I c I l d VII-XII əsrlər azərbaycan şERİ



Yüklə 22,64 Kb.
Pdf görüntüsü
səhifə1/99
tarix14.01.2018
ölçüsü22,64 Kb.
#20492
  1   2   3   4   5   6   7   8   9   ...   99


AZƏRBAYCAN KLASSİK 
ƏDƏBİ Y Y ATIND AN 
SEÇMƏLƏR
Ü Ç   C İ L D D Ə  
I  C İ L D
VII-XII ƏSRLƏR AZƏRBAYCAN ŞERİ
A2ƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
IŞ LƏ R   İDARƏSİNİN
K İ T A B X A N A S I
“ Ş Ə R Q -Q Ə R B ”
B A K I-2 0 0 5


I f
  j r 'y '
B u kita b   “A zərbaycan  kla ssik ədəbiyyatı  kitabxanası. 
V II-X II əsrlər A zərb a yca n  şeri.  İyirm i cilddə.  I I  c ild ” 
(Bakı,  Elm,  1989)  nəşri  əsasında  təkrar nəşrə  hazırlanm ışdır
Tərtib edənlər:
İzah  və  qeydlərin müəllifləri:
Əziz M irəhm ədov 
Səfiyyə Xanbabayeva
Teymur Kərimli 
İmamverdi Həmidov
Redaktoru:
M ənzum  tərcüm ələrin redaktoru:
Azadə  Rüstəm 
Xəlil Rza
894.361  -   dc  21
AZE
Azərbaycan  klassik ədəbiyyatından  seçmələr. Üç cilddə.  I cild.  Bakı, 
“Ş ərq-Q ərb”,  2005, 424 səh.
Kitabda  Azərbaycan  klassik  poeziyasmın  500  illik  bir  dövrünü  əhatə 
edən  poetik  əsərlərdən  nüm unələr  toplanmışdır.  Əsasən  lirik  və  ictim ai- 
siyasi şeirlərdən ibarət olan bu əsərlər ərəb və  fars dillərindən tərcüm ə  edil- 
mişdir.  Nüm unələr  seçilərkən  bu  dövr  Azərbaycan  poeziya  m əktəbini  fərq- 
ləndirən xüsusiyyətləri özündə birləşdirən şeir parçlarına üstünlük verilmişdir. 
Təqdim  olunan nüm unələrə  yüksək  estetik  meyarla  yanaşı,  dərin  humanizm 
və  ictimsai pafos  da xasdır.
X I-X II  əsrlərin  fəlsəfi  lirikasını  yaratm ış  Q ətran  Təbrizi,  Fələki 
Şirvani, M ücirəddin  Beyləqani, M ehsəti  Gəncəvi,  Xaqani  Şirvani,  Nizami 
Gəncəvi  və b.  yaradıcıhğından  verilən  tərcüm ələr  cildi  zənginləşdirir,  ona 
əlvanlıq qazandırır.
Azərbaycan Respublikasmm Prezidenti 
İLHAM ƏLİYEVİN 
“Azərbaycan dilində iatın qrafikası 
ilə kütləvi nəşrlərin həyata 
keçirilməsi haqqmda”
12 yanvar 2004-cü il tarixli sərəncamı 
ilə nəşr olunur və ölkə kitabxanalarına 
hədiyyə edilir
ISBN 9952-418-52-0
©  “ŞƏ RQ -Q Ə RB” ,  2005


V II-X II Ə SRLƏ RDƏ  AZƏRBAYCAN  ŞERİ
VII  əsrin  40-cı  illərindən  Azərbaycan  üzərinə  müntozəm  hərbi  yürüşlər 
təşkil  edən  ərəb  xilafəti  VIII  əsrin  30-cu  illərində  bu  ölkəni  tamamilə  öz 
hökmranlığı  altına  aldı.  Öz  hakim iyyətlərini  möhkəm lətm ək  üçün  yeni  dini 
ideologiya gətirmiş ərəblər Azərbaycanın m üxtəlif dinli  əhalisinə islamı qəbul 
etdirməklə,  bir  növ  əhalinin  etnik  birliyinin  sürətlənm əsinə  və  m öhkəm lən- 
məsinə  şərait yaratmış  oldular.  Vahid,  güclü  imperiya tərkibində  feodal  çəkiş- 
m ələrindən və digər xarici m üdaxilələrdən, müvəqqoti də olsa, yaxa qurtarmış 
Azorbaycanda  ictimai  həyatın  başqa  sahələri  ilə  yanaşı,  mədəniyyətin  və 
ədobiyyatııı  inkişafı  üçün  də  m üoyyən  imkanlar  yarandı.  VII-XI  əsrlərdə 
yaşayan  Azərbaycan  şair və  m ütəfəkkirləri  ümumi  islam  mədəniyyəti  daxi- 
lindo ərəbcə yazıb-yaratsalar da, bu, Azərbaycan ədobiyyatınm gələcək inki- 
şafı  üçün tosirsiz qalmadı.
VII-IX əsıiərdə baş vermiş arasıkəsilməz üsyanlar, xüsuson məşhur Babək 
horəkatı  nəticəsindo  zəifləyib  laxlamış  islam  imperiyası  IX  osrin  sonlarından 
etibaron  get-gedə  Azərbaycanda  ancaq  öz  nominal  hakimiyyətini  saxlaya 
bilir.  Bu  dövr  Azərbaycanmda  M əzyədilər  (861-1027),  Sacilər  (879-930), 
Salarilər  (X-XI  əsrlər),  Rəvvadilər  (979-1054),  Şəddadilər  (971-1086)  kimi 
əslində  müstəqil  olan  feodal  dövlətləri  meydana  çıxır.  Bütün  bunlar  m ədə- 
niyyət və ədəbiyyatın da başqa,  əvvolkindən fərqlənən yolla inkişaf etm əsinə 
imkan yaradır.
1054-cü  ildə  Azərbaycanm  Səlcuqilor  dövləti  tərkibinə  daxil  olması 
elmin,  incəsonətin  və  ədəbiyyatın  inkişafma  təkan  verərək  bir  sıra  görkəmli 
sənətkarların  meydana  çıxmasma  şərait yaratdı.  Bu  işdə  Azərbaycan  atabəy- 
lər dövlətinin  (1136-1225)  m üstəsna rolunu  da  unutmaq  olmaz.
Əlverişli  coğrafı  mövqeyinə  görə  dünyanm  bir  çox  ölkələrinin  iqtisadi- 
ticarət  əlaqələrinin kosişmə  nöqtəsində  duran  Azərbaycan  eyni  zamanda  əsr- 
lərdən bəri  dürlü m ədəniyyətlərin,  ədəbiyyatların  qovuşma nöqtəsi  olmuşdur. 
Təsadüfl  deyil  ki,  zəngin  folklor  onənolori  ilə  seçilon  bu  ölkə  X  əsrin  sonu,
XI  osrin  əvvəlindən başlayaraq  yazılı  ədəbiyyat  sahəsindo  də  Yaxm  və  Orta 
Şərq  regionunda  m ərkəzi  yerlərdon  birini  tutmağa,  öz  orijinal  ideya-bədii 
xüsusiyyətlərini başqa ədəbiyyatlara təlqin etməyə başlamışdı.  XII əsrdə həmin 
tokamülün  təbii  noticəsi  kimi  Nizaminin  bədii  dühası  yarandı  və  sonrakı 
odəbi  inkişafa  əsrlər boyu qüvvotli  müsbot  təsir göstərdi.
X I-X II  əsrlər Azərbaycanındakı  odobi  yiiksolişi  çox  mürəkkəb  iqtisadi- 
ictimai və mədəni  şorait, klassik  şoxsiyyotlor yaratmışdı.  “Azorbaycan poeziya
m əktəbi” adı ilə m əşhur olan bu dövr ədəbiyyatmın formalaşması və inkişafmı 
Qətran  Təbrizi,  M əhsəti  Gəncəvi,  Xaqani  Şirvani,  Foləki  Şirvani,  Mücirəddin 
Beyləqani və nəhayət, Nizami  Goncəvi kimi klassiklər müəyyən etmişlər.
Bu  poeziya  m əktəbi  əsrlər  boyu  Azərbaycanda  ana  dilində  yaranmış 
zəngin  şifahi  xalq  odəbiyyatına,  Yaxın  və  Orta  Şərq  ədebiyyatma,  habelə 
antik  ədəbiyyat  ənənələrinə  əsaslanırdı.  V II-V III  əsrlərdə  yarannnş  və 
ənənələri XII əsrə  qədər gəlib  çıxm ış  ərəbdilli Azərbaycan ədəbiyyatmm  da 
nüfuzu böyük idi.
Məlumdur ki,  ərəblər istila  etdikləri  xalqlarm yazılı  abidələrini saf-çürük 
edir,  əsasən  tarixi  xronikaları  öz  dillərinə  çevirir,  qalanlarım  isə  məhv  edir- 
dilər.  Məsələn,  m əşhur  sasani  xronikası  “X udaynam ə”nin  başına  məhz  belə 
bir iş  gəlmişdi.  Ərəb  dilino  tərcüm ə  ediləndən  sonra  əsərin  orijinalı yandırıl- 
mışdı.  Bədii  əsərlərə  gəlincə,  orəblər onlara o  qədər də  meyl  göstormirdilor. 
M araqlıdır ki, yunan  fəlsəfəsinə aid çoxlu əsərlər ərəb dilinə tərcümə edildiyi 
halda  zəngin  yunan  bədii  ədəbiyyatm dan  bir nüm unə  belə  çevrilməmişdi.
Güman  etmək  olar ki,  ərəb  istilasına  qədər Azərbaycan  yazılı  ədəbiyya- 
tım n  da müəyyən  abidələri  olmuş,  lakin  onlar  mohv  edilərək bizə  gəlib  çat- 
mamışdır.  H ərhalda azorbaycanlı  şairlərin ərəb dilində yazdıqları  ilk şeirlorə 
VII əsrin sonu, VIII əsrin əvvəllərindən etibarən təsadüf etm ək olur.  M üxtəlif 
ərəb  qəbilələrinin  mavlası  (azad  əsiri)  olan  və  “Ə I-A zərbaycani”  nisbəsi  ilə 
y azıb-yaradan  bu  şairlərin  osərlorindon  bəzi  örnəklər  m əcm uələrdo 
dövrüm üzo  golib  çatmışdır.
VII-VIII  əsrlərdə  M ədinədo  və  M əkkədə  yaşayıb-yaratmış  Azorbaycan 
şairlorindon Əbu M əhəm m əd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yosarın 
şeirləri mübariz, tənqidi  ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri  ilə o dövr orob 
poeziyasından müəyyən dərocədə seçilir. Bunu mütəxəssislər də tosdiq edirlor: 
“ VII-VIII  əsrlordə  yaşayıb-yaratmış  və  movali  şairlər  adı  altmda  odəbiyyat 
tarixinə  daxil  olmuş Musa  Şəhəvat,  İsmayıl ibn  Yəsar və Əbül-Abbas əl-Ə m a 
kimi  azərbaycanlı  şairlər  ərobdilli  poeziyanm  inkişafma xeyli  kömək etmişlor. 
Bununla yanaşı  onlar öz xalqlannm  bədii və fəlsəfı  təfəkkürü  ilə bağlı  olınuş- 
lar.  Onların  yaradıcılığı  sübut  edir  ki,  Azərbaycan  xalqınm  homin  dövrdəki 
bədii  təfokkürü  digər müsəlman  xalqlarmm mədəni  səviyyəsindən  heç  do  geri 
qalmamış,  bir çox  millotlərin  birgə  səyi  nəticəsində  meydana  golmiş  ərobdilli 
poeziyanın yeni keyfıyyətlor kəsb etməsində, fonna və məzmunca dorinloşmo- 
sindo,  ictimai  va  siyasi  həyata dərindən  nüfuz  etmosindo  öz  faydasmı  əsirgo- 
momişdir.  Azərbaycanh  ruhu,  azərbaycanlı  təfəkkürü,  azərbaycanh  zövqü 
ərəbdilli  odobiyyata daxil olaraq bu ədəbiyyatm mövzuca genişlənmosinin əsas 
amillərindon birinə çevrilmişdir” 1.
1  M a h m u d o v   M.   V II-X II  osrlərde  erebce  yazmış  Azərbaycan  şairləri.  Bakı, 
Elm ,  1983,  s.76.


Yüklə 22,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə