I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə4/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   2   3   4   5   6   7   8   9   ...   69

14
Can cahandan gec usanar,
Haqq yolçusu cavan gərək.
Yaş artdıqca yol uzanar,
Öz vaxtında rəvan gərək.
Bu dünyanı kiçik tutun,
Çıx içindən bu tabutun.
Yer döşəmə, dağlar sütun,
Göylər sənə tavan gərək.
Hər anı son dəqiqə et,
Sən təqvanı azuqə et.
Artıq nə var, sədəqə et,
Bu yolda rizq yavan gərək.
Allah yolunda yorğunluq olmaz. Yorğunluq yalnız yan-
lış və ya lüzumsuz atılan addımlar zamanı baş verər. Musa 
peyğəmbər (aleyhissəlam) Həzrət Xızır (aleyhissəlam) ilə gö-
rüş mək üçün iki dənizin qovuşduğu yerə qədər məsafə qət 
etsə  də,  yorğunluq  duymadı.  Fəqət  unutqanlıq  üzündən 
görüş  yerini  keçib,  bir  az  gedən  kimi  yorğunluğunu  hiss 
edərək dayandı və: “Bu yolçuluğumuzdan yorğun düş dük” 
(əl-Kəhf, 62) dedi.
Allah yolçuluğu yorulanadək yox, ölənədəkdir.
Dünya səfərlərindən fərqli olaraq, bu yolda durmaq yox-
dur.  İlk  dayanacaq  ölümdür.  Ondan  sonra  isə  nə  olacaq, 
ancaq Allaha bəlli. Yolçuya düşən – son nəfəsədək bu yolda 
olmaqdır.
Bu yol sadə, zinət, süs yox,
Burda gecə, ya gündüz yox.
Fasilə yox, tənəffüs yox,
Davam, davam, davam gərək.
İbrət
Qarışqa  Həcc  səfərinə  çıxmaq  istədi.  Digər  qarışqalar 
yolun uzaq və təhlükəli olduğunu, indiyədək heç bir qa-


15
rışqanın  Həccə  getmədiyini  dəlil  gətirərək  onu  fikrindən 
daşındırmaq istədilər. Amma qarışqa niyyətində israrlıydı 
və  yoldaşlarının  dəlillərini  qəbul  etməyib  dedi:  “Kəbəyə 
gedib çıxmasam da, heç olmasa, bu yolda ölə rəm.”
Haqq yolçusu, ömür qısa,
Durma, yolun açıq olsun!
Qıl cismini dəmir əsa,
Nəfsin taxta çarıq olsun!
Zaman uçur, yel kimidi,
Fitnələr gur sel kimidi,
Haqqın yolu tel kimidi,
Nəbadə bir qırıq olsun!
Bu yol bizdən ötrü imiş,
Bitməz bizi bitirməmiş.
Qulu Rəbbə götürməmiş
Yorulana yazıq olsun!
Hamı  İslam  fitrətiylə  doğulsa  da,  hər  kəs  fitrət  üzrə 
ölməz. “Bütün uşaqlar müsəlman fitrətiylə dünyaya gəlir. 
Bunları  sonra  anaları,  ataları  xristian,  yəhudi  və  dinsiz 
edir”  (Hədisi-şərif).  İnsan  gözünü  açıb  dünyanı  görür  və 
yumana  qədər  ondan  qopa  bilmir.  Dünya  həyatı  çoxları 
üçün fitrətdən, yəni “lə iləhə illəllah”dan ayrılıqdır. Fitrət-
dən ayrılmamaq ona qayıtmaqdan xeyirlidir. Hədisdə “Bir 
kimsənin  son  kəlməsi  “Lə  iləhə  illəllah”  olursa,  o  kimsə 
Cənnətə girər” buyuruldu. Fəqət sonunun necə olacağını, 
həyatının haçan, harada və nə cür bitəcəyini kim bilir? Odur 
ki, hər nəfəsi son nəfəs kimi dəyərləndirən udur. Hədisin 
haqqını verən və müjdəsinə qovuşanlar da məhz onlardır.
Hikmət
Nəqşibəndi  həzrətlərindən  sordular:  “Qurtuluş  yolu 
nə dir?” Buyurdu: “Son nəfəsdə hansı hal üzrə olacaq sansa, 
daim o hal üzrə olmaq”.


16
Haqq əhli Haqq yoldan dönməyənlərdir,
Haqq üçün alışan, sönməyənlərdir.
Dilini kəssən də susmayanlardır,
Başını kəssən də dinməyənlərdir.
Ölüm ilk dayanacaq olsa da, axırıncı deyil. Haqq yolun 
həyəcanları  beşikdən  behiştəcən  sürər.  Hər  ikisində  həm 
beşikdə, həm də behiştdə, yalnız günahsızlardır. Birincilər 
hələ  günah  etmədiklərinə,  ikincilər  isə  artıq  bağışlandıq-
larına  görə  məsumdur.  “Kim  ki  Həccin  fərzlərini  yerinə 
yetirər, fəna söz danışmaz, cahilcəsinə hərəkətlər etməzsə, 
Həccdən döndükdən sonra, anasından doğulduğu kimi mə­
sum və tərtəmiz olar, günahları bağışlanar” (hədis). Zatən 
Allaha qayıdış Həccdən dönüş kimi olmalıdır. Nə yazıq ki, 
dünya  həyatını  bütünlüklə  Həccə,  yer  üzünü  təmamən 
hərəmə çevirənlər çox azdır.
Öncə, ey qul, bu dünyada
Öz könlünü hərəm eylə.
Sonra bulun bu duada:
“Ya Rəbb, mənə kərəm eylə!”
Aldatmasın hüsnü səni,
Altı səni, üstü səni.
Ağlatmasın hüznü səni,
Bu dünyaya sitəm eylə.
Adəm  övladı  istədiyi  kimi  yaşamaq,  rahat  və  sərbəst 
ömür sürmək istər. Fəqət dünya həyatında bu istək müm-
kün süz görünür. Kimsə taleyindən qaça bilməz. Allah-Təala 
rahatlığı ancaq Axirətdə, daha dəqiq desək, Behiştdə qərar 
verib. O dünyanın gözəl həyatı bu dünyanın doğru həya-
tından keçir. Əsas məsələ bu dünyada gözəl yaşamaq deyil, 
düzgün  yaşamaqdır  ki,  o  dünyada  gözəl  yaşayasan.  Kim 
Axi rətdə özünün istədiyi və nəfsinin buyurduğu kimi yaşa-


17
mağa can atarsa, dünyada Rəbbinin istədiyi və buyur duğu 
kimi yaşamağı seçməlidir. Adəmoğluna zor gələn də budur.
Tut çölünü ala-babat,
Əsas için olsun abad.
Yamanlığı yüz il yubat,
Yaxşılığı hər dəm eylə.
Say özünü haqq sürgündə,
Hər günahdan dursan gendə,
Ən qorxulu, qəmli gündə
Nə qorxu bil, nə qəm eylə.
İbrət
Əbu Əli Şəfəvi həzrətləri Allah Rəsulunu (salləllahu aleyhi 
və səlləm) röyada görərək sordu: “Ya Rə su lallah! “Saç  larımı 
“Hud” surəsi ağartdı” sözünün Sizdən rəvayət edil diyi doğ-
rumudur? Əgər doğrudursa, buna səbəb olan bu surənin 
hansı qismidir? Peyğəmbərlərin qissə lə rimi, yoxsa keçmiş 
qövmlərin məhv olmalarımı?” Həzrət buyurdu: “Bun ların 
heç biri deyil. Ancaq Allah-Təalanın “Sənə əmr olunduğu 
kimi, doğru (yolda, istiqamətdə) ol. Səninlə birlikdə tövbə 
edənlər  də  (doğru  olsunlar).  Həddi  aşma yın.  Çünki  nə 
etdiklərinizi görür” (Hud, 112) ayəsi saç la rımı ağartdı.”
Ruhumun qiyamı yox, qoy büküm Allaha sarı.
Hara əysən, yenə səcdəm, rükum Allaha sarı.
Şələyib cismimi öz canıma hey yol gedirəm,
Gedirəm bir canım, bir can yüküm Allaha sarı.
Yüklənib dünya günahlarla gedir hey aşağı;
Bağlayın qurşağıma, qoy çəkim Allaha sarı.
Sayın hər dəqiqəmi, cüt bu yana, tək o yana;
Cütüm Allaha tərəfdi, təkim Allaha sarı.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə