Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   2   3   4   5   6   7   8   9   ...   27

 

13 


sevinc  içində  əl  çalıb  onu  təbrik  edirdi.  Natəvansa  gülə-gülə  rəfiqəsinin  boynuna 

sarılıb, ərkyana:  

- Gördün, bilirdim axı, növbə sənindir! – söyləyirdi.  

Ürəyinin  döyüntüsünə  Fidan  diksinib  xəyaldan  ayrıldı.  Rəfiqəsinin  toyuna 

gedib-getməyəcəyinə hələ də qəti qərar verməkdə çətinlik çəkirdi.  

- Ah, Natəvan, Natəvan, - deyə pıçıldadı, - bir-birimizin toyunda iştirak etməyi o 

qədər  arzu  eləmişdik  ki,  indi  nə  qərar  qəbul  edəcəyimi  özüm  də  bilmirdim.  Dörd 

yol ayrıcındayam, çaşıb qalmışam. Deyəsən, anam haqlıdır, sən ailənin xatirinə bu 

seçimi etdin. Xoşbəxt ol bacım, toyun mübarək olsun!.. 

Güzgünün  qarşısına  keçib  heyranlıqla  boy-buxununa  baxırdı  –  onun  boyasız 

dodaqları,  alışıb-yanan  ənlik-kirşansız  yanaqları  çiyələk  kimi  qızarmışdı. 

Köynəyinin  düz  yaxası  dik  döşlərinin  giləsinəcən  açılmışdı.  Əllərini  həsrətlə 

sinəsində,  belində,  yupyumşaq  saçlarında  gəzdirdi.  Öz  gözəlliyinə  tamaşa  edən 

növrəstə qız elə bil ağappaq, yarıqlı  gəlinlik paltarında  xoşbəxtliyinin astanasında 

dayanmışdı.  Xəyalında  canlandırdığı  ağ  bənizli,  çinar  qamətli  oğlana  bəylik 

kostyumu bərk yaraşırdı. “Vağzalı” oyun havası altında onlar qol-qola girib böyük 

toy zalına daxil olurdular. Natəvan da ingilis əri ilə birlikdə onları təbrikə gəlmişdi. 

Şorgöz  ingilissayağı  Cek  heyrətlə:  “İlahi,  mən  kor  olmuşam,  qonşuluqda  belə 

mələksimanı  görməmişəm”  –  deyirdi.  Natəvan  qısqanclıqla,  naz-qəmzəylə  ərini 

süzürdü:  “Əzizim,  gəlinlik  paltarında    bütün  qızlar  mələyə  bənzəyirlər...”.  Cek 

nəzakətlə  razılaşmır,  etiraz  edirdi:  “Sən  bir  ətrafa  bax,  bu  zalda  gəlinlik  paltarı 

geyməyən  gör  nə  qədər  mələk  var!”.  Çinar  boylu,  qədd-qamətli  Əsmər  bəy  də 

nədənsə  əsəbiləşirdi.  Elə  bil  toyda  iştirak  edən  bütün  gözəl-göyçək  xanımları 

ingilisə qısqanırdı. “Axı,  mən onları toya  dəvət eləməmişəm” – deyə  Fidan özünə 

haqq  qazandırdı,  gileylənmək  istəyəndə  xəyalında  canlandırdığı  toy  səhnəsi 

büsbütün  dağıldı,  güzgüdə  yazıq  görkəminə  baxıb  başını  buladı.  “Yəni 

doğrudanmı,  belə  bir  oğlan  hardasa  var?  Əlbəttə,  var,  ay  yazıq,  di  gəl  ki,  onun 

sənin qismətinə yazılıb-yazılmadığını Tanrıdan başqa kimsə bilmir”.  

Günlər su kimi axıb keçdi. Fidan anasının ciddi təkidinə baxmadı, min cür səbəb 

gətirdi,  Natəvanın  toyuna  getməyə  razı  olmadı.  Amma  Natəvan  alicənablıq 




 

14 


göstərdi,  rəfiqəsindən  buna  görə  incimədi.  Xoşbəxtlik  göyünün  yeddinci  qatında, 

qanad açıb süzən bəxtəvər gəlinin inciklik barədə düşünməyə nə vaxtı vardı, nə də 

həvəsi.  Cekin  aldığı  təzə  mənzilə  köçüb,  Antaliyada  keçirdikləri  bal  ayından 

dönəndən sonra bir müddət kollecə ayaq basmasa da, Fidanla barışmağa can atırdı. 

Gözlə qaş arasında vaxt tapıb rəfiqəsinə səmimi bir məktub da göndərmişdi: “Biz 

ağır  günlərin  dostu-rəfiqəsi  olmuşuq,  toyuma  gəlmədiyinə  görə  incimirəm,  indi 

mənim üçün həmin gün geridə qalıb, zirzəmidə kirayədə yaşadığım illər kimi... Öz 

ailə  biznesimi  qurmaq  niyyətim  var,  tanınmış  bir  iş  adamı  olacağıma  zərrəcə 

şübhən  olmasın.  İstəyirəm  sən  də  mənə  qoşulasan,  kolleci  qurtarmaq,  hələ 

qayğılardan azad olmaq demək deyil, bacım, bir də istəyirəm səni yaxşı bir adamla 

tanış  edəm,  bəlkə  elə  o  sənin  axtardığın,  arzuladığın  insan  olacaq!..  Evimin  də, 

ofisimin də, qəlbimin də qapıları üzünə daim açıqdır. Səmimiyyətimə inan. Yolunu 

həmişə gözləyən, Nata”.  

Hərdən  hissə  qapılanda  özü  özünü  anlamırdı.  Elə  bil  rəfiqəsinin  toyuna 

getmədiyinə görə bir qədər peşman olmuşdu... 

Anası  Güləfşan  xanım  qonum-qonşudan  eşitmişdi  ki,  Natəvanın  əri  ona  toy 

hədiyyəsi  kimi  qırmızı  rəngdə  “Mercedes”  markalı  maşın  bağışlayıb.  “Görürsən, 

mən deyirdim axı, bu icdivacla o qız özünü də, ailəsini də kasıbçılığın pəncəsindən 

qurtaracaq!”...  Kollec  yoldaşları  başqa  hadisə  uydurmuşdular:  Natəvan  şəhərin 

mərkəzində gözəllik salonu, yanında kiçik porfimeriya ətriyyat dükanı, aptek açıb. 

İşləri  başından  aşdığına  görə  heç  kollecə  də  ayaq  basmır.  Təki  ortada  pul  olsun. 

Bəziləri  mənasız  hərəkətlərin  üstündə  Natəvandan  küsdüyünə  görə  qınayırdılar. 

Bəlkə də kim bilir, əvvəlki  münasibət qalsaydı,  indi  Fidan da ən yaxın  rəfiqəsinin 

hesabına  yaxşı  qazanclı  işin  qulpundan  yapışıb  imkan  sahibi  olmuşdu,  özünü  də, 

ailəsini də maddi sıxıntının pəncəsindən qurtarmışdı... 

O isə kitab oxuyanda, yatanda-duranda, qısası, tənash qaldığı anlarda xəyalında 

aşiq  olduğu  çinarboylu,  əsmərbənizli  oğlan  barədə  düşünürdü:  görəsən,  həyatda 

qarşısında  belə  bir  oğlan  çıxsaydı,  ata-anası  onu  həmin  oğlana  ərə  verməyə  razı 

olardılarmı? Bu cür fikirlər qızın yuxusunu ərşə çəkir, onu rahat buraxmırdı.  



 

15 


Bir  gün  evə  gələndə  isə  çox  qorxduğu  əhvalat  baş  verdi.  Qapının  astanasında 

ata-anasının  üzündəki  məsum  ifadənin  təsirindən  heyrətləndi,  bir  azdan  işin  nə 

yerdə  olduğunu  yaxşı  anlasa  da  özünü  o  yerə  qoymadı.  Kirimişcə  otağına  keçdi, 

paltarını dəyişmək istəyəndə anası içəri girən kimi üzündən öpüb bağrına basdı: 

-  Fidan,  qızım,  Allah  səni  xoşbəxt  eləsin!  İlahi,  sənə  min  şükür,  ölmədik,  bu 

günü də gördük.  

Sevincdən, fərəhdən anasının gözlərinin içi də gülürdü, çölü də.  

- Nə olub, ana, niyə belə pörtmüsən? 

- Qızım, Allahdan gizlin deyil, daha səndən nə gizlin, onsuz açılmalıdı, atan səni 

əslən  içərişəhərli oğlana ərə  verir. And-aman edir ki, yaxşı oğlandır.  Valideynləri 

xaricdə yaşayır, özünün ayrıca evi, maşını, işi... 

Fidan bir az kənara çəkilib başını çiyninə əydi: 

-  Ana,  ana,  axı...  –  Fidan  kövrəldiyindən  nə  deyəcəyini  bilmirdi,  dili  topuq 

vururdu,  çünki  qızın  şirin  xəyalları  alt-üst  olmuşdu.  Kirpiklərin  qaldırıb  anasına 

baxanda gözləri qeyri-ixtiyari yaşla dolur.  

Yaşla  dolu  gözlərin  qəm  yükünə  dözməyən  ana  qızına  yaxınlaşdı,  indi  o  da 

kövrəlmişdi,  bir  az  əvvəl  üz-gözündən  yağan  təbəssüm  çəkilmişdi,  əllərini  irəli 

uzadıb Fidanın saçlarını sığalladı, acizanə yalvarışla: 

-  Qızım,  qurban  olum,  biz  sənin  xoş  gələcəyini  düşünürük,  sən  də  atanı,  məni, 

kiçik bacını düşün! – dedi.  

Fidanın boğazı qəhərdən qurudu, udqundu, özünü ələ alıb: 

- Ana, axı niyə belə düşünürsüz? – deyəndə səsi yenə titrədi, amma ağlamadı,  - 

indi  iyirmi  birinci  əsrdi,  Məşədi  İbad  zəmanəsi  deyil,  ata  qızını  tanımadığı, 

görmədiyi, sevmədiyi, xasiyyətinə bələd olmadığı bir pullu yaşlı adama ərə versin? 

- Məni də sənin bu pinəçi atana ərə verəndə, nə üzünü  görmüşdüm,  nə də adını 

eşitmişdim,  üstəlik,  yaşı  da  qırxı  çoxdan  ötüb  keçmişdi.  Allaha  gündə  min  kərə 

şükür eləyirəm ki,  nə  yaxşı,  mənim qismətimə onun kimisini çıxardıb, insafən bu 

vaxtacan  pis  yaşamamışıq,  heç  nəyin  xiffətini  çəkməmişik,  son  günlər  dəb 

dəyişilib, zövqlər artıb, atanın müştəriləri azalıb, dolanışıq sarıdan bir az sıxıntımız 

var, inşallah, yenə hər şey düzələr, pis günün ömrü az olar... 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə