Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə1/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
  1   2   3   4   5   6   7   8   9   ...   65



 
 
 



 
 
HÜSEYN CAVİD 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ƏSƏRLƏRİ 
 
BEŞ CİLDDƏ 
 
II CİLD 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“LİDER NƏŞRİYYAT” 
 
 
BAKI-2005 



 
Bu kitab “Hüseyin Cavid. Əsərləri. Dörd cilddə. I, II cildlər” 
(Bakı, Yazıçı, 1982) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
 
 
 
Tərtib edəni: 
 
    Turan Cavid 
 
Redaktoru: 
 
    Teymur Kərimli 
 
 
 
 
 
 
 
894.3611 - dc 21 
AZE 
Hüseyin Cavid. Əsərləri. Beş cilddə. II cild. Bakı, “Lider nəşriyyat”, 
2005, 352 səh. 
 
 
XX yüzil bədii fikrimizin mərdlik və  əyilməzlik simvoluna çevrilən  şəxsiyyəti, böyük 
mütəfəkkir Hüseyn Cavidin nəsillərə örnək olacaq zəngin və  bənzərsiz yaradıcılıq irsi zaman 
keçdikcə daha çox aktuallıq kəsb etməkdədir. 
Şair və  ədiblərimiz içərisində  ən müstəsna,  ən zərif və narın bir dillə yazan Cavid 
yaradıcılığa poeziya ilə başlasa da, Azərbaycan  ədəbiyyatı tarixində daha çox dramaturq kimi 
şöhrət tapmış, dramatik janrın bir çox təkrarsız nümunələrini yaratmışdır. Cavidin get-gedə 
dramatik növün ağırlığı ilə müşayiət olunan ədəbi fəaliyyətində  fəlsəfi ruhun hakim kəsildiyi 
poeziyasından gələn çalarların aparıcı olduğu aşkar duyulmaqdadır; onun dram əsərlərinin 
mühüm bir qisminin mənzum forma daşıması bununla şərtlənir. 
Ədibin “Əsərləri”nin II cildinə “Ana”, “Maral” və “Şeyda” pyesləri ilə yanaşı, Azərbaycan 
ədəbiyyatının ilk mənzum dramlarından “Şeyx Sənan”, “Uçurum” faciələri daxil edilmişdir. 
Böyük sənətkarın öz əsərlərinin sonunda etdiyi “İmlasına toxunmamalı!” qeydinə  əməl 
olunmuş, mətnlərin dil və üslubunun qorunulmasına çalışılmışdır. 
 
 
 
 
 
ISBN 9952-417-26-6 
© “LİDER NƏŞRİYYAT”, 2005 



 
 
 



 
  
 
 
 
 
 



 



 
ANA 
 
Dram – 1 pərdə 
 
ƏŞXAS 
 
S ə l m a – Ana. 
Q a n p o l a d – Onun oğlu. 
İ s m ə t – Qanpoladın nişanlısı (çərkəs qızı). 
S ə l I m – İsmətin qardaşı. 
G ə n c b i r l ə z g i – Səlimin arqadaşı. 
O r x a n – İsmətə vurulmuş bir dəliqanlı. 
İ z z ə t - Orxanın arqadaş və qonaqları. 
M u r a d - Orxanın arqadaş və qonaqları. 
 
Səhnə Dağıstanda otlu, ağaclı küçük bir bağça ərz edər. Bağçanın ucunda sadə və fəqiranə 
bir evciyəz görünür. Uzaqda lətif, rəngarəng bulutlar, yüksək və mavi dağlar nəzərə çarpar. 
 
Səlma 
 
(Qapı önündə oturub pək düşüncəli görünür, iki dəqiqə sonra qalqıb 
yüzünü göy səmtinə tutar. Sinirli və həyəcanlı bir səslə) 
 
Ey mərhəmət kanı, ey ulu Tanrı! 
Ey yerlərin, göylərin hökmdarı! 
İnayət qıl, yoq başqa bir havadar, 
Yalnız varım-yoqum tək bir oğlum var. 
Ah, Qanpolad!.. Nuri-didəm, evladım! 
Üç ay var ki, məktubunu almadım. 
Üç ay var ki, taqət qalmamış bəndə, 
Gözüm yollarda, intizar içində. 
Hər gecə gördüyüm qanlı röyalar 
Göstərir ki, qorqulu bir xəbər var. 
Bir yıldan fəzlədir hər ay, hər on beş 
Məktub yollardı, eylərdi sipariş. 



 
Niçin o şimdi olsun böylə qafil? 
Xayır, xayır, oğlum vəfasız deyil. 
Lakin bəni məhv edər bu intizar
Gündən-günə qəlbimdə şübhə artar. 
 
(İsmətin gəldiyinə diqqət edərək) 
 
Ah, gəliyor İsmət, nasıl da məhcub! 
Qız deyil, bir mələkdir... 
 
İ s m ə t 
 
(Gülər yüzlə) 
 
İştə məktub! 
 
S ə l m a 
 
Kimdən, quzum? 
 
İ s m ə t 
 
Qanpoladdan. 
 
S ə l m a 
 
Kim verdi? 
 
İ s m ə t 
 
Qomşumuz, Qorqmaz oğlu Müslim verdi. 
 
S ə l m a 
 
Nasıl Qanpoladım? 
 
İ s m ə t 
 
Şükür, sap-sağlam... 
 
S ə l m a 
 
Gəlmiyormu? 
 



 
İ s m ə t 
 
Məktubda yazmış tamam. 
 
S ə l m a 
 
Ah, gözəl İsmətim, otur evdə sən, 
Bir az təkbaşına çalğı çal, əylən. 
Bən də şimdi məktubda hər nə varsa 
Oqutdurub tez gəlirim... 
 
İ s m ə t 
 
Pək ə’la. 
 
(Səlma gedər) 
 
İ s m ə t 
 
(Kəndi kəndinə) 
 
Of! Qanpolad kim bilir şimdi nerdə? 
Bən burda yalnız, o, qürbət ellərdə. 
Bir yıl əvvəl nişanlandım bən ona, 
Tale o gündən düşman olmuş bana. 
Artıq onsuz hər şey gözümdə məhzun
Bir an həyatımdan olmadım məmnun. 
 İştə bahar olmuş, hər yer gülümsər, 
Quşlar civildəşir, bülbüllər ötər, 
Açılmış hər yanda güllər, çiçəklər, 
Qızlar, oğlanlar sevişir, seyr edər. 
Bəzənmiş bir gəlin kibi kainat, 
Fəqət bənim qəlbim açılmaz, heyhat!.. 
 
(Qapıyı açıb içəri girər. Bir az sonra Orxan ilə İ z z ə t bir tərəfdən çıqar.) 
 
O r x a n 
 
İzzət, İzzət! Sən bir tərəfdə bəklə
Saqın! İsmət səni görməsin hələ. 
 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə