64
- Roza xanım, məni bağışlayın, qoy bu məsələ başqa vaxta qalsın, üz-gözüm
pis gündədir, görsən, tanımazsan.
- Mənə bax, bəhanə gətirmə, o pulu səndən yüksək fazilə geri alaram, elə
bilirsən, xəbərim yoxdu, balam, his-pas basmış “silyotka” narkomanın qoynunda
nə həzz alırsan, başa düşmürəm...
- Bəhanə gətirmirəm, elə onun qoynuna girmədiyinə görə məni əməlli-başlı
döyüb, inanmasanız, bu dəqiqə telefonunuza üz-gözümün şəklini çəkib
göndərərəm, baxın görün, nə haldayam, ən azı bir-iki həftəyə sağalmaz...
- Ay qız, bəs niyə polisə vermirsən, nədən çəkinirsən, istəyirsən, bu dəqiqə
zəng edim, bassınlar içəri, canın qurtarsın.
- Yox, yox, sizi and verirəm Allaha, lazım deyil, çünki anası məni tanıyır,
uaxşı düşməz, inanmıram bir də bura gələ...
- Ay-hay, sən nə danışırsan, narkoman dadandığından belə asan əl çəkmir.
Mənə qulaq as, ondan birdəfəlik qurtulmaq istəyirsəndə, yaşayış yerini dəyiş...
Fidan candərdi söhbəti bitirmək xatirinə:
- Yaxşı, bu haqda fiirləşərəm, sağ olun!-dedi.
Üzük əhvalatından sonra tamam sarsıldı, ağır depressiyaya düşmüş kimi, bir neçə
gün yataqdan qalxmadı, ev telefonunu xətdən ayrırdı. Cib telefonunu söndürdü. Bir
müddət sakit həyat tərzi yaşadı.
Telefonuna üç ismarıc gəlmişdi; hər üçü Röyaldan idi. fidan düşündü ki,
yəqin elədiyinə peşman olub üzr istəyir. Ona görə ismarıcları oxumadan telefonun
yaddaşından silmək istədi, maraq güc gəldiyindən gözucu nəzər saldı, gördü ki,
üzrxahlıqdan əsər-əlamət belə yoxdur. Elə bil nə o üzük əhvalatı olmuşdu, nə də
Fidanı şillənin, yumruğun altına salıb əzişdirmişdi, “bəs o manyak ismarıclarında
nə demək istəyir”, maraq hissi güc gəldi, birinci ismarıcı oxudu: “Mən səndən
qaçıram, çünki sənsizlikdən ölmək istəyirəm. Istəmirəm ki, mənim ölümüm sənin
gözlərinin qabağında olsun! O dünyaya getməyi bacarmaq asan iş deyilmiş. Sənə
yaxın ola-ola səndən uzaqda ölməyi öyrənirəm, əlvida, sevgilim”. Görünür, cavab
almadığından ikinci məktub ismarıcda yenidən Fidanın ürəyini ələ almağa cəhd
edirdi: “Bu nə cəzadı, taleyimiz bizə verir, gülüzlüm? Hər ikimiz iradəsizliyimizin
65
əzabını çəkirik, mən sənə layiq olmaya-olmaya qəlbinə yol tapdım. Dərdini-sərini
yüngülləşdirəcəyimi zənn edirdim. Tale əks tərəfə sürüklədi. Əvvəl təkcə anam
əzab yükünü daşıyırdı, indi sənin də əzab yükünü artırdım. Bu gün anam səni
incitdiyimə görə məni evdən qovdu, rəva görmə ömrümün son günlərini bomj kimi
yaşayım... Mənə bir dəfə də fürsət ver”. Nəhayət, üçüncü ismarıcda Röyal
narkoman fəlsəfəsiylə etdiklərinə haqq qazandırır, əsəbləşir, ondan əl
çəkməyəcəyionə eyham vururdu: “Niyə mənə cavab vermirsən, düşünürsən, kişi
sarıdan bəxtin gətirməyib? Yox, məni suçlayıb, betərin betəri varmış demə, çünki
məni qadir Allah sənin yoluna, bu şəkildə həyatdan ibrət dərsi almağın üçün
çıxartdı. Dörd divar arasında kölə kimi yaşayan sənin kimi bədbəxt qadınlar az
deyil, düzü, səni xəyallarında təsəvvür elədiyin xoşbəxtliyə qovuşdura bilmədim,
amma dənizdə dalğaların yırğaladığı solğun mayak kimi köləlikdən azad olmağın
yolunu nişan verdim... Səni dələduz bir adamın əsarətindən qurtardım. Illər ötəcək,
itirdiklərinə rəğmən qazandıqlarına sevinəcəksən, taledən qaçmaq olmur, bu
əsmərbənizli oğlana evinin və qəlbinin qapılarını aç! Gəlirəm...”
Fidan təşvişlə qapıya yaxınlaşıb kilidi təkrar-təkrar yoxladı, havalanmış
adamlar kimi öz-özünə danışmağa başladı:
- Gəlir? Yox, bu qapı heç vaxt onun üzünə açılmayacaq. O manyaka heç vaxt, heç
zaman məni alçaltmağa, təhqir etməyə bir daha fürsət verməyəcəyəm – danışdıqca
əsəbləşib coşurdu, - daha başqa bir Fidanam, başqa ürəyimə daş bağlayıb, narkotik
maddənin əsirinə çevrilmiş bu xəstənin ismarıclarına da, zənglərinə də cavab
verməyəcəyəm... – deyə çığırıb cib telefonunu zərblə parket döşəməyə çırpdı.
Cingilti səsinə o biri otaqda şirin-şirin mürgüləyən oğlu diksindi.
Fidan dəli kimi eyvana çıxdı, qarşı tərəfdə tikinti işləri gedən təzə binanın
son mərtəbəsinə baxdı, yenə Röyal yada düşdü, yox, artıq əsmərbənizli, çinar
boylu oğlana bənzətdiyi Röyaldan əsər-əlamət yox idi, “Fidan, mən səni sevirəm”
sözlərini yazdığı o yüksəklikdən dərin dərənin dibinə əbədi yuvarlanmışdı.
Onun düşdüyü nəhəng xəndək böyük uçurum xəyalında canlandı. Orada
Röyal yaşında cavan, nə vaxtsa, ata-anasının əziz-xələfi, məktəbli qızların
vurulduğu gözəl-göyçək, sağlam oğlanlar əqrəb sürüsü kimi qaynaşırdı...
66
Zəhər ehtiyatı tükənən əqrəblər özünəməxsus təbii instinqlə sıraya düzülür,
uçurumdan yuxarı dırmaşırlar, onlar qarşılarına çıxan canlıları sanca-sanca artıb
çoxlaırlar. Sonra əqrəblər nizamlı ordu kimi böyük şəhərlərə soxulurlar. Röyalın
başçılıq etdiyi dəstə Fidanın yaşadığı göydələni mühasirəyə alır...
Fidan bhirdən diksinib ayıldı, özünə gəldi, bu nədir, xəyalın gerçək, yoxsa
gerçəyin xəyal şəklində təcəssümümü? Qorxa-qorxa eyvandan üzüaşağı boylandı.
“Yox, Fidan, belə olmaz...” – deyə bədbinlikdən yaxa qurtarmaq istədi. Bu
ür xəyalların, şbühələrin içində qovrulmaqdansa, elə günü bu gün uşağını da
götürüb atangilə get, yoxsa dəli olarsan. Içəri keçib güzgüdə sifətinə baxdı, göy
yerlər hələ tam sağalmamışdı. Ata-anai deməzdimi, bu nə sir-sifətdi? Düzdü, o, bu
vəziyyətə düşdüyünə görə valideynlərini günahkar sayır, onları qəlbən bağışlamır,
görmək belə istəmirdi.
Bəs neyləməli? Qalıb Natəvanın dediyi kimi, taleyini zamanın axarınamı
buraxsın? Onunla sərt davranan amansız iqballa döyüşdən əl çəkib Roza arvada
sığınsın, gündə bir kişinin qoynuna girib, fahişəlikmi etsin?
Çantasına baxdı, uşaq üçün yemək almağa heç qəpik-quruşu da yox
qalmamışdı. Üzünə nə qədər ənlik-kirşan çəksə də, göy yerlərin izi bilinirdi.
Tutalım, durub indi getdi o aradüzəldən hamamçı Rozagilə, dedi ki, razıyam,
hansı “harın kişi” ona yaxın düşər?
Ev telefonunu xəttə qoşdu.
- Alo, Roza xanım, mənəm, Fidan, cib telefonumun danışıq müddəti bitib, dedim
bəlkə zəng edib məni axtarmısız... hə...hə, bir azca qalıb bədənimdə, bu dəqiqə
baxım,-tələsik nazik ev xalatını soyunub, yarıçılpaq qaldı, - hə, inanın, bu, heç,
ağlıma gəlməyib, göbəyimin ətrafında qara qançır yerlər var...
Deyirsiz, bir az da gözləyim... Onda,-sözünü bitirməmiş dəllal Roza dərhal
dəstəyi asdı,-duud, duud... Fidan bu qırıq-qırıq səsləri dinləyib, güzgü qabağında
xeyli çılpaq dayandı. Deyəcəkdi, “onda qoy sizə gəlim, heç olmasa, danışıq kartı
almaq üçün pul verin”, sonra da dükana gedib uşaq üçün bir şey alardı. Söz yox
qadın imkan vermədi. Evdə bir az quru peçenye qalmışdı. Dükançının borc
dəftərində adı var idi, məbləğ şişmişdi, daha şörəyi də nisyə almağa utanırdı.
Dostları ilə paylaş: |