Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə2/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   2   3   4   5   6   7   8   9   ...   65

10 
 
X ə y y a m 
 
(laübali gülüşlə birər-birər göstərər) 
 
İki dostum – Rəmzi, 
Şən Xərabati anıb gəldi bizi. 
Qayğı bilməz, içərək əyləniriz, 
Ayrı olsaq da həqiqətdə biriz. 
 
X ə r a b a t i 
 
(kinayəli qəhqəhə ilə) 
 
Şimdi anlat, baqalım, bunlar kim? 
 
X ə y y a m 
 
İştə, bunlar da bənim həmdərsim
Biri Sabbah, o biri Xacə Nizam. 
 
R ə m z i 
 
Sən nəsin? 
 
X ə y y a m 
 
Bən də sapıtmış Xəyyam. 
 
(Gülüşürlər) 
 
S a b b a h 
 
(Rəmziyə) 
 
Bu gülüşlər nə demək? Hey, sarsaq!.. 
 
X a c ə N i z a m 
 
(bir kitab alaraq oqumaq için yan odaya keçərkən, Sabbaha) 
 
Bəri gəl, onları asudə bıraq. 


11 
 
S a b b a h 
 
(Xəyyama) 
 
Nə olur, böylə azıb getsə bəşər, 
Səncə əfsanəmidir xeyr ilə şər? 
 
X ə y y a m 
 
Bizə gülməzsə həqayiqdəki sirr, 
Sərxoş ol, ya ayıq ol, fərqi nədir? 
 
S a b b a h 
 
(coşaraq, Xərabatini göstərir
 
Sana bir eşmi o divanə səfil? 
Bir düşün, mədrəsə meyxanə deyil! 
 
X ə y y a m 
 
Kaş ki, olsaydı... İçib sən də bir az 
İncəlirdin... 
 
S a b b a h 
 
Yetişir... Sus, yaramaz! 
 
X ə y y a m 
 
Bumu zevq əhlinə layiq ikram? 
 
R ə m z i 
 
Gedəlim, içdiyimiz oldu haram. 
 
S a b b a h 
 
Ramazan aqşamı, hər dildə niyaz, 
Sizə İblis olur ancaq dəmsaz. 


12 
 
X ə r a b a t i 
 
Bən ayıldım... 
 
R ə m z i 
 
Gedəlim, saçma yetər... 
 
S a b b a h 
 
(bağırır) 
 
Sayğısız... 
 
X ə y y a m 
 
Həddini çoq aşma, yetər... 
 
X a c ə N i z a m 
 
(gələr) 
 
Dur, nə olmuş? 
 
S a b b a h 
 
(Rəmzini göstərər) 
 
Bəni təhqir eylər. 
 
X ə y y a m 
Nə yazıq... 
R ə m z i 
Gəl, gedəlim... 
 
(Xərabati ilə bərabər çıqarlar) 
 


13 
 
S a b b a h 
 
Haydı, yetər. 
 
(İçəri girən xidmətçiyə şərab sürahisini və qədəhi göstərir) 
 
Durma, al, bunları rədd et buradan, 
Al da qır həpsini... 
Əbu Tahir çıqar. 
 
X ə y y a m 
 
(Sabbahı yan baqışla süzərək gülər) 
 
Bədbaxt insan!.. 
 
X a c ə N i z a m 
 
Çoq təəssüf, umulur şeymi bu hal? 
Düşünün, hər ikiniz əql-kəmal. 
Yaşadıq bunca zamandır gülərək, 
Bu qırıqlıq, bu soyuqluq nə demək? 
 
(əllərini bir-birinə verir) 
 
Barışın, son gecəmizdir barışın, 
Hər kimin yıldızı parlarsa yarın, 
Arqa olsun da gərək bir-birinə, 
Çıqalım bəlkə səadətli günə. 
And içək! 
 
X ə y y a m 
 
Anda nə hacət, söz bir. 
 
S a b b a h 
 
Razıyım bən də, gözəl bir tədbir. 


14 
 
X a c ə N i z a m 
 
Bunu vaqtilə sən açdın gerçək, 
Yüksələn düşkünə yardımçı gərək. 
 
Ə b u T a h i r 
 
(xızlı addımlarla girər) 
 
Gəliniz, minbərə çıqmışdır imam, 
Saray ərkanı bu gün burda tamam. 
 
X a c ə N i z a m 
 
Gedəlim camiyə. 
 
X ə y y a m 
 
Camidənsə, 
Musiqi məclisi xoşdur bəncə. 
 
(Bərabər çıqarlar) 
 
S a b b a h 
 
Biri vaiz, biri sazəndə arar, 
Bən sükut istərim, ancaq bu qadar. 
 
(Taxçadan bir şüşə alar, su töküb çalqar) 
 
Ə b u T a h i r 
 
O nədir? 
 
S a b b a h 
 
İştə, əcaib dərman, 
Bir yudum içdimi bundan insan, 
Bütün aləm görünür cənnət ona, 
Bunu hind alimi öyrətdi bana. 


15 
 
Ə b u T a h i r 
 
Cənnət istərsin əgər, camiyə var, 
Çoq saray qızları gəlmiş... 
 
S a b b a h 
 
(e’tinasız) 
 
Nə çıqar?.. 
Bu sırada qapı barmaq ucu ilə vurulur. 
Baq, gələn kimdir? 
 
Ə b u T a h i r 
 
(qapını açıb baqar, heyrətlə) 
 
O işvəli nur 
Qız deyil, sanki şəfəq yavrusudur. 
Çıqar, dalğın baqışlı Sevda girər, əyilər. 
Buyurun, kimsiniz?.. 
 
S e v d a 
 
İsmim Sevda... 
 
S a b b a h 
 
Əmriniz? 
 
S e v d a 
 
Lütf edin, imkan varsa 
Baqınız taleyimin yıldızına, 
Açınız həp gələcək ömrü bana. 


16 
 
S a b b a h 
 
(məmnun gülümsəyişlə
 
Bəni hardan tanıyor heykəli-naz? 
 
S e v d a 
 
Şanlı Xəyyamı, əcəb, kim tanımaz. 
 
S a b b a h 
 
(ətrafa) 
 
O nə həşmət, nə gözəl, şux əndam, 
Şübhə yoqdur, bəni sanmış Xəyyam. 
 
(taxçadan üstürlabı götürər) 
 
Cəbrə, ya hikmətə vaqif bir adam, 
Səncə bir falçımı ya?! Anlayamam. 
 
S e v d a 
 
Xayır, əsla!.. Bilirim, şairsin, 
Elmi-hey’ətdə ki pək mahirsin. 
Nə olur, göydəki yıldızlara baq, 
Bir xəbər ver bana. 
 
S a b b a h 
 
Dur, etmə məraq. 
 
S e v d a 
 
O nədir? 
 
S a b b a h 
 
Aləti-kəşf, üstürlab, 
Bizə yalnız bu verir bəlli cavab. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə