Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə3/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   2   3   4   5   6   7   8   9   ...   65

16 
 
O r x a n 
 
İsmət, artıq bənim təhəmmülüm yoq... 
Sən gəl bu işdə pək inad etmə çoq. 
Inan, gözəl, səmər verməz bu inad
Nə sən sağ qalarsın, nə də Qanpolad. 
 
İsmət 
 
Get, nə yaparsın yap, çəkil get, durma! 
 
O r x a n 
 
Ah, öyləmi? 
 
İ z z ə t 
 
(Görünərək) 
 
Orxan, kəndini yorma! 
Bir gücsüzə yalvarmaqdan nə hasil? 
 
İsmət 
 
Ah, vicdansız, alçaq!.. 
 
O r x a n 
 
İzzət, sən çəkil! 
 
İ z z ə t 
 
(Çəkilərək) 
 
Pəki, bən çəkildim, sən yalvar, yaqar, 
Sanki yalvardıqca məhəbbət artar! 
 
O r x a n 
 
Artıq anladıq, çəkil, dəf’ ol, İzzət! 


17 
 
İsmət 
 
Ah, xain oğlu xain!.. 
 
İ z z ə t 
 
Pəki. 
 
(Çəkilir.) 
 
O r x a n 
 
İsmət! 
O məcnundur, ondan bir şey umulmaz
Saçmadır hər sözü, əsla tutulmaz. 
 
İsmət 
 
(İstehza ilə) 
 
Əvət, doğru... yoqsa səni bulmazdı, 
Səninlə sirdaş, arqadaş olmazdı. 
 
O r x a n 
 
Hər nə söylərsən söylə, xoşdur bəncə
Bəllidir ki, olmaz dikənsiz qönçə. 
Hər nazına bən eylərim təhəmmül, 
Ancaq ayrılığa tab etmə müşkül... 
Bəndə artıq can qalmamış... mərhəmət, 
Mərhəmət qıl, insafsız olma, İsmət! 
Ya gəl canımı al, ya ver tazə can, 
İştə sən,  İştə xəncər,  İştə Orxan! 
 
(Xəncərini çəkib İsmətə uzatır.) 
 
İsmət 
 
(Alaraq istehza ilə) 
 
Afərin, afərin bu zərbi-dəstə! 
Hiç rast gəlmədim böylə zərbi-şəstə! 
 


18 
 
Çocuqluqdan bəri bu məmləkətdə 
Vardım bu sinnə, amma sən fitrətdə, 
Sən xislətdə bir qəhrəman görmədim
Sən təbiətdə bir insan görmədim. 
Bu haqsızlıq, bu acizlik, miskinlik 
Bir mərd için çəkilməz dərdi-mühlik!.. 
Yazıq Orxan! Billah yazıqlar olsun, 
Sən bir yigitsin, sana çoq ar olsun! 
 
(Əlindəki xəncəri bir tərəfə atıb gedərək) 
 
Əvət, çoq ar olsun!.. 
Orxan 
 
Getmə, dur, İsmət! 
 
İsmət 
 
Həzyan eşitməyə yoq bəndə qüdrət. 
 
O r x a n 
 
Dur, dedim, dur! 
 
İsmət 
 
Artıq çəkil get, yetər! 
 
O r x a n 
 
Billah, məhv olursun... 
 
İsmət 
 
(Xəncəri göstərərək) 
 
Al,  İştə xəncər! 
 
(Uzaqlaşır) 
 
İ z z ə t 
 
(Çıqıb yola baqaraq) 
 
Orxan! Gələn var, aman, çəkil, durma! 


19 
 
O r x a n 
 
Ah, zalım!.. 
 
İ z z ə t 
 
Gəl canım, kəndini yorma. 
 
Orxan 
 
(Azacıq çəkilərək) 
 
İsmət, İsmət! Getdim, unutma lakin... 
 
İsmət 
 
Get hər nə istərsən yap, alçaq, miskin! 
 
(E’tinasızca evə girər) 
 
O r x a n 
 
Ah, bənmi? 
 
I z z ə t 
 
Sus, canım, sus! 
 
O r x a n 
 
İsmət! 
 
İ z z ə t 
 
Orxan! 
Gəl, haydı... 
Orxan 
Uff... Sevimli, parlaq yılan! 
 
(Hər ikisi şaşırmış bir halda tez ağaclığa çəkilib saqlanırlar.) 
 


20 
 
İsmət 
 
(Bir az sonra təkrar dışarı çıqar, ətrafına baqaraq) 
 
Getmiş, artıq əsər yoq qəhrəmandan
Mütləq bəni eyliyormuş imtihan! 
Fəqət bilməz ki, İsmət Qanpoladsız 
Məhv olur da dönüklük etməz hərgiz. 
Ah, şu xəncər nə? Vay, zavallı Orxan! 
Şübhə yoq, unutmuş şaşırdığından. 
 
(Xəncəri yerdən alaraq) 
 
Gerçəkdən pək gözəl, pək süslü xəncər, 
Bir parçacıq polad, lakin bir əjdər... 
Bir vuruşda məhv oluyor bir insan. 
 
(Birdən-birə Səlimi görüb xəncəri gizliyərək) 
 
Ah, Səlim! 
 
Səlim 
 
İsmət! Söylə, Qanpoladdan 
Nə xoş xəbər var? Nə yazmış, nə etmiş? 
 
İsmət 
 
Bilməm... 
 
Səlim 
 
Səlma nerdə? 
 
İsmət 
 
Qonşuya getmiş. 
 
Səlim 
 
Niyə? 


21 
 
İsmət 
 
Məktubdan bir xəbər bilməyə. 
 
Səlim 
 
Fəqət bir təlaş var sənin yüzündə. 
 
İsmət 
 
Nasıl, təlaş? 
 
Səlim 
 
İştə sən!  İştə çöhrən! 
Səndə bir iş var, gizliyorsun bəndən. 
 
İsmət 
 
İnan ki, yoq burda hiç bir gizli iş. 
 
Səlim 
 
Pəki, səbəb nə öylə rəngin qaçmış? 
 
İsmət 
 
Keçən gecə bir xeyli fikrə daldım, 
Düşündüm, düşündüm, uyqusuz qaldım. 
Odur ki, bəndə qalmamış bət-bəniz... 
 
Səlim 
 
Xayır, bu uydurma bir sözdür yalnız. 
 
İsmət 
 
Ah, neyləyim, qardaşım! Qanpoladsız 
Günüm bir yıl keçər... bir nişanlı qız 
Nerdə görülmüş böylə qayğı çəksin, 
Bir yıl başdan-başa göz yola diksin. 
Allah için, söylə, haqsızmıyım? 


22 
 
Səlim 
 
(İsmətin qolundan tutub çəkərək) 
 
Gəl! 
Çocuq olma... 
 
İsmət 
 
Sən get! 
 
(Xəncər düşər) 
 
Ah! 
 
Səlim 
 
İştə əngəl?! 
 
(Xəncəri yerdən alaraq) 
 
İsmət, İsmət. Bu xəncər nə yanında? 
Bu əjdər nə, saqlamışsın qoynunda? 
 
İsmət 
 
Şimdi burdan keçərkən yerdə buldum, 
Məraq etdim, kimindir deyə aldım. 
 
Səlim 
 
Bən səni bir doğru qız zənn edərdim, 
Səndə ki, aldatmaq da varmış?! 
 
İsmət 
 
Səlim! 
İnan, hiç bir sözümdə yoqdur xilaf, 
Bən yalan bilməm. 
 
Səlim 
 
(Qızğın) 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə