Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə65/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   57   58   59   60   61   62   63   64   65

278 
 

 
16 nisan, 1923 
Pək möhtərəm  Əziz! Nisan 12-də yazdığın məktubu aldım. Fəqət, gətirəni hənuz 
gördüyüm yoq. İkinci məktubu gətirən bəndən cavab istəmədiyindən yazmadım. Bilməm, 
bunu gətirən də cavab için gələcəkmi? Yazdığına görə “Şeyx Sən’an”ın bütününü tərcümə 
etməni arzu ediyorlarmış. Orasını sən bilirsin. Bəni rus qəzetəlrində tə’rif ediyormuşsun? 
Çoq nahaq... Bir şey ki, səni məhcub edə bilir, niçin yapıyorsun? Bir də, bən o qəzetələrin 
hiç birini ziyarət etmədim. Yalnız “Yeni fikir”də “Uçurum” haqqında yazdığını oqudum. 
Pək nakafi buldum. Bə’zi mühüm məqalələr yazdıqda, onların basıldığı  qəzetəyə 
məcmuədən birər danə göndərmək çətin bir iş olmasa gərək... “Uçurum” haqqında xüsusi 
məktubunu gözlədimsə  də,  şükür, bir mə’lumat alamadım. Üç-beş mühüm nöqtəsinə 
işarət etsəydin, istifadə edərdim və dikənli nəvazişlərinə də bir az haq vermiş olurdum. 
“Şeyx Sən’an”ın ya bir pərdə, yaxud bütün tərcüməsinə gəlincə, əlbəttə, tək-tük zəif 
yerlərini bıraqıb keçə də bilirsin. Lakin bunu bilməlisin ki, məs’uliyyət boyunduruğunun 
bir ucu bənim boynunda olduğu kibi, biri də sənin boynunda olacaq. Ona görə də diqqətli 
və ehtiyatlı davranmalısın. Əhəmiyyət verəcək olsan, bəni də adamlar sırasında saydırmış 
olursun, cızma-qara yapacaq olsan, həm kəndini, həm də bəni saldat bazarına göndərmiş 
olursun. Sən hər halda bəndən təcrübəli və  mə’lumatlısın. Fəqət bir tərəfdən azacıq 
nigaranım, bə’zi tərkib və  tə’birləri incədən-incəyə  mə’na və ruhlarına kəsbi-nüfuz 
edərcəsinə təhlilə qoyulmalısın ki, ən birinci şərt də iştə budur. 
Bir də rəsmimi istəmişdin. Kəndimdən o qədər bezarım ki, hənuz adamağıllı bir rəsm 
aldırdığımı xatırlamıyorum. Hətta teatronun əlli illiyi münasibətilə istənildi, yenə  rədd 
etdim, çünki nə  həvəsim, nə  də  fəzlə pulum var idi. Lakin sənin israrına uyaraq, dün 
rəsmimi aldırdım və haqsız olaraq kəndimi zərərə soqmuş oldum. Və bu gün sabahleyin 
birini aldım, məktubu gətirəni bəkliyorum. Gəlsə, qulluğuna gətirər... 
...Bir də  çıqan jurnaldan və  bə’zi qəzetə nömrələrindən birər nömrə göndərsən fəna 
olmaz. 
...Səni öpürəm. 
 
Qardaşın Hüseyn Cavid 


279 
 

 
7 iyul, 1923 
Pək möhtərəm  Əziz! Bu günlərdə bir qaç kərə türkcə “Kommunist” qəzetəsi 
idarəsindən bəni çağırıb diyorlar ki, “Plamya” bizə yazmış ki, əsərlərindən bir-ikisini 
göndərəlim. Həm sən həqqi-tə’lif alırsın, həm də “Plamya” idarəsindəki mütərcimlər. 
Ondan başqa Bakıda bir rus şairəsi bir türk tələbə ilə küçük mənzumələrimdən bir 
qaçını, başqa  şairlərinki ilə  bərabər tərcümə etdiklərindən  şimdi  əsərlərdən bə’zilərini 
tamamilə  tərcümə edib əsil müəllif haqqı da vermək istiyorlar. Şimdi bu başağrısından 
məqsəd bu idi ki, “Plamya” əgər yalnız tərcümə edəcəyin yazılarda sana həqqi-zəhmət 
verib də müəllifi (yə’ni bəni) haqsız, hüquqsuz bıraqacaq olursa, o zaman bir sətir belə 
yazılıb zəhmət çəkilməməsini rica eylərim.  İştə bu qədər!.. Bu xüsusda fikrini yazıb 
bildirməni istərim. Əgər zəhmət lazım gəlirsə zərər yoq, bən əsərlərimdən “Kommunist” 
vasitəsilə doğru “Plamya”ya göndərərim. O da bənim hüququmu tə’min etməklə bərabər 
istədiyi kibi tərcümə etdirər. Baqi ərzi-ehtiram... 
 
Hüseyn Cavid 
 
MİŞKİNAZ XANIMA MƏKTUBLAR 
 

 
24 həziran 1927. Kislovodsk 
Əziz sevgili Mişkinaz!  Şimdiyə qadar dörd-beş açıq məktub yazmışım.  Ərtoğrolun 
otkrıtkasından başqa bir məktub alamamışım. Bilmiyorum, cavab yazmıyorsun, yaxud 
postaxanamı vermiyor? Hər halda bu qədər tənbəllik yaramaz. 
Desəm ki, vannalar və erektrik bəndə hal qoymamış, nəinki uzun məktub yazmaq, 
hətta qısasına da ərinirim. Daha doğrusu, Məşədi  İbad kibi adımı da özgədən 
soruşuyorum. Vannalar bütün-bütünə  ə’sabı  və hafizəyi bərbad ediyor. Az qalmış ki, 
tədavi proqramımı yarılayım. Bu gün-yarın qulluğunuzdayım. Çocuqlardan muğayat ol! 
Ərtoğrola söylə ki, gözü Turancığın üzərində olsun, savaşmasınlar, yoqsa acıq edib 
biryolluq Mərdəkana gəlmərim. Çocuqları bənim tərəfimdən öpərsin... 
 
Hüseyn Cavid 


280 
 

30 iyun, 1927. Kislovodsk 
Mişkinaz! Bu gün üçüncü məktubunuzu aldım ki, Ərtoğrol ilə  bərabər yazmışdınız. 
Çoq məmnun oldum. Keçən gün doktorun yanında idim. Üçüncü dəfə müayinə etdi. Yenə 
narzan və elektrik və digər ilaclar yazdı. Doktorun fikrincə iyulun 20-ə qadar tədavi bitər, 
sərbəst olarım... Bən bir də doktora gedəcəyim. Proqrama bir şey ilavə etməsə, ayın 23-də 
çıxacağım, çünki qəribsəməyə başladım, tanış da çox az... Pənah bəy də dünən yoq srağa 
gün gəldi
1
. Kislovodskın yağmurları dad-bidad eyliyor. Dışarı  çıqmaq mümkün deyil. 
Yenə beş-altı girvənkə kökəldim. Professor, qətiyyən yaramaz, – deyə ac bıraqıyor. 
Gündüz yatmağa hiç qoymuyor. Gələn dəfə Ərtoğrola şəkilli otkrıtka yazacağam, bu 
dəfə bağışlasın. Çocuqları şapır-şapır öpərim. Ərtoğrol Həlimənin
2
 də dərslərinə baqsın. 
Pək müəzzəz Fəramuş xanıma ayrıca məktub yazmadığım için məhcubim, təbii, qüsurə 
baqmaz. İdris və Şaiqə ərzi-ehtiram... Şahzadə xanıma səlam... 
Baqi ehtiram, səni öpərim. 
 
Cavid 
                                                            
1
 
Pənah bəy Qasımov görkəmli maarif xadimi olmuşdur. O zaman Bakı darülmüəlliminin 
müdiri idi. H.Cavidin ailəsi Kommunist (indiki İstiqlaliyyət) küçəsindəki 
8 №-li evin 3-cü mərtəbəsində yaşadığı zaman qoqşu idilər.
 
2
 
Həlimə – o zaman H.Cavidin ailəsində xidmət edən qız. 
 


281 
 
Ə L A V Ə L Ə R 
 
DƏLİ KNYAZ 
 
Libretto 
 
BİRİNCİ PƏRDƏ 
 
Tiflisdə 
 
Dəli Knyaz (əksinqilabçı). Öz dayısı S o lomon ilə balkonda eyşü işrətə məşğuldur. 
Dayısı  kənd katibinin oğlu imiş. Özü də liberal düşüncəli bir ziyalıdır. Knyazın gənc 
qadını gözəl Jasmen gələr, onları salamlar və söhbətdə  iştirak edər. Knyas Jasmenin 
tərcümeyihalını söylər. O, qız ikən Batum tərəflərində bir köylü erməni müəllim qızı imiş. 
Knyaz o tərəflərə öz mülkünə baqmağa gedərkən onu almış (bu, ikinci arvadıdır). Əvvəlki 
ölən arvadından Lena adlı bir qızı var. 15 yaşındadır... 20 yaşında Anton isə Knyazın 
evində xidmət edən anası Marqonu görməyə  gəlmiş. Antonun ölən babası da Knyazın 
bağbanı imiş. Anton kommunist və mühəndis-texnikdir. O, daima Knyaza zidd gedər. 
Məclisin ortasında bağlarını dolu vurmuş bir köylü, rütubət zirzəmilərdə yatan və 
tütün fabrikasında çalışıb xəstələnən beş-altı  işçi gəlir. Yaşadıqları podvalların rütubətli 
olduğundan və maaşların azlığından bəhs edərlər və Knyaza dikanlı sözlərlə hücum 
edərlər. Knyaz onları təhqir edər. Anton işçiləri müdafiə edər. Nihayət Knyaz onları qovar 
və bütün ehtiyac və istəklərini rədd edər. Onlar da, Knyaz da məclisi tərk edər. Antonun 
anası Marqo oğluna məsihət edər. O isə  İnternasional marşını zümzümə edər, anasını 
dinləməz. Bu sırada dışardan  ıslıq (fit) səsi eşidilir. Anton yoldaşlarının çağırdığını 
söyləyərək gizli iclasa gedər. 
Pərdənin əvvəlindən sonuna qadar Şakro adlı yalançı və satıcı bir sosialist də iştirik 
edər. Hər adımda Antonun təhqirlərinə rast gəlir. 
 
İKİNCİ PƏRDƏ 
 
Botanik bağında, havuz kənarında. Tiflis 
 
Jasmen, Lena və Marqo bağ seyrinə çıqmışlar. Anton, onlar bir tərəfə getdikdən sonra 
gəlir, fikirli halda qəzetə oqur. Şakro gəlir, 


282 
 
Antona yanaşır və deyir ki, Tiflisdən qaç, səni tutacaqlar. Firqənizin sirrini öyrənmişlər. 
Anton işçiləri və yoldaşlarını  bıraqmayacağını  və getməyəcəyini söylər. Onu qorqaq 
olduğu için təhqir edər. 
Şakro gedər, Jasmen gəlir. Antona örtülü sözlərlə  məhəbbətini söylər. Anton isə 
istehza ilə gülərək söylər ki, bu mümkün deyil. Bən fabrikalar, paslar içində, sən incilər, 
elmaslar içində... Bunlar ikisi köydə ikən sevişmişlərsə də Anton illərlə onu görməyə vaqt 
bulamamış, nihayət, Knyaza getmiş. Jasmen iztirabdan qəlbim içəridə  çırpınır, – deyə 
Antonun əlini köksünə, ürəyinə qoyar, Anton əlini şiddətlə çəkər. Fəqət bu sırada Knyaz 
gəlir, görür və qısqanclığı artar. Anton gedər, Knyaz Jasmeni təhqir edər, Solomon gəlir. 
Qızıl ordunun Gürcüstana olan hücumlarını söylər. Knyaz daha çılğınlaşır. Polis və 
xəfiyyələr gəlir, Antonu yaqalar, qolu bağlı götürür. Anası fəryad edər, düşər, bayılır. 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
Knyazın evi. Süslü salon 
 
Ad günü, şən bir ziyafət. Qonaqlar sərxoş... Gürcü rəqsləri oynanır. Qonaqların bir 
qismi gənclər inqilabi marş oqur. Knyaz və Şakro qızar. Marqo həbs edilmiş oğlu Anton 
için qəmlər içində. Knyaz Antonun anasını təhqir edər, o da qədəhlə dolu padnosu yerə 
çırpar, Knyazı təhqir edib çıqar. Bir ziyalı qonaq gəlir, arvadını aparır və Knyaza der ki
bolşeviklər Tiflis ətrafını sarmış, inqilabçılar coşmaqda,  ətrafda top səsi eşidilməkdədir. 
Bir az sonra Anton saqallı olaraq gəlir, anasını soruşur və  həbsxanadakıların xilas 
olduğunu söylər. Və istehza ilə Knyaza: artıq sizin devran bitdi, – der. Höcətləşib 
sözləşirlər. Knyaz onu yaralar, düşər. Tiflisin alındığı top səslərilə bilinir. Qonaqlar 
qaçışar. Knyaz da Avropaya qaçar. 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
Berlində otel pansionunda bir salon... 
 
Knyaz Berlində Solomonla Tiflisi xatırlar, gəzmək için dışarı çıqarlar. 
Şakro Jasmenə e’lani-eşq edər və Knyazın içkidən sərsəmləşdiyini söylər. Jasmen isə 
onu rədd və təhqir edər. Anton Hamburq şəhərinə sənaye alətləri almaq için gələr. Oteldə 
Knyazın qızı Lenaya rast 


283 
 
gəlir, Lena Jasmenə xəbər verir, görüşürlər. Marqonu soruşarlar. Anton, çocuqlar evində 
müdirə olmuş deyərək Gürcüstanın başqa müvəffəqiyyətlərindən bəhs edər. Jasmen 
peşiman olduğunu və zor ilə Knyazın onu gətirdiyini söylər, təkrar Gürcüstana dönməyini 
və proletar quruluşunda çalışmaq istədiyini söylər. Anton gedər. Knyaz onu gördüyü için 
Jasmeni və qızını təhqir edər. Jasmen çıqar gedər. Qızı Lena Knyaza xəbər verər ki, Şakro 
bütün var-yoqumuzu aparmış. Sandıqları  sındırıb pul, cəvahirat nə varsa əldən 
çıqarmışdır. Knyaz büsbütün şaşırır və buradan dəliliyin müqəddəməsi başlanır. 
 
BEŞİNCİ PƏRDƏ 
 
Berlində kafe-restoran. Knyazın dayısı Solomon – müdir 
 
Bu səhnədə keçən cihan müharibəsində bir qolunu itirmiş zabit də bulunur. Qardaşı 
cihan hərbində öldüyündən bəhs edər. Və qardaşı qızı müsyölər ilə rəqs edərkən onu pis 
yola də’vət edərlər. Nifrətlə  məclisdən çıqar, gedərlər.  Şura ölkələrindən qaçmış qraf, 
fabrikant qız və qadınları restoran xidmətçisi vəzifəsində... 
Knyaz dəli qiyafəsində gəlir. Özünün və bunların keçmişincə sərsəmcə sözlərlə bəhs 
edər. Solomon Knyazın içəri odaya getdiyini görüb qapıyı qapar. Qadın və erkək 
müştərilər gələr. Solomon özü gah qəzetə oqur, gah küçük xidmətlər edər. Hamburqdan 
dönmüş Anton da gəlir. Solomon ona külqabı gətirərkən tanır, qonuşurlar. Knyazın halını 
təsvir edər. Jasmen Gürcüstana qaçmaq için Antonla buluşmuş... Bir az sonra oraya 
gələcəyini Anton söylər və dalınca gedər. Müştərilər Çarlston rəqsi ilə  məşğul olur. 
Knyazın qızı Lena rəqqasəlik vəzifəsi ifa edər və iki lirik parça ilə Gürcüstana aid şərqilər 
oqur. Knyaz yenə çıqar. Dəli sözü ilə coşar. Müştərilər dağılır. Daşarıda Rot-front marşı 
eşidilir. Knyaz onları  əksiqilabçı ordu zənn edər, coşar, gülər, ağlar, yardım istər. Silah 
çəkib hərbə hazır olduğunu söylər. Niyahət, bizimkilər basıldı – deyə özünü vurub ölər. 
Qeyd: Əsər mənzumdur. Lazım gəlsə, təbii, bə’zi yerlərinə xorlar ilavə edilir və son 
pərdədə  rəqs bitmək ikən bugünkü Berlinin işsiz işçiləri də  gələr və burjuaziyanın 
rəqslərinə qarşı e’tirazlar, aclıq marşları  və kinli çıqışlarla e’tiraz edərlər. Bu xüsusda 
rejissor və bəstəkarın tevsiyələrini dinləmək lazım gələcəkdir. 


284 
 
TELLİ SAZ 
 
Anam Mişkinaz Cavid 1945-ci ildə Hüseyn Cavidin əlimizdə olmayan “Telli saz” 
pyesinin məzmununu mənə diqtə etmişdir.  İndi mən onu oxuculara olduğu kimi təqdim 
edirəm. 
 
Turan Cavid 
 
İŞTİRAK EDƏNLƏR: 
 
Q u r b a n – Məcnunşah – xalça fabrikinin işçisi 
L a l ə – onun arvadı – xalça fabrikinin işçisi 
Q u m r a l – onların qızları, Bakıda konservatoriya bitirmiş 
B a x ş ı – Lalənin qardaşı – xalça fabrikinin işçisi 
F ə r m a n – Baxşının oğlu, elektrik mühəndisi, ali təhsilini Bakıda almış, 
Qumralın nişanlısı 
M ü n ş ı z a d ə – maarif naziri 
B ö y ü k a ğ a – xalça fabrikinin sahibi 
B a l a c a x a n ı m – onun arvadı 
P ü s t ə – onların xidmətçisi 
Ş ə p p ə r ə x a t u n – ümumxana sahibəsi və başqaları 
 
...Hadisə Təbrizdə baş verir. Xalça fabrikinin sahibi Böyükağa fabrikdə fəhlə işləyən 
Qurbanın arvadı Laləni  ələ  gətirmək istəyir. Lakin o, buna nail ola bilməyir. Laləni 
müdafiə edən Qurbanı Böyükağanın adamları bərk döyür, başına ağır zərbələr endirirlər. 
Qurban çox pis vəziyyətdə ordan baş götürüb qaçır. Bütün bunlardan sonra Lalə  qızı 
Qumral ilə, qardaşı Baxşı da oğlu Fərmanla birlikdə Bakıya gəlirlər. Lalə Bakıda tikiş 
fabrikində  işləməyə başlayır. Uşaqlar da burda təhsil alırdar. Qumrad konservatoriyanı 
bitirərək musiqiçi, Fərman isə elektrik mühəndisi ixtisası alırlar. 
Bakıya gələn Təbrizin maarif naziri Münşizadə Baxşı ilə görüşüb, Təbrizdə 
mütəxəssislərə böyük ehtiyac olduğunu söyləyərək, Qumral ilə  Fərmanı orda işləməyə 
dəvət edir. Hər iki gənc vətənləri Cənubi Azərbaycanda çalışmaq təklifini böyük həvəslə 
qəbul edirlər. 
Qumral Təbrizə  gələndən sonra həm məktəbdə, həm də Böyükağanın arvadı 
Balacaxanıma evdə dərs verir. Böyükağa tərbiyəli, ağıllı, gözəl Qumrala “aşiq” olur, nə 
yol ilə olursa olsun onu ələ  gətirmək istəyir. Ona bahalı brilyant bilərzik bağışlayır. 
Qumral 


285 
 
isə qaşların “ləkəli” olduğunu söyləyərək rədd edir. Böyükağa Qumralın nəyə  işarə 
etdiyini belə anlamır. Böyükağa Qumrala nail olmaq məqsədilə Fərmanı həbs etdirir. 
Məcnunşah adını qazanmış Qurban qızı Qumralı tanıyır. Onu, kənardan hər addımını 
izləyərək qoruyur. Böyükağagilə  dərs verməyə gedəndə  də, onu həmişə  kənardan 
müşayiət edir. 
Qumralı  ərinə  qısqanan Balacaxanım, qulluqçusu Püstənin vasitəsilə onu aldadaraq, 
guya Böyükağanın həbs etdirdiyi Fərmanı azad etmək üçün adam görmək məqsədilə 
Şəppərəxatunun ümumxanasına apartdırır. Burda Qumral... bir neçəsini nifrətlə rədd edir. 
Həmişə Qumralı izləyən Məcnunşah nəhayət onun burda olduğunu öyrənə bilir və 
Münşizadəyə xəbər verir. Münşizadənin vasitəsilə Qumral buradan azad olur. 
Lalə ilə Baxşı  vətənlərini və  uşaqlarını görmək məqsədilə  Təbrizə  gəlirlər. Lalənin 
gəlişi ilə hər şey açılır. Qurban – Məcnunşah qəzəblənib Böyükağanı boğub öldürür. 
Lalə Qumrala Məcnunşahın onun atası olduğunu bildirir. Ailə yenidən birləşir. 
“Telli saz” əsərindən əlimizdə qalan üç şeir parçasına görə qardaşım Ərtoğrol Cavidə 
minnətdarıq. O, adətən xoşladığı  şeir parçalarını özünə  məxsus dəftərinə köçürərdi. 
Xoşbəxtlikdən həmin dəftərlərdən biri – 1933-cü ilə  məxsus olanı bu gün əlimizdədir. 
Mən həmin şeirləri oxuculara təqdim edirəm. 
 

 
Gönül vuruldu o şuxun mənəkşə gözlərinə
O nə halət, o nədir işvə əda? 
Bən uymadım bu diyarın hər incə dilbərinə, 
Sanma oxşar xəyalı hər sevda. 
Ipəkli bir gecə məhtaba qarşı yıldızlar 
Hiç unutmam, solub-sararmışdı, 
Çiçəklərin arasından gülümsəyən qazlar 
Sevdiyim pəmbə nuru sarmışdı. 
Süzüldü keçdi o bayğın, o möhtəris gözlər, 
Pək yaqından gülümsiyordu bana. 
Gülümsədikcə o, sandım gülümsüyor hər yer, 
Bən də uydum o nəş’ə yavrusuna 


286 
 
II 
 
Bir gövərçin uçdu qondu 
Qaraçalı budağına. 
Halı bana pək toqundu, 
Gəldim onun sorağına. 
 
Gönül xain avcılardan 
Hər gün yeni bəla gözlər. 
Bəni yalnız, ağlar qoyan 
Ala gözlər, ala gözlər. 
 
Altın qəfəs cənnət olsa, 
Qırmalıdır tellərini. 
Cəllad yüz bir tövbə qılsa, 
Kəsməlidir əllərini. 
 
Duydunuzmu, parlaq günəş 
Ürküb qaçar yarasadan? 
Bilməz ki, yoq bəndə atəş, 
Sönüb getdin parlamadan. 
 
III 
 
Nerdəsin, telli qız, kimdir ənisin? 
izlər hər adımda fəlakət səni. 
Gəl, yüzünü xain gözlər öpməsin, 
Yaqar həsrət bəni, xəyanət səni. 
 
Keçdiyim yoq əsla bu viranədən, 
Ala gözlərinə uyub gəldim bən. 
Gönlümü dinləsən, bənimlə getsən, 
Üzməz qucağında səfalət səni. 
 
Təxminən 1931/32-ci il mövsümündə Bakı Türk işçi Teatrında tamaşaya qoyulması 
nəzərdə tutulan “Telli saz” tamaşasında Məcnunşah rolunu ifa etmək üçün opera tertrında 
çalışan Azərbaycanın xalq artisti H.Q.Sarabski dəvət olunubmuş. Müəyyən səbəblərə görə 
baş tutmayan bu tamaşada oynayacağı Məcnunşah rolunu aktyor çox böyük həvəslə məşq 
edir və deyirmiş ki, bu mənim yaradıcılığımda tamamilə yeni bir obraz olacaqdır. Mən 
çalışacağam ki, qayğılı insan taleyinin rəmzi olan Məcnunşahın obrazını tamaşaçılara 
olduğu kimi göstərə bilim. 


287 
 
MÜNDƏRİCAT 
 
DRAM ƏSƏRLƏRİ 
 
Xəyyam . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ……….... .7 
İblisin intiqamı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ………... .144 
 
MƏQALƏLƏR 
 
Urmiyədən məktub . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ……….... .183 
Urmiyədən . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ……….. . .184 
Naxçıvandan təbsirə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ………....187 
Naxçıvanda nə gördüm? . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ……….... .190 
Naxçıvana nə lazım? . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ………… . .192 
Həsbi-hal (1) . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ………… .194 
Həsbi-hal (2) . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ………… . . .198 
Həsbi-hal (3) . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ………… . . . .202 
Həsbi-hal (4) . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ………… .205 
Həsbi-hal (5) . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ………....214 
Nakamlıq . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ………... .218 
Mirzə Abdulla Məhəmməd yaxud (A.Sur) – Abdulla Tofiq . . . . . . . …………. . . .219 
Teatr yaxud sən’əti-tamaşada təbəddül və tərəqqi . . . . . . . . . . . . . . ………….. . . .229 
Tiflisdə “İttifaq” məktəbi . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ………… . . . .231 
“İttifaq” məktəbinə bir nəzər . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . …………. . . . .232 
Müharibə və ədəbiyyat . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ……….... . . . . .233 
M.Qurbanəli Şərifzadə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ………… . . . .239 
 
MƏKTUBLAR 
 
M.T.Sidqiyə məktublar . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ………… .243 
Q.Şərifzadəyə məktublar . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ………….249 
Məhəmmədəli Sidqiyə məktublar . . . . . . . . . . . . . . . . . . . . . . . ………….. . . . . . . .272 
Mişkinaz xanıma məktublar . . . . . . . . . . . ………... . . . . . . . . . . . . . . . . . . . . . . .. .279 
 
Əlavələr
 . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .  ...
281 


288 
 
Buraxılışa məsul:    
Əziz Güləliyev 
Texniki redaktor:    
Rövşən Ağayev 
Tərtibatçı-rəssam:    
Nərgiz Əliyeva 
Kompyuter səhifələyicisi:   Rəşad Həmidov 
Korrektor:    
 
Pərvanə Məmmədova 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir 23.09.2004. Çapa imzalanmışdır 11.03.2005. 
Formatı 60x90 
1
/
16.
 Fiziki çap vərəqi 18. Ofset çap üsulu. 
Tirajı 25000. Sifariş 45. 
 
 
 
Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə