Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə7/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   2   3   4   5   6   7   8   9   10   ...   65

43 
 
Murad 
 
Ah, mərhəmət!.. 
Yoqsa məhv edərlər bəni bu saət. 
 
Səlma 
 
(Evi göstərərək) 
 
Haydı gir, çabuq bir tərəfdə saqlan; 
Allah böyükdür, bir şey olmaz, inan! 
 
Murad 
 
Ah, xanım, bir sənsin bənim pənahım; 
Bən qərib kimsəyim, yoq bir günahım. 
 
Səlma 
 
Haydı gir içəri, gizlən bir yanda; 
Təlaş etmə, kəndini bil amanda! 
 
Murad 
 
(Kəndi kəndinə) 
 
Orxan! Orxan!  İştə sənin yüzündən, 
Qatil oldum... 
 
Səlma 
 
Artıq çəkil, durma sən! 
 
Murad 
 
Allah razı olsun... 
 
Səlma 
 
Tez çəkil, durma! 


44 
 
Murad 
 
Ah! 
 
(Deyə içəri girər.) 
 
Səlma 
 
Zavallı! Pək çoq qorquyor amma
Kim bilir! Hanki vicdansız qudurmuş. 
Biçarəyi məhv etmək istiyormuş. 
Həm qərib, həm kimsəsiz, həm köməksiz... 
 
Bütün dünya toplanıb gəlsə hərgiz, 
Allah şahid, bən onu verməm ələ. 
İnsaf yoqmu? Səlma ölməmiş hələ! 
 
Səlim 
 
(Əlində xəncər, təlaş ilə qoşaraq) 
 
Ah, o xain nerdə? O qatil nerdə? 
 
Səlma 
 
Kim? Oğlum!.. 
 
Səlim 
 
Ah, o miskin, rəzil nerdə? 
 
Səlma 
 
Yavrum! Qanpoladdan xəbər ver bana! 
 
Səlim 
 
Burdan biri qaçmadımı bir yana? 
 
(Əcələ başqa bir tərəfə qoşmaq istər) 


45 
 
Səlma 
 
(Qollarından tutub təlaş ilə) 
 
O kim? Nasıl qatil bu? 
 
Səlim 
 
Çərkəs Murad... 
Orxanın yoldaşı, alçaq bir cəllad! 
 
Səlma 
 
Səlim, vaz keç, oğlum! Qaçan qovulmaz. 
 
Səlim 
 
Xayır, bir vəhşiyə mərhəmət olmaz. 
 
Səlma 
 
Kim kimi öldürmüş? Bir söylə, anlat! 
 
Səlim 
 
Sorma, ah, bilməm... 
 
Səlma 
 
Nə var, söylə? 
 
Səlim 
 
Heyhat!.. 
Bu bir cinayətdir ki, ağzım, dilim 
Söyləməkdən aciz... 
 
Səlma 
 
Ah, Səlim, Səlim! 
Hər nə var, aç söylə, anlat həpsini... 


46 
 
Səlim 
 
İştə səfil Orxan, vicdansız dəni 
Vurulmuş İsmətə; qarşılıq yalnız 
Təhqir eyləmiş onu biçarə qız, 
Alçaq hərif bundan çoq öfkələnmiş
Qanpoladın gəldiyini öyrənmiş; 
Fürsətdir deyə kəsmiş yolu cəllad, 
Pusub durmuş yanında İzzət, Murad. 
Birdən-birə hər üçü... 
 
Səlma 
 
Söylə, söylə! 
 
Səlim 
 
Hücum eyləmiş qurşunla, xəncərlə, 
Bən qoşaraq qaçırmayıb fürsəti; 
Varıb gördüm ki, Orxanı, İzzəti 
İlk atəşdə Qanpolad yerə sərmiş; 
Hər ikisi parçalanmış, gəbərmiş. 
 
Səlma 
 
Südüm halal olsun, oğul, Qanpolad! 
Pəki, sonra? 
 
Səlim 
 
Ah, fəqət xain Murad 
Nişanlamış Qanpoladın qəlbini; 
 
Səlma 
 
Ah!.. 
 
Səlim 
 
Sağalmaz bir yara açmış dəni... 


47 
 
Səlma 
 
(Təhəssürlə) 
 
Of! Quzum, toy qismət olmadı sana! 
 
(Şiddətlə ağlar, bir az sonra təbdili-tevr ilə) 
 
Xayır, xayır, göz yaşı dökməm ona! 
Gərçi dünyadan almamış kamını, 
Qanlısından almış intiqamını. 
 
Səlim 
 
Fəqət Murad!? Qaçsa da sağ qurtulmaz. 
 
(Bir tərəfə qoşmaq istər) 
 
Səlma 
 
(Hiddətli) 
 
Səlim, bıraq getsin, qaçan qovulmaz. 
Yüzlərcə öylə miskin parçalansa, 
Bir tükünə dəyməz oğlumun əsla! 
 
Səlim 
 
(Gəldiyi tərəfə baqar, birdən-birə həyəcan ilə) 
 
Gəl, ana, oğlun gəldi  İştə! 
 
Səlma 
 
(Yola baqaraq) 
 
Eyvah! 
Kaş ki, öləydim, görmiyəydim, Allah! 


48 
 
(Hər ikisi yola doğru qoşar, sonra Qanpolad yaralanmış olduğu 
halda bir ləzginin yardımilə görünür. Səlim, Səlma da ətrafını almış 
olurlar.) 
 
Səlma 
 
(Oğlunu bağrına basıb ağlayaraq) 
 
Oğul, oğul! 
 
Qanpolad 
 
Of, ana! 
 
Səlma 
 
Can, Qanpolad! 
Ah, sana kim qıydı, kim? Hanki cəllad? 
 
Qanpolad 
 
... Ağlama, hiç kimsə qıymamış bana, 
Düşmanım qanlı taleyimdir, ana! 
 
(Bu sırada anasının qucağına yıqılıb uzanaraq) 
 
Ana! Hiç təlaş etmə, hiç sıqılma! 
 
Səlma 
 
Ah, yavrum! Kaş ki, məhv olaydı Səlma, 
Görmiyəydi səni al qan içində... 
 
Ləzgi 
 
(hiddət və təəssüflə) 
 
Ah, Murad, alçaq Murad. 


49 
 
Səlim 
 
Durma sən də, 
Haydı, fürsətdir, intiqam almalı! 
 
Qanpolad 
 
Səlim! İstəməz... 
 
Ləzgi 
 
Xayır, tez bulmalı! 
Əvət, xain gərək həddini bilsin
Namərd izi yer yüzündən kəsilsin. 
 
(Hər biri bir tərəfə qoşub gedər) 
 
Qanpolad 
 
Səlim! Bıraq, haqsız yerə dökmə qan! 
Bən kəndim intiqam aldım onlardan. 
 
Səlma 
 
Ah, yavrum, quzum! Sən rahatsız olma! 
Nasıl? Yaran nasıl? 
 
Qanpolad 
 
Of, yandım, ana! 
Alavlandı qəlbim, tükəndi səbrim; 
Ah, bir az su... Atəş almış hər yerim. 
 
Səlma 
 
Aman, evladım, su zərərdir sana... 
 
Qanpolad 
 
Ah, nerdə İsmət? Çağır gəlsin bana! 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə