənin  Sığortaçının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  olunması  halında,  Sığortaçı 



Sığortalının  sığorta  haqqlarını  bütünlükdə  qaytarır;  əgər  bu  tələb  Sığortalının  sığorta 

qaydalarını  yerinə  yetirməməsi  ilə  bağlıdırsa,  Sığortaçı  çəkilmiş  xərclər  çıxılmaqla 

müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını qaytarır. 

14.2.  Müqavilənin  Sığortalının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  olunması  halında,  Sığortaçı 

çəkilmiş  xərclər  çıxılmaqla  müqavilənin  qurtarmamış  hissəsi  üçün  sığorta  haqqını  ona 

qaytarır;  əgər  bu  tələb  Sığortaçının  sığorta  qaydalarını  pozması  ilə  bağlıdırsa  o,  sığorta 

haqlarını Sığortalıya bütünlüklə qaytarır. 

14.3.    Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər  xitam  verilmə  anınadək 

sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına  bərabər və ya ondan çox miqdarda 

sığorta ödənişi verilmişdirsə, sığorta haqqı  sığortalıya qaytarılmır. 

14.4.   Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər  xitam  verilmə  anınadək 

sığortaçı  tərəfindən  sığortalıya  ödənilmiş  sığorta  haqqından    az  miqdarda  sığorta  ödənişi 

verilmişdirsə,  həmin  sığorta  haqqı  məbləği  ilə  sığorta  ödənişi  məbləği  arasındakı  fərq 

miqdarında sığorta haqqının  sığortalıya qaytarılması  müvafiq olaraq bu Qaydaların 14.1-ci 

və 14.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

 

15. 



SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏRİN QƏBUL EDİLMƏSİ 

 

Sığorta müqaviləsi şərtlərinin dəyişdirilməsi tərəflərin razılığı əsasında müqaviləyə Əlavənin 



qəbul  edilməsi  yolu  ilə  həyata  keçirilir.  Əlavələr  yazılı  şəkildə  tərtib  olunur  və  sığorta 

müqaviləsinin  ayrılmaz  tərkib  hissəsi  hesab  olunur.  Sığorta  müqaviləsinin  şərtləri 

dəyişdirildiyi  halda,  tərəflər  arasında  əldə  olunmuş  razılaşmadan  və  ya  müqaviləyə  edilən 

dəyişikliklərin  mahiyyətindən  digəri  irəli  gəlmirsə,  öhdəliklər  Əlavənin  imzalanması 

anından dəyişilmiş hesab olunurlar. 

 

D. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ VƏ MƏSULİYYƏTİ. ZƏRƏRİN MÜƏYYƏN  

EDİLMƏSİ VƏ SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI 

 

16. 

TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

 

16.1.  Sığortalının (Faydalanan şəxsin) vəzifələri: 

16.1.1. Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada sığorta haqqını ödəmək; 

16.1.2. Avtonəqliyyat vasitəsinə baxışın keçirilməsini təmin etmək; 

16.1.3. Müraciət  formasında  və  sığorta  müqaviləsinin  bağlanması  zamanı  sığorta  riskinin 

qiymətləndirilməsi  üçün  əhəmiyyətli  olan  bildiyi  bütün  məlumatları,  bu  sahədə  quvvədə 

olan  digər  sığorta    müqavilələri  və  sığorta  müddəti  ərzində  baş  vermiş  sığorta  riskinin 




 

 

19 


dərəcəsinə  təsir  göstərə  biləcək  hər  hansı  bir  dəyişikliklər  barədə  Sığortaçıya  məlumat 

vermək. Sığortalı Sığortaçıdan riskin dərəcəsinə təsir göstərə biləcək məlumatları gizlədibsə 

və  ya  Sığortaçının  riskin  sığortalanması  üzrə  qərarına  təsir  edə  biləcək  faktlar  üzrə  yanlış 

məlumat  veribsə,  belə  halda  həmin  müqavilə  etibarsız  hesab  edilir  və  iddia  üzrə  heç  bir 

ödəniş verilmir; 

16.1.4. Sığorta  hadisəsinin  baş  verməməsi,  sığorta  hadisəsi  baş  verdikdə  isə  sığortalanmış 

avtonəqliyyat  vasitəsinin  xilas  edilməsi  və  dəyə  biləcək  zərərin  azalması  üçün  bütün 

mümkün və məqsədəuyğun tədbirləri görmək. Sığorta hadisəsinin baş verməsinin qarşısının 

alınması,  avtonəqliyyat  vasitəsinin  xilas  edilməsi  və  dəyə  biləcək  zərərin  azalması  üzrə 

Sığortaçının verdiyi bütün tövsiyə və məsləhətlərini yerinə yetirmək; 

16.1.5. Sığorta hadisəsi  baş  verdikdə, hazırkı Qaydalarda göstərilən  müddət ərzində Sığortaçını  və 

hadisənin  mahiyyəti  bunu  tələb  edirsə,  müvafiq  səlahiyyətli  orqanları  baş  vermiş  hadisə 

haqqında məlumatlandırmaq; 

16.1.6. Zədələnmiş  avtonəqliyyat  vasitəsinin  və  əlavə  quraşdırılmış  avadanlığın  təmir  olunması 

qaydasını Sığortaçı ilə razılaşdırmaq; 

16.1.7. Sığorta  hadisəsi  nəticəsində  zədələnmiş  avtonəqliyyat  vasitəsi  təmir  olunduqdan  sonra 

baxışın keçirilməsi üçün onu Sığortaçıya təqdim  etmək. Sığortalı  hazırkı öhdəliyini  yerinə 

yetirmədikdə  və  ya  yetirməkdən  imtina  etdikdə  Sığortaçı  sonradan  baş  vermiş  hadisə(lər) 

üzrə məsuliyyət daşımır və heç bir ödəniş vermir; 

16.1.8. Talanmış  avtonəqliyyat  vasitəsi  və  ya  əlavə  quraşdırılmış  avadanlıq  tapılarsa  və  ya 

Sığortalıya onların olduğu yer məlum olarsa dərhal Sığortaçıya bu barədə məlumat vermək; 

16.1.9. Avtonəqliyyat  vasitəsinin  daxili  işlər  orqanlarından  qeydiyyatdan  çıxarılması  və  ya  digər 

şəxsin adına qeydə alınması, qeydiyyat nişanlarının və sənədlərinin dəyişdirilməsi haqqında 

üç təqvim günü ərzində Sığortaçıya məlumat vermək; 

16.1.10.Sığortalını  hazırkı  Qaydalara  və  ya  qanunvericiliyə  əsasən  sığorta  ödənişini  almaq 

hüququndan  məhrum  edən  səbəb  aşkar  olunarsa,  sığorta  müqaviləsinə  müvafiq  olaraq 

alınmış sığorta ödənişini (və ya onun müvafiq hissəsini) Sığortaçıya qaytarmaq;  

16.1.11.Talanmış  avtonəqliyyat  vasitəsi  və  ya  əlavə  quraşdırılmış  avadanlıq  tapılarsa  sığorta 

müqaviləsinə  müvafiq  olaraq  alınmış  sığorta  ödənişini  qaytarmaq  və  ya  tapılmış 

avtonəqliyyat vasitəsini və ya əlavə quraşdırılmış avadanlığı Sığortaçıya təhvil vermək;  

16.1.12.Faydalanan  şəxsi  və  avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququna  malik  olan  şəxsləri 

hazırkı Qaydaların və sığorta müqaviləsinin şərtləri ilə tanış etmək; 

16.1.13.Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək. 

Hazırkı  Qaydaların  16.1.2.-16.1.9.  bəndlərində  göstərilən  Sığortalının  (Faydalanan  şəxsin) 

vəzifələri  eyni  zamanda  avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququna  malik  olan  şəxslərə  də 

aiddir. 


16.2.  Sığortalının hüquqları: 

 

16.2.1. Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulan  qaydada  sığorta 

müqaviləsinə xitam vermək; 

16.2.2. Sığorta  müqaviləsini  (Sığorta  Səhadətnaməsini)  itirdiyi  halda  onun  yeni  nüsxəsini  

(dublikatını) almaq; 

16.2.3. Sığorta  hadisəsinin  qarşısının  alınması  və  dəyə  biləcək  zərərin  azalması  üçün  zəruri  olan 

məlumat və məsləhətləri Sığortaçıdan almaq; 



Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə