Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə6/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   2   3   4   5   6   7   8   9   ...   65

36 
 
O r x a n 
 
Bir ay pusmaq lazım gəlsə ac, susuz 
Bəklərim onu rahatsız, uyğusuz; 
Aman verməm ki, sağ qavuşsun evə, 
Nazlı yarını öpsün sevə-sevə! 
 
İ z z ə t 
 
Ah, sən niçin qandırmadın İsməti? 
Niçin əlindən çıqardın fürsəti? 
Bir həftə əvvəl qızı birdən-birə 
Alıb qaçırsaydın başqa bir yerə. 
Şimdi gözəl-gözəl sürüb keyfini, 
Qanpoladdan çıqarmışdın heyfini. 
 
O r x a n 
 
Of! Ağrıdan sanki çatlıyor başım... 
 
İ z z ə t 
 
Yigit hər zaman yigitdir, qardaşım, 
Yenə az-çoq əldə fürsət var hələ; 
Yalnız açıqgöz ol, sən vaqtı bəklə! 
 
O r x a n 
 
Xayır, bəklədikcə hevsələm bitər. 
 
İ z z ə t 
 
Haydı, gəl, gedəlim, artıq gəl, yetər. 
Orxan 
Ah, qəlbimə sanki od-alev dolmuş! 


37 
 
İ z z ə t 
 
Gəl, canım, gəl! 
 
O r x a n 
 
Pəki... 
 
İ z z ə t 
 
Baq, aqşam olmuş! 
 
(Səhnə yavaş-yavaş qürub zamanını göstərir, bir az ışığı əksilir) 
 
O r x a n 
 
(Ətrafa baqaraq sinirli və qızğın bir halda) 
 
Ey həşmətli, qarlı, qartallı dağlar! 
Şahid olun, ruhum bu gün qan ağlar. 
Ey mavi göylər! Ey yeşil ormanlar! 
Ey bacalardan yüksələn dumanlar! 
Fikrim kibi, ey dağılmış bulutlar! 
Orxan şimdi qorqunc bir adım atlar. 
Parlaq günəş! Ey, göylərin ərusu! 
Niçin sarardın, ey vərəm yavrusu? 
Yoqsa bizim ölkəyi tərk edərsin? 
Seyr için başqa bir yurda gedərsin? 
Nə gördünsə, get söylə, ay da bilsin; 
Yıldızlar da bu halı seyrə gəlsin; 
Bir qəhrəman ikən şaşırdığından, 
Bilməz gülsünmü, ağlasınmı Orxan!? 
 
(Qapıya doğru baqaraq, həyəcanlı) 
 
Ah, gözəl çərkəs qızı, nazlı İsmət! 
Mələk yüzlü şeytan, incəbel afət! 
Bunlar həp sənin yüzündən, uf... 


38 
 
İ z z ə t 
 
Orxan! 
Burda bəkləməkdən nə hasil? 
 
Orxan 
 
İnan, 
Burdan getməm İsməti görməyincə... 
 
İ z z ə t 
 
Şaşırdınmı? 
 
Orxan 
 
Nasıl? 
 
İ z z ə t 
 
İsmət şimdicə 
Müjdə için getmədimi? 
 
O r x a n 
 
Xayır, bən 
Görmədim, hiç görmədim... 
 
İ z z ə t 
 
Ah, bu gün sən 
Pək başqa bir hal keçirməkdəsən... 
Orxan 
Gəl! 
 
İ z z ə t 
 
Nə yapmaq istiyorsun? Söylə əvvəl! 


39 
 
O r x a n 
 
İzzət! Gəl! Çoq söyləmə, çoq uzatma! 
Şimdi bulmalıyım bən onu!.. 
 
İ z z ə t 
 
Amma, 
Böylə tələsməkdən bir şey umulmaz, 
Təhəmmül gərək, qardaşım... 
 
O r x a n 
 
Hiç olmaz! 
Ər kişidə olur bir söz, bir məram. 
Əzm eylədim, məhv olsa aləm tamam
Dönməm geri, hər yan bana açıq yol... 
 
(İzzətin qolundan tutub çəkərək) 
 
Haydı, gəl gedəlim, fəqət əmin ol; 
Ya gərək İsmət eşqimə inansın, 
Ya Qanpolad al qanlara boyansın. 
 
(Gedirlər) 
 
Səlma 
 
(Bir az sonra dışarı çıqaraq sevinc ilə) 
 
Yarəb, şükür dərgahına, çoq şükür! 
Səlma da, aqibət, xoş bir gün görür. 
 
(Əlindəki məktuba baqaraq) 
 
Gerçək, kim zənn edərdi birdən-birə 
Bir kağız böylə ruhu şənləndirə. 
Oğlum Yusif kibi həbsə düşmüşdü; 
Şükür, qurtulmaq xəbəri yetişdi. 


40 
 
Ah, onu yalnız bir də sağ görsəydim
Dünyada olmazdı həsrətim, dərdim. 
 
Səlim 
 
(Bir tərəfdən çıqaraq) 
 
Səlma bacı! Müjdəmi ver, müjdəmi! 
 
Səlma 
 
Nasıl müjdə? 
 
Səlim 
 
Gəldi oğlun... 
 
Səlma 
 
(Təlaş ilə) 
 
Köydəmi? 
 
Səlim 
 
Əvət, köydə, şimdi gəlir... 
 
Səlma 
 
(Sevinc ilə) 
 
Ah, yavrum! 
Hər bəladan saqlasın sizi Tanrım! 
Söylə, nə müjdə istərsin, arslanım? 
 
Səlim 
 
Artıq sən bilirsin... 


41 
 
Səlma 
 
Pəki, sultanım! 
 
(Əcələ içəri girər) 
 
Səlim 
 
(Kəndi kəndinə) 
 
Gəzdim, dolaşdım, uğradım hər elə, 
Bən böylə bir qadın görmədim hələ. 
Böyüklükdə, mərhəmətdə seçilmiş, 
Alicənablıq boyuna biçilmiş. 
Söz yoq, böylə qəlbi geniş qadından 
Doğar Qanpolad kibi bir qəhrəman. 
 
Səlma 
 
(Əlində bir kəmər çıqaraq) 
 
İştə gümüş kəmər! Həm də yep-yeni
Sonra yenə məmnun eylərim səni. 
 
Səlim 
 
Çoq sağ ol... 
 
Səlma 
 
Toyda da bir xələtin var. 
 
Səlim 
 
Bu bəncə ən dəyərli bir yadigar, 
Bir yadigar ki, hiç unutmam bunu. 
 
(Əcələ qoşub gedərək) 
 
Şimdi gedib qarşılayım oğlunu. 


42 
 
Səlma 
 
Get, arslanım, get, sevindirdin bəni, 
Oğlum, şadikam etsin Allah səni! 
Ah, yürəyim sanki dönmüş məş’ələ, 
Ya Rəbb, təhəmmül ver, səbr əta eylə! 
Hər anayı et bənim kibi dilşad! 
 
(Sevinc ilə) 
 
Of, yenə sağ gəlib çıqdı Qanpolad! 
Qorqarım ki, xəbər duyarsa İsmət, 
Sevincindən məcnun olur nihayət. 
 
(Bu sırada yaqında dörd-beş əl şiddətli tapança atılır. Səlma təlaş ilə 
beş-on adım səs gələn tərəfə yürüyərək) 
 
Ah, bu qurşun nə? Ruha dəhşət verir; 
Aman yarəbb! Həp tüklərim ürpərir; 
Köydə mütləq qanlı bir atışma var, 
Yoqsa yenə çarpışırmı qaçaqlar? 
 
Murad 
 
(Əlində bir boş tapança olduğu halda təlaş ilə qoşaraq) 
 
Eyvah, can qurtaran yoqmudur? 
 
Səlma 
 
Nə var? 
 
Murad 
 
İmdad! Həmşirə, imdad, bəni qurtar! 
 
Səlma 
 
Gəl, oğlum, gəl, hiç qorqma! 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə