Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə5/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   2   3   4   5   6   7   8   9   ...   65

30 
 
Verdi bana, öldür! – dedi – Orxanı, 
Öldür! İşgəncədən qurtulsun canı. 
 
Səlim 
 
Öyləmi? Öyləmi? Ah, rəzil, xain! 
Pəki, nə yapdın sən? 
 
İsmət 
 
Dedim: get, miskin! 
Çəkil get! – dedim, ədəbsiz, həyasız! 
Sonra çəkildim evə e’tinasız. 
 
Səlim 
 
Afərin dostumuz, afərin Orxan! 
Sonra?! 
 
İsmət 
 
Evdə gecikdim az bir zaman; 
Çıqdım, bir də baqdım, ondan yoq xəbər. 
Ancaq qalan yadigar, bir bu xəncər!.. 
 
Səlim 
 
Hiç zərər yoq, fəqirlər aciz deyil, 
Sən bəklə Səlmayı, ondan xəbər bil, 
Sonra evimizə get, burda gecikmə! 
Həm də söz açma bu işdən hiç kimə! 
 
İsmət 
 
İnsan kəndini hiç eylərmi rüsva? 
 
Səlim 
 
Haydı, get evdə bəklə, burda durma! 
 
İsmət 
 
Pəki, itaət borcumdur, qardaşım! 


31 
 
(Evə doğru gedərək kəndi kəndinə) 
 
Ah, nələr çəkəcək ağrımaz başım. 
 
(İçəri girər.) 
 
Səlim 
 
(Kəndi kəndinə hiddətlə) 
 
Orxan istər xan olsun, istər sultan; 
Haqsızlıq əfv olunmaz hiç bir zaman. 
Şimdi yalnız bulub gizli bir yerdə
Anlatırım həddini bir xəncərdə. 
 
(Orxanın xəncərinə diqqətlə baqaraq) 
 
Gərçəkdən pək kəskin silahdır, yinə 
Ən nihayət qİsmət olsun kəndinə. 
Bir də, dosta əyri baqan azğınlar, 
Eşitsinlər də qoy ibrət alsınlar. 
 
(Xəncəri qoltuğunda gizlər. Ətrafına baqaraq uzaqlaşır. Sonra Orxan 
və İzzət ağaclıqdan çıqarlar.) 
 
O r x a n 
 
(Qəhqəhə və istehza ilə) 
 
Od-alav saçıyor qəhrəman Səlim, 
Eyvah, demək son nəfəsimdir bənim! 
 
(Səlimin getdiyi tərəfə baqaraq) 
 
Get, baqalım, get ara, bul Orxanı! 
Get, bul sana dost görünən düşmanı! 
Məhv et, parçala! Anlasın həddini, 
Bundan sonra küçük saymasın səni. 
 
İz z ə t 
 
Düşman hər nə qadar aciz olsa da, 
Məğrur olub küçük sanma, xanzada! 


32 
 
O r x a n 
 
 
Sözün doğru, pək doğru... lakin, İzzət! 
Kim yigitsə söz onundur nihayət. 
Hiç tələsmə, burda dur, şimdi bir də 
İtmami-höccət eylərim İsmətə; 
Təklifimi xoş görürsə nə ə’la! 
Rədd edərsə, inan, yaşatmam əsla! 
 
İ z z ə t 
 
(Şaşqın bir halda göstərərək) 
 
Ah, bu gələn kim? 
 
Orxan 
 
(Usanmış bir halda) 
 
Allahın bəlası!.. 
 
İ z z ə t 
 
Səhih kimdir? 
 
O r x a n 
 
Qanpoladın anası... 
 
(Hər ikisi təkrar ağaclığa çəkilir. Bu sırada İsmət dışarı çıqıb 
baqınır.) 
 
Səlma 
 
(Gələrək, sevinc ilə) 
 
İsmət! Qızım, müjdəmi ver, müjdəmi! 
Bundan sonra gül, sevin, tərk et qəmi! 
Şükür, çoq şükür, sap-sağlam, könlü şad! 
Bu gün, yarın gəlmək üzrə Qanpolad. 


33 
 
İsmət 
 
(Kəndisi) 
 
Allaha şükür!.. 
 
(Aşkar) 
 
Gəlmək üzrəmi? 
 
Səlma 
Hay, hay! 
Yazdığından bəs bəllidir ki, bir ay, 
Tamam bir ay tədarük etməkdədir; 
Çoq ehtimal var ki, bu aqşam gəlir. 
 
İsmət 
 
(Heyrətlə) 
 
Nasıl? 
 
Səlma 
 
Əvət, ya bu aqşam, ya sabah, 
Qavuşturur sizi o qadir Allah. 
 
(İsməti süzərək) 
 
Həm də yazmış ki, söylərsən İsmətə; 
Toy başlanmalıdır gəldiyim həftə! 
 
(İsmət utanıb başını aşağı dikər) 
 
Gəl, utanma, hifz etsin sizi Tanrım; 
Gəl, öpəyim səni, gəl, quzum, yavrum! 
 
(İsməti qucaqlayıb öpərək) 
 
Gül rəngin afət görməsin, solmasın! 
İsmət! Hiç bir günüm sənsiz olmasın! 
Gəl evə, elmasım! 


34 
 
İsmət 
 
Rüxsət versəniz 
Şimdi gedib evimizə söylərim tez, 
Yenə tez gəlirim; çünki anamgil 
Həp müntəzirdir, kimsə rahət degil. 
 
Səlma 
 
Pəki, quzum! Get söylə, anlat bütün; 
Qoy sevinsinlər, fəqət sən çabuq dön! 
Çünki evdə bir az hazırlıq görək. 
 
İsmət 
 
(Gedərək) 
 
Çoq gecikməm... 
 
Səlma 
 
Haydı get, parlaq çiçək! 
 
İsmət 
 
(Uzaqlaşaraq kəndi kəndinə) 
 
Ah, fəqət intiqam dilərsə Orxan, 
İsmət xoşbaxt ikən olur bağrı qan. 
 
(Göyə doğru) 
 
Ey bizi yoqdan yaradan bir Allah! 
Rəhm eylə, səndən başqa yoq bir pənah. 
 
Səlma 
 
(İsmətin gedişini seyr edərək) 
 
Ah, qızcığaz sevincindən şaşırmış; 
Oğluma pək dərin bir eşqi varmış. 


35 
 
Bən oğul anası, o bir nişanlı; 
Lakin o bəndən daha istiqanlı! 
Qanpoladsız hər şey ona cəhənnəm... 
Bəlkə onsuz cənnətə atmaz qədəm. 
Bu qız beş gün sonra gəlin olursa, 
Şu hicran qayğısından qurtulursa, 
Qorqarım ki, sevincindən çıldırsın. 
 
(Heyrətlə) 
 
İnsan sevər, deyil ki, böylə qızğın! 
 
(Azacıq düşündükdən sonra, gülümsəyərək) 
 
Ah, nə yapsın! Mə’sum çocuq, mələk qız 
Bir sənə var ki, qalmış yapa-yalnız. 
Haqlıdır, əvət, haqlıdır İsmətim; 
Bənim də həp budur duam, hacətim: 
Qanpolad bunsuz, bu onsuz olmasın! 
Allah bir-birindən ayrı salmasın! 
 
(Evə girər. Orxan ilə İ z z ə t yenə görünürlər) 
 
O r x a n 
 
Ah, demək ki, Qanpoladdan xəbər var! 
 
İ z z ə t 
 
Əvət, yarın şübhəsiz gəlir, çıqar. 
 
O r x a n 
 
Zərər yoq, onu bən sağ qoysam əgər
Dünyada yoq bəndən alçaq bir nəfər. 
 
İ z z ə t 
 
(Yana) 
 
Mərd atalar bir məsəl söyləmişlər: 
“Daldan atılan daş topuğa dəyər”. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə