32
Fizika, kimya və başqa dəqiq elmlər o zaman Qərbdə sürətlə
inkişaf etməyə başladığından bu elmlərin nailiyyətləri tibbə daxil
olub və xəstəliyin mahiyyəti haqqında yeni nəzəriyyələrin ortaya çıx-
masına kömək etdi. Bunlardan biri yatrofiziki nəzəriyyədir (həkimlik
fizikası). Bu nəzəriyyənin tərəfdarları canlı orqanizmin funksional
fəaliyyətini həm fizioloji və həmdə patoloji şəraitdə sadəcə fiziki
qanunlar ilə izah etməyə çalışırdılar. Məsələn, onlar hesab edirdilər
ki, ürək sadəcə bir nasos kimi fəaliyyət göstərir, ağciyərləri körük ilə
müqayisə edirdilər. Belə yanaşma mexaniki xarakter daşıyıb,
xəstəliyin mahiyyətinin açılmasına lazımi kömək göstərə bilmədi.
İkinci yatrokimyəvi nəzəriyyədir (həkimlik kimyası). Bu nə-
zəriyyənin tərəfdarları xəstəlik zamanı orqanizmdə xüsusi ilə qanda
baş verən kimyəvi dəyişikliklərin öyrənilməsinə böyük yer verirdi-
lər. Bu əlbəttə ki, lazımdır. Lakin bu nəzəriyyənin çatışmayan cəhəti
ondan ibarət idi ki, onun tərəfdarları bu kimyəvi dəyişikliklərin ma-
hiyyətini təbiətdən kənar qüvvələrdə görürdülər. İ. M. Seçenov
(13.08.1829-15.11.1905) bu haqda yazmışdır ki, canlı orqanizmdə
şübhəsiz fiziki və kimyəvi qanunlar vardır. Lakin sadəcə bu qanun-
lar ilə canlı orqanizmdə gedən mürəkkəb hadisələri izah etmək ol-
maz. Burada materiyanın bioloji hərəkət qanunları əsas sayılmalıdır.
Qərbdə bu zaman geniş yayılan xəstəliyin mahiyyəti haqqında
olan nəzəriyyələrdən biri də məşhur alman patoloqu Hanzemanın
hemeopatik nəzəriyyəsidir. Adından göründüyü kimi bu nəzəriyyə-
nin əsas istiqaməti oxşarı oxşar ilə müalicə etməkdən ibarətdir.
Onlar hesab edirdilər ki, məsələn, əgər xəstədə temperatur yüksəlib-
sə onu aşağı salmağa çalışmayıb əksinə onu bir daha yüksəltmək
lazımdır. Düzdür ki, müasir tibb də temperatur, ağrı və bir sıra digər
xəstəliklərin nişanələrinin müəyyən dərəcədə müdafiəyə uyğunlaş-
mada rolu göstərilmişdir. Lakin bu heç də o demək deyil ki, bu
prinsipi ümumiləşdirib, bütün hallara aid etmək lazımdır.
Homeopatlara xas olan ikinci əsas cəhət ondan ibarət idi ki,
onlar dərmanların dozasını o qədər azaldırdılar ki, faktiki olaraq
dərmanın yalnız izləri saxlanılırdı. O zaman civə, arsen və bir sıra
digər zəhərli maddələrin tibb də geniş tətbiq olunması zamanı bu
33
nəzəriyyənin ortaya çıxması zəhərlənmələrin qarşısının alınmasına
kömək etdi. Lakin bütün hallarda dərmanların müəyyən miqdarı
xəstə orqanizmə daxil olmalıdır.
Homeopatları tənqid edənlər deyirlər ki, onların metodlarının
düzgün nəzəri əsasları yoxdur. Bu bir həqiqətdir ki, bəzən təcrübə
nəzəriyyəni üstələyir. Elə homeopatların fikrincə burada da belə
olur. Onların istiqaməti guya müşahidə, təcrübə və hiss əsasında ya-
ranır. Bu nəzəriyyənin tərəfdarlarının əsas çatışmayan cəhətlərindən
biri də odur ki, homeopatlar eksperimentin əhəmiyyətini tibb də
inkar edirlər. Ona görə ki, heyvan öz təəssüratını izah edə bilmir.
Həqiqətən eksperimentdə alınan nəticələr dərhal klinikaya daxil ola
bilməz. Lakin heç də eksperimentin olduqca böyük rolunu müasir
tibbin inkişafında inkar etmək mümkün deyildir. Xüsusi ilə dərman
maddələrinin təsiri və onların təsir mexanizminin aydınlaşdırılma-
sında eksperimentin rolu olduqca böyükdür. Elə dərmanlar haqqın-
da söhbət getdikdə homeopatlar hesab edirlər ki, guya dərmanlar
özləri də patogen amillərə oxşar təsirə malikdirlər. Guya dərman
vermək “yaraya duz səpmək kimidir”. Elə məhz buna görə də onlar
dərmanın dozasını olduqca azaldıb, ən əlverişli kiçik doza axtarırlar.
Bütün bunlara baxmayaraq hal-hazırda homeopatiyanın tərəfdarları
az deyildir. Böyük şəhərlərin əksəriyyətində homeopatik apteklər
açılır. Lakin qeyd olunan fikirlərə əsasən bu nəzəriyyəyə tənqidi ya-
naşmaq lazımdır.
Göründüyü kimi Renessans dövründə xəstəliyin mahiyyəti
haqqında olan nəzəriyyələr də bu məsələnin həllinə lazımi dərəcədə
kömək göstərə bilməmişlər. Lakin elə bu dövrdə tibb sahəsində bir
sıra məşhur alimlər elmlərin özülünü qoymağa kömək etmişdilər.
Məsələn, Andrey Vezali (31.12.1514-15.10.1564) müasir anatomi-
yanın əsasını qoyur. Uilyam Harvey (01.04.1578-03.06.1657) qan
dövranı haqqında təlim irəli sürür. Rene Dekart (31.03.1596-
11.02.1650) refleks qövsü haqqında fikri öyrənir. Marçello Malpigi
(10.03.1628-30.09.1694) ilk dəfə böyrəklərdə kapillyar sistemin
olmasını göstərir. C. Morqani (1682-1771) xəstəliklərin təsnifatı,
lokalizasiyası və səbəbi haqqında təsəvvür irəli sürür. Bişa
34
(1771-1802) proseslərin lokalizasiyası ilə gedişi arasında əlaqəni,
funksional və morfoloji dəyişikliklərin əlaqəsini aydınlaşdırmağa
çalışır və s. Lakin qeyd etmək lazımdır ki, bu fikirlərin əksəriyyəti
hələ onlardan xeyli əvvəl orta əsrlərdə Şərq alimləri Ər-Razi, İbn
Sina, İsmayıl Cürcani və onların da davamçıları tərəfindən öyrənil-
məyə başlanmışdır.
Xəstəliyin mahiyyətinin müasir səviyyədə elmi əsaslar üzə-
rində öyrənilməsi XIX əsrdən başlanır. Burada ilk növbədə Fransız
alimi Klod Bernar (12.07.1813-10.02.1878) və onun məktəbi ekspe-
rimentdə patoloji proseslərin mahiyyətini öyrənirdilər. Bundan əv-
vəl eksperiment fizioloji praktikada tətbiq olunurdu. XIX əsrdə Ru-
siyada patologiyanın eksperimentdə öyrənmək də A. M. Filoma-
fitskinin böyük rolu olmuşdur.
XIX əsrin əvvəllərində mikroskopun kəşfi xəstəliyin mahiy-
yətinin öyrənilməsinə bir neçə cəhətdən kömək etdi. İlk növbədə
mikroskop vasitəsi ilə infeksion xəstəliklərin amilləri tapıldı. Digər
tərəfdən mikroskop vasitəsilə şişlər, atrofiya, distrofiya, ateroskle-
roz və bir çox digər patoloji proseslərdə hüceyrə səviyyəsində gedən
dəyişikliklər öyrənildi. Hüceyrə patologiyasının əsasını qoyan,
məşhur alman patoloqu R. Virxovun (13.10.1821-05.10.1902) nəzə-
riyyəsi yarım əsrdən çox xəstəliyin mahiyyətinin öyrənilməsində
hakim nəzəriyyə sayılırdı. İlk dəfə İ. M. Seçenov, S. P. Botkin
(05(17).09.1832-12(24).12.1889), İ. P. Pavlov (26.09.1849-
27.02.1936) və başqa alimlər bu nəzəriyyəni tənqid edərək onun
çatışmayan cəhətlərini aydınlaşdırdılar. Onlar göstərdilər ki, heç də
orqanizmə sadəcə hüceyrələrin yığını kimi baxmaq düzgün deyil.
Belə yanaşma orqanizmin vəhdətini inkar edir, müdafiə və uyğun-
laşma reaksiyalarını patologiyada necə lazımdır qiymətləndirmir.
Həmin bu alimlərin xəstəliyin mahiyyəti haqqında irəli sür-
dükləri nervizm nəzəriyyəsi müasir tibb də qəbul edilmiş ən düzgün
nəzəriyyə sayılır. Hal-hazırda xəstəliyin mahiyyətinin aydınlaşma-
sına, tarixi nöqteyi-nəzərdən yanaşdıqda demək olar ki, bütün dün-
yada nervizm nəzəriyyəsi əsas sayıla bilər. Lakin eyni halda göstər-
mək lazımdır ki, Qərb də bu barədə geniş yayılan nəzəriyyələr içə-
Dostları ilə paylaş: |