I c I l d Qədim dövr Prof. Dr


Dənizdən  incini  sən  çıxarmasan



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə62/76
tarix09.03.2018
ölçüsü112 Kb.
#31028
1   ...   58   59   60   61   62   63   64   65   ...   76

Dənizdən  incini  sən  çıxarmasan, 
Onu  bir  çay  daşı,  çaylaq  daşı  san, 
Boz  yerin  altmda  qızıl  layı  var, 
Qazıb  çıxarılsa  başda  tac  olar.
Alim  öz  elmini  dilləndirməsə, 
Yoxdur  o  elmdən  fayda  heç 
kəsə. 
Elm  ilə  təfəKKÜr  qanaddır  qoşa, 
Bacarsan  qanadlan,  yÜKSəl  günəşə. 
Eşit,  nələr  söylər  bu  Kəndin  bəyi
O  da bayraq  edib  yalnız  biliyi. 
Cahanı  tutm ağa  zəKavət  gərəK. 
Xalqı  ram  etməyə  fərasət,  ürəK. 
Aləmi  əql  ilə  tu td u   cahangir,
Xalqı  ram  eləyən  elmin  sehridir. 
Yarandığı  gündən  yoldadır  bəşər, 
Udur  bu  yürüşü  yalnız  aqillər.
Hər  hansı  dövrdə  rütbə,  xəzinə, 
Kimə  şö'lə  saçıb?  Alim  üzünə. 
Kişinin  eybini  nə  silər?  İdraK,
Elmin  bulağıdır  onu  qılan  paK.
Elm,  zoKa  sənə  verməsə  murad, 
Yalnız  bundan  sonra  qılınça  əl  at. 
Xalqa  başçı  olur  bilimdən  bəylər, 
Qılmc  çalır  yalnız  Kor  dərəbəylər. 
Aləmi  tutm ağa  zəKavət  gərəK,
Xalqı  ram  etməyə  fərasət,  ürəK.
Elm  ilə  fərasə t,  bilİKİə  qeyrət.
Kişiyə  bəxş  edir  eşsiz  səltənət. 
Tutmaq  istəyirsən  İkİ  cahanı,
Soruş  öz  KÖnlündən  bəs  elm in  hanı. 
Özünə  yaxşılıq  istəsən  əgər,
Yaxşılıq  yolunu  tu t,  ey  hünərvər. 
Adı  qala  bilər,  insan  özü  yox, 
Batırsan  adını  toyuqsan,  toyuq.
Ad  qalır,  dünyadan  tez  KÖçür  insan, 
Adm  yaşayırsa,  sən  də  yaşarsan.
YAXŞILIĞA  QATILMAQ
Yaxşılıq  fü rs ə ti  Keçibsə  ələ,
Həm  sözdə,  həm  işdə  yaxşılıq  eylə. 
Sovuşar  igidlİK,  sönər  həyat  da,
Bir  gün  uyuyarsan  toprağın  altda, 
Ömrü  qənimət  bil  yaxşılıq  et  Kİ,
Odur  qazandıran  eşqi,  ülfəti.
Heç  kəs  bu  dünyada  ölümsüz  deyil, 
Mərdin  yaxşılığı  baş  tacıdır,  bil, 
Cahanda  dağ  boyda  ərlər  doğuldu, 
Axırda  toprağm  qisməti  oldu.
Yaxşı  da,  yam an  da,  bəy  də,  köIə  də, 
Ölür...  adı  q alır  yalnız  öİKədə.
Gəlmiş,  sənə  çatmış  indi  də  növbət, 
Yalnız  yaxşılıq  et,  ad-san  qoyub  get. 
Şah  olsa  bir  gün  döşənir  yerə,
Alqış  ad-san  qoyub  can  verənlərə. 
Yalnız 
İkİ 
adı  yaşadır  həyat:
Biri  yaxşı  addır,  biri  yaman  ad.
Seç  g ö tü r...  yam an  ad  dərhal  sÖKÜlür, 
Yaxşı  addan  ərzə  işıq  tÖKÜlür.
Yaxşı  ad  çıxartsan  layiqsən  eşqə, 
Yaman  ad  çıxartsan,  yalnız  söyüşə, 
ZöhhaKin  cəmdəyi  lə'nət  qazandı, 
Fəridun  hələ  də  bəşərin  andı.
Biri  yaxşı  idi,  öydülər  onu,
Biri  yaman  idi,  soydülər  onu. 
Yamanmı  xoş  gəlir,  ya  sənə  yaxşı, 
Xalqm  lə'nətim i,  yoxsa  alqışı? 
Yamanlıq  -   yaxşılıq  rəmzidir  insan, 
Seç,  götür  birini,  hansmı  umsan. 
hammı  smaqdan  çıxarır  zaman,
İşıqla  zülmətdir,  yaxşıyla  yaman. 
Mərdlər  ad  çıxarır,  alqış  qazanır, 
Əclaflıq  edənlər  qarğış  qazanır.
Min  dəfə  sınadım  zövqü  iflici,
Daim  geri  getdi,  üzüldü  gücü.
Haçan,  hansı  yerdə  görüb  bir  Kİşi, 
Bəhrə-bar  yetirə  şərin  gərdişi?


PislİK-cəhənnəmdir,  yalnız  yandırar, 
Salamat  qoyduğu  birçə  daşmı  var? 
FİKİr  ver,  nə  qədər  sələflərin  var: 
Avamlar,  aləmi  basıb  alanlar... 
Hansınm  KÖnlündə  yanıbsa  işıq, 
Verib  bu  aləmə  zinət,  yaraşıq.
Bəşər  bəylərindən  Kİmdə  fəzilət, 
Olubsa,  gətirm iş  xalqa  səadət.
Bu 
gün 
də 
yaşay ır  yaxşı  Kİşilər,
Ən  vacib  işlərə  başçı  Kİşilər.
Elmin  məbədinə  haKİmsə  hər  Kİm, 
A rifi,  alimi  irəli  çəKİr.
Bir  cüt  əl  -  insanm  əməK  aləti,
Elm  ilə  saxlayır  bəşəriyyəti.
Gör 
hansı 
eşq  ilə 
çırpınm ış  ürəK:
Acı,  yoxsulu  da  zənginləşdirməK. 
Bəşərin  fəxridir  səxavətlilər,
Onu  yaşarı  bil,  ölübsə  əgər.
Bilib  ölməyini  hazırlıq  yapan,
Bir  daş  məKtub  yazır bizə  məzardan. 
Hər  Kİm  oxuyursa  məzar  daşını, 
DərK  edir  həyatın  çağlayışmı. 
Elmdən  qədrli  cahanda  nə  var? 
Nadanın  öyüdü  -  həqarət,  qubar. 
Ürfan  nuru  saçan  ağ  saçlı  Kİşi 
Necə  təsvir  edir  görün  gərdişi! 
Yuxarı  başdaca  yer  tutdu  nadan, 
Aşağıya  döndü  həmən  yer  əl'an.
Alim  yer  tutursa  aşağı  başda,
Orda  lə'lə  dönür  adiçə  daş  da.
Əyləş  aşağıda,  ya  yuxarı  qalx, 
Hörmətini  elmin  göstərər  ancaq. 
Yüzündən  seçilir  yqlnız 
İkİ 
ər!
Biri  bəy,  o  biri  alim  hünərvər. 
Qalanlar  m iyanə...  dəyişir  donu, 
İstəsən  bunu  seç,  istəsən  onu.
Sən  indi  hansısan,  tapmacanı  aç, 
İKİsindən  b iri...  üçüncüdən  qaç. 
Qılmc  alıb-satan  təhlÜKƏ  saçar,
Qələm  alıb-satan  elmə  yol  açar.
Alim  töhfəsidir  gözəl  qanunlar, 
Sürünəni  ərşə  qaldırır  onlar.
Olümün  diriyə  m irasıdır  söz,
Atalar  sözünün  nəf'i  birə  yüz.
Elmsiz  adam lar  Kor  Kİmidir,  Kor,
Nur  istə  elmdən,  ey  zavallı,  nur.
Gözəl  söz  -dodaqda  reyhan,  qızılgül, 
Cəsur  natiqləri  vəsf  et,  ey  Könül. 
A riflər  içində  TürKcə  məsəl  var,
Qoy  deyim,  sabaha  qalsm  yadigar. 
Dilin 
KÜrKÜ 
sözdür,  əqlin 
KÜrKÜ 
söz, 
Mərdin 
KÜrKÜ 
üzdür,  üzün 
KÜrKÜ 
göz. 
Yaxşı  sözlər  deyər  mərd  ömrü  boyu, 
Daim  üzündədir  üzünün  suyu.
Sən  bax,  diqqətlə  bax  TürK  bəylərinə, 
Yaxşılıq biçilib  əyinlərinə.
TürK  bəyləri  içrə  ən  şöhrətli  ər,
Alp  Ər  Tonqa  idi-daim  səfərbər.
El-oba  içində  adlı-sanlı,  mərd,
Elmli,  zəKalı,  ən  çəsur  xilqət. 
Əfrasiyab  derdi  tacİKİər  ona,
Xalqı  birləşdirib  yığdı  başına.
Kimlər  dolandırar  bəşəriyyəti,
O  kəs  k İ,  
güclüdür  elmi,  sənəti. 
TacİKİər  Kİtabda  yazıblar  bunu.
Kitab  -aşıb-daşan  əqlin 
yeK u nu.
Ən  sərt 
düyünləri  Kİm 
aça 
bilər  - 
A ğızlı 
Kİşilər,  alim  Kİşilər.
Qulanı  basmağa  nər  arslan  gərəK. 
Cahanı  tutm ağa  hünərli  erKƏK.
Zülməti  boğmağa,  işıq  olmağa,
Elm  ilə  yol  açır  Cahangir  ağa. 
Düşmənin  boynunu  qılıncla  vuran,
Adil  siyasətlə  olur  qəhrəman.


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə