Bazar iqtisadiyyatı modelinin 3 əsas növü mövcuddur:
1.
Liberal model. (Amerika modeli)
2.
Sosial yönümlü bazar iqtisadiyyatı modeli
3.
Bazar iqtisadiyyatının sosial – demokratik modeli
Azərbaycanda bazar iqtisadiyyatının amerikan modelindən istifadə edilmsinə daha çox
üstünlük verilirdi. Bunun səbəbini onunla izah etməyə çalışırlar ki, 70 il ərzində bizdə
cəmiyyət hesabına yaşama prinsipi hökm sürüb, hal-hazırda bunu düzəltmək lazımdır. İndi
cəmiyyətin hər bir üzvü sahibkar, mülkiyyətçi olmaqla, Amerika vətəndaşları kimi,
özlərinin şəxsi tələbatlarını öz gücləri hesabına ödəməlidirlər. Yəni, bu cəmiyyətdə hərə öz
gücünə arxalanmalıdır.
Artıq biz aydınlaşdırdıq ki, bazar iqtisadiyyatı açıq iqtisadiyyata daxildir. Lakin onu
da qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatında azad sahibkarlıq hökm sürür. Bəs
Azərbaycanda müasir dövrdə sahibkarlıq fəaliyyəti necədir?
Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri də
sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı ilə bağlıdır. Bu sahədə keçirilən hüquqi,
təşkilati, iqtisadi və s. tədbirlər nəticəsində bir sıra müsbət nəticələr əldə edilmişdir. Belə ki,
1998-ci ildə ÜDM-nun 55 faizi özəl bölmənin payına düşmüşdür. 1998-ci ilin əvvəlində
respublikamızda dövlət qeydiyyatından keçmiş 12 mindən çox kiçik müəssisə, 1 mindən çox
kooperativ, 2 minə yaxın müştərək və xarici müəssisə yaranmış və fəaliyyət göstərmişdir.
Bununla belə, bu gün respublikamızda sahibkarlıq fəaliyyəti qarşısında heç bir
problem olmadığını, sahibkarlıq mühitinin isə tamamamilə qənaətbəxş olduğunu iddia
etmək olmaz. Hal-hazırda həm respublika əhalisinin sayıilə münasibətdə fəaliyyət göstərən
özəl müəssisələrin kəmiyyəti, həm də burada çalışan əmək qabiliyyətli əhalinin payı digər
ölkələrə nisbətən xeyli azdır.
Qərb ölkələrinin təcrübəsi göstərir ki, özəl bölmənin, xüsusən kiçik sahibkarlığın
inkişafı dövlətin daimi himayəsi və fəal köməyi sayəsində baş verir. Bununla yanaşı bu
ölkələrdə dövlət qanunvericilik, inzibati-hüquq, büdcə və s. vasitəsilə sahibkarlıq
fəaliyyətini tənzimləyir.
Bundan fərqli olaraq, bu gün respublikamızda sahibkarlıq mühiti vergi, gömrük, bank-
kredit və digər iqtisadi sahələrdə çatışmazlıqlar, dövlət məmurlarının özbaşınalığı və s. ilə
xarakterizə olunur. Qeyd edilmiş bu problemlərin aradan qaldırılması sahibkarlıq
fəaliyyətinin zəngin potensial imkanlarından Azərbaycannın yüksək iqtisadi inkişafı üçün
istifadə etməyə imkan verəcəkdir.
Açıq iqtisadiyyatda kapitalın beynəlxalq axını da mühüm rol oynayır. Kapital ixracı
xarici bazarlar uğrunda mübarizədə ölkəərin iqtisadi və siyasi mövqeyini
möhkəmləndirmək məqsədilə həyata keçirilir. Tarixi baxımdan kapital ixracı əsasən dövlət
və xüsusi kapital formasında həyata keçirilir. Kapital ixracından istifadənin sahibkar və borc
kapitalı formasını göstərmən olar.
Kapital ixrac edən xaricdə öz kapitalını, kənd təsərrüfatına, ticarətə və s. sahələrə
qoyan sahibkar kimi çıxış edir. İxrac olunan kapital, sahibkar kapitalı formasında öz
sahibinə sahibkar mənfəəti gətirir.
Dünyanın bazar iqtisadiyyatı ölkələrinin infrastrukturunda müxtəlif xidmətlər
göstərən kompaniyaların rolu çox böyükdür. Bunların arasında ən geniş yayılmış
kompaniyalardan biri beynəlxalq lizinq kompaniyalarıdır. Beynəlxalq lizinq dedikdə, lizinq
kompaniyası tərəfindən digər bir ölkədə xarici bir firmadan hər hansı bir əmlakın pulla
alınıb, digər xarici bir firmaya uzun müddətə icarəyə verilməsi başa düşülür. Lizinq xidməti,
dünayanın İEÖ-də son 25-30 ildə geniş vüsət almışdır. Lizinqin yayılmış növlərindən
maliyyə lizinqi, beynəlxalq lizinq və ixrac lizinqini göstərmək olar.
Kapital ixrac edən, kapital qoyulan ölkədə fəaliyyət göstərən sahibkar rolunda çıxış
etməyə də bilər. O, öz kapitalını xarici sahibkarlara və ya başqa dövlətlərə borc verə bilər.
Borc kapitalı mülkiyyətçilər tərəfindən fəaliyyətli sahibkarlara borc verən və faiz gətirən
kapitaldır. Borc alanlar sənayeçılər, tacirlər, iri fermerlərdir ki, bunlar da qazanc əldə etmək
üçün borc almış pulu kapital şəklində istifadə edirlər.
Müasir dövrdə dövlət kapital ixracı üçün dövlət büdcəsinin vəsaitinin xeyli hissəsi sərf
edilir. Dövlət kapital ixracı əsasən göndərilən malları kreditləşdirmək vasitəsi kimi
istiqrazlar şəklində və xarici bankların cari hesablarına qoyuluşlar şəklində ixrac olunur.
Müasir şəraitdə kapital ixracının mühüm xüsusiyyətlərindən biri dövlətin beynəlxalq
təşkilatları tərəfindən kapital ixracının artmasıdır. Bu işdə beynəlxalq kredit təşkilatları
(Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası,Avropa Bərpa və İnkişaf Bankı və s.)
mühüm rol oynayırlar.Beynəlxalq kredit təşkilatları kommersiya şərtlərinə əsasən fəaliyyət
göstərirlər.
Beynəlxalq və xarici kapital bazarlarında beynəlxalq kredit müxtəlif formalarda,
istiqraz, səhm və başqa qiymətli kağızlar emissiyası şəklində həyata keçirilir. Beynəlxalq
kredit müxtəlif ölkələrin dövlətlərinin bir-birinə verdiyi kreditə deyilir. Beynəlxalq kredit
kommersiya, bankir və dövlət krediti formasında həyata keçirilir.
Hazırda dünya ölkələrində bankların rolu xeyli artmışdır. Bankların verdiyi kreditlər
təkcə bura cəlb edilmiş azad pul vasitələri hesabına yox, həm də özünəməxsus kapital
vaitəsilə həyata keçirilir. Bundan əlavə, banklar ölkədə maliyyə vəziyyətinin normal
gedişini, qiymətlrin səviyyəsini. Ölkənin tədiyə balansını və beləliklə də iqtisadi artım
prosesini təmin etmək, onu sürətləndirmək və ya zəiflətmək imkanına malikdir.
|