Hüseynzadə İlahə, Magistr I kurs (orta əsrlərdə ərəb mədəniyyəti)



Yüklə 10,87 Kb.

tarix08.09.2018
ölçüsü10,87 Kb.

background image
HÜSEYNZADƏ İLAHƏ, 

Magistr I kurs (orta əsrlərdə ərəb mədəniyyəti) 

 



 



Ərəblər işğal etdikləri xalqlardan mədəni cəhətdən aşağı səviyyədə idi. Onlar 

bu xalqların və hətta işğal etmədikləri xalqların, məsələn, yunanların, romalıların 

mədəniyyətlərini  öyrənib  mənimsəyərək  öz  müstəqil  mədəniyyətlərini  yaratdılar. 

Ərəblərin işğal etdikləri ölkələrdən çıxan adamlar Xilafətin idarə olunmasında və 

İslam  mədəniyyətinin  yaranmasında  iştirak  etdilər.  Müxtəlif  xalqlardan  olan 

alimlər, yazıçılar ərəb dilində yazıb yaradırdılar. Buna səbəb aşağıdakılardır: 

1.  Ərəb  dili  xilafətin  dövlət  dili  idi.  Dövlət  işləri  və  məhkəmələr  ərəb  dilində 

aparılırdı;  

2.  Ərəb  dili  islam  dininin,  "Quran"ın  dili  idi.  Bütün  dini  ibadətlər,  məktəblərdə 

dərslər ərəb dilində aparılırdı;  

3. Yunanıstanın və şərq alimlərinin əsərləri ərəb dilinə tərcümə edilmişdi;  

4. Ərəb dilində yazılan əsərlər daha tez və geniş ərazilərdə yayılırdı. 

Beləliklə,  İslam  mədəniyyəti  yarandı.  Bu  mədəniyyətin  yaranmasında  Xilafətə 

daxil olan bütün xalqların nümayəndələri iştirak etmişdilər. 

Ərəb xilafətində təhsilin inkişafı islam dini ilə bağlı idi. Cümə məscidlərinin 

yanında məktəblər açılırdı. Bu məktəbləri bitirənlər Mədrəsədə alimlərin yanında 

təhsillərini  davam  etdirirdilər.  Mədrəsədə  təhsili  başa  çatdıranlara  şəhadətnamə, 

yəni  icazə  kağızı  verilirdi.  Şəhadətnamə  alanlar  təhsilini  başqa  alimin  yanında 

davam etdirirdilər. Ərəblər kitaba böyük əhəmiyyət verirdilər. İspaniyada Kordova 

əmirlərindən birinin kitabxanasında 400 min kitab var idi. 

Ərəb  xilafətində  elmin  bir  çox  sahələri  inkişaf  etmişdi.  Birinci  növbədə 

təsərrüfat,  sənətkarlıq  və  ticarətlə  bağlı  olan  elm  sahələri  inkişaf  etdirilirdi.  Tacir 

həm  diplomat,  həm  riyaziyyatçı,  həm  həkim,  həm  coğrafiyaşünas,  həm  də 

astronom  olmalı  idi.  Sənətkarlıq  və  ticarətin  inkişafı  riyaziyyat,  coğrafiya  və 

astronomiyanın inkişafına səbəb oldu. Ərəblər hind rəqəmlərindən istifadə etdilər. 

Əl Xarəzm ərəb dilində hesaba dair ilk əsər yazdı. Cəbr (Əl-cəbir) elmini ərəblər 

yaratmışlar. Onluq kəsrdən ilk dəfə ərəblər istifadə etmişlər. 

Ərəblərdə coğrafiya elminə dair çoxlu əsərlər yazılmışdı. Xilafətin coğrafiya 

alimlərindən  biri  İbn  Xordadbehin  əsəri  «Böyük  yollar  və  məmləkətlər  haqqında 

kitab»  adlanırdı.  O,  Xilafətdə  poçt  rəisi  işləmişdir.  Onun  kitabında  Azərbaycan 

haqqında məlumat verilir. IX əsrdə yaşamış Yaqub Həməvi coğrafiyaya və tarixə 

aid  əsərlər  yazmışdı.  Onun  «Ölkələr  haqqında  kitab»  əsəri  coğrafiyaya,  «Tarix» 

əsəri  tarixə  həsr  edilmişdi.  «Tarix»  əsərində  Azərbaycan  haqqında  da  məlumat 

verilir.  Əhməd-Əl-Bəlazüru  «Ölkələrin  fəthi»  adlı  əsərində  VII-VIII  əsrlərdə 

ərəblərin  hərbi  yürüşlərini  təsvir  etmişdir.  Əl-Təbəri  Xilafətin  200  illik  tarixini 

yazmış. Həmədanın tarixinə aid ensiklopediya hazırlamışdı.Xilafətdə astronomiya 

elmi  ilə  əlaqədar  olaraq  rəsədxanalar  tikilmişdi.  Xilafətdə  kimya  elmi  də  inkişaf 

etmiş və bu dövrdə naşatır spirti, spirt, potaş və bu kimi maddələr kəşf edilmişdi. 



Tibb sahəsində də böyük nailiyyətlər qazanılmışdı. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə