I. Beynəlxalq iqtisadiyyat – tərifi, predmeti, mahiyyəti, rolu, vəzifəsi



Yüklə 292,61 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix31.12.2021
ölçüsü292,61 Kb.
#82227
  1   2   3   4   5   6


I. Beynəlxalq iqtisadiyyat – tərifi, predmeti, mahiyyəti, rolu, vəzifəsi 

 

Beynəlxalq iqtisadi münasibətlər (BİM) – maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi 



və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət 

sistemidir.  

 

Beynəlxalq iqtisadiyyat - əmtəə və xidmətlərin beynəlxalq ticari mübadiləsini və 



beynəlxalq sərmayələrin təsirlərini qiymətləndirən bir araşdırma sahəsidir. 

 

Beynəlxalq iqtisadiyyat çərçivəsində iki geniş alt sahə mövcuddur: 



 

1. Beynəlxalq ticarət 

2. Beynəlxalq maliyyə 

 

 



BİM ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli 

və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri 

kompleksidir. 

 

BİM iqtisadiyyatların müxtəlif səviyyələrində təzahür edə bilər ki, onun da subyektləri 



aşağıdakılardır: 

 

1) Mikrosəviyyə. Burada BİM-in subyektləri kimi bu və ya digər xarici iqtisadi 



əməliyyatları həyata keçirən ayrı-ayrı fiziki şəxslər, orta və kiçik müəssisələr və firmalar 

çıxış edir; 

 

2) Makrosəviyyə. Bu səviyyənin əsas subyektləri kimi milli dövlətləri, onların 



subyektlərini, beynəlxalq iqtisadi inteqrasiya qruplaşmalarını, transmilli və qlobal 

şirkətləri göstərmək olar;  

 

3) Üstmilli səviyyə. Bu səviyyədə beynəlxalq təşkilatlar və üstmilli institutlar fəaliyyət 



göstərir. 

 

BİM-in məzmununun arşdırılmasında onun obyekt və subyektlərinin böyük əhəmiyyəti 



vardır.  

BİM-in obyektləri onun ayrı-ayrı formalarıının əsasını təşkil edən əmtəələr və xidmət 

növləri, kapital,texnologiya və bu kimi yüzlərlə iqtisadi məzmuna malik anlayışlardan 

ibarətdir. 




BİM-in subyektləri mikroiqtisadi səviyyədə firmalardan, beynəlxalq 

şirkətlərdən,sahibkarlar ittifaqlarından ibarətdir. 

Makroiqtisadi səviyyədə BİM-in subyektləri milli hökümətlər və dövlət orqanlarından 

ibarətdir. 

 


Yüklə 292,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə