I c I l d VII-XII əsrlər azərbaycan şERİ



Yüklə 22,64 Kb.
Pdf görüntüsü
səhifə2/99
tarix14.01.2018
ölçüsü22,64 Kb.
#20492
1   2   3   4   5   6   7   8   9   ...   99

Ərəb  dilində bədii  əsərlər yazm aq  ənənəsi  Azərbaycan  şairləri  arasında
XI  esrə  qədər,  yəni  Qətran  Təbrizinin  yaradıcılığa  başladığı  dövrədək  davam 
etmişdir.  X -X II  esrlərdə  Azərbaycan  ədebiyyatında  bu  poeziyanı  B erakə- 
veyh  Zəncani,  İskafı  Zəncani,  X əttat  Nizami  Təbrizi,  Əbu  Nəsr  M ənsur 
Tebrizi,  Xətib  Təbrizi,  M əsud  ibn  Namdar,  Ö m ər  Gənci  kimi  şairlər  təmsil 
etmişlər.  Həmin  Azerbaycan  şairləri  klassik  erəb  poeziyasma  xas  olan  m ə- 
cazlar sistemini  işletm əklə  yanaşı,  yeri  düşdükcə  doğma vətənlərinin rənga- 
rəng təbiətini,  mərd,  yenilməz  insanlarım  da təsvir etm işlər ki,  bu da  onlann 
əsərlərinə m üəyyen milli kolorit getirmişdir.
Çoxu M edine, Bağdad ve b. şehərlərdə yaşayıb-yaratmış Azərbaycan şair- 
lerinin  yaradıcdığmda  əsas  m otivlərdən  biri  vətən  həsrəti  olmuşdur.  XII  əsr 
şairi Ö m ər Gəncinin yazdığı aşağıdakı parça bunun seciyyevi  nümunesidir:
Sürüb  dəvəlerini  mənim yurduma çatsan,
Dostlanma, unutma,  mendən yetir bir salam.
Bu dərde dözməyimdən,  ayrılıq əzabından -  
Danış bir-bir onlara, mən necə xəstehalam.
Söylə ki, onları men her yadıma saldıqca -  
Gelib keçir gözümden bir de o günlər tamam.
Ətirli meh esdikcə  sehər dost diyarmdan,
Qelbim yarpaq tek əsir,  tapmır bir lehze aram.
Q ətran  Tebrizi  yaradıcılığı  ilə  Azerbaycan poeziya  m ektəbi  yeni  inkişaf 
m ərhələsinə qedəm  qoydu.  Bu m ütəfəkkir şair farsdilli Azərbaycan poeziya- 
sınm  ilk görkemli nümayəndəsidir.
Farsdilli  Azərbaycan  poeziyası  dedikde,  sadəcə  olaraq,  coğrafi  sərhəd- 
lerlə  məhdudlaşan bir ədəbi  hadisə  yox,  öz  ideya-estetik  əsası  ve  təkraredil- 
məz xüsusiyyətleri ile seçilən müstəqil, orijinal ədebi m əkteb nezerdə tutulur.
Təbriz  yaxuılığındakı  Şadiabad  qəsəbesində  mülkedar  ailəsində  anadan 
olmuş Qətran genc yaşlannda şairliyə başlamış, az bir zamanda istedadlı sənət- 
kar kimi meşhurlaşaraq saraya dəvət edilmişdir. M üxtelif hökmdarlann mədhinə 
həsr  olunmuş  qəsidəler  Qətran  divanmm  esas  hissesini  teşkil  edir.  Lakin  bu 
onun bədii-estetik dəyerini heç bir şəkildə azaltmır. Xüsusile ona görə ki, divan- 
da Qetranm yaşayıb-yaratdığı tarixi dövrün bir sıra ictimai-siyasi hadisələri çox 
dəqiq eksini  tapmışdır.  Şairin  iki  Azerbaycan  hökmdan -  Əbül  Həsən Ləşkəri 
və  Əmir C əfer arasmda banşıq münasibeti  ile  yazdığı  qəsidə  bu cehətden  çox 
səciyyevidir.  Bu  esərlərde  Qetranın  vətensevər düşünceləri  və  yüksək hissləri 
diqqəti cəlb edir. Qətran xarici müdaxiləçilərə layiqli cavab verə bilecek, vahid, 
güclü  Azərbaycan  arzusundadır,  buna  görə  də  əmirlər  arasmdakı  adi  bir  saziş, 
banşıq belə onu sevindirir, ümidlərini  qüwetlendirir.
Qəsidələrin  nəsib  (giriş)  hissəsində  Q ətran  sənətkarlığı  daha  parlaq 
şəkildə  meydana  çıxır.  Ə sasən  bahann  təsvirinə  aid  olan  bu  hissələrdə  şair 
hər  defə  yeni-yeni  bədii  təsvir  vasiteleri  tapır,  dar  bir  mövzu  çərçivəsində 
vurduğu təkrarsız naxışlarla oxucunu heyran  qoyur.  Qətran vesfdən m üxtelif 
hadisə  və  mefhumların  geniş  tesvirinde  istifadə  edir.  Bu  cəhətdən  baharın 
mozaika təsiri bağışlayan rəngarəng tesviri  xüsusile  seçilir:
Eyləyir dünyaya  fərverdin'  yeli  her dem səfer,
Eyledikce her səfər dünyaya o çalmış zəfer.
Eyleyir bülbül  fəğan gülşendə hər saet yenə,
Nazlanır güllər baxıb gördükcə hər dəm nalələr.
Tutiyə benzər şeqayiq dimdiyinde qır tutub,
Suri zerdir,  üstünü  qıpqırmızı  tozlar bezər.
İldınm şimşek çaxar daim buludlar oynaşar,
Sanki zenci  ordusu tatar görüb xəncər çekər.
Bənzəyir bağlarda nergiz bütlərin əllərinə,
Qol-bilek mina tamam, ovcu hənadır sərbəsər.
Göl  külək esdikcə benzər köksüne  şahinlərin,
Sanki  tovuzdur,  qızılgül, bağda açmış balü per.
Qətran  Təbrizinin  rubailərinde  m əhebbət  Iirikası  daha  qüvvətlidir.  M a- 
raqlıdır ki, bu rübailərde  bədii  zəm in kimi  ondan  ə w e lk i  fars poeziyasmdan 
daha  çox  Azərbaycan  şifahi  xalq  ədəbiyyatınm  təsiri  nəzerə  çarpır.  Qetran 
divanmdakı rübailerde aparıcı meyl fəlsefi asketizm deyildir.  Bu esərler vəz- 
nine və bədii təsvir vasitəlerinə görə rübai adlansalar da, ideya və sənetkarhq 
cəhətdən  bizim  bayatdara  daha  yaxındır.  Bayatılarda  olduğu  kimi,  bu 
rübailərin çoxunda da esas poetik fikir son iki misrada verilir.
Ey hüsnü gözəller qibləsi olan,
Ürəyin ürəyi, ruha,  cana can.
Dedim ürek verib almışam seni -  
Yox, canımı versəm, yenə  ucuzsan.
Azerbaycan  xalqının  təfəkkür  tərzi  Qətranın  əserlərində  silinməz  izler 
buraxmış,  şair yeri  gəldikcə  çoxlu türk sözləri  işlətmişdir.  “Çuval” ,  “cinağ” , 
“bəkm əz”,  “tağ”,  “yun” ,  “dağ”,  “ayaq”  ve  s.  türk  sözləri  Qətramn  bədii
1 F e r v ə r d in   -  İran günəş təqviminin birinci ayı (21  mart -  20 aprel).


leksikonunda xüsusi diqqəti cəlb edir.  Şair bəzən ərəb və fars dillərində  lazım 
olan qafiyəni  tapmaqda çətinlik çəkərkən  öz ana dilinə  m üraciət edir.  M üba- 
liğəsiz  dem ək mümkündür ki,  Q ətran poeziyasınm   spesifık  dili  azərbaycanca 
düşünüb  farsca  yazan  bir  sənətkarm   dilidir.  Bu  xüsusiyyət,  ümumiyyətlə, 
farsdilli  Azərbaycan poeziyası  üçün  səciyyəvidir.
XI 
əsrdə  Azərbaycanda  yaşayıb-yaratm ış  ərəbdilli  Azərbaycan  şairləri 
haqqmda az məlum at qalmış, onlarm əsərlərindən yalnız ayrı-ayrı nüm unələr 
Ə bül-H əsən  əl-Baxərzinin  “D um yat  ə l-q ə sr  və  usrat  əh ləl-o sr”  m əcm uə- 
sində  qorunub  saxlanmışdır1.
XI  əsrin  ikincı  yarısmdan  etibarən  Zaqafqaziyanı  fəth  edən  səlcuqilər 
farsdilli  poeziyanm  inkişafı üçün yeni  şərait yaradırlar.  “İlk  baxışda  nə  qədər 
təəccüblü  görünsə  də,  səlcuqlarm  gəlişi  fars  ədəbi  dilinin  Zaqafqaziyada 
yayılmasma köm ək göstərirdi”2.  Y.E.  Bertels bu hadisəni  onunla  izah  edir ki, 
səlcuq  hökmdarlarmın  öz  dövlət  aparatları  olmadığma  görə,  işğal  etdikləri 
ölkənin  dövlət  aparatmı  və  bütövlükdə  saray  adət-ənənəsini  qoruyub  saxla- 
mağa  m əcbur  olmuşdular.  Saray  şairləri  və  saray  ədəbiyyatı  da  bu  ənənənin 
aynlm az hissələrindən biri idi.
XII  əsrdə  Azərbaycan  ədəbi  m əktəbinin  bir  sıra  parlaq  siması  yetişir. 
Bunların  sırasında  Şihabəddin  Sührəvərdi  və  E yn-əl-Q uzat  M iyanəci  kimi 
sufı  şairlər,  Əbül-üla  Gəncəvi,  M əhsəti  Gəncəvi,  Fələki  Şirvani,  İzzəddin 
Şirvani,  M ücirəddin Beyləqani,  Qivami M ütərrizi,  Xaqani  Şirvani  kimi  saray 
şairləri və  azad sənətkarlar var idi.
Əlbəttə,  birinci  iki  şairin  sufi  adlandırılması  heç  də  qalanlarımn  sufızm - 
dən büsbütün kənar olduqları dem ək deyil.  O dövrdə sufizm  o  qədər q ü w ə tli 
fəlsəfı-estetik  cərəyan  idi  ki,  sənətkarların  çoxu  bu  və  ya  digər  dərəcədə 
onun təsirinə qapılırdılar. Həm də nəzərə almmalıdır ki, bizim çox vaxt düşün- 
düyümüz kimi,  sufızm yalnız tərkidünyalıq və mütilik təbliğ edən dini-m istik 
cərəyan  deyildi -  bu  əlam ətlər çox  vaxt  sufizmin  ayrı-ayrı  m ütərəqqi  qolları 
üçün zahiri,  formal pərdə rolunu oynayırdı.
Qaba yun paltar -  kəpənək geyib  asketik həyat sürən  və  asketik görüşlər 
təbliğ edən sufilərdən başqa bir də fıkir sufıləri -  filosof şairlər var idi. B əzən 
ən  m ütərəqqi  fikirlər  sufızm  m əcazları,  rəm zləri  vasitəsilə  təmsil  edilirdi. 
Təsadüfi  deyil  ki,  mütərəqqi  sufızm  həm işə  ortodoks  islamla  m üxalifətdə 
olmuş,  m ürtəce,  mühafızəkar  ruhanilər  imkan  düşdükcə  m ütərəqqi  görüşlü 
sufilərə  divan  tutmuşlar.  Buradan  belə  bir  m əntiqi  nəticə  çıxır  ki,  sufızmin 
m ütərəqqi  qoluna  m ənsub  olanlar  eyni  zamanda  hakim   siniflərlə  də 
müxalifətdə  olmuşlar.  Azərbaycan  filosofu  və  şairi  Eyn  əl-Q uzat  M iyanəci 
də  məhz  öz  kəskin  sufıyanə  çıxışlarımn  qurbam  olmuş,  32  yaşmda vəhşicə-
' M a h m u d o v   M .   G östərilən  əsəri,  s.84-85.
2 B e p T e j i b c   E .9 .  HH3aMH 
h
  H3yjiH.  -   M.,  1962,  c.34.
8
sinə  öldürülmüşdür.  Zom anəsinin  görkəmli  fılosoflarmdan  biri  kimi  tanınan 
Eyn  əl-Quzatm  həm   də  yüksək  şairlik  istedadı  olmuş,  şeir  texnikasmda, 
məcazlarm  işlənməsində,  lirik  hisslərin  və  təbiət  lövhələrinin  təsvir  və 
tərənnümündə öz m üasirlərindən xeyli  seçilmişdir.
XII 
əsr  Azərbaycan  poeziya  məktəbinin  güclü  bir  qolu  Şirvanşahlar 
sarayında yaranıb,  Xaqani  kimi  böyük  sənətkar yetirmişdir.  Bu qolun əsasım 
qoyanlardan biri  Ə bül-Ü la Gəncəvidir.
Əbül-Üla  gözəl  şair  olmaqla  yanaşı,  bacarıqlı  ustad  -   müəllim  kimi  bir 
çox  istedadlı  sənətkarlarm  yetişib  boya-başa  çatmasma  şərait  yaratmışdır. 
Şirvanşahlar  sarayınm  “m əliküşşüəra”sı  (şairlər  padşahı)  vəzifəsinə  qədər 
yüksəlmiş  Əbül-Üla  Gəncəvinin  divam  bizə  gəlib  çatmasa  da,  əldə  olan 
nümunələrə  əsasən  onun  şeir  sənətində  yüksək  m əharət  göstərdiyini  təsdiq 
edə bilərik.
M üxtəlif  m əxəzlərdə  bizə  natamam  bir  qəsidəsi  və  bir  riibaisi  gəlib 
çatmış  şairlərdən  biri  də  İzzəddin  Şirvanidir.  Q əsidədən  göründüyü  kimi, 
İzzəddin  təbiət  lövhələri  yaratmaqda,  orijinal  poetik  məcazlar  tapmaqda 
müasirlərindən geri  qalmamışdır.  İzzəddin  Şirvaninin  şeri  sənətkarlıq  cəhət- 
dən,  gözlənilməz  bədii  fikir söyləm ək baxımmdan daha maraqlıdr:
K uyində  fələk  dün  gece  görcək m əni  sordu:
“Kim  saldı  səni  bu hala?  D ur bir m ənə  göstər” .
“Yarın  o  xum ar gözləri” -  dindim.  Dedi:  “Heyhat!
Pis  sərxoş  olublar,  səni,  qaç,  öldürəcəklər” .
XII 
əsr Azərbaycan poeziya məktəbinin  Şirvan ədəbi birliyinə (əgər belə 
dem ək  mümkünsə)  daxil  olan  istedadlı  şairlərdən  biri  də  Fələki  Şirvanidir. 
Xaqani  ilə  təxminən  yaşıd  olsalar  da,  sənətdə  onun  şagirdi  olmuşdur.  Bunu 
Xaqani  özü Fələkinin  ölümünə  yazdığı m ərsiyədə  qeyd  edir.
Əbül-Üla Gəncəvidən və  İzzəddin Şirvanidən fərqli  olaraq,  Fələki  irsin- 
dən  daha  çox  bədii  nümunə  bizə  gəlib  çatmış,  onun  “D ivan”ı  Londonda  vo 
Tehranda nəşr edilmişdir.  Şirvan sarayında yaşayıb-yaradan  şairlərdən  çoxu- 
nun  acı  qisməti -  həbsxana Fələkini  də bir m üddət öz  qoynunda “bəsləm iş” , 
bir sıra qəmli şeirlərin meydana çıxmasma səbəb olmuşdur.  Şairin həbsxanada 
əzab-əziyyət çəkdiyi  “N ist”  (“D eyil”)  rədifli  şerindən  də  bu  aşkar görünür.
Ümumiyyətlə,  Şirvan  sarayında  yaranmış  şikayətnamələri  nəzərdən 
keçirdikdə belə qənaətə  gəlm ək olur ki, burada sənətin inkişafi  və  sənotkarın 
əmin-amanlığı  üçün  o  qədər  də  sağlam  m ühit  olmamışdır.  Əlbəttə,  bunu, 
mütəxəssislərin  çox  vaxt  izah  etdikləri  kımi,  yalm z  şairlərin  bir-birinə  qarşı 
həsəd və paxıllığı  ilə aydmlaşdırmaq doğru olmazdı.  Güman ki, şairlərin əzab 
və  məhrumiyyətlərə  m əruz  qalmasmm  əsas  səbəbi  yüksək  mənsəbli  feodal 
ağalar imiş.  Onlarm  başmda  vəzir  olması  da  ağlabatandır (Nizaminin  “Yeddi


Yüklə 22,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə