Hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası»nın təsdiq edilməsi haqqında azərbaycan respublikasinin naziRLƏr kabinetiNİn qərari «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə»



Yüklə 147,45 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü147,45 Kb.
#65222


«Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 

hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası»nın təsdiq edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI 



 

«Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına  əlavələr  və  dəyişikliklər 

edilməsi  barədə»  Azərbaycan  Respublikasının  2006-cı  il  20  oktyabr  tarixli  168-IIIQD  nömrəli 

Qanununun  tətbiq  edilməsi  haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  2007-ci  il  12 

mart  tarixli  547  nömrəli  Fərmanına  uyğun  olaraq,  ölkələrarası  övladlığa  götürmə  ilə  bağlı 

dövlət  orqanları  ilə  övladlığa  götürənlərə  hüquqi  yardım  göstərən  orqanlar  arasında  yaranan 

münasibətlərin,  habelə  bu  sahədə  fəaliyyət  göstərən  hüquqi  şəxslərin  fəaliyyətinin 

tənzimlənməsi  və  ölkələrarası  övladlığa  götürmə  sahəsində  dövlət  nəzarətinin  həyata 

keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:  

1. «Ölkələrarası övladlığa  götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 

hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası» təsdiq edilsin (əlavə olunur).  

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.  

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ  

Bakı şəhəri, 22 iyul 2008-ci il 

№ 166   

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 



2008-ci il 22 iyul tarixli 166 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR 

 

ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi 

yardım göstərən orqanların  

AKKREDİTASİYA QAYDASI 

 

1. ÜMUMİ MÜDDƏALAR 




 

1.1. Bu Qayda ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan 

şəxslərə  Azərbaycan  Respublikasında  daimi  yaşayan  uşağın  övladlığa  götürülməsi  sahəsində 

hüquqi yardım göstərən orqanların akkreditasiya qaydasını, övladlığa götürmə ilə bağlı həmin 

orqanların  hüquq  və  vəzifələrini,  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaqları 

övladlığa  götürən  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasında 

daimi yaşayan uşağın övladlığa götürülməsi sahəsində hüquqi yardımın göstərilməsi şərtlərini 

müəyyən  edir,  övladlığa  götürülmüş  uşaqların  həyatı  ilə  bağlı  Azərbaycan  Respublikasının 

dövlət  orqanlarının  məlumatlandırılması  qaydasını,  bu  sahədə  akkreditə  edilmiş  hüquqi 

şəxslərin fəaliyyətinə dövlət nəzarəti ilə bağlı məsələləri tənzimləyir.  

1.2.  Azərbaycan  Respublikasının  ərazisində  ölkələrarası  övladlığa  götürmə  ilə  bağlı 

əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  hüquqi  yardım  mərkəzi  orqanın  akkreditə  etdiyi 

orqanlar tərəfindən həyata keçirilə bilər.  

1.3.  Akkreditə  edilmiş  orqanın  fəaliyyəti  qeyri-kommersiya  xarakteri  daşıyır.  Akkreditə 

edilmiş  orqan  övladlığa  götürmə  ilə  bağlı  əsassız  maliyyə  qazancı  və  ya  hər  hansı  başqa 

mənfəət əldə edə bilməz. Akkreditə edilmiş orqana yalnız övladlığa götürmə ilə bağlı xərclər, o 

cümlədən  hüquqi  yardımın  göstərilməsi,  işçilərin  əməkhaqqı,  sənədlərin  tərtibatı,  övladlığa 

götürülmüş  uşaqların  həyatı  barədə  məlumatların  toplanılması  üçün  zəruri  olan  maliyyə 

vəsaitləri ödənilir. Akkreditə edilmiş orqanın övladlığa götürən şəxslərə göstərdiyi xidmətlərin 

dəyəri onlar arasında bağlanan müqavilə ilə müəyyən olunur.  

1.4. Akkreditasiya iki il müddətinə verilir.  

1.5.  Akkreditə  edilmiş  orqan  yalnız  mərkəzi  orqan  tərəfindən  ona  həvalə  edilmiş 

səlahiyyətlər  hüdudunda  fəaliyyət  göstərə  bilər.  Akkreditə  edilmiş  orqanın  tərkibinə, 

fəaliyyətinə və maliyyə durumuna nəzarət mərkəzi orqan tərəfindən həyata keçirilir.  

1.6.  «Ölkələrarası  övladlığa  götürmə  ilə  bağlı  uşaqların  müdafiəsi  və  əməkdaşlıq 

haqqında»  Haaqa  Konvensiyasının  (bundan  sonra  Haaqa  Konvensiyası)  iştirakçısı  olan  xarici 

dövlətin  mərkəzi  orqanı  tərəfindən  akkreditə  edilmiş  orqanlar  Azərbaycan  Respublikasının 

ərazisində yalnız o halda fəaliyyət göstərə bilər ki, Azərbaycan Respublikasının mərkəzi orqanı 

tərəfindən  onların  fəaliyyətinə  icazə  verilsin.  Mərkəzi  orqan  icazəni  akkreditasiya  üçün 

müəyyən edilmiş qaydada verir.  

1.7.  Akkreditə  edilmiş  orqan  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının 

Konstitusiyasını, Haaqa Konvensiyasını, ölkələrarası övladlığa götürmə sahəsində Azərbaycan 

Respublikasının  qanunvericiliyini,  bu  Qaydanı,  eləcə  də  Azərbaycan  Respublikasının  digər 

qanunvericilik aktlarını rəhbər tutur.  

 



2. ƏSAS ANLAYIŞLAR 

 

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:  



2.1.1. akkreditasiya - Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən 

əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardımın göstərilməsi üçün hüquqi 

şəxslərə icazənin verilməsidir;  

2.1.2. akkreditə edilmiş orqan - qanunvericiliklə müəyyən edilmiş qaydada mərkəzi orqan 

tərəfindən akkreditə edilmiş, ölkələrarası övladlığa götürmə sahəsində əcnəbilərə və 

vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən qeyri-kommersiya hüquqi şəxsdir;  

2.1.3. mərkəzi orqan - Haaqa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq 

mərkəzi orqan qismində təyin edilmiş orqandır (Azərbaycan Respublikası üçün - Azərbaycan 

Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi);  

 

2.1.4. övladlığa götürən şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların 



övladlığa götürülməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.  

 

3. AKKREDİTƏ EDİLMİŞ ORQANIN VƏZİFƏLƏRİ 

 

3.1. Akkreditə edilmiş orqanın vəzifələri aşağıdakılardır:  



3.1.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 

ölkələrarası övladlığa götürmə məsələləri ilə bağlı Azərbaycan Respublikasının vətəndaşı olan 

uşağı  övladlığa  götürmək  istəyən  əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxslərə  hüquqi  yardım  və 

digər xidmətləri göstərmək;  

3.1.2.  uşağı  övladlığa  götürmək  istəyən  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 

müraciəti  əsasında  onları  övladlığa  götürmə  prosesində  təmsil  etmək,  bununla  bağlı 

qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirmək;  

3.1.3.  övladlığa  götürmə  ilə  bağlı  təqdim  edilən  sənədlərin  müəyyən  olunmuş  qaydada 

tərtib edilməsini təmin etmək;  

3.1.4.  övladlığa  götürən  şəxslərin  daxili  qeydiyyatını  aparmaq,  onların  sənədlərinin 

saxlanılmasını təmin etmək;  



3.1.5. mərkəzi orqan tərəfindən müəyyən edilmiş məhdudiyyətlər çərçivəsində uşaqların 

övladlığa götürülməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək;  

3.1.6. övladlığa götürülmüş uşaqların gələcək həyatı barədə Azərbaycan Respublikasının 

mərkəzi  orqanını  öz  səlahiyyətləri  daxilində  məlumatlandırmaq,  mərkəzi  orqanın  müəyyən 

etdiyi  müddət  ərzində  onların  həyatına  nəzarət  edilməsini  təmin  etmək,  övladlığa  verilmiş 

uşağın sosial-psixoloji vəziyyəti, sağlamlıq durumu, inkişafı, təhsili, uşağı övladlığa götürmüş 

ailənin  maddi  və  psixoloji  vəziyyəti,  uşaqla  ailədə  davranış  və  uşağın  davranışı,  ailəyə 

uyğunlaşması və s. barədə məlumatları toplamaq və mərkəzi orqana təqdim etmək;  

3.1.7.  mərkəzi  orqanın  sorğusuna  əsasən  tələb  olunan  sənədləri  müəyyən  olunmuş 

müddətdə təqdim etmək;  

3.1.8. övladlığa götürən şəxslər barədə ətraflı məlumatları mərkəzi orqana təqdim etmək;  

3.1.9.  ölkələrarası  övladlığa  götürmə  üçün  qanunla  müəyyən  edilmiş  tələblərə  uyğun 

gəlməyən şəxslər barədə məlumatları mərkəzi orqana təqdim etmək;  

3.1.10.  ildə  iki  dəfə,  altı  aydan  bir  olmaqla,  öz  fəaliyyəti,  maliyyə  durumu  və  mərkəzi 

orqan  tərəfindən tələb  edilən digər  məsələlər  barədə  ətraflı  məlumatı  mərkəzi  orqana  təqdim 

etmək  (hesabatda  işçilərin  əməkhaqları,  fəaliyyət  dövründə  xərcləri,  gəlirləri  və  digər 

məlumatlar əks etdirilir);  

3.1.11.  özü  barədə  zəruri  məlumatları  (ünvanı,  əlaqə  üçün  məlumatları,  təsisçiləri,  işçi 

heyəti, strukturu, fəaliyyət dairəsi və s.) və xarici ölkədə nümayəndəliklərinin dəyişməsi və ya 

yenidən formalaşdırılması ilə əlaqədar məlumatları mərkəzi orqana təqdim etmək;  

3.1.12.  ölkələrarası  övladlığa  götürmə  ilə  bağlı  qarşılaşdığı  çətinliklər  və  fəaliyyətinə 

mənfi təsir edən hallar barədə mərkəzi orqana məlumat vermək;  

3.1.13. öz fəaliyyətinin şəffaflığını təmin etmək;  

3.1.14. akkreditə edilməsi üçün müraciət etdikdə, təqdim etdiyi məlumatlardan hər hansı 

birinin dəyişməsi barədə mərkəzi orqana məlumat vermək;  

3.1.15. uşağın övladlığa verilməsi ilə bağlı digər vəzifələri həyata keçirmək.  

3.2.  Akkreditə  edilmiş  orqan  öz  fəaliyyəti,  riayət  edilən  prosedur  qaydaları,  övladlığa 

götürmə ilə bağlı həyata keçirilən xidmətlər və onların dəyəri barədə mütəmadi olaraq mərkəzi 

orqanı  məlumatlandırmalıdır.  Akkreditə  edilmiş  orqan  aşağıda  göstərilən  qaydada  müvafiq 

məlumatları Azərbaycan Respublikasının mərkəzi orqanına təqdim edir:  




3.2.1.  övladlığa  götürülmüş  uşaqların  ölümü,  onlarla  qəddar  rəftar,  uşaqların  övladlığa 

götürənin ailəsinə adaptasiya olunmaması, övladlığa götürmədən imtina və ya uşaqların başqa 

ailəyə yenidən verilməsi ilə əlaqədar təcili məlumatlar - 24 saat müddətində;  

3.2.2. övladlığa götürməyə namizədlərin həyat şəraiti, övladlığa götürülmüş uşağın həyat 

şəraiti üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı hesabatlar və məlumatlar - bu Qaydanın 

11-ci bölməsində müəyyən olunmuş müddətdə;  

3.2.3.  özünün  fəaliyyəti  və  ya  öhdəlikləri  ilə  bağlı  tələb  olunan  digər  məlumatları  - 

mərkəzi orqanın sorğusuna əsasən.  

 

4. AKKREDİTƏ EDİLMİŞ ORQAN TƏRƏFİNDƏN GÖSTƏRİLƏN XİDMƏTLƏR 

 

4.1.  Akkreditə  edilmiş  orqan  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  ölkələrarası 



övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərir.  

4.2. Akkreditə edilmiş orqan tərəfindən ölkələrarası övladlığa götürməklə əlaqədar əlavə 

xidmətlər  də  təklif  edilə  bilər.  Akkreditə  edilmiş  orqan  ölkələrarası  övladlığa  götürmə  ilə 

əlaqədar  bu  Qaydada  nəzərdə  tutulmamış  digər  xidmətlərin  göstərilməsi  üçün  mərkəzi 

orqanın razılığını almalıdır.  

4.3. Hüquqi yardım aşağıdakıları əhatə edir:  

4.3.1.  Azərbaycan  Respublikası  vətəndaşı  olan  uşağı  övladlığa  götürən  əcnəbilərin  və 

vətəndaşlığı olmayan şəxslərin övladlığa götürmənin ölkədaxili və beynəlxalq hüquq qaydaları 

barədə məlumatlandırılması;  

4.3.2. övladlığa götürən şəxslərin hüquq və vəzifələri barədə məlumatlandırılması;  

4.3.3. övladlığa götürmə ilə bağlı sənədlərin toplanması və tərtib edilməsi;  

4.3.4. toplanmış sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etdirilməsi;  

4.3.5.  övladlığa  götürmək  istəyən  şəxslərin  adından  məhkəməyə  müraciət  edilməsi  və 

məhkəmədə təmsilçiliyin həyata keçirilməsi;  

4.3.6. övladlığa götürən şəxslərin ailə vəziyyəti, əmlak vəziyyəti, ailədaxili durum, ailədə 

münasibətlər,  övladlığa  götürənlərin  tibbi  müayinəsi,  məsuliyyətə  cəlb  edilib-edilməməsi 

barədə  və  tələb  olunan  digər  məlumatların  mərkəzi  orqan  tərəfindən  müəyyən  edilən  xüsusi 

anket formasına uyğun olaraq hazırlanması;  

4.3.7. övladlığa götürmək istəyən şəxslərin sənədlərinin mərkəzi orqana təqdim edilməsi;  



4.3.8.  övladlığa  verilən  uşaq  barədə  məlumatların  toplanılması  və  övladlığa  götürmək 

istəyən şəxslərə təqdim edilməsi;  

4.3.9.  övladlığa  götürmək  istəyən  şəxslərə  ölkəyə  gəlmək  üçün  tələb  olunan  sənədlərin 

hazırlanmasında  və  onların  Azərbaycan  Respublikasına  gəlişi  və  gedişi  ilə  bağlı  məsələlərdə 

köməklik göstərilməsi;  

4.3.10. digər dövlətlərin akkreditə edilmiş orqanları ilə əməkdaşlıq.  

 

5. AKKREDİTƏ EDİLMƏK ÜÇÜN MÜRACİƏT ETMİŞ HÜQUQİ ŞƏXSƏ DAİR 

TƏLƏBLƏR 

 

5.1. Akkreditə edilməsi üçün müraciət etmiş orqan qeyri-kommersiya hüquqi şəxs olmalı 



və onun fəaliyyəti qeyri-kommersiya xarakteri daşımalıdır.  

5.2. Akkreditə edilməsi üçün müraciət etmiş orqana dair aşağıdakı tələblər irəli sürülür:  

5.2.1. fəaliyyətini müəyyən edən təsis sənədləri olmalıdır;  

5.2.2.  fəaliyyəti  Haaqa  Konvensiyası  və  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

ziddiyyət təşkil etməməlidir;  

5.2.3.  etik  standartlara  uyğun  təlimatlandırılmış  və  ölkələrarası  övladlığa  götürmə 

sahəsində iş təcrübəsinə malik olan şəxslər tərəfindən idarə olunmalıdır;  

5.2.4.  müraciət  etmiş  orqanın  işçi  heyəti  akkreditə  orqanının  vəzifələrinin  yerinə 

yetirilməsi  üçün  kifayət  qədər  peşəkar,  ölkələrarası  övladlığa  götürmə  barədə  zəruri  biliklərə 

və bu sahədə təcrübəyə malik olmalıdır;  

5.2.5.  ölkələrarası  övladlığa  götürmənin  bütün  mərhələlərinin  (hüquqi  yardımın 

göstərilməsi, övladlığa verildikdən sonra uşağın həyatı barədə məlumatların toplanması və s.) 

təmin edilməsi üçün zəruri imkanlara malik olmalıdır;  

5.2.6. fəaliyyəti üçün kifayət edən maliyyə vəsaiti olmalıdır.  

5.3.  Mərkəzi  orqan  akkreditə  edilmək  üçün  Azərbaycan  Respublikasının 

qanunvericiliyini və Haaqa Konvensiyasını əsas götürməklə, əlavə tələblər müəyyən edə bilər.  

 

6. XARİCİ DÖVLƏTDƏ AKKREDİTƏ EDİLMİŞ ORQANA DAİR ƏLAVƏ TƏLƏBLƏR 



6.1.  Azərbaycan  Respublikasının  ərazisində  yalnız  Haaqa  Konvensiyasının  iştirakçısı 

olan dövlətlərdə həmin dövlətin mərkəzi orqanı tərəfindən müvafiq qaydada akkreditə edilmiş 

hüquqi şəxslər akkreditə orqanı qismində fəaliyyət göstərə bilərlər.  

6.2.  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərmək  üçün  icazə  öz  ölkəsinin  mərkəzi 

orqanı tərəfindən akkreditə edildikdən  sonra,  3 il  müddətində  ölkələrarası  övladlığa  götürmə 

ilə bağlı fəaliyyət göstərmiş xarici dövlətin akkreditə edilmiş orqanına verilə bilər.  

6.3.  Bu  Qaydanın  tələblərinə  cavab  verən  xarici  dövlətdə  akkreditə  edilmiş  orqan 

Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün mərkəzi orqana müraciət etməlidir.  

 

7. AZƏRBAYCAN RESPUBLİKASINDA AKKREDİTƏ EDİLMİŞ ORQANIN XARİCİ 

DÖVLƏTİN ƏRAZİSİNDƏ FƏALİYYƏTİ 

 

7.1.  Azərbaycan  Respublikasında  akkreditə  edilmiş  orqan  yalnız  Azərbaycan 



Respublikasının  mərkəzi  orqanı  və  xarici  dövlətin  Haaqa  Konvensiyası  üzrə  mərkəzi  orqanı 

tərəfindən  müvafiq  icazə  verildiyi  halda  həmin  xarici  dövlətin  ərazisində  fəaliyyət  göstərə 

bilər.  

7.2.  Akkreditasiya  üçün  müraciət  etmiş  orqan  xarici  dövlətin  ərazisində  fəaliyyət 

göstərmək istədikdə, bu barədə müraciətdə qeyd etməli və bunu əsaslandırmalıdır.  

7.3.  Xarici  dövlətin  ərazisində  fəaliyyət  göstərmək  üçün  icazə  Azərbaycan 

Respublikasının mərkəzi orqanı tərəfindən 2 il müddətinə verilir.  

 

8. AKKREDİTƏ EDİLMƏK ÜÇÜN MÜRACİƏT ETMİŞ ORQANIN İŞÇİ HEYƏTİNƏ DAİR 



İRƏLİ SÜRÜLƏN TƏLƏBLƏR 

 

8.1.  Rəhbər  işçilər  və  əməkdaşlar  da  daxil  olmaqla,  akkreditə  orqanının  işçi  heyəti 



aşağıdakı tələblərə cavab verməlidir:  

8.1.1. ölkələrarası övladlığa götürmə ilə əlaqədar mövcud beynəlxalq hüquqi sənədlərdən 

irəli gələn tələbləri, habelə milli qanunvericiliyin tələblərini bilməlidir;  

8.1.2.  zəruri  ünsiyyət  qabiliyyəti,  peşə  hazırlığı,  sosial  iş  və  uşaqların  sosial  təminatı 

sahəsində müvafiq təcrübəyə malik olmalıdır;  

8.1.3. qanunvericiliklə müəyyən olunmuş digər tələblərə cavab verməlidir.  




8.2. Ölkələrarası övladlığa  götürmə sahəsində peşə  hazırlığının  təmin  edilməsi məqsədi 

ilə  akkreditə  edilmiş  orqan  tərəfindən  işçilərin  ixtisasartırma  təlimlərinin  keçirilməsi  təmin 

edilməlidir.  

 

9. AKKREDİTASİYA QAYDASI 

 

9.1.  Akkreditə  edilməsi  üçün  mərkəzi  orqana  müraciət  edilir.  Akkreditə  edilməsi  üçün 



müraciət etmiş orqan tərəfindən aşağıdakı sənədlər təqdim olunur:  

9.1.1. hüquqi şəxsin təsis sənədləri və dövlət qeydiyyatı barədə sənədlər;  

9.1.2. əmlak vəziyyəti, işçiləri, təşkilatın ştatı və strukturu barədə məlumatlar;  

9.1.3. xarici dövlətdə akkreditə edildiyini təsdiq edən sənədlər (müvafiq halda);  

9.1.4. akkreditə edildiyi xarici dövlətin mərkəzi orqanının, həmin orqan olmadığı halda, 

onun səlahiyyətlərini həyata keçirən dövlət orqanının tövsiyəsi;  

9.1.5. iş təcrübəsi barədə ətraflı məlumatlar (müvafiq halda);  

9.1.6.  akkreditə  edilmiş  orqan  qismində  digər  dövlətlərdə  fəaliyyət  göstərməsi  barədə 

məlumatlar (müvafiq halda);  

9.1.7. işçi heyətin əməkhaqqı ilə təmin edilməsi barədə məlumatlar;  

9.1.8. fəaliyyəti dövründə həyata keçirmək istədiyi xidmət növləri haqqında məlumat;  

9.1.9. müraciət etmiş orqan tərəfindən göstərilən xidmətlərin qiyməti barədə məlumatlar;  

9.1.10. mərkəzi orqanın zəruri hesab etdiyi digər məlumatlar.  

9.2.  Akkreditə  edilmək  üçün  təqdim  olunmuş  sənədlər  həmin  dövlətin  rəsmi  dilində 

tərtib  edilməli,  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  leqallaşdırılmalı  və  onların 

Azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiq olunmalıdır.  

9.3.  Təqdim  edilmiş  sənədlərdə  hər  hansı  çatışmazlıq,  qeyri-müəyyənlik  və  ya  boşluq 

aşkar  edildiyi  halda,  akkreditə  edilməsi  üçün  müraciət  etmiş  şəxs  bu  barədə  yazılı  qaydada 

məlumatlandırılır  və  nöqsanların  aradan  qaldırılması  üçün  mərkəzi  orqan  tərəfindən  45  gün 

müddət təyin edilir.  

9.4.  Akkreditə  edilməsi  üçün  müraciət  etmiş  orqan  barədə  əlavə  məlumatların 

toplanılması  məqsədi  ilə  mərkəzi  orqan  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 




Azərbaycan Respublikasının dövlət orqanlarına, diplomatik nümayəndəliklərinə, habelə xarici 

ölkələrin aidiyyəti dövlət orqanlarına sorğu göndərə bilər.  

9.5.  Təyin  edilmiş  müddət  ərzində  nöqsanlar  aradan  qaldırılmadıqda,  müraciət  üçün 

təqdim edilmiş sənədlər baxılmır və geri qaytarılır.  

9.6.  Akkreditə  edilməsi  üçün  müraciət  etmiş  orqan  müraciətin  qeydə  alındığı  tarixdən 

etibarən,  3  ay  müddətində  müraciətə  baxılmasının  nəticəsi  barədə  məlumatlandırılır.  Zəruri 

hallarda bu müddət daha 1 (bir) ay artırıla bilər.  

9.7.  Müraciət  etmiş  şəxsə  mərkəzi  orqan  tərəfindən  akkreditə  edilməsini  təsdiq  edən 

müvafiq sənəd verilir.  

9.8.  Xarici  dövlətin  mərkəzi  orqanı  tərəfindən  akkreditə  edilmiş  orqanın  Azərbaycan 

Respublikasında  fəaliyyət  göstərməsi  üçün  icazə  Azərbaycan  Respublikasının  ərazisində 

əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  hüquqi  yardım  göstərən  orqanın  akkreditasiyası 

üçün nəzərdə tutulmuş qaydada verilir.  

9.9.  Azərbaycan  Respublikasının  mərkəzi  orqanı  tərəfindən  akkreditə  edilmiş  orqanın 

xarici dövlətin ərazisində fəaliyyət göstərməsi üçün icazə Azərbaycan Respublikasının mərkəzi 

orqanının razılığı əsasında həmin xarici dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 

verilir.  

10. AKKREDİTASİYADAN İMTİNA EDİLMƏSİ 

 

10.1. Aşağıdakı hallarda mərkəzi orqan tərəfindən akkreditasiyadan imtina edilir:  



10.1.1.  akkreditə  edilməsi  üçün  müraciət  etmiş  orqan  bu  Qaydada  müəyyən  edilmiş 

tələblərə cavab vermədikdə;  

10.1.2.  akkreditə  edilməsi  üçün  müraciət  etmiş  orqan  tərəfindən  yanlış  məlumatlar 

təqdim edildikdə;  

10.1.3.  akkreditə  edilməsi  üçün  müraciət  etmiş  orqan  barədə məlumatların  toplanılması 

ilə  əlaqədar  göndərilmiş  sorğuya  Azərbaycan  Respublikasının  və  xarici  dövlətlərin  müvafiq 

dövlət orqanları tərəfindən mənfi rəy verildikdə;  

10.1.4.  akkreditə  edilməsi  üçün  müraciət  etmiş  orqanın  qeydiyyata  alındığı  dövlətin 

ərazisində  ictimai-siyasi  və  iqtisadi-sosial  vəziyyət,  ətraf  mühitin  vəziyyəti  qeyri-qənaətbəxş 

olduğu halda, habelə hər hansı səbəbdən həmin dövlətin ərazisində uşaqların müdafiəsi üçün 

çətinlik olduqda;  



10.1.5.  akkreditə  edilməsi  üçün  müraciət  etmiş  orqanın  dövlətinin  qanunvericiliyində 

Azərbaycan  Respublikasında  övladlığa  götürmə  barədə  çıxarılmış  qərarın  tanınması  üçün 

maneə olduqda;  

10.1.6.  akkreditə  edilməsi  üçün  müraciət  etmiş  orqanın  dövlətinin  qanunvericiliyində 

uşaq  hüquqlarının,  xüsusilə  ölkələrarası  övladlığa  götürülmüş  uşaqların  hüquq  və 

azadlıqlarını, onların qanuni mənafelərini məhdudlaşdıran müddəalar olduqda;  

10.1.7. akkreditə edilməsi üçün müraciət etmiş orqan və ya onun əməkdaşları tərəfindən 

əvvəllər qanunvericiliyin və ya etik qaydaların pozulması barədə məlumatlar olduqda, habelə 

övladlığa götürülmüş  uşaqların  həyatı ilə  bağlı nəzarətin həyata keçirilməsinə dair öhdəliklər 

pozulduqda;  

10.1.8.  xarici  dövlətin  mərkəzi  orqanı  tərəfindən  akkreditə  edilmiş  orqanın 

akkreditasiyası  və  ya  ona  Azərbaycan  Respublikasının  ərazisində  əcnəbilərə  və  vətəndaşlığı 

olmayan şəxslərə hüquqi yardım göstərmək üçün verilmiş icazə ləğv edildikdə.  

 

11. ÖVLADLIĞA GÖTÜRÜLMÜŞ UŞAĞIN HƏYAT ŞƏRAİTİ BARƏDƏ 



MƏLUMATLARIN TƏQDİM EDİLMƏSİ 

 

11.1.  Akkreditə  edilmiş  orqan  övladlığa  götürülmüş  uşağın  övladlığa  götürən  ailədə 



həyat  şəraiti  və  tərbiyəsi  haqqında  Azərbaycan  Respublikasının  mərkəzi  orqanına  hesabatları 

təqdim  edir. Hesabatlar bu Qayda ilə  müəyyən edilmiş  müddətdə  təqdim  olunur. Hesabatlar 

müvafiq  xarici  ölkənin  dövlət  dilində  təqdim  edilir.  Hesabatlar  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  və  ya  onun  qoşulduğu  beynəlxalq  müqavilələrlə  başqa  qayda  nəzərdə 

tutulmamışdırsa, müvafiq qaydada leqallaşdırılmalı, tərcümə və təsdiq edilməlidir.  

11.2. Uşağın övladlığa götürülməsindən sonra birinci ildə uşağın həyat şəraiti və tərbiyəsi 

ilə  əlaqədar  vəziyyət  məhkəmənin  övladlığa  götürmə  haqqında  qərarı  qüvvəyə  mindiyi 

tarixdən  5-ci  ay bitənədək  araşdırılmalı və  hesabat  məhkəmənin  övladlığa  götürmə  haqqında 

qərarı qüvvəyə mindiyi tarixdən etibarən, 7-ci ay bitməmiş təqdim edilməlidir.  

11.3.  Uşağın  həyat  şəraiti  və  tərbiyəsi  ilə  bağlı  ikinci  araşdırma  övladlığa  götürmə 

haqqında  məhkəmənin  qərarı  qüvvəyə  mindiyi  tarixdən  11-ci  ay  bitənədək  aparılmalı  və 

hesabat  məhkəmənin  övladlığa  götürmə  haqqında  qərarı  qüvvəyə  mindiyi  gündən  etibarən, 

13-cü ay bitməmiş təqdim edilməlidir.  

11.4. Uşağın həyat şəraiti və tərbiyəsi ilə əlaqədar vəziyyətin üçüncü dəfə təhlil edilməsi 

övladlığa götürmə haqqında məhkəmənin qərarı qüvvəyə mindiyi tarixdən 18-ci ay bitənədək 



həyata  keçirilməli  və  hesabat  məhkəmənin  övladlığa  götürmə  haqqında  qərarı  qüvvəyə 

mindiyi gündən etibarən, 19-cu ay bitməmiş təqdim edilməlidir.  

11.5.  Uşağın  həyat  şəraiti  və  tərbiyəsi  ilə  əlaqədar  vəziyyətin  dördüncü  dəfə  təhlil 

edilməsi  övladlığa götürmə  haqqında  məhkəmənin  qərarı  qüvvəyə mindiyi  tarixdən  23-cü  ay 

bitənədək  həyata  keçirilməli  və  hesabat  məhkəmənin  övladlığa  götürmə  haqqında  qərarı 

qüvvəyə mindiyi gündən etibarən, 25-ci ay bitməmiş təqdim edilməlidir.  

11.6.  Uşağın  həyat  şəraiti  və  tərbiyəsi  ilə  əlaqədar  beşinci  araşdırma  övladlığa  götürmə 

haqqında  məhkəmənin  qərarı  qüvvəyə  mindiyi  tarixdən  35-ci  ay  bitənədək  aparılmalı  və 

hesabat  məhkəmənin  övladlığa  götürmə  haqqında  qərarı  qüvvəyə  mindiyi  gündən  etibarən, 

37-ci ay bitməmiş təqdim edilməlidir.  

11.7.  Zərurət  yarandığı  halda,  övladlığa  götürənin  ailəsində  baş  verən  hadisələr  nəzərə 

alınmaqla, Azərbaycan Respublikasının mərkəzi orqanının qərarına əsasən hesabatlar övladlığa 

götürmə  haqqında  məhkəmə  qərarının  qüvvəyə  mindiyi  tarixdən  3  il  keçdikdən  sonrakı 

müddətdə, habelə uşağın yetkinlik yaşına çatmasına qədər müddətdə təqdim edilməlidir.  

 

12. ÖVLADLIĞA GÖTÜRMƏNİN VƏ ONA AİD MƏLUMATLARIN 

KONFİDENSİALLIĞININ TƏMİN EDİLMƏSİ 

 

12.1.  Akkreditə  edilmiş  orqan  övladlığa  götürmənin,  habelə  övladlığa  götürmə 



prosesində  ona  təqdim  edilmiş  məlumatların  və  sənədlərin  konfidensiallığını  (məxfiliyini) 

təmin etməlidir.  

12.2. Övladlığa götürmə ilə bağlı məlumat və sənədlər daim məxfi qaydada saxlanılır və 

onların mühafizəsi təşkil edilir.  

12.3.  Akkreditə  edilmiş  orqanın  fəaliyyətinə  bu  Qaydada  müəyyən  edilmiş  hallarda 

xitam verildikdə, saxlanılan konfidensial sənədlər və məlumatlar aidiyyəti üzrə dərhal mərkəzi 

orqana təhvil verilməlidir. 

 

 



 

13. AKKREDİTƏ EDİLMİŞ ORQANIN FƏALİYYƏTİ ÜZƏRİNDƏ NƏZARƏT 

 


13.1.  Akkreditə  edilmiş  orqanın  fəaliyyəti  üzərində  nəzarət  mərkəzi  orqan  tərəfindən 

həyata keçirilir.  

13.2. Akkreditə edilmiş orqanın fəaliyyəti ilə bağlı şikayətlərə  mərkəzi orqan tərəfindən 

qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır.  

13.3. Akkreditə edilmiş orqanın fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsinin əsas 

forması həmin orqanın fəaliyyəti barədə məlumatların toplanması və toplanmış məlumatların 

qiymətləndirilməsidir.  

13.4.  Akkreditə  edilmiş  orqanın  fəaliyyəti  üzərində  nəzarət  həyata  keçirilərkən 

aşağıdakılar nəzərə alınmalıdır:  

13.4.1. akkreditə edilmiş orqan və ya onun işçiləri tərəfindən qanunvericiliyin pozulması 

barədə  Azərbaycan  Respublikasının  dövlət  hakimiyyəti  orqanlarından,  yerli  özünüidarəetmə 

orqanlarından,  xarici  dövlətlərin  mərkəzi  orqanlarından  və  fiziki  şəxslərdən  alınmış 

məlumatlar;  

13.4.2.  uşağın  həyat  şəraiti  ilə  bağlı  nəzarətin  həyata  keçirilməsi,  habelə  övladlığa 

götürmə  ilə  bağlı  hesabatların  və  digər  məlumatların  təqdim  edilməsi  öhdəliyinin  yerinə 

yetirilməməsi halları;  

13.4.3.  qanunvericiliyin  pozulması  ilə  əlaqədar  əvvəllər  yol  verilmiş  pozuntuların 

akkreditə edilmiş orqan tərəfindən aradan qaldırılması.  

13.5.  İşçilərin  əməkhaqları  akkreditə  edilmiş  orqan  tərəfindən  müəyyən  olunur  və 

övladlığa götürülmüş uşaqların sayından asılı ola bilməz.  

13.6. Akkreditə edilmiş orqan göstərdiyi xidmətlər üzrə qiymətlər barədə mərkəzi orqana 

məlumat verməli və həmin qiymətləri əsaslandırmalıdır. Müəyyən edilmiş qiymətlərdən kənar 

hər  hansı  ödəmələrin  təyin  edilməsi  qadağandır.  Akkreditə  edilmiş  orqanın  fəaliyyətinin 

mənfəət əldə edilməsinə yönəlməsi akkreditasiyanın ləğv edilməsi üçün əsasdır.  

13.7.  Təqdim  edilmiş  məlumatların  doğruluğu  şübhə  yaratdıqda  və  ya  şəffaflıq 

baxımından  qənaətbəxş  olmadığı  halda,  mərkəzi  orqan  təqdim  olunmuş  məlumatları 

araşdırmaq,  zəruri  sənədləri  və  ya  audit  yoxlamasının  aparılmasını  tələb  etmək  səlahiyyətinə 

malikdir.  

13.8.  Göstərilən  xidmətlərə  görə  müəyyən  edilmiş  qiymətlər  barədə  akkreditə  edilmiş 

orqan tərəfindən məlumat tərtib edilməli və övladlığa götürmə ilə bağlı müraciət edən şəxslərə 

əvvəlcədən təqdim edilməlidir.  

 



14. AKKREDİTƏ EDİLMİŞ ORQANIN AKKREDİTASİYASINA XİTAM VERİLMƏSİ 

 

14.1. Aşağıdakı hallarda mərkəzi orqanın qərarı ilə akkreditasiyaya xitam verilir:  



14.1.1.  akkreditə  edilmiş  orqan  tərəfindən  bu  Qaydada  müəyyən  edilmiş  tələblər 

pozulduqda;  

14.1.2.  akkreditə  edilmiş  orqan  tərəfindən  akkreditasiya  zamanı  yanlış  məlumatlar 

təqdim edildikdə;  

14.1.3. akkreditə edilmiş orqan öz vəzifələrini yerinə yetirmədikdə;  

14.1.4.  akkreditə  edilmiş  orqan  akkreditasiya  qaydasında  müəyyən  olunmuş 

hüdudlardan kənar fəaliyyət göstərdikdə;  

14.1.5.  xarici  dövlət  tərəfindən  verilmiş  akkreditasiyanın  müddəti  bitdikdə  və  ya  bu 

akkreditasiyaya xitam verildikdə;  

14.1.6. akkreditə edilməsi üçün müraciət etmiş hüquqi şəxs ləğv edildikdə;  

14.1.7.  akkreditə  edilmiş  hüquqi  şəxs  tərəfindən  fəaliyyətində  yol  verdiyi  nöqsanlar 

aradan qaldırılmadıqda.  



 

 

Yüklə 147,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə