Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   2   3   4   5   6   7   8   9   ...   27

 

bizi  əli  aşından  da  edir,  vəli  aşından  da.  Yadında  saxla,  ailəmizin  bundan 



sonrakı taleyi bizim doğru-dürüst ər seçimimizdən asılıdır...  

Bu əhvalatdan  heç bir həftə keçməmiş kollecin  yaxınlığında Natəvanı Cekin 

maşınında  görən  Fidanın  daxili  dünyası  alt-üst  olmuşdu.  “Aman  Allah,  sən 

saxla,  heç  demə,  bu  qız  cadügərmiş,  ağlına  gələni  etməyə  qadirmiş...”.  Sübh 

çağı  isə  yuxarı  mərtəbədəki  mənzilin  dənizə  açılan  pəncərələri  şaqqıltıyla 

bağlananda  Fidan  “Allah  bilir,  bəlkə  də  Cek  bu  gecəni  Natəvanla  birgə 

keçirib?”  –  düşündü.  “Axı,  mənə  nə  olub,  başıma  at  təpib,  niyə  gecənin  bu 

vədəsi  onun  haqqında  düşünürəm?  Özümü  tox  tutmalıyam,  nə  olsun  ki,  bu  qız 

elə  bil  hər  şeyi  mənim  acığıma  edir.  O  ağlıseyrək  hələ  anlamır,  taleyiylə  oyun 

oynayır.  Nə  edir-etsin,  cəhənnəmə,  özü  bilər...  mənə  nə”.  Ağır  düşüncə 

boşluğuna düşən qızı dəhlizdə öz-özünə gileylənən anasının cod səsi ayırdı: 

-  Zəmanənin  boz  üzü  çönüb,  vallah,  bizimkilər  bir  tikə  çörək  dalınca 

dünyanın  o  başına  gedir,  iti-pişiyilə  zəhləmizi  aparan  bir  ingilis  gədəsi  neft 

iyinə dünyanın o başından durub Bakıya gəlib... 

Görünür, bir az əvvəl yuxarı mərtəbədən gələn səs-küy arvadın da yuxusuna 

haram  qatmış,  qaçırmışdı.  Ahıl  qadın  deyinə-deyinə  mətbəxə  keçdi.  Sanki  ana 

qızının oyaq olduğunu, bir an ürəyindən nələr keçdiyini qabaqcadan duymuşdu. 

Fidan barmaqlarının ucunda tez yatağına tərəf döndü. Anası yaxın rəfiqəsindən 

üz  döndərməsinin  səbəbini  öyrənən  zaman  onu  bərk  qınamışdı:  “Nə  olsun,  a 

bala.  Neçə  illik  rəfiqənə  niyə  acığın  tutduğunu  anlamıram.  Yazıq  qız  kənd 

uşağıdır,  nə  vaxtacan  cavan  ömrünü  kirayədə  yaşadığı  zirzəmidə  çürüdəcək? 

Sən gözünü şəhərin mərkəzində, hər cür şəraitə malik ünvanda açmısan, o qızın 

nələr çəkdiyini duya bilməzsən... Məncə, elə sən də imkanlı oğlana ərə getmək 

barədə  düşünsən,  pis  olmaz!”.  O  gündən  özünün  dediyi  kimi,  pul  iyinə 

dünyanın  o  başına  getməyə  hazırlaşan  Natəvana  haqq  qazandıran  anasıyla 

söhbət etməkdən çəkinirdi. Çünki fürsət düşən kimi anası ərə  getmək  vaxtının 

yetişdiyini  eyhamla  qandırır,  qanqaraçılıq  yaradırdı.  İndi  yenə  ana  mətbəxdən 

yatağına dönəndə qızlarının otağına baş çəkdi, hər ikisinin şirin-şirin yatdığına 

əmin olub otağına çəkildi. 



 

 



 

                                  * * * 

 

...  Səhərin  gözü  açılandan  buludların  arasından  təbəssümünü  əsirgəməyən 



günəş  hərarətlə adamları evdən bayıra çıxmağa,  mavi  dənizin sahilində, güllü-

çiçəkli  xiyabanlarda  gəzib-dolaşmağa  çağırırdı.  Yatağından  həmişəki  vaxtdan 

gec  qalxan  Fidan  əl-üzünü  yuyub,  saçlarını  daradı.  Mətbəxə  keçəndə  anası 

nəvazişlə: 

- Doyunca yata bildin, qızım? – soruşdu.  

- Hə... 


Anası mətbəxdə qutab bişirirdi. Kiçik bacısı Aynaz da ona kömək edirdi.  

-  Bu  gün  yaxşı  hava  var,  gecə  dəhşətli  külək  vardı,  dedim,  yatan  kimi  yağış 

başlayacaq,  gəl  otur,  yeməyini  ye,  sonra  get  gəz-dolan,  belə  havada  evdə 

oturmaq günahdı, - ana asta-asta danışırdı, qızı pəncərə önündə dayanıb xəyala 

dalmışdı. Mətbəxin dəmir çərçivəli pəncərəsindən həyət baxçası görünürdü. Bir 

azdan  təzəcə  tumurcuqlanmış  ərik  ağacının  altındakı  dairəvi  taxta  masanın 

ətrafına yığışan bekar kişilər həvəslə domino oynamağa başladılar. Fidanın atası 

məhəllənin  bu  daimi  müştərilərinin  arasında  yox  idi,  çünki  o,  bazar  günü  də 

küçənin  tinindəki  dədə-babadan  yadigar  qalan  köhnə  ayaqqabı  təmiri 

daxmasında iş başındaydı. Uzun illərdən bəri sakit həyat tərzi keçirən Səlim kişi 

pinəçiliklə ailəsinin ruzusunu qazanmağa vərdiş eləmişdi.  

Halal  zəhmətlə  dolanan,  namuslu  ömür  sürən,  heç  kəsə  dəyib-dolaşmayan, 

valideynləri  ilə  həmişə  fəxr  edən,  ağlı  kəsən  gündən  onların  bir  sözünü  iki 

eləməyən  Fidan ən adi  günlərdə belə dərsdən sonra  vaxtının çoxunu evlərində, 

dörd  divar  arasında  keçirirdi.  Bu  yaşda  adətən,  qızlar  özlərinə  sığmır,  sevib-

sevilməyi,  bəzənib-düzənməyi,  rəfiqələri  ilə  birlikdə  vaxt  əritməyi  xoşlayırlar. 

Anası  qeyri-adi  təbiətilə  seçilən,  yaşıdlarından  fərqlənən  Fidana  baxır, 

dinməzcə  köks  ötürür,  qəlbində  qara  qanlar  axır,  ərgən  yaşına  çatan  qızının 

gələcəyini düşünür, nigarançılıq çəkirdi.  



 

Rəfiqəsi  ilə  araları  pozulandan  sonra  Fidan  evdə,  məktəbdə  özünü  qəribə 



tərzdə  aparırdı,  saatlarla  öz  dünyasına  çəkilməsi,  susub  xəyala  dalması  onu 

ətrafda  baş  verən  real  hadisələrdən  uzaq  salmışdı;  ona  elə  gəlirdi  ki,  yaşadığı 

dünyada hər şey yalan üstə qurulub, nə əsl sevgiyə etibar qalıb, nə təmənnasız 

dostluğa. Anasının tez-tez “üzü dönük” dediyi zəmanə adamları dəyişmişdi. Pul 

qazanmaq,  var-dövlət  sahibi  olmaq  ehtirası  mənəvi  dəyərləri  kölgədə 

qoymuşdu. Həyatda ən müqəddəs varlıq bildiyi anası da Fidanı pulu-parası olan 

adama ərə vermək niyyətini gizləmirdi: 

-  “Eh,  ay  qızım,  sevgi,  məhəbbət  indiyəcən  heç  kəsin  qarnını  doyurmayıb, 

ərə getdiyin Allah bəndəsiylə bir-iki il eyni yastığa baş qoyandan sonra, arxada 

sevgi  də  yaranacaq,  xətir-hörmət  də,  çətini  uşaq  doğulanacandı.  Əsas  odur  ki, 

ailə  quracağın  adam  lütün  biri  deyil,  evi-eşiyi,  pulu-parası  var”.  Fidansa  cavab 

vermir, zahirən özünü elə aparırdı ki, guya hələlik ərə getmək barədə düşünmür.  

Əslində isə xəyala dalanda qız ən çox ailə quracağı Allah bəndəsinin kimliyi 

barədə  düşünür,  çağrılmayan  qonaq  kimi  qəlbinin  qapısını  vaxtsız  döyən 

duyğular  ağlını  başından  alır,  onu  həyəcana  gətirirdi.  Düşüncələr  aləmindən 

qopmayan  qızcığaz  get-gedə  o  qədər  xəyalpərvər  bəndəyə  çevrilmişdi  ki, 

tənhalığa çəkiləndə xəyalında obrazını yaratdığı oğlanla danışırdı. Bu yaraşıqlı, 

baxışından  ciddilik,  ötkəmlik  yağan,  erkən  yaşında  həyatın  hər  üzünə  bələd 

oğlanı Fidan hardan tanıyırdı, ilahi? Tanıyırdı deyəndə, oğlanı son dəfə baxdığı 

“Qeyb olan illər” adlı türk teleserialındakı Əsmərə bənzədirdi. Bu  filmə baxan 

günədək Fidan elə bilirdi ki, Əsmər yalnız qız adıdır. Ancaq bu ad filmin əsas 

qəhrəmanlarından  hesab olunan qarabəniz oğlana  yaraşırdı ki, sanki  vücuduna, 

mütənasib  qəddi-qamətinə,  simasına  həqiqətən  biçilmişdi.  Fidan  gələcəkdə 

həyat  yollarında  birgə  addımlayacağı  oğlanı  da  o  cür  təsəvvür  edirdi: 

“İnanıram, bir gün Əsmərə bənzəyən bir oğlan küçədə, yolda, hardasa qəfildən 

qarşımı kəsib: 

-  Fidan,  canım-gözüm,  axtardığın  mənəm,  deyəcək!  Sənin  xəyalında 

yaşatdığın  oğlanam,  həm  sənin,  həm  də  valideynlərinin  arzuladığı  Allahın 

sevimli  bəndəsiyəm.  Bəli,  Fidan  düşüncələr  aləmində  aşiq  olduğu  gəncə 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə