Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 

25 


parçalamış, ruhunu öldürmüşdü. Amma ağlı indi hər zamankından iti işləyirdi. 

Toy gecəsi ata evindən qayıdan qız haqqında eşidənlərin nələr uyduracaqlarını, 

hansı söz-söhbətin çözələnəcəyini bilirdi və təmiz adını qorumaq naminə ağlını 

qəlbinin  yarasına  məlhəm  qoyub,  özünü  ələ  aldı.  Daxilindəki  təlatümlü  üsyanı 

soyuqqanlıqla  yatırıb  sakitcə  libasını  soyundu.  Onun  hərəkətlərinə  heyranla 

baxan  ərinin  qarşısında  başını  cəllad  kötüyünə  könüllü  qoyan  qurbanlıq  kimi 

şəstlə dayandı:  

-  İstədiyin  budurmu?  Sevdiyin  qızın  bədəninə  sahib  olmaq  çox  asandır, 

qəlbinə, ruhuna həmişəlik sahib olmaq isə qəhrəmanlıqdır. Hər qız ailə qurduğu 

oğlanı  qəhrəman  görmək  istəyir,  bu  arzuyla  yaşayır  və  arzusuna  çatmaq  üçün 

canından  keçməyə  razı  olur.  Mən  də  o  qızlardan  biriyəm.  Amma  ilk  gündən 

arzumu öldürdün, muradımı başa çırpdın. Məni məyus və peşman etdin.  

Əfqan gözləri qamaşa-qamaşa onu ehtirasla bağrına basdı:  

- Dediyim sözlərə görə dönə-dönə üzr istəyirəm, bağışla, məni...  

Fidan  gözlərini  bərk-bərk  yumub  özünü  sevmədiyi  kişiyə  təslim  etdi. 

Zorlanmış qadın hissiyyatı ilə acı göz yaşlarını tökdüyü qəlbi köksünü yandırıb-

yaxırdı:  “Deyəsən,  lap  mən  özümü  axmaq,  avam,  yüngülxasiyyət  qızlar  kimi 

apardım?!”. Bir az əvvəl ağır təhqirə məruz qoyduğu büllur kimi saf, təmiz bir 

qızdan böyük mükafat almış bəysə uşaq kimi sevinir, gözlərini yumub-açır hələ 

də:  “Məni  bağışla,  əzizim,  -  deyirdi,  -  xətrinə  dəydim,  inan  ki,  bu  zəhrimar 

içkinin təsirindən oldu, bağışla, bağışla, günahımdan keç”... 

İnsan çiy süd əmib, bəlkə o, özünü doğrudan da günahkar sayırdı. Amma söz 

ağızdan  çıxmışdı,  daha  Fidan  yaralı  ceyrana  dönmüşdü,  o  buna  inanmırdı  və 

evlilik  həyatının  böhtanla  başlamasına  görə  heç  vaxt  nə  onu,  nə  də  özünü 

bağışlamaq niyyətində deyildi. 

Əslində  həyatının  ən  müqəddəs  varlığı  saydığı  qızlığını  zorla  təslim  elədiyi 

Əfqana qarşı qəlbində kin və nifrətdən savayı heç nə qalmadı.  

 

 



                               * * *    


 

26 


 

 

Toydan  heç  bir  ay  keçməmişdi  ki,  evə  uzun-uzadı  zənglər  gəlməyə  başladı. 



Qəribə  də  olsa  telefon  açanların  çoxu  qadınlar  idi,  kimisi  həyəcanla,  təlaşla 

Əfqanı soruşur, kimisi nömrəni səhv yığdığına görə üzr istəyir, kimisi də acıqla 

“yaxşı, yaxşı” deyirdi. Bəzən zəng edən şəxs susur, Fidanın səsini eşidən kimi 

dəstəyi yerinə qoyurdu.  

Bəs  qadınlar,  görəsən,  Əfqanı  niyə  axtarırlar?  –  deyə  Fidan  düşünürdü,  - 

bəlkə  eyni  şirkətdə  işləyirlər,  yox,  axı,  o  hər  gün  işə  gedir,  üstəlik,  mobil 

telefonu da var, bəs niyə məhz evə zəng edib, onu dəng edirlər? Bəlkə mənimlə 

evlənənə  qədər  həyatında  başqaları  olub?  Fidan  zifaf  gecəsini  xatırladı.  Sanki 

bu  fərziyyəsi  qəlbinə  toxunmuş  kimi  tez  də  fikrini  dəyişdi:  “tutalım,  olubsa, 

belə mənim nəyimə lazımdı, onu qısqanmağı özümə ar bilirəm”. Ona təəccüblü 

gələn  o  idi  ki,  əgər  həqiqətən  Əfqanın  xətrini  istəyirlərsə,  demək  bu  adamın 

hansısa yaxşı keyfiyyəti  var, yoxsa qadınlar onunla canfəşanlıqla dost olmağa, 

ya da dərin münasibət saxlamağa can atmazdılar!?.. Zənglərə cavab verməkdən 

o qədər bezmişdi ki, telefonu saatlarla xəttdən ayırırdı.  

Bir gün Əfqan evə gələndə cavan gəlin özünü o yerə qoymazdı: 

-  Biz  bir-birimizə  sanki  yadıq,  özgəyik  –  dedi,  mən  sənin  nə  işlə  məşğul 

olduğunu  deyə  bilmərəm.  Bu  necə  biznesdir  ki,  ailədən  sirr  kimi  gizli 

saxlayırsan? 

Onun sualına cavab vermək əvəzinə Əfqan yağlı dilini işə saldı: 

-  Canım-gözüm,  bankdan  böyük  miqdarda  pul  götürmüşəm,  amma  şirkətdə 

işlərimi  genişləndirmək  üçün  bu  məbləğ  azlıq  edir,  bu  mənzili  banka  girov 

qoymuşam, ona görə sata bilmirəm. Əgər istəyirsən hər şey qaydasında getsin, 

atan, anan razı olsun o evi yaxşı pula satıb, onlara mərkəzdən nisbətən kənar bir 

yerdə  mənzil  alım,  qalan  pullara  da  yaxşıca  ailə  biznesi  quraq.  Onlar  da  xeyir 

götürər, biz də...  

Fidanın ağlı başından çıxdı: 




 

27 


-  Sən  nə  danışırsan?!  O  ev  atama  babamdan  yadigardı.  Ən  ağır  vaxtlarında, 

hətta mənim təhsil haqqımı ödəməyə imkanı olmadığı çağlarda da atam mənzili 

nə satmaq, nə də kirayə vermək fikrinə düşdü... 

-  Onda  neynək,  bir  müddət  tək  qalmalı  olacaqsan,  mən  xaricə  gedirəm, 

görüm, bizimkilərdən daha nə qopara bilərəm.  

Aradan bir müddət keçdi, Əfqan dediyi kimi bir neçə dəfə xaricə gedib-gəldi.  

Bir gün:  

-  Mən  kişini  zor-xoş  razı  sala  bildim,  onsuz  da  bu  gün-sabah  biləcəksən, 

xahiş  edirəm,  bu  işə  sən  mız  qoyma...  Mənim  planlarımı  pozma.  Onlara  ev 

almaq üçün xeyli məbləğdə pul da vermişəm...  

Fidan  qulaqlarına  inana  bilmirdi.  Atası  buna  necə  razı  olmuşdu?  Əfqan 

atasının etibarından, xeyirxahlığından sui-istifadə etmirdimi?  

Dünya  Əfqanın  vecinə  deyildi,  özünü  fövqəladə  bir  işi  uğurlu  həll  etmiş 

adam kimi şən aparırdı. Şit-şit, arsız-arsız hırıldayır, ağzındakı qızıl dişləri bərq 

vururdu.  

Onun  yüngül  davranışına,  özünü  apara  bilməməsinə  Fidan  əsəbiləşirdi. 

Anasına zəng vurdu. 

-  Hər  şey  qurban  olsun  sənin  qara  gözünə,  qızım,  iş-işdən  keçib,  kişinin 

saqqızını necə oğurlayıbsa, satılan günəcən heç bizə də bir kəlmə deməyib.  

- Nə, ev satılıb?!  

-  Hə,  bu  gün-sabah  burdan  köçürük.  Bəs  Əfqan  bu  barədə  sənə  deməyib? 

Mənzil həngaməsindən sonra Əfqan evə az-az, yalnız yatmağa gəlirdi. Çox vaxt 

qonaq  otağındakı  divanda  yıxılıb  yatırdı.  Deyəsən,  Fidanla  üz-üzə  gəlməkdən 

çəkinirdi. Soruşanda: “İşim başımdan aşır, zarafat deyil, böyük şirkət açıram” – 

deyirdi. 

- Bilmirəm, amma mənə elə gəlir ki, nəyisə gizlətməyə çalışırsan.  

- Mənim işlərimə qarışma – deyə Əfqan ona acıqlandı.  

Əgər  Fidan  işin  çürüyünü  çıxartsaydı,  mübahisəni  dərinləşdirsəydi,  yəqin  əl 

də qaldırmaqdan çəkinməzdi. 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə