I cild görsən bir milləti mala meyilli


ÜMUMİ FƏSİL “Bİz İnSAnA YoLU göSTƏrDİk”



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə2/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   2   3   4   5   6   7   8   9   ...   69

5
ÜMUMİ FƏSİL
“Bİz İnSAnA YoLU göSTƏrDİk” 
(əl-İnsan, 3)
U
zandıqca  uzanan,  ucaldıqca  ucalan  ucsuz-
bucaqsız  bir  yol  üstəyik.  Önü  görünməsə  də, 
sonu sezilməsə də, bu yolun əvvəli məlum, axırı 
bəlli. “Əvvəl odur, Axır odur” (əl-Hədid, 3).
Bu  yol Allahdan  başlar, Allahda  bitər.  Ondan  gəldik, 
ona gedirik.
Hər şey iki, hər kəs qoşa,
Tək olana cüt gedirik.
Əlli yaşa, ya yüz yaşa,
Yenə ağzı süd gedirik.
Ha keçsək də öndən sona,
Getmədəyik Ondan Ona.
Ha girsək də dondan-dona,
Lüt gəlmişik, lüt gedirik.
Əvvəlimiz bir az palçıq,
Axırımız ondan artıq.
Yol açıqdan daha açıq,
Biz tünddən də tünd gedirik.
Zatən hər kəs – anlayan da, anlamayan da, diləyən də, 
di ləməyən də, inanan da, inanmayan da bu yoldadır. “Ha­
mı nız ona dönəcəksiniz. Allahın vədi haqdır” (Yunus, 4). 
Fəqət Allaha iki cür gedilər: 1) Ona doğru; 2) Ona qarşı.


6
Haqdan Haqqa getməyən yox,
Yaman gedir, yaxşı gedir.
Kimi Ondan Ona doğru,
Kimi Ona qarşı gedir.
Düz gedənlər behişt əhli,
Tərs gedənlər atəş əhli.
Çoxu alış-veriş əhli –
Bütün bazar, çarşı gedir.
Hamının  eyni  yolda  görünməsi  hər  kəsin  eyni  yolun 
yol çusu olmasına dəlalət etməz. İnsanlardan çox azı bunun 
fər qindədir. Fərq isə bundan ibarətdir ki, Allahdan Allaha 
doğru  gedən  Onunla  və  Onun  üçün,  Allaha  qarşı  gedən 
isə Onsuz və özü üçün yeriməkdədir. Onlara müjdələr, bun-
lara yazıq lar olsun! “kim rəhmanın zikrindən yayınarsa, 
ona şeytanı qoşarıq və ona yaxın olar. Və onlar (şey tan­
lar),  şübhə siz,  bunları  yoldan  çıxarar.  Bunlar  isə  hesab 
edər lər ki, həqi qətən, düz yoldadırlar. Və o (şeytana uyan) 
Bizə dön düyü zaman (şeytana) deyər: “kaş ki ara mızda 
iki məşriq arası qədər məsafə olaydı. Sən nə pis yoldaş 
idin”  (əz-Zuxruf,  36-39).  Bəziləri  də  bəzən  Onunla,  bəzən 
də Onsuz, yəni şeytanla gedər. 
Yol birdi, yol əhli qoşa,
Arzu, niyyət amma başqa.
Cahil gənci düşdük başa,
Çox asilər yaşlı gedir.
İlk insan gil, ya torpaqdı,
Sonra beldən-belə axdı.
Qəlb əhlinə yol açıqdı,
Nəfs əhli naşı gedir.


7
İbrət
Yəhya  Peyğəmbər  (aleyhissəlam)  İblisə  dedi:  “Mənə 
Adəmoğlunun təbiətini anlat.” İblis dedi: “Bizə görə insan-
lar  üçdü:  Birincilər  sənin  kimidir;  günahlardan  uzaq dır, 
heç bir şeydə onlara gücümüz yetməz. İkincilərə gəlincə, 
çocuqlarınızın  əlindəki  top  necədirsə,  onlar  da  bizim  əli-
mizdə  elədir.  Belələrini  nəfslərinə  buraxırıq,  onlara  yetər. 
Bizə ən zor gələn üçüncülərdir. Bunlardan birinə müsəllət 
olar və işimizi onda tamamlarıq. Fəqət o, dərhal tövbə edər 
və çalışmamız puça çıxar. Amma yaxasını burax ma rıq. Yenə 
bir xeyli çalışar, nəhayət, aldadarıq. Fəqət o, yenə istiğfar 
edərək zəhmətimizi heçə endirər. Qısası, bu cür insan lar-
dan nə məmnuq qalarıq, nə də ümid kəsərik”.
Bütövsənmi, qırıqsanmı –
Əslini de, zatını de.
Yaxınsanmı, qıraqsanmı –
Bayırın xoş, batini de.
Süd iləsən, mey iləsən?
Sur iləsən, ney iləsən?
Yer iləsən, göy iləsən –
Qibləni de, qatını de.
Nəcibləsən, nacinsləsən?
Könülləsən, nəfsləsən?
Allahlasan, iblisləsən,
Hər kimləsən, adını de.
Allaha Onunla gedən sapmaz, zəlalətə düşməz. Çünki 
Onunla eşidər, Onunla görər. “Sevdiyim qulumun qulağı, 
gözü olaram. Mənim rizam olan sözləri eşidər, mənim rizam 
olan  şeyləri  görər”?  (Hədisi-qüdsi).  Onunla  olana  Onsuz 
olanlar  bir  zərər  verməz. Allah  sevdiyinin  vəkilidir  və  O 
kimin  vəkilidirsə,  o  kimsəni  iki  ən  təhlükəli  düşməninin 
şərindən amanda edər. Belə ki, nəfsi ona kölə, şeytanı isə 
yardımçı olar.


8
İbrət
Bir gün Şibli həzrətləri sınıq körpüdən keçər kən ayağı 
sürüşüb suya düşdü. Çay dərin idi. O anda bir əl uza nıb 
onu  sahilə  çıxartdı.  Əlin  sahibinə  diqqətlə  baxaraq  onun 
şeytan olduğunu gördü və sordu: “Ey məlun, sənin adətin 
təpik vurmaqdı, əl tutmaq deyil. Nədən belə etdin?” Şeytan 
ciddiyyətlə  cavab  verdi  ki:  “Mən  təpiyə  layiq  olanlara 
təpik ataram”.
Adəm oğlu, aşiqmisən?
Aşiqsənsə, sadiqmisən?
Aşiq isən, sadiq isən,
Bu lütfə bəs layiqmisən?
Allahla və Allah üçün yolçuluq edən qəribsəməz, tən-
ha lıq, kimsəsizlik duymaz, Rəhmət mələklərinin əhatə sində 
irə liləyər. Yolun başlanğıcında sənə elə gələr ki, gedən sən-
sən.  Bu  yolda  addım-addım,  qarış-qarış  qabağa  get dikcə 
bir hiss sənə güc gələr: “Əcəba, sənmi bu yolu gedirsən, ya 
bu yolmu səni aparır?” Halbuki nə yoldu səni aparan, nə 
sən sən onu gedən. Ancaq O, ancaq O vardır, Onunla gedir -
sən, Onun üçün gedirsən və aparan da yalnız Odur. Onunla 
olanın kimə ehti yacı var? Onsuz olanın kimi var? “onlar 
(Musa  və  Harun  Fironun  yanına  getmək  əmri  aldıqda): 
“Ey rəbbimiz! Bizə şiddətli cəza verməsindən və ya azğın­
laşaraq həd dini aşmasından qorxuruq”, – dedilər.
(Allah)  buyurdu:  “Qorxmayın,  mən  də  sizinləyəm. 
Eşidirəm və görü rəm!” (Ta ha, 45)
Bu məclisdə kim baqidi,
Yalnız Ondan söhbət olur.
Könül badə, dil saqidi,
Nuş edənə şərbət olur.


9
Haqq susarsa, süqut sayma,
Batil dinsə, sübut sayma.
Sözsüz Haqqı sükut sayma,
Haqsız söz lağ, qeybət olur.
Haqq ərənlər rəqib olmaz,
Rəqibə Haqq nəsib olmaz.
Yurdsuz ərən qərib olmaz,
Ərənsiz yurd qürbət olur.
İbrət
Əbu  Bəkr  Bərraq  həzrətləri  rəvayət  edir:  “Mək kəyə 
səfər edirdim. O yolda bir qadın da piyada Həccə gedirdi. 
Məndən kim olduğumu sordu. Dedim: “Qəribəm”. Dedi ki: 
“Həccə gedirsən, Allah səninlədir. Allah səninlə ikən necə 
qərib olursan?”
Qadının bu sözlərindən elə təsirləndim ki, addım at mağa 
taqətim qalmadı”.
Soruşmuram, Adəmoğlu,
Əcəmsənmi, ərəbsənmi,
Bu dünyada sorduğum bu:
Yerlisənmi, qəribsənmi?
Qoşul bizə, qərib isən.
Vətən üçün qəribsəsən,
şərqi seç, nə qərbi sən, –
Cənnətdə ev hörübsənmi?
Çünki əhli-iman oldun,
Bu dünyana mehman oldun.
Dərd selinə ümman oldun,
Dağ selləri görübsənmi?
O dünyanı qəlbdən qoyma,
Atəşi var, çox soyuma.
Nə vermisən xalqa, sayma,
Haqqa könül veribsənmi?


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə