I c I l d VII-XII əsrlər azərbaycan şERİ



Yüklə 22,64 Kb.
Pdf görüntüsü
səhifə3/99
tarix14.01.2018
ölçüsü22,64 Kb.
#20492
1   2   3   4   5   6   7   8   9   ...   99

gözəl” poemasmdakı  m əşhur R ast-R övşeni  yada salaq).  H ər halda Fələkinin 
və  Xaqaninin  həbs  olunmaları,  Ə bül-Ü lam n  isə  belə  bir  təhlükeyə  məruz 
qalması feodal saraylan üçün seciyyevi hadisə idi və tezkirelərin yazdığma görə, 
bele bir “şərəfe nail olmaq” qorxusunu vaxtile Məhsəti xanım da keçirmişdi.
Təzkirələr  M əhseti  G əncevinin  Sultan  Səncər  (1118-1157)  sarayında 
yaşayıb-yaratdığım  göstərirlər.  Lakin  indinin  özündə  belə,  bu  şair  haqqında 
bioqrafık  m əlum atlar  yox  dərəcəsindedir.  M əhsəti  Gəncevinin  rübailərində 
orta esrlərin qabaqcıl bədii təfəkkürü səviyyəsində bir sıra  fəlsəfı  fıkirler və 
intim  hisslər  incə  bir  sənətkarlıqla  öz  eksini  tapmışdır.  Bəzən  Məhseti 
Gəncəvinin rübailərini Şerqin nəhəng simalarından biri olan Ömər Xeyyamın 
eyni  janrda  yazılmış  esərləri  ilə  m üqayisə  edirlər.  Doğrudur,  Məhsəti 
yaradıcılığmda  bu  ruhda  bir  neçə  rübai  vardır,  lakin  onlann  əsas  hissəsi 
Qətran  Təbrizinin  ve  İzzeddin  Şirvaninin  yuxanda  nezərdən  keçirdiyimiz 
rübaisi  ilə  hem ahengdir  və  X II  əsr  Azərbaycan  poeziya  m əktəbinin  aydın 
seçilən  möhrünü öz üzerinde gezdirir.
M ücirəddin Beyləqani E ldəgizler sarayında yaşamış,  öz qəsidə,  qəzel ve 
rübailərini  bu  saraym  hökmdarlarına  həsr  etmişdir.  Şirvanşahlar  sarayından 
fərqli olaraq, bu saraydakı şairler nisbetən sakit ömür sürmüş, hətta Nizaminin 
yazdığı  kimi,  “G ecede  yüz  x ezin e”  almışlar.  Buna  baxmayaraq,  Eldegizlər 
sarayında M ücireddin  Beyləqani  kimi  bir şairə  de  böhtan  atılmış,  onu dövlət 
sirrini açmaqda teqsirləndirmişler.  Şairin aşağıdakı beytləri bu hadisəyə işarə 
edir:
Məni cahan tanıdı  xidmətində,  ey şahım!
Ağıllılar arasmda adım olub ezber.
...Mən olmadımsa eger xidmətində bir neçe  vaxt, -  
Demək deyildi  ki, ruhum dəxi  uzaqda gəzər.
Uzaq atan meni  şahın  soyuqluğu  oldu,
O nazənin üreyin, var güman, yenə  isinər.
Xoşbextlikdən  m əsele  tez  aydınlaşdınlmış,  həbsiyye  şeirləri  yazmağa 
ehtiyac  qalmamışdır.
M ücirəddin Beyləqani  “D ivan”ı,  dem ək  olar  ki,  tam  şəkilde  dövrümüzə 
qədər  gəlib  çatmış,  əsərin  tənqidi  mətni  1979-cıı  ildə  bir  neçe  əlyazma 
nüsxesi  əsasında Təbrizde neşr edilmişdir.
XII 
esr  Azərbaycan  poeziya  m əktəbinin  nüm ayendələrinə  xas  olan 
yüksek  şair professionallığı,  sözün poetik  imkanlanndan  maksimum  istifadə, 
poetik vahidlerde  özüne möhkəm yer tutmuş  fıkir çoxm enalıhğı və b.  k. xü- 
susiyyətlər M ücireddin  Beyləqani  yaradıcılığına  da yad  deyildir.  Bu  m əktə- 
bin  elam etlərindən  biri  də  xalq  senetinə,  folklor  surətləri  və  ifadələrinə, 
aforizim lere  güclü  meyldir.  Saysız-hesabsız  nüm unelerle  tesdiq  oluna
biləcek bu fikri M ücireddin Beyleqani yaradıcılığından gətirdiyimiz bir beytlə 
eyaniləşdirmək olar:
Dileklə  bir kəsə vəslin sənin nesib olmaz -  
Olarmı  ağzı  şirin, kim ki,  hey şəker düşünə?
Öz  müasirleri  kimi  M ücirəddin  Beyləqani  də  ince poetik tapmtı -  nükte 
yaratmağm ustasıdır.  Şairin “D ivan” ı  başdan-başa belə nüm unelerle doludur.
Klassik  edebiyyatda  əsrlər boyu  istifadə  olunan  ənenəvi  poetik obrazlar 
Mücirəddin yaradıcılığmda hər d əfə yeni rengdə, yeni çalarda çıxış edir, yeni 
baxımdan menalandırılır,  buna  göre  də həm işe  təzə,  eanlı  görünür.  Bu  cəhət 
ümumiyyətlə,  XII  əsr Azerbaycan edebi  m əktəbinə xasdır.
Zəm anədən,  dünyadan  şikayət,  qeyri-m üeyyən  gələcək  qarşısında 
çaşqınlıq hissinden doğan bədbinlik bu dövr şairlərinin yaradıcılığmda özünü 
göstəren  motivlerdendir.  M əhz  bu  motivin  tesiri  ilə  böyük  Nizami  bir  az 
sonra  “Ölmüşlərle  doğulm am ışları”  zəm anənin  en  xoşbəxt  adamları  hesab 
edəcək.
H ər  cür  şərin  banisi  olan  fələk  obrazı  M ücirəddin  şeirlerində  xüsusi 
parlaq  boyalarla  tesvir  edilir:  Ulduzları  bir  çıraq  kimi  əlində  tutub  hər  yeri 
dolaşan,  azacıq xoşbəxtlik əlam eti  gördüyü  h ər bir yeri  xarabazara döndərən 
bu qoca yalquzaq hələ  heç  kime  kamınca yaşam aq səadeti  nəsib etməmişdir. 
Ondan bele bir payı um m aq da  sadelövhlük,  ağılsızlıq  elamətidir.
Xaqani  yaradıcılığı  XII  esr  A zərbaycan  edebi  məktəbinin  zirvelərindən 
biridir.  Xaqani  poeziyası  lirik-felsəfı  şerin  nailiyyetlərinin  yekunu,  Nizami 
dühasınm epik-romantik zirvəsinə keçid m erhəlesidir.  Bu poeziya həm  ideya 
istiqamətine,  ictimai  m otivlerinin  derinliyinə,  həm   də  bedii  keyfiyyətlərine 
görə  Nizamiye qəderki  şerin ən  yüksək m ərhelesini  təşkil  edir.
Azərbaycanın  qedim   m ədəniyyet  m ərkezlerm dən  biri  olan  Şamaxıda 
doğulmuş Əfzələddin  Bədil Əli  oğlu Xaqani  m ürəkkəb, ziddiyyətli bir yara- 
dıcılıq  yolu  keçmişdir.  Öz  dövrünün  görkəm li  alimlerinden  olan  əmisi 
Kafıeddin  Ömər  ibn  Osmanın  rəhbərliyi  altında  mükemməl  təhsil  almış 
Xaqani  çox gənc  yaşlarından  yaradıcılığa başlamış,  emisinin  arzusuna  uyğun 
olaraq  Həqayiqi  təxəllüsü  ile  şeirlər  yazmışdır.  M üasirləri  olan  Azərbaycan 
şairləri  kimi  Xaqani  də  poeziyasını  Xorasan  ədəbi  məktəbinin  Ünsüri,  Sənai 
kimi nümayendələrinin yaradıcılığı  ilə müqayisə etsə də, əslində bu m ektəb- 
dən  tamamilə  fərqlənen,  ideya-estetik  xüsusiyyetlərinə  görə  Yaxın  və  Orta 
Şərqdə  benzərsiz  bir  şeir  m əktəbinin  yaradılmasında  fəal  iştirak  edənlərdən 
biri  idi.
Xaqani  yaradıcılığında  diqqəti  ən  çox  cəlb  eden  cəhət  hər  beytdə,  hər 
misrada özünü göstəren derin elmilikdir.  Həm   də bu elmilik quru,  yorucu bir 
dildə  yox,  şirin,  cazibədar poeziya dili  ilə  təqdim   edilir.  Dövrünün  elmlərini


Yüklə 22,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə