I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə6/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   2   3   4   5   6   7   8   9   ...   69

22
qayda olaraq, qulaqlar gözlərdən, eşitmək görməkdən öndə 
gəlir. “...Qulaq, göz və qəlb – bunların hamısı sorğu­sual 
olunacaqdır” (əl-İsra, 36). Əzaların bu cür ardıcıllığı gör dü-
yümüzə nisbətən eşitdiyimizə, yəni dünya ilə müqayisədə 
Axirətə  daha  çox  önəm  verməyimiz  üçündür.  Zatən  əsil 
iman gördüyün həqiqətlərə deyil, görmədiyin həqiqətlərə 
inanmaqdır. İnsan dünyaların birini deyil, hər ikisini qəbul 
edərək yanaşı qoysa, dərhal bu dünyanın çox kiçik oldu-
ğunu görəcəkdir.
Dünya ilk baxışda göyçək kimidir,
Üstünə qonanlar milçək kimidir.
Könlüm gül istəməz, gülüstan istər,
Dünya pəncərədə dibçək kimidir.
İbrət
Rəvayət  olunur  ki,  bir  gün  Əkbər  şah  müdrik  Birbalı 
çıxılmaz vəziyyətə salmaq üçün yerdə uzun bir xətt cızdı 
və dedi: “Birbal, bu xəttə toxunmadan onu kiçilt”. Birbal 
bu  cür  məsələləri  həll  etməyin  ustasıydı.  Dərhal  həmin 
xəttin yanında daha uzun bir xətt çəkərək dedi: “İndi sizin 
çəkdiyiniz xətt oldu kiçik”.
Bu dünya, ey dünyapərəst,
Bir əyləncə, bir oyundu.
Bu dünyaya o dünya tərs –
Hər ikisi, bil, Onundu.
Sanma Cənnət, ya Behiştdi,
Qan qusduğun qızıl teştdi,
Bu dünya bir gözəl leşdi,
Qonana, qarğaya quzğundu.
Haqq yolçusunun qəlbi yuxa,
Verər, vurmaz nala-mıxa.
Kim haqladı əlbəyaxa,
Şeytanla o, qolboyundu.


23
Dünya qanlı, qalmaqallı,
İfritədi gül camallı.
İki şeydi dünya malı:
Bir kəndirdi, bir sabundu.
Düşün, dünya dar bir dalan,
Düşünməzmi darda qalan?
Taxta kimi burda olan
Orda da boş bir odundu.
Allah yolçuluğu bədən yolçuluğu deyil, könül yol çu lu-
ğudur,  könüllü  yolçuluqdur.  Könülsüz  din,  dinsiz  könül 
kimidir. Nə o, qəbuldur, nə bu. Bədənlər bir qəlibə bənzər. 
Bu  yol  qəlibsiz  keçilər,  amma  qəlbsiz  keçilməz.  Məsələn, 
namaz dinin sütunu olduğu halda, üzrlü kimsə onu oturan, 
uzanan vəziyyətdə, sadəcə, kirpikləri qaldırıb-endirməklə 
qıla  bilər.  Başqa  sözlə,  namaz  müəyyən  hallarda  əlsiz-
ayaqsız məqbuldur, könülsüz əsla.
Hər canlıda nəfəs vardır,
Quru nəfəs məqsəd deyil.
Hər canlıda nəfs vardır,
Cılız həvəs məqsəd deyil.
Vüsal uman baxmaz fəslə,
Fəslə uyan yetməz vəslə.
Can quşunu daim bəslə,
Altun qəfəs məqsəd deyil.
İbrət
Əhməd ibn Hərb həzrətləri yağışlı bir havada məsciddə 
namaz qılırdı. İçindən keçdi ki, yağış kəssəydi, evinə ge-
dərdi. Bu zaman xəfif bir səs gəldi: “Könlünü evdə qoy mu-
san, sən burada könülsüz neyləyirsən?”


24
Adəm oğlu, qəlb Dost bağı,
Dəvət etsən, candan eylə.
Nə könlünü ev dustağı,
Nə cismini zindan eylə.
Qul oldunsa Haqq Sultana,
Oxşama hər gülsatana.
Çölün dönüb gülüstana,
Keç içini xəndan eylə.
Gerçəkdən  namaz  yeddi  əzamızla  yerinə  yetirilsə  də, 
bədəndən  çox  qəlbin  ibadətidir.  Könül  əhli  üçün  o,  yolu 
artıq sürünə-sürünə deyil, süzə-süzə qət etməkdir. Süzən-
lərin sürünənlərə uyması nə ağırdır!
Dünya dar, qəlbini sıxar deyirəm,
Yüz dünya bir qəlbə sığar deyirəm.
Demirəm dünyanın içindən sən çıx,
Dünyanı içindən çıxar deyirəm.
İbrət
Seyyid  Ələvi  ibn  Muhəmməd  həzrətləri  zöhr  namazı 
vaxtı bir məscidə getmişdi. İqamə gətirildikdən sonra hər 
kəs imama uydu. Seyyid həzrətləri isə səfdən çıxıb bayırda 
təkbaşına namaz qıldı. Namaz bitincə camaat bunun səbə-
bini bilmək istədi. Aralarında əyan-əşraf da vardı. Həzrət 
buyurdu:  “Namazda  südü  çox  olan  inəyin  arxasına  düş-
müş bir imama uymaq istəmədiyimdən tək qıldım.”
Bu sözləri gedib imama çatdırdılar. Dedi: “Doğrudur. 
Zövcəm xəstədir, müalicəsi üçün hər gün süd içməsi lazım-
dır. Camaat içində çox süd verən bir inəyin sahibini gör-
düm.  Namazdan  sonra  ondan  istəməyə  qərar  verdim. 
Zehnim bunlarla məşğul oldu”.


25
Bir süfrədən yeyənlər var;
Qablar eyni, qəlblər ayrı.
Bir mənbədən deyənlər var;
Sözlər eyni, təblər ayrı.
O da fəqir, bu da fəqir,
Bunda giley, onda səbir.
Bu mal umur, oysa əcir,
Dərdlər eyni, həblər ayrı.
Bu da dində, o da dində,
Bu da bəndə, o da bəndə,
Biri haqda, bir zəndə;
Qullar eyni, Rəblər ayrı.
Bu yolu atlı da qət eləmək olar, piyada da. Əsas məsələ 
durmamaq,  irəliləməkdir.  Sadəcə,  biri  mənzil  başına  tez, 
digəri gec çatar. Ancaq tez çatmaqla gec çatmağın sevinci 
eynidimi? Bizi Yaradan bizi tələsdirir: “rəbbinizin məğfi­
rə tinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqi lər 
üçün hazırlanmış Cənnətə tələsin” (Ali-İmran, 133). Süva-
riylə piyadanın tələsməsi də eyni olmaz. Bu yolda atlı olan 
Cənnətdə də at üstədir. Amma at, nə at!
Hədis
“Cənnətdə elə bir ağac vardır ki, onun üstündən hüllə 
(behişt libası), altından altun misallı atlar çıxar. Bu atların 
yəhəri də inci və yaqutdandır. Bu atlarda pislik, idrar olmaz, 
qanadları göz işləyən qədər uzundur. Cənnət əhli bu atlara 
minib, arzu etdikləri yerlərə uçub gedərlər. Onlardan aşa-
ğıda olanlar deyərlər: “Ya Rəbbi, bu qulların nəylə belə yük-
sək dərəcələrə yetişdilər?”
Allah-Təala buyurar: “Siz yatarkən onlar oruc tutar dı-
lar, siz xəsislik edərkən onlar mallarını xərcləyərdilər, siz 
qorxarkən onlar savaşardılar”.


26
Demirəm ki, boynundan düş,
Dünya bundan sınan deyil.
Deyirəm ki, qoynundan düş,
Aşnan deyil, anan deyil.
Nəfsini də eylə minik,
Qoyma onda qürur, mənlik.
Dörd yan cıdır, göy çəmənlik,
Çap ki, dinclik qanan deyil.
Əsrimiz sürət əsridir,
Simasız surət əsridir.
Az bax ki, həsrət əsridir,
Zaman sənin aynan deyil.
Allah yolunun minikləri digər miniklərə, süvariləri digər 
süvarilərə bənzəməz. 
İbrət
İbrahim  ibn  Ədhəm  həzrətləri  həcc  yolçuluğundaydı. 
Qızmar günəşin altında səhra ilə gedərkən o, yolda dəvə-
nin  üzərində  səfər  edən  bir  ərəbə  rast  oldu.  Ərəb  ondan 
xəbər  aldı:  “Ey  tənha  adam!  Səfərin  harayadı?”  Həzrət 
“Tənha adam” xitabına təbəssüm edərək sualla cavab verdi: 
“Sən haraya gedirsən?” Ərəb: “Beytullahı ziya rətə gedi rəm” 
– dedikdə buyurdu: “Mənim də niyyətim odur. Allah evini 
ziyarət üçün yola çıxmışam”. Ərəb heyrətləndi: “Bu necə 
olur? Miniyin yox, azuqən yox. Bu uzun yolu, qızmar səh-
raları nə cür gedirsən? Bir yerdə tələf olarsan”. Həzrət dedi: 
“Mənim bir çox miniyim vardır. Sadəcə, sən görə bil mir-
sən”.  Ərəb  daha  çox  heyrət  edərək  sordu:  “Bunlar  nədir, 
necə  şeylərdi?  Mənə  anlat”.  İbrahim  ibn  Ədhəm  sadala-
mağa başladı: “Mənim “səbir” adlı bir miniyim var. Başıma 
bir bəla gəldimi, onun belinə minirəm. Nemətə qovuş du-
ğum zaman “şükür” adlı mini yimə süvar oluram. Bir qə-


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə