Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 

40 


xəstələnməyəsən.  Qaldı  iş  məsələsinə,  gəl,  “tök  ətəyindən  daşı”,  get  rəfiqən 

Natəvanın yanına, o qədər edimizin çörəyini yeyib ki, bişirdiyim dolma üçün əldən 

gedirdi.  

Fidan ürəyində anasının “xəstələnərsən” sözlərinə ürəyində gülürdü: “Hə, burda 

yanılmamısan ana, xəstələnməyinə xəstələnmişəm, amma başqa cür xəstələnmişəm, 

mən indi Röyalın xəstəsiyəm, o, məni bir öpüşlə xəstələndirdi, ona aşiq olmuşam, 

sənin  yeni  sevdamdan  xəbərin  yoxdur.  Yadındadır,  ana,  evimizdə  tənhalığa 

çəkiləndə,  ürəyimdə,  xəyalımda  kiminlə  danışdığımı  soruşardın,  bax,  həmin  şəxs 

gəlib məni tapıb, ana... Özü də ən pis günümdə tapdı, bağlı gözlərimi açdı, qorxulu 

röyalardan  oyatdı...  Mənə  dünyaya  gətirdiyim  bu  uşağın  atasının  əsl  simasını 

göstərdi”.  

- Niyə fikrə getdin? – deyə anası əlini onun saçlarına çəkdi.  

-  Nəyin  fikrini  edəcəyəm  ki?!  İlk  gündən  içimdə  bir  boşluq  vardı,  ana,  bu  da 

tanımaza-bilməzə  qurulan  ailənin  axırı...  Atam  –  sənin  tez-tez  köhnə  kişi 

adlandırdığın  valideynim  mənə  arvadbaz  ər,  özünə  -  ailəsinə  qənim  kəsilən 

ələkeçməz  dələduz  kürəkən  tapıbmış.  Əcəb  də  yaxşını  yamandan  ayırmaq 

təcrübəsi  varmış...  O  da,  sən  də  elə  bil  bu  zəmanənin  adamı  deyilsiniz.  Heç 

birinizin görmədiyi, tanımadığı bu adam barədə ürəyinizdə şübhə oyanmadı? Məni 

az qala ittiham edəcəkdiniz. Guya sizdən geri qalıram. Kaş özümdə iradə, güc tapıb 

heç  kəsə  qulaq  asmayaydım,  bu  izdivaca  əzəl  başdan  razı  olmayaydım.  O,  hətta 

təhsilimi davam etdirməyimə də maneçilik törətdi... Nahaq yerə deməyiblər ki, çox 

istəyən azdan da olur.  

Fidan danışdıqca aşıb-daşır, haldan-hala düşür,  göz yaşları  yanağına süzülürdü. 

Övladının  xoşbəxtliyi  uğrunda  çarpışan  bir  ana  üçün  bundan  ağrılı  gün  ola 

bilməzdi.  

Peşmançılıq  və  acı  təəssüf  hissi  kövrək  ana  qəlbini  yandırıb-yaxırdı.  Fidan  nə 

qədər qəzəbli  görünsə də, əndazəni aşmır, özünü çox  təmkinli aparırdı.  Qəlbində: 

“Bilirəm,  baş  verənlər  səni  sarsıdır,  ana,  yaxşı  ki,  bu  sınıq  qəlbimi  bürüyən 

məhəbbət alovu təzədən şölə saçıb, içimdəki boşluğu doldurur, əzablarıma məlhəm 



 

41 


qoyur.  İlk  dəfədir  kiməsə  lazım  olduğumu  duyub,  sevincini  yaşayıram...  Əgər  o 

olmasaydı, yəqin bu dərddən çərləyib ölərdim...” – düşünürdü.  

- Mən başımın çarəsini qılaram ana, siz barı özünüzün, bacımın qayğısına qalın... 

Bilmirəm,  bunu  mənə  kimsə  demişdi,  yoxsa  nə  vaxtsa  yuxuda  görmüşdüm  ki,  o 

binadan gəlin köçən qızların heç biri xoşbəxt olmur. Gərək atam vaxtında xarabanı 

sataydı... Nə isə... Təki bacım xoşbəxtlik tapsın, ana. Çünki o, təzə evinizdən gəlin 

köçəcək... Mənim bədbəxtliyimdən ibrət götürüb, daha onu sevib-bəyəndiyinə ərə 

verərsiniz...  

Ana qəlbindən yanıqlı ah qopdu: 

- Sən bizdən üz döndərməyi ağlına belə gətirmə! 

- Sən nə danışırsan, ana. Mənim belə fikrim də yoxdur. Halbuki, iki il əvvəl siz 

özünüz  məndən  asanlıqla  imtina  etdiniz...  İnan  mənə,  ana,  biz  Əfqan  kimi 

dələduzun  toruna  düşüb,  ona  məğlub  olduğumuz  günə  qədər  qalib  idik,  şərəfli 

ömür  sürürdük,  pak  və  təmiz  həyatımız  vardı.  Kasıb  idik,  amma  bəxtəvər  günlər 

yaşayırdıq.  Ailəmiz  cəmiyyətin  diqqət  mərkəzində  idi.  Bizi  tanıyan  qohum-

əqrəbanın  yanında  başıuca  gəzirdik...  İndi  nə  yaxşı,  qohum-qonşu,  dost-tanış  nə 

sizin təzə ünvanınızı bilir, nə də mənim kiminlə necə yaşadığımı.  

- İndi zəmanə başqadı, heç qohumlar da əvvəlki kimi bir-birini arayıb-axtarmır, 

bala.  Yoxsa  lap  biabır  olardıq.  Görünür,  bəxtimiz,  qismətimiz  beləymiş,  alın 

yazımız  buymuş.  Qocalıq  hər  adama  sevinc  gətirmir.  Rəhmətlik  baban  həmişə 

deyərdi,  Allah  adamın  axırını  xeyirə  calasın.  “Kiminin  əvvəli,  kiminin  axırı” 

deyiblər.  Allah  adamın  əvvəlindənsə,  axırını  gətirsə  yaxşıdır.  Ömrümüzün  bu 

çağında əl-qolumuzu rahat uzadıb övladlarımızın yaşayışından əmin-arxayın olmaq 

əvəzinə  halal  mirasımız  da  qismət  deyilmiş,  gözümüzün  ilk  ovu  övladımızı 

bədbəxt elədik. Kişi bu günəcən heç özü də bilmir niyə evi satmağa razı oldu? Elə 

bil  o  gədə  sehrbaz  idi,  falçıydı,  onun  dilini-ağzını  bağlatdırdı.  Əgər  Əfqanın 

fırıldaqçı  olduğunu  indi  də  bilsə,  inan  bağrı  çatlayar,  onsuz  da  ev  satılandan 

özündə-sözündə deyil... Nəsə hiss edir. Yuxulu adamlar kimi gəzib-dolaşır. Özüm 

sənə demək istəmirdim, axır vaxtlar ürəyi onu bərk incidir.  



 

42 


- Ana, atamın xətrinə bu sirri açıb-ağartmırdım, amma Əfqanın da sayğısızlığına 

daha  biganə  qalıb,  özümü  heç  nə  olmamış  kimi  apara  bilməzdim...  Mən  ondan 

boşanmaq qərarına gəlmişəm. 

- Bəs, bu sirri necə gizləyə bilərik, qızım? Məgər məhkəməyə bizi 

çağırmayacaqlar? 

- Yaxşı, onda bəs nə edim? İstəyirsiniz, özümü avamlığa, abırsızlığa vurub, heç 

nə olmayıbmış kimi Əfqanın nə vaxtsa evə gələcəyini gözləyim? Sonra 

vərəmləmələrinə, sayıqlamalarına, təhqirlərinə dözüm, zorla yatağıma salıb, 

yuxuya verəndən sonra öldürüb, qatil olum? Bir gün atam ekran qarşısında sevimli 

kriminal xəbərlərinə baxanda qızının qatil, sevimli kürəkənininsə dələduz 

olduğunu öyrənsin? Məncə, qatil valideyni olmaqdansa, boşanmış qız atan-anası 

olmaq yaxşıdır. Bir də inanmıram ki, o çoxbilmiş tülkü quyruq ələ versin, 

məhkəməyə-filana gəlsin. Mən bu işin bir qısa yolunu tapıb ondan boşanmalıyam. 

Amma bir şeyə inanıram o, elədiklərinin cəzasını çəkəcək, - səsinin azacıq 

ahəngini qaldırdığına görə peşiman oldu, nəvazişlə, - ürəyini sıxma ana, - dedi, - 

belə bir şərəfsiz, axmaq faciə deyil, boşanandan sonra ikinci dəfə ailə quran o 

qədər xoşbəxt gəlinlər var ki... Allah qoysa, çox çəkməz, mən də olaram onlardan 

biri.  


Bir neçə gün ötüb keçdi. Fidanın ad günü yaxınlaşırdı. Hər dəfə Röyalın 

telefonda sevgi dolu pıçıltılarını eşidəndə, onunla öpüşdüyü günü yada salır, ürəyi 

köksündə quş kimi çırpınır, nəfəsi təngiyir, sifətini soyuq tər basırdı. Necə 

olmuşdusa, bir dəfə telefonda danışanda ad günü barədə söz düşmüşdü. Bəlkə də 

Fidan qeyri-ixtiyari söz salmışdı, çünki həmin günü birlikdə keçirməyi çox 

arzulayırdı.  

Bəzən Röyal hansısa kövrək hissin təsirindən duyğusal görkəm alır, nə vaxtsa 

oxuyub-əzbərlədiyi şeirlərdən parçalar söyləyirdi. Fidan mat-məətəl qalırdı, o bu 

cür gözəl şeirləri necə yaddaşında saxlaya bilir. Dediyinə görə, orta məktəbdə dərs 

oxumağa həvəsi olmayıb, ata-anasının köməyi ilə texniki-peşə kollecinə daxil olub, 

atası təsadüfi yol qəzasında dünyasını dəyişəndən sonra təhsilini yarımçıq qoyub. 

Anası isə doğum evində tibb bacısı işləyirdi. Birtəhər dolanırdılar. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə