I c I l d Qədim dövr Prof. Dr


ŞÖYKƏTLİ,  ZƏFƏRLİ,  MƏDƏDLİ



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə60/76
tarix09.03.2018
ölçüsü112 Kb.
#31028
1   ...   56   57   58   59   60   61   62   63   ...   76

ŞÖYKƏTLİ,  ZƏFƏRLİ,  MƏDƏDLİ, 
HƏQİQƏT  VƏ  DİN  DAYAĞI  TAVĞAC  ULU 
BUĞRA  QARA  XAN  ƏBU  ƏLİ  HƏSƏN 
BİNNİ  ARSLAN  XAN  RƏHMƏTULLAHİ 
ƏLEYHİM  ŞƏ  NİNƏ
Öncə  Şərqdən  əsdi  bahar  yelləri,
Sonra  ətir  saçdı  cənnət  gülləri.
Deyəsən  bir  azca  boz  idi  dünya,
Əlvan  rənglər  ilə  bəzəndi  dünya.
ÇəKdi  dövlət  yayı  səfalı  bahar,
Qışa  hÖKm  elədi:  "Kənar  ol,  Kənar".
Günəş  şö'lə 
çəKdi, 
qayıtdı  yenə,
Balıq  quyruğundan  Quru  bürcünə.
Necə  ətir  saçdı  ağaclar,  ləKİər,
A l,  sarı,  qırmızı,  yaşılca  rənglər.
Yaşıllıq  pərdəsi  tutdu  hər  yanı,
Tavğac  yola  saldı  Çin  Karvanını.
Necə  zənginləşdi  dərələr,  dağlar,
Al,  yaşıl  geyindi  bağçalar,  bağlar.
Güldü,  qah-qah  çəKdi  türlü  çiçəKİər.
Ip ar  Kafur  ə tri  dənizlər  qədər.
Qərənfil  nəfəsli  səba  KÜləyi,
Dağıtdı  aləmə  mişK,  ipar  iyi.
Tutmuş  yeri-göyü  qırqovul,  ağquş,
Qaz,  ördəK  sədası  nə  xoş  olurmuş.
Göydə  cəh-cəh  vurur  durna  qatarı,
Dəvə  Karvanımı  nazlı  uçarı?
Eşini  çağırır  ilarquş  yalqız,
Yoxsa  sevdiyini  haraylayır  qız.
K
ək
İİ
k
  qəhqəhəsi  d üşür  dağlara,
A ğzı  qan  Kİmidir,  qaşı  qapqara.
Göydə  qağıldayan  qara  qarğalar,
Yerdə  qəmzə  satan  qızamı  oxşar?
Gülşəndə  sonalar-bülbullər  ötər,
İbrani  surunu  çalar  sərasər.
ƏlİKİər,  çüyürlər  çəmən  nəfəsli,
İnəKİər,  buğalar  ülfət  nəfəsli.
Göylər  göz  yaşıyla  dedi  sözünü,
Güllər  qah-qah  çəKİb  açdı  üzünü. 
Mənə  tə'nə  vurdu  dünya  gülnəfəs,  - 
Xaqanın  üzünü  görmədinmi  bəs? 
BəIkə  yuxlayırsan,  dur,  aç  gözünü, 
BəIkə  eşitmirsən,  eşit  sözümü.
Neçə  ildən  bəri  mə'yus,  dul  idim, 
Atdım  dul  donumu,  ağ  libas  geydim. 
Ulu  xaqan  oldu  bəyim...  bəzəndim, 
U ğrunda  canım  da  qurbandır,  dedim. 
Bulud  gumbuldadı,  davud  döyərəK, 
Xaqan  qılıncıtəK  bərK  vurdu  şimşəK. 
Qılmc  yıldırım lar  sıyırdı  qından, 
Dağlar  siİKƏləndi  qışqırığmdan.
Aləmi  fəth  etdi  Tavğac  Buğraxan,
Ona  peşKəş  olsun  qoy  İKİ  cahan.
Ey  dinin  şövKəti,  haqqın  qılıncı, 
Dövlətin  dayağı,  m illətin  tacı!
Bayat  hasil  etdi  düəKİərini,
Bayat  mədədKarın  hifz  etsin   səni.
Ey  dünya  cəmalı,  dovlət  dayağı, 
Arslan  tərpənişli  haqqın  bayrağı- 
Bəxt  sənə  əl  verdi,  fələK  qılınc-qın, 
Bəxtini,  təxtini  Tanrı  saxlasm.
Aləm  aram  tapdı  xaqanı  görcəK, 
Rəng-rəng  ərm ağanlar  göndərdi  fələK, 
Çıxdı  od  yuvadan  aləm  quşlaKi,
Rumun  qeysərləri,  hindin  racları. 
Mədh  edib,  şad  olub  qucaqlaşdılar, 
Sevinc  taxta  çıxdı,  aşıb-daşdılar. 
Bürüdü  aləmi  nə  qədər  çİçək,
Dağ-dərə,  çöl-çəmən  çiçəKdən  göyçəK. 
Xoşdur  qönçə-qönçə  ətir  saçanlar, 
Yaşıla  ağ  üzlə  qapı  açanlar.
Çİçək 
var  -alovlu  qəlyan  çəKmədə, 
Çİçək 
var,  göbəyi  mişK  tÖKmədə. 
Şərqdən  ərm ağanlar  daşıyan  da  var, 
Qərbdən  xidmət  üçün  gələn  can  da  var. 
Vaxt  gəlib  qapıya  xidmət  etməyə, 
Qapılar  açılır,  hörmət  etməyə.
Yazın  xidmətilə  fəxr  etdi  topraq,


Düşmən  boyun  əydi,  təslim  olaraq. 
Xaqan  davulları  KÜKrədi,  daşdı, 
Görməyən  gözlərin  uyğusu  qaçdı.
Aləm  aram  tapdı,  yol  açdı  bəxtə,
Xaqan  ədaləti  çıxardı  təxtə.
Səxavət  üzünə  tamarzı  qalan,
Qoy  gəlib  xaqanı  görsün  yaxmdan.
 
Cəfasız,  vəfalı  Kİşi  istəsən,
Onun  gözlərinə  diqqət  yetir  sən.
N ə'f  umsan,  düşmədən  borca,  ziyana, 
Bəri  gəl,  xidmət  qıl,  KÖnül  ver  ona. 
Xoşrəftar,  mülayim,  mehriban,  adil, 
Aqil  ər  özüdür,  özgəsi  deyil.
Ey  gözəl  xilqətli,  müqəddəs  uru,
Var  olun,  qalmasm  aləm  qupquru.
Ey  TürKİərin  bəxti, 
şÜKr 
etməK,  gərəK, 
Sənə  dövlət  verdi  çin  verdi  fələK. 
A talar  sözündə  bir  tə'b ir  də  var:
Atanm  KÖhləni  övlada  qalar.
Min  hədiyyə  vermiş  sənə  bu  aləm, 
"Qutadqu  bilİK”dir  mənim  hədiyyəm. 
Növ-növ  ərm ağanlar  Keçəri,  əbəs, 
Mənim  ərmağanım  əbədi,  ölməz. 
Mal-dövlət  tÜKənir  axar  su  Kİmi,
Söz  əbədi  qalır,  gəzir  aləmi.
Yazıldı  Kİtaba  xaqanın  adı,
DeməK, 
Kİtabla  bir  əbədi  qaldı.
Ya  rəbb,  mədədKar  ol  hər  işdə  ona, 
Daim  dövlət  quşu  qonsun  başma. 
Dostunu  uca  tut,  düşmənini  yıx, 
Sevinci  bol  olsun,  dərdi  azacıq.
Qoy  yağsm  yağışlar,  güllər  açılsın, 
Bağlar  yaşıllansın,  ətir  saçılsm.
O  tapsm  bəxtini,  sınmasın  qaşı,
Əyilsin  önündə  düşmənin  başı.
Boz  yer  olmaymca  mis  Kimi  qızıl,
Ovcu  lalə-lalə,  baqrı  yamyaşıl.
TürK  təxti,  türK  bəxti  yaşasm,  gülsün, 
Onu  görməyənin  gözü  tÖKÜlsün. 
Gözündə  qalmasiK  bir  diləK,  arzu,
Ucaltsm  başını  mədədKar  özü. 
Xalqına  fəxr  ilə  həmdəm  Kəsilsin, 
Bir  Loğman  ömrünü  yaşaya  bilsin.
YEDDİSƏYYARƏ 
VƏ  ON  İKİ  BÜRC
Yaradan,  boy  verən,  əfv  edən  ağam, 
MübarəK  admla  sözə  başlaram. 
Könlüncə  yaratdın  sonsuz  aləmi, 
Günəş,  Ay-işıqlı  cüt  salxım  Kİmi. 
Yaratdm  fələyi-dolanar,  dönər, 
Ulduzu  gah  yanar,  gah  lapdan  sönər. 
Ozünsən  xəlq  edən  min-min  üİKəri, 
Zülmət  gecələri,  ağ  gündüzləri.
Bu  mavi  səmada  ulduzlar  rəng-rəng, 
Biri  yolgöstərən,  biri  bərbəzəK.
Biri  bəşər  üçün  yaranmış  ancaq,
Biri  yol  itəndə  olur  şam-çiraq.
Biri  lap  zirvədə,  biri  aşağı,
Biri  od,  birinin  Kəmdir  işığı. 
Hamsından  ucada  Zühəl-SeKantir,
Bir  bürcdə 
İkİ 
il 
s^kkİz 
ay  Kəzir. 
İKİnci  ulduzun  adı  Onaydır,
Bir  bürcdə  duruşu  on 
İkİ 
aydır. 
Ücüncü  adlanır  Görüd-Mərrix,  Mars, 
Hara  baxsa  görər  yaşıl,  göy,  ətlaz. 
Dördüncü  adlanır  Yaşıq,  ya  da  Şəms, 
Gözü  qamaşdıran,  özü  müqəddəs. 
Beşinci  Nahiddir,  ya  Zöhrə,  Sevit, 
Sevib  baxsa,  şad  ol,  özünü  ovut. 
Yanında  dörd  tarid-Arzu  ulduzu, 
Kimə  yaxmlaşsa  bənd  olur  özü. 
Altmda  Ay  gəzər-iİK  adı  Yalçıq, 
Günəşi  görəndə  tapar  aydınlıq.
On 
İkİ 
bürc  də  var,  hərəsi  bir  zər,
İkİ 
xanəlilər,  təK  xanəlilər.
Quru-Yaz  ulduzu,  Ud  da  çırağban, 
Erəndız-Cevzadır,  KürÜK-səratan.


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə