Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə7/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   2   3   4   5   6   7   8   9   10   ...   65

42 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
Alp Arslan sarayında qəbul odası... Aqşamüstü, Hacib düşüncəyə dalmış. Bu sırada 
Xacə Nizam gəlir, Hacıb baş əyər. 
 
X a c ə N i za m 
 
Haydı, Sabbah ilə Xəyyamı çağır. 
 
H a c i b 
 
Bu saət. 
 
(qapıya çıxar) 
 
İştə, əfəndim, hazır. 
 
Sabbah və Xəyyam kübarca geyinmiş və yüzləri təraş edilmiş gəlirlər. 
 
X a c ə N i z a m 
 
(yer göstərir) 
 
Buyurun, kimsə düşünməzdi ki, biz 
Yenə bir gün görüşüb birləşiriz. 
 
(Sabbaha) 
 
Söylə, sən nerdə idin bunca zaman? 
 
S a b b a h 
 
Qaçaraq mədrəsədən qorqumdan, 
İsfahan səmtini etdim məskən. 
Bəni cəlb etdi Nişabur yenidən. 
 
X a c ə N i z a m 
 
Bən də bir xeyli üzüldüm o gecə
Etdilər öncə bir az işgəncə. 
Sonradan məhkəmə suçsuz buldu; 
Gülərək taleyimiz yar oldu. 


43 
 
S a b b a h 
 
O səadət günəşindən az-çoq 
Parlarız biz də əminim... 
 
X a c ə N i z a m 
 
Söz yoq, 
Edilən əhdimizi tutmalıyız. 
 
(Xəyyamı hörmətlə süzər
 
Şairindir sıra, anlat yalınız, 
Hanki bir rütbəyə meylin varsa, 
Hökmü bir anda olunsun icra. 
 
X ə y y a m 
 
Yaşamaqçin bana, mümkünsə əgər, 
Bir əkin tarlası, bir bağça yetər. 
 
X a c ə N i z a m 
 
Bir də kaşanə gərək məsrəf için
Hər nə lazımsa edərlər tə’min. 
 
X ə y y a m 
 
Çoq təşəkkür, bu səadət yetişir, 
Bu da olmazsa yetər nan-pənir. 
 
X a c ə N i z a m 
 
(Sabbaha) 
 
Sən nə istərsin, əzizim, söylə. 
 
S a b b a h 
 
Bir vəzifəylə sərəfraz eylə. 


44 
 
X a c ə N i z a m 
 
Sana hər dürlü böyük rütbə yarar
Bilirim, səndə siyasi başı var. 
 
(Sabbahda sevinc) 
 
S a b b a h 
 
Dilim aciz, nə deyim bilməm ki, 
Ah, diriltdin bəni. 
 
X a c ə N i z a m 
 
(ətrafa) 
 
Qurnaz tilki. 
 
Bu sırada pərdə arqasında incə bir musiqi çalınar

 
X ə y y a m 
 
O nə mahir, nə gözəl barmaqlar. 
 
X a c ə N i z a m 
 
Sarayın iştə böyük aləmi var, 
Şanlı bayramdır, əzizim, bu gecə. 
Var ziyafətlə geniş əyləncə
Bu gün Alp Arslan için xoş bir gün, 
Qeysəri-Ruma o gəlmiş üstün. 
 
Xacə Nizamın işarəti və Hacibin toqunması ilə ortadakı pərdə qalqar, son dərəcə parlaq və süslü 
bir aləm görülür. A l p A r s l a n , s a r a y ə r k a n ı , s a r a y l ı x a n ı m l a r və y a v ə r l ə r 
önlərində şərab qədəhləri olaraq zevqə dalmışlar. Musiqi dəyişər, qalqıb xaqanın şərəfinə içərlər. 
 
M ə c l i s d ə k i l ə r 
 
Binlərcə yaşa, ey yılmaz, 
Şevkətli, böyük xaqan! 
Binlərcə yaşa, Alp Arslan! 
Binlərcə yaşa, Alp Arslan! 


45 
 
Qarşında aman bulmaz 
Ən qorqulu bir düşman. 
Binlərcə yaşa, Alp Arslan! 
Binlərcə yaşa, Alp Arslan! 
 
X a c ə N i z a m 
 
(şaha) 
 
İştə Sabbah və şair Xəyyam. 
 
A l p A r s l a n 
 
(yer göstərir) 
 
Oturun. 
 
(X a c ə N i z a m a) 
 
Bunlara lazım ikram. 
 
X a c ə N i z a m 
 
(Xəyyama işarətlə) 
 
İştə, hikmətdə böyük qüdrəti var 
Cəbrü-hey’ətdə də çoq şöhrəti var. 
İbn Sina kibi Şərqin yüksək 
Bir dəhasından o almış örnək. 
Yapacaq olsa rəsədxanə bizə, 
Şan verir fənnilə tariximizə. 
 
A l p A r s l a n 
 
Burda yoq şübhə ki, Xəyyam ikidir, 
Biri alim, biri parlaq şair. 
Şimdi yalnız o böyük şairdən 
İki söz dinləmək istərdim bən. 


46 
 
X ə y y a m 
 
(coşğun qalxar
 
“Bir böyük quş qonaraq bürcünə gördüm Tusun, 
Süzərək kəlləsini pəncədə Keykavusun; 
Sanki söylərdi: hanı dünkü o həşmət, o cəlal? 
Hanı keçmişdəki avazeyi-təblü kusun?” 
 
A l p A r s l a n 
 
Ah, bu sözlər nə qadar incə, dərin, 
Böylə kəskinsə də, xoşdur şe’rin. 
 
X ə y y a m 
 
“Uğrayıb dün gecə bir ustaya oldum həmraz, 
Badə ibriqinə gördüm ki, yapar qulp, boğaz. 
Baq, dedim, bunlar ölən şahü gəda ə’zası, 
Nə şahın dəhşəti qalmış, nə gədalərdə niyaz”. 
 
A l p A r s l a n 
 
Pək həkimanə, əvət, sözləriniz. 
 
X a c ə N i z a m 
 
(Saqiyə Xəyyamı göstərir) 
 
Ona mey sun. 
 
S a b b a h 
 
Bana şərbət veriniz. 
 
A l p A r s l a n 
 
Buyurun, xurma şərabından için, 
Yeni bir nəş’ə verir şair için. 


47 
 
X ə y y a m 
 
Bəncə Bağdadə Nişabur üstün, 
Xurmadan fərqi böyükdür üzümün. 
Saqiyə Xəyyama üzüm şərabı verir. 
 
A l p A r s l a n 
 
(qədəhini qaldırır) 
 
İçəlim, iştə var olsun şair! 
 
X a c ə N i z a m 
Öylə şair sanırım pək nadir. 
 
Hər kəs içərək Xəyyama qarşı əyilər. Bu sırada rəqs ahəngi başlar. Bir yığın tüllərə 
və ipəklərə bürünmüş qızlar (Rum qızları) gəlir və oynarlar. 
 
A l p A r s l a n 
 
Baqınız, incə zəfər qönçələri, 
İştə, Rum qeysərinin töhfələri. 
Qızlar Rum ahənginə uyğun oqur və oynarlar. 
 
Q ı z l a r 
Bu bəlkə süslü bir yalan
Diyorlar, iştə hər zaman 
Çıqar Olimpə şadman, 
Ən işvəkar ilahələr. 
Gülər gülür, gülür gülər, 
Həyat için səfa dilər. 
Gəlincə rəqsə əl-ələ, 
O incə nazlı qafilə 
Aqıb coşan sevinc ilə 
Həyat için səfa dilər. 
Gülər gülür, gülür gülər 
O bəxtiyar ilahələr. 
 
Bu sırada Sevda cariyələri ilə bərabər gələr. Rəqqasələr onu qarşılayıb çıqarlar. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə