Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə4/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   2   3   4   5   6   7   8   9   ...   65

23 
 
İstəməz başqa laf! 
Söylə, açıq söylə, hər nə var, söylə! 
Doğru söylə, İsmət! Şaşırma böylə. 
 
İsmət 
 
(Kəndisi) 
 
Allah, Allah! Bir bəlaya tuş oldum. 
 
Səlim 
 
Niçin susdun? 
 
İsmət 
 
Dedim ya! Yerdə buldum. 
 
Səlim 
 
O çiğnənmiş bir söz, anladıq, pəki 
Kimindir bu xəncər, söylə? 
 
İsmət 
 
Tuhaf şey! 
Görüb bilmədiyim bir işdən yana, 
Nasıl mə’lumat verəyim bən sana!? 
 
Səlim 
 
Görüb bilmədiyin bir iş, öyləmi? 
Bən inanmam, inandırsan aləmi... 
 
(Xəncəri göstərərək) 
 
Məcnunmu böylə bir silah sahibi, 
Atıb getsin bunu bir çocuq kibi? 
Bu bir oyuncaq deyil, unutulsun, 
Sonra İsmət gəlib də yerdə bulsun! 
Bir yigit silahdan nasıl ayrılır? 
Silah mərd oğula bir arqadaşdır. 


24 
 
İsmət 
 
Bəlkə bıraqmış bir divanə sərxoş. 
 
Səlim 
 
Xayır, ya burda bir cinayət olmuş, 
Yaxud olmaq üzrə imiş... 
 
İsmət 
 
Qardaşım! 
Bən yoruldum, artıq ağrıyor başım. 
 
(Evə doğru getmək istər) 
 
Səlim 
 
(İsməti yaqalayaraq) 
 
İsmət, inan, qaldım şübhə içində, 
Cavab ver, sonra get, bir iş var səndə. 
 
İsmət 
 
Səlim! Vaz keç, bıraq... 
 
Səlim 
 
(İnadlı) 
 
İsmət, hiç olmaz. 
 
İsmət 
 
(Sinirli) 
 
Allah İsməti öldürsün!.. 
 
(Səlimin əlindən qurtulub düşüncəli bir halda evə doğru gedər.) 
 
Səlim 
 
(Kəndisi) 


25 
 
Ah, qurnaz! 
Baq, nə qadar mahir, nasıl şivəbaz!.. 
Bir iş var, ancaq saqınır qızcığaz; 
Sirr vermək istəməz, açmaz ağzını, 
Xayır, bu halda bən görmədim onu. 
Ah, bu qız bir qız deyil, bir afətdir; 
Hər bir halı insana dəhşət verir. 
Kim bilir! Bəlkə Qanpoladdan yana
Tükənmiş səbri, qıymaq istər cana. 
Lakin bu xəncəri o kimdən almış?! 
Bu evdə böylə şey yoq, nerdə bulmuş? 
Xayır, xayır, hər an şübhəm artıyor, 
Şimdi bən İsməti eylərim məcbur; 
Bu sirri açsın, gərək həp söyləsin; 
Ya and içsin, bəni rahət eyləsin. 
 
(İsməti çağıraraq) 
 
İsmət, İsmət! 
 
İsmət 
 
Nə var? 
 
Səlim 
 
Sözüm var sana. 
 
İsmət 
 
Allahın sevərsən, çıq get bir yana! 
 
Səlim 
 
Gəl bəri, İsmət! Bəri gəl... 
 
İsmət 
 
Səlim, get! 


26 
 
Səlim 
 
(İsmətə yaqınlaşaraq) 
 
Getmək qolay, ancaq sən e’tiraf et! 
Anlat başından keçəni büsbütün
Yoxsa bən sana rahət verməm bu gün. 
Qıymaqmı istiyordun sən kəndinə? 
Bu xəncərlə oynamaqdan məqsəd nə? 
 
İsmət 
 
Səlim, çıldırdınmı? 
 
Səlim 
 
Əvət, çarə bul! 
 
İsmət 
 
Bəndə bir şey yoq, qardaşım, əmin ol! 
 
Səlim 
 
Kimin bu xəncər, xəbərin yoqmu? 
 
İsmət 
 
Yoq... 
 
Səlim 
 
Ah, bu yalan bir söz, zəhərli bir oq, 
Ağzından uçub qəlbimə saplanır. 
Vücudumda qan coşar, alavlanır. 
Söylə, İsmət! 
 
İsmət 
 
Yoq xəbərim, dedim ya! 
 
Səlim 
 
Öylə isə, and iç, bitsin bu qavğa. 


27 
 
İsmət 
 
Nasıl! And içməkmi? 
 
Səlim 
 
(İsmətin yaqasından tutub silkərək) 
 
Şübhəsiz... 
 
İsmət 
 
(Kəndisi) 
 
Eyvah! 
 
Səlim 
 
Söylə, İsmət, söylə ki: vallah, billah, 
Bu xəncərdən hiç xəbərim yoq bənim, 
Həm də kimindir bilməm əsla... 
 
İsmət 
 
Səlim! 
Bütün dünya dağılsa, bən and içməm. 
 
Səlim 
 
(Hiddətli) 
 
Bən də, inan, ısrarımdan vaz keçməm, 
Səlim çocuq deyil, hərgiz aldanmaz; 
“Billah” de, qurtul... 
 
İsmət 
 
(Kəndisi) 
 
Ah, inadlı qanmaz! 
And içməsəm susdurmaq olmaz onu, 
And içsəm olurum Allah düşmanı; 
Fəqət, xayır, mümkün deyil and içmək
Hər nə varsa açıb söyləyim gərək. 


28 
 
Səlim 
 
İsmət, söylə niçin susdun? 
 
İsmət 
 
Ah, Səlim!.. 
 
Səlim 
 
Bəndən qorqma, hiç qorqma! 
 
İsmət 
 
Ah, söyləyim, 
Söyləyim, qardaşım, ancaq bu sirri 
Bir sən bilməlisin, bir bən... 
 
Səlim 
 
(İsməti bir tərəfə çəkərək) 
 
Gəl bəri!.. 
Hiç qəm eyləmə... 
 
İsmət 
 
Faş edilsə bu sirr, 
İnan ki, pək böyük fəlakət verir. 
 
Səlim 
 
Pəki, anladıq, söylə artıq... 
 
İsmət 
 
Şimdi, 
Bağçaya çıqmışdım, Orxan göründü... 
 
Səlim 
 
Nasıl Orxan? Bu kim, bu hanki Orxan? 


29 
 
İsmət 
 
Qomşumuz xanzadə, zəngin bir cavan. 
 
Səlim 
 
Çox gözəl, bildim, o bizim əhbabdır; 
Sonra? 
 
İsmət 
 
Gördüm yavaş-yavaş yaqlaşır. 
 
Səlim 
 
Əvət, sonra? 
 
İsmət 
 
Məktubdan, Qanpoladdan 
Əhval sordu; cavab verdim... bir zaman 
Qüvvətindən, varından çoq söylədi. 
Sonra birdən e’lani-eşq eylədi, 
Gəl qaçalım – dedi – başqa bir yana... 
 
Səlim 
 
Pəki, cəvab vermədinmi sən ona? 
 
İsmət 
 
Əmin ol, pək gözəl cəvablar verdim; 
Dəf’ ol! dedim, gözlərinə tükürdüm. 
 
Səlim 
 
Nihayət? 
 
İsmət 
 
Pək çoq yalvarıb yaqardı, 
Xəncərini tez qınından çıqardı. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə