Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 

19 


Qızın  həyəcanı-filanı  bir  yana,  həftə  çəkmədi  ki,  oğlan  evindən  elçilər  gəldi. 

Fidan  məsələnin  üstünü  vurmadı,  heç  nə bilmirmiş kimi öz otağına çəkildi.  Anası 

qəribə təlaşla canfəşanlıq etdi: 

- Ay qızım, dur, hazırlaş, qonaqlar səni gözləyir. Hələ saçlarını düzəltməmisən, 

bəzənib-düzənməyin xeyli vaxt aparacaq.  

Fidan  elə  bil  ağır  yuxudan  ayıldı;  könülsüz  ayağa  qalxıb  tələsmədən  üst-başını 

dəyişməyə başladı.  

- Oğlan özü də gəlib. Adı Əfqandı. Boylu-buxunlu, yaraşıqlıdı. İnanıram ki, sən 

onunla xoşbəxt olacaqsan.  

Fidan  başını  aşağı  salıb  cavab  vermədi,  qalan  işləri  taleyin  ixtiyarına  buraxdı, 

daha  ayrı  yol  yoxdur.  Qoy  valideynlərinin  istədiyi  kimi  olsun!  Bəlkə  də  sevdiyi 

adamın  obrazını  xəyalında  yaratmasaydı,  yeni  həyatında  tanıdığı  sevdiyi  olsaydı, 

özündə  cəsarət  tapıb,  iki  ayağını  bir  başmağa  dirəyər,  tanımadığı  adama  ərə 

getməyə razılıq verməzdi.  

O gün nişan xonçalarında gələn allı-güllü paltar dəstlərini, qızıl-ziynət əşyalarını 

görəndə  ana  sevincini  gizlədə  bilmirdi.  Fidan  üçün  isə  ən  təəccüblüsü  Əfqanın  – 

nişanlandığı  oğlanın  qız  kimi  bəzənib-düzənməsi,  ətirlənməsi  idi.  Ağzını  açıb 

salam  verəndə  qızıl  təbəqə  çəkilmiş  ön  dişləri  parıldayan  bu  oğlan  boynundan 

zəncir  asmış,  bir  qoluna  qızıl  saat,  o  birinə  qolbaq  taxmışdı.  Barmağında  brilliant 

qaşlı  üzük  vardı.  Zahirən  zərgərlik  mallarını  reklam  eləyən  müqəvva-adama 

bənzəyirdi. Təkəbbürlə, özündənrazı halda tez-tez başını tərpədib: “Bəli, xeyr, baş 

üstə...”  deyirdi.  Bəydən  tamam  fərqli  görünən  ata-anası  sadə  kənd  adamına 

bənzəyirdilər, sanki  xaricdə deyil,  paytaxta  yaxın  kəndlərinin  birində  yaşayırdılar. 

Həyəcanlı  olduqları  gözlərindən  oxunurdu.  Özlərini  milli  adət-ənənənin  tələb 

elədiyi  şəkildə  aparmağa  cəhd  etsələr  də  alınmırdı.  Ancaq  yeganə  oğullarına 

sərbəstlik  verdikləri  ilə  öyünür,  buna  müasirlik  donu  geyindirməyə  çalışır, 

gələcəkdə bütün işlərin gedəcəyinə vəd edirlər... Üstəlik artıq cer-cehizə - xüsusilə 

mebellərə  ehtiyac  olmadığını  bildirirdilər.  Əslində  ata-analıq  ortada  heç  nə 

qalmamışdı. Elçiliyi oğlan özü eləmişdi. 

Həmin gündən Səlimzadələr ailəsində toya ciddi hazırlıq başladı.  




 

20 


Əfqan  dil  boğaza  qoymurdu,  deyirdi  ki,  valideynləri  toydan  sonra  yenə  xaricə 

dönəcəklər.  

 

 

                              * * *  



  

 

Gəlinlik paltarını birtəhər geyinib, güzgüdə əksinə baxa-baxa fikrə getmişdi. Bu 



libası  əyninə  geyən  andan  sevinc  hissini  itirən,  qəlbi  qana  dönən  onun  kimisi 

həyatda  varmı  görən?  Düşünürdü  ki,  nəinki  ərə  getdiyi  adam,  heç  gəlinlik  paltarı 

da öz seçimi deyil. 

Hamı heyranlıqla baxırdı.  

- Ağ gəlinlik donuna ağ göyərçinə oxşayırsan, Fidan... – bacısı söz atdı.  

- Hə, hə, göyərçinə, özü də qanadları sınmış, bir daha uça bilməyəcək  yaralı ağ 

göyərçinə - deyə pıçıldadı.  

Qəlbindən  gələn  səs  ona  deyirdi:  “Get,  Fidan,  get.  Arxana  baxmadan  irəli 

addımla.  Tanrı  belə  buyurub.  Bu  sənin  nəsibi-qismətindi,  qismətdən  artıq  yemək 

olmaz. Valideynlərinin sevinci aşıb-daşır, həyəcan keçirirlər, səni xoşbəxt görmək 

istəyirlər, get... get özünü naza qoyma, ələ al...” 

...  Pilləkənlərlə  dalğa-dalğa  yuxarı  qalxan  “Vağzalı”nın  zahirən  sehrli  xeyir-

duası  qızın  duyğularını  tarıma  çəkir,  ovsunlayırdı.  Musiqiçilərin  çaldığı 

melodiyaya  dənizdən  əsən  meh  də  qatılmışdı.  Kiminsə  əlləri  onun  belinə 

toxunurdu.  Qırmızı  lent  əfi  ilan  kimi  belinə  dolanırdı.  Başını  qaldırıb  üzbəüzdəki 

güzgüyə zəndlə baxdı. Nəhəng aynada onunla çiyin-çiyinə qəflətən yenə xəyalında 

yaratdığı  çinar  boylu,  əsmərbənizli  oğlan  peyda  oldu;  qəmli  baxışları  Fidanın 

gözlərinə  dikilmişdi,  bu  baxışlar  onu  əhdə  vəfasızlıqda  qınayırdı...  Fidana  “qayıt, 

getmə” deyirdi...  

Fidansa yalnız ruhların eşidə biləcəyi pıçıltılı xəyalla söhbətə macal tapmışdı:  

-  Həyatımın  mənası  itib.  Mən  bunu  dərk  etdiyim  andan  nigaranam.  Qoy  bu, 

mənim  son  dəfə  axmaq  –  tez  də  peşman-peşman  sözünü  dəyişib  –  yox,  yox,  bal 




 

21 


kimi  şirin  düşüncələrə  dalmağım  olsun.  Sən  axı  harda  qaldın,  varmısan, 

yoxmusan?  Bəlkə  heç  mən  yaşadığım  zamanda  yaşamırsan?  Mənmi  erkən 

doğulmuşam,  ya  sənmi  gecikmisən?  Yoxsa  sevib-sevilmək  dönük  taleyimin 

qismətində  yoxmuş?  Bəs  qəlbimdə  baş  verən,  kükrəyən,  çağlayan  ümman  nədir? 

Bəlkə  doğrudan  da  düz  deyirlər,  məhəbbət  insana  əzabdan,  iztirabdan  savayı  heç 

nə  vermir.  Elə  isə  sevgi-məhəbbətlə  özünü  yormağın  faydası  varmı?  Sən  nə 

düşündüyünün fərqində deyilsən, Fidan! Bir halda ki, sənin nə “yox”, nə də  “hə” 

deməyə  iradən  çatmır,  onda  sevib-sevilmədən  də  yaşamağa  məhkumsan...  Bu  ki 

ölüm deyil, əlvida, əsmərbənizli xəyali sevgilim...  

Pilləkənlərlə  aşağı  enən  zaman  yenə  o  qız  gəldi  gözlərinin  qabağına  –  yüz  il 

əvvəl atasının cehiz kimi hədiyyə etdiyi bu malikanəyə gəlin gələn zəngin talesiz, 

bəxtsiz  gözəl.  Ayrı-ayrı  əsrlərdə  yaşayan  iki  gəlin  qızın  mərmər  pilləkənlərə 

tökülən  göz  yaşları  bir-birinə  qarışmış,  Fidanı  zamansızlığın  sərhədlərinə  gətirib 

çıxartmışdı... 

Binanın  həyətində  bir  faytona,  digəri  müasir  dəbə  uyğun  ağ  limuzinə  əyləşən 

gəlinlərin  yanaqlarına  süzülən  göz  yaşlarının  sirrini  yalnız  özləri  bilirdilər,  bir  də 

Allah! Tale eyni havanı çalırdı, təkcə zəmanə, dövr başqa başqaydı. 

 

                                  * * *  



 

 

 



Toy mərasimi böyük təntənə ilə başladı, bəylə gəlinə mərasim iştirakçılarının 

alqış  sədaları  altında  nigah  şəhadətnaməsi  təqdim  olundu,  piramidasayağı 

düzəlmiş  badələrdən  şəlaləni  xatırladan  şampan  şərabı  daşdı,  fişənglər  atıldı, 

havada  rəngbərəng  şarlar  içuşdu.  Müğənni  evlənən  gənclərin  şəninə  mahnı 

oxuyandan sonra bəylə  gəlin onlara aid olan  guşədə oturub toya  gələnləri seyd 

edirdirlər.  Birdən  Fidan  Ceklə  Natəvanın  onlara  yaxınlaşdığını  gördü.  Düzü, 

Natəvandan  bunu  gözləmirdi.  Onlar  yaxınlaşıb  mərasimin  əsas  sahibkarlarını 

təbrik etdilər. Natəvan Əfqanın üstündə gəzdirdiyi qır-qızıla işarəylə:  




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə