I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə69/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   61   62   63   64   65   66   67   68   69

276
Xəlifə cavab olaraq buyurdu: “Ya Əba Said! Mən onları 
Quranı nazil edən Allaha təslim edirəm. O, saleh qulların 
vəlisi və hamisidir”. Sonra uşaqlarının çağırılmasını istədi. 
Onları təpədən dırnağa süzdü. Hamısının əynində ən adi 
qumaşdan libas vardı. Gözləri yaşla doldu. “Sizə Allahdan 
qorxmağı, kiçiklərinizin böyüklərə sayğı, böyüklərinizin də 
onlara sevgi və şəfqətlə yanaşmasını vəsiyyət edirəm”, – dedi.
Daha sonra Məsləməyə dönərək buyurdu: “Ya Əba Said! 
Əgər mənim övladlarım Allaha itaət edənlərdən olurlarsa, 
Allah  onların  itaətlərini  puça  çıxarmaz.  Yox,  əgər Allaha 
üsyan  edənlərdən  olurlarsa,  mən  malımla  asi  bir  insana 
yardımçı olmağı istəmirəm”.
Tüpürməklə quyu dolmaz,
Göz yaşıyla səhraya gəl.
Üfürməklə dalğa olmaz,
Qoy səhranı, dəryaya gəl.
At dünyəvi sərvətləri,
At şeytani dəvətləri,
At nəfsani şəhvətləri,
Səmavi bir sevdayə gəl.
Nə fərman, nə fətva istər,
İmamlıq tam təqva istər.
Bir iş ki, bu Mövla istər,
Mövlaya gəl, Mövlaya gəl.
“İmam” kəlməsi rəhbər, başçı, öndər, itaət edilən, yol 
göstərən  anlamına  gəlir.  Bunlar  əmr  və  ya  elm  sahibi  ol-
maqla  iki  cürdür:  Birincilər  Cənnətə  çağıran  imamlardır. 
Onlar Allah-Təalanın hər bir əmrinə yəqinlik və dürüst lüklə 
iman və əməl edən, başqalarına da nümunə olan səbir sahib-
ləridir. “Səbir etdiklərinə və ayələrimizə ürəkdən inan dıq­
larına  görə  Biz  onlardan  əmrimizlə  haqq  yolu  göstərən 
rəhbərlər təyin etdik” (əs-Səcdə, 24). 


277
Tükü tükdən seçməyənlər
Başa keçib baş qatmasın.
Evdə sözü keçməyənlər
Bayırda baş ağrıtmasın.
Ərzə, əsrə dözməyənlər,
Şükrə, səbrə dözməyənlər,
Qəbrə, həşrə dözməyənlər
Qabaqda at oynatmasın.
Cənnətə  çağıran  imamların  ilki,  şübhəsiz,  Qurani-
Kərimdir. O, məxluq deyildir. Lakin məxluqdan olan bütün 
haqq imamlar onu rəhbər tutmadıqca Allah qatında qəbul 
edilməzlər. Odur ki, Allahın Kitabı imamlar imamı olmaqla, 
ilk növbədə, bütün müttəqilərə rəhbərdir. “özündə heç bir 
şübhənin olmadığı bu kitab müttəqilər (Allahın əmr və 
yasaqlarına  qarşı  gəlməkdən  çəkinənlər)  üçün  hidayət 
rəhbəridir” (əl-Bəqərə, 2). Bu baxımdan müttəqilərə imam 
olmağı  Allahdan  diləyənlərin  davamçıları  da  özləri  kimi 
Quran əhlindən başqası deyil. 
Haqq kəlamı dadmayanlar,
Xalq sözünü udmayanlar,
Millətə yas tutmayanlar
Millətə qoy toy tutmasın.
Xeyrə ağzı çatmayanlar,
Şərə dişi batmayanlar,
Nəfsə güllə atmayanlar,
Şeytanlara daş atmasın.
Hər nəsildə nəslin uya biləcəyi nurani bir ağsaqqalın, 
din böyüyünün, imamın olması nə gözəldir! Beləsi özün-
dən sonrakılara mal, mülk yox, elm, təqva dolu bir ömür 
nümunəsi  qoyub  gedər.  Bu  elə  bir  bərəkətli  mirasdır  ki, 
neçə-neçə nəsillər Qiyamətə qədər ondan faydalansa tükən-


278
məz,  əksinə,  artar.  Zatən  həqiqi  imam  ölümündən  sonra 
imaməti davam edən kimsədir. 
Millət satan, yurd satanlar,
Vicdan satan, ad satanlar,
Yoldaş satan, yad satanlar,
Önə keçib naz satmasın.
İbrət
Qütb İbrahim Əfəndi həzrətləri məşhur vəli Uftadə həz-
rətlərinin nəvəsi idi. Mərhum babasına hörmət və ehtiramı 
o qədər çox idi ki, öz vəfatı yaxınlaşdığı zaman babasının 
türbəsində  dəfn  olunmamasını  vəsiyyət  edərək  buyur-
muşdu: “Babamın hüzurunda cəsədimin də ayaq uzat ması 
ruhumu sıxar”.
Haqqa ərzdə, dəryada uy,
Həyatda uy, röyada uy,
Həm bu, həm o dünyada uy,
Ad itməsin, yurd batmasın.
İkinci qismə aid olan imamlar Cəhənnəmə dəvət edən-
lərdir. “Biz onları atəşə çağıran imamlar etdik” (əl-Qəsəs, 
41). Bunların ardınca müttəqilər yox, fasiqlər, Rəbbindən 
çox  rəh bərinə  tabe  olanlar  gedər.  Cəhənnəmə  çağıran 
imamların arasında elm sahibləri olsa da, əksəriyyəti əmr, 
səlahiyyət, imkan sahibləridir. Mal və mövqe bu dünyada 
belələrini nəslin önünə çıxarar, qohum-əqrəba, dost-tanış 
da  onların  kölgəsində  daldalanıb  o  biri  dünyada  cəhən-
nəm  atəşini  haqq  edərlər.  “(Allah  mələklərə  buyurar): 
“onu  tutub  Cəhən nəmin  tən  ortasına  sürüyün.  Sonra 
başına  əzab  olaraq  qay nar  su  tökün!  “İndi  dad  görək! 
Sən  ki  (öz  aləmində)  çox  əziz  (qüvvətli)  və  möhtərəm 
şəxs idin!” (əd-Duxan, 47-49). 


279
Bir şah ki söyləyə ancaq “mən varam”,
Şahlığı batildi, fərmanı haram.
Zillətdi gördüyü məhşərdə şahın,
Quldan qeyrisinə yoxdu ehtiram.
İstər qədim, istər də yeni tarix qövmünü arxasınca cə-
hənnəmə sürükləyən zalım rəhbərlərdən korluq çəkməyib 
və  çəkməməkdədir.  Gələcək  nəsillərə  ibrət  olsun  deyə, 
Quran  belə  rəhbərlərdən  biri,  yəni  Firon  haqqında  dönə-
dönə bəhs edir: “Firon dedi: “Ey əyanlar! Mən sizin üçün 
özümdən başqa bir ilah olduğunu bilmirəm. Ey Haman! 
Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə 
tikdir ki, (üstünə çıxıb) bəlkə, Musanın tanrısına tamaşa 
etdim. Axı mən onu, həqiqətən, yalançı sayıram!” Firon 
və əsgərləri yer üzündə nahaq yerə təkəbbür göstərdilər 
və elə güman etdilər ki, hüzurumuza qaytarılma yacaq lar. 
Buna görə də onu və əsgərlərini tutub dənizə atdıq. Bir 
gör zalimlərin axırı necə oldu” (əl-Qəsəs, 38-40). 
Atasız yetimi Allah qoruyar,
Atalı yetimdən Allah qorusun.
Arxasız alimdən millət yarıyar,
Arxalı alimdən Allah qorusun.
Zülmkar alimin elmi də zəif,
Zülmkar həlimin helmi də zəif.
Zülmkar zəifin zülmü də zəif,
Qüdrətli zalimdən Allah qorusun!
Nəfsini ilah zənn edənlər Şeytanın nökərlərindən baş-
qası deyildir. Ona uyanların isə aqibəti bəllidir.
İbrət
Bir gün Firon hamamda olarkən Şeytan insan surə tində 
onun yanına gəldi. Firon kiminsə icazəsiz hamama gir mə-
sindən qəzəblənərək soruşdu: “Kimsən?”


280
Şeytan  dedi:  “Məni  tanımırsanmı?  Halbuki  məni  sən 
yaratmısan”.
Firon  Şeytanın  bu  sözlərindən  elə  qürrələndi  ki,  öz 
qövmü qarşısında: “Mən sizin ulu tanrınızam!” – deyə bə-
yan etdi.
Dünyada dünyasız, dul yaşa, ey qul!
Qulu Yaradana qul yaşa, ey qul!
Qulluq məqamını bul yaşa, ey qul!
Məqamsız hakimdən Allah qorusun.
Adəm oğlu Rəhmanın qulu olmaq ilə nəfsin, yaxud şey-
tanın  nökəri  olmaq  arasında  seçim  etməlidir.  Əgər  qul 
olmağı, qulluq etməyi seçmirsə, artıq öz seçimini etmişdir. 
Rəbbinə qul olmaq müttəqilərin, yəni cənnətliklərin, Rəb-
bindən  başqasına  qul,  nökər  olmaq  isə  fasiqlərin,  yəni 
cəhən nəmliklərin sifətidir. Təqvalı qulun dünyalıq işlərdə 
deyil, axirətlik məsələlərdə önə keçmək, başda olmaq istə-
məsi qəbahət yox, fəzilətdir. Çünki müşriklərin yox, müt-
təqilərin imamı olmağı diləməkdədir. Allah bu diləyi ger-
çəkləşdirirsə, qulluq şahlığa çevrilir.
Dünyan üçün az çapala,
Tərə, qana dəymir dünya.
Dünyalığı az topala,
Mala, cana dəymir dünya.
Haqdan çəkin, xalqdan çəkil.
Dünya nədir? Surət, şəkil.
Əvvəlin gil, axırın gil...
Önə, sona dəymir dünya.
Hikmət
Biri Muhəmməd ibn Vasi həzrətlərindən nəsihət istədi. 
Həzrət buyurdu: “Dünya və Axirətdə padşah olmanı töv-
siyə edirəm”. O şəxs: “Bu necə mümkün olur?” – deyə sor-


281
duqda belə cavab verdi: “Dünyada zahid olursan. Kim səyə 
möhtac  olmadığın  üçün  dünyada  şah  kimi  yaşarsan.  Bu 
cür olan kəs Axirətdə də padşah kimi ömür sürür”.
Hər sultanlıq, ya padşahlıq
Bu günlükdür, ya sabahlıq.
Bir anlıqdı, ya bir ahlıq;
Aha, ana dəymir dünya.
İmamı  Allah  təyin  edər.  İstər  o  cənnətliklərin  imamı 
olsun, istər cəhənnəmliklərin, istər bütün insanların imamı 
olsun, istər, sadəcə, müsəlmanların, istər bir qövmün imamı 
olsun, istər də bir nəslin, durum dəyişməz.
Əgər bir qövm yolunu azmışsa, xeyirdən nəsibi yoxsa, 
Allah içərilərindən ən pisini önə keçirəcək, o da qövmünü 
atəşə aparacaq. “Allah, şübhəsiz, zalim qövmü hidayət et­
məz” (əl-Maidə, 51). Əgər Allah-Təala bir qövmün xeyrini 
murad edərsə, içlərindən ən xeyirlisini qabağa çıxarar, o da 
ona  uyanları  Cənnətə  götürər.  “özünüz  nə  cürsünüzsə, 
başınıza o cürəsi gətirilir” (hədis). Lakin imam kim olursa-
olsun, o yalnız ona uyanların imamıdır, onun arxasınca get-
məyənlərin,  imamlığını  qəbul  etməyənlərin  imamı  deyil. 
Bununla belə, bu durum onu imamlıqdan çıxarmaz. Çünki 
seçim Allahındır. İnsan nə özünü, nə də başqasını imam-
lığa təyin, yaxud imamlıqdan azad etmək ixtiyarına sahib 
deyildir.
Bülbül gülə həsrət olar,
Rəhbər bağban olmayanda.
Qoyun qurda qismət olar,
Rəhbər çoban olmayanda.
Millət gerçək büsat qurmaz,
Batili haqq bilib vurmaz.
Millət ayaq üstə durmaz,
Rəhbər daban olmayanda.


282
Həyat şər və şərab olar,
Ölkə xar və xərab olar,
Xalq quzu və qəssab olar
Rəhbər qurban olmayanda.
İbrət
İmam Həsən Əsgəri (alehissəlam) vəfatından öncə növ-
bəti imamın adını çəkməsə də, bəzi əlamətlərini bildirdi. Bu 
əlamətlərdən biri imam olacaq şəxsin kisədə nə olacağını 
xəbər verəcəyi idi. Həzrətin vəfatından sonra onun şərab, 
qumar, musiqi düşkünü kimi tanınmış qardaşı Cəfər ima-
mət  iddiasında  bulundu.  Lakin  matəm  günlərində  Qum 
əhalisindən bir dəstə gəldi və yanlarındakı kisənin içində 
olanların  miqdarını  və  göndərənin  kimliyini  soruşduqda 
cavab verə bilmədiyindən yalançılığı üzə çıxdı. Cəfər hətta 
imamlığa iddia edən bir şəxs üçün ən böyük nöqsan sayı-
lacaq  bir  vasitəyə  əl  atmaqdan  çəkinmədi.  Yəni  dövrün 
xəlifəsi Mötəmidə yarınaraq ondan imamətə çatmaq üçün 
kömək istədi. Lakin bütün bunlar faydasız oldu və Cəfər 
tarixdə, cəddi (babası) və adaşı 6-cı İmam Cəfərdən (aley-
hissəlam) fərqli olaraq, sadiq ləqəbiylə deyil, “kəzzab” (ya-
lançı) ləqəbiylə tanındı.
Göstər mənə rəhbərləri,
Deyim yurdda rəiyyət nə.
Göstər mənə qəbirləri,
Deyim yurdda vəziyyət nə.
Leylaları eylə əyan,
Məcnunları edim bəyan.
Sən toyları göstər, dayan,
Deyim nəsil və niyyət nə.
Sən nişan ver məmurları,
Nişan verim mənfurları.
İşarə et məşhurları,
Deyim fərd nə, cəmiyyət nə.


283
“Hər  xalq  öz  rəhbərinə  layiqdir”  deyiblər.  Bu  baxım-
dan “Ya Rəbb! Bizi müttəqilərə imam et” duası nə qədər 
gözəl, ibrətamiz və məsuliyyətlidir! Hətta belə bir duada 
bulunmağa  hər  möminin  cəsarəti  də  çatmaz.  Bir  qulda 
təqva hissi nə dərəcədə, nə mərtəbədə olmalıdır ki, digər 
təqva sahiblərinin içində yox, önündə gedə, onlara örnək 
ola bilsin. O dərəcələrə, o mərtəbələrə qovuşmayan birinin 
“Rəhmanın  quluyam”  deyə  bilməsi,  gerçəkdən,  nə  qədər 
zordur!
İbrət
Abdullah ibn Mübarək həzrətləri soyuq bir qış günü bir 
köynəkdə üşüyüb titrəyən köləyə rast gəldi. Ona “Ağana 
desənə ki, sənə bir palto alsın”, – dedi. Kölədən: “Ağama nə 
deyə bilərəm ki? O, halımı görür və bilir” – cavabını eşi-
dincə  fəryad  edib  bayıldı.  Özünə  gəldikdə  yanındakılara 
dedi: “Səbir və qənaəti (hər halına qane olmağı) bu kölə dən 
öyrənin”.
Nəfsinə qul olmağı bacaran çox, istəyən ondan da çox-
dur. Rəbbinə qul olmağı istəyən az, bacaran ondan da azdır.
Vətən bizdən  oğul  istər,
Hər övladdan oğul olmur.
Dünya  vətən  deyil  bizə,
Hər qamışdan noğul olmur.
Daş da deyil, qaşam deyən,
Saç da deyil, başam deyən.
Bunu səhər, axşam deyən
Haqq qatında qəbul olmur.
Kim kininin köləsidi,
Kim cininin köləsidi,
Kim mininin köləsidi,
Bəndə olmur, o, qul olmur.


284
“Müsəlmanam” deyənlər müttəqilərin önündə ola bil-
məsə  də  içində  olmalıdır.  Çünki  “Aqibət  təqvanındır” 
(Ta ha, 132). Müttəqilərə qarışandan, yəni onlardan birinə 
çevriləndən sonra onlara imam olmağı diləməkdə heç bir 
qəbahət yoxdur. Əslində bu, təqvalıların önündə olmaq yox, 
təqvada önə çıxmaq, irəli getmək istəyidir. Rəhmanın qul-
ları da məhz bu niyyəti Onun izni və yardımı ilə ger çək ləş-
dirənlərdir. Onların yanında olanlar nə xoşbəxtdir! Onla rın 
arxasınca gedənlər də onlardandır.
Qoy səni sıxmasın mənfur niyyətlər,
Qoy səni sıxmasın məhrumiyyətlər,
Qoy səni sıxmasın məğlubiyyətlər,
Min dəfə, min dəfə sıxılmaqdan yox,
Bir dəfə, bir dəfə yıxılmaqdan qorx.
İçində sınıqlar, çatlar sıxacaq,
Küçəndə yaxınlar, yadlar sıxacaq,
Çöhrəndə qırışlar, qatlar sıxacaq.
İflasdan, mərəzdən, qocalıqdan yox,
Sərvətdən, mənsəbdən, ucalıqdan qorx.
Bir xeyir qaynasa, yüz şər boğular.
Bir xeyir qurusa yüz şər doğular.
Şərlər görmədiyin yerdən soxular:
Arxadan, qabaqdan və cinahdan qorx,
İrili-xırdalı, hər günahdan qorx.
Gəzsən də dünyanı mələk donunda,
İnsan bəlli olur ancaq sonunda.
Axtar məqamını Allah yanında:
Dünyada qətlindən, ya həbsindən yox,
Axır nəfəsədək sən nəfsindən qorx.
Fəslin  sonunda  Rəhmanın  qullarının  Quranda  keçən 
əsas  sifətlərini  bir  daha  ardıcıllıqla  sadalayaq.  Beləliklə, 
Onun qulları kimlərdir:


285
1)  onlar yer üzündə təkəbbür göstərməyib təvazö ilə 
yeriyənlərdir;
2)  onlar cahillərdən ədəbsizlik görəndə ədəblə qarşı lıq 
verənlərdir;
3) onlar gecəni nəfsiylə deyil, Rəbbiylə keçirənlərdir;
4)  onlar  Cəhənnəm  əzabından  qurtulmağı  diləyən, 
atəşdən nura can atanlardır;
5)  onlar xərclərkən israfçılıq və xəsislik etməyib, orta 
yol tutanlardır;
6)  onlar Allahla yanaşı başqa bir ilahı çağırma yan lar-
dır;
7)  onlar Allahın haram buyurduğu cana haqları olma-
dan qıymayanlardır;
8) onlar zina etməyənlərdir;
9) onlar yalandan şahidlik etməyənlərdir;
10)   onlar din və dünyaları üçün zərərli, yaxud fayda sız 
olan şeylərə əsla etina etməyənlərdir;
11)   onlar Quran ayələri oxunarkən kar və kor dav ran-
mayanlardır;
12)   onlar özlərindən törəyəcək nəsillərin də təqva üzrə 
olmasını və özlərini bu nəsillərin uya biləcəyi kim-
sələrdən etməsini Rəbbindən diləyənlərdir.
Allah-Təala Öz kərəmiylə bizləri bu sifətlərə sahib qul-
larından qərar versin. Amin!
İbrət
Bəyazid Bistami həzrətləri vəfatından sonra röyada gö-
rüldü. “Münkər və Nəkirlə halın necə oldu?” – deyə sor dular.
Bu cavabı verdi: “O iki mələk gəlincə bu fəqirdən Rəb-
bimi  sordular.  Dedim  ki:  “Ey  Haqq  elçiləri!  Bu  sorğu  nə 
sizin üçün bir ucalıqdır, nə mənim üçün. Çünki “Rəbbim 
ancaq Odur” desəm, bu söz mənim sözümdən ibarət ola raq 
qalar. Fəqət buradan Uca Rəbbim qarşısına varıb, durumu 
Ondan sorsanız, gerçək ortaya çıxar. Əgər O mənə “qulum” 
desə, iş buradadır”.


286
Ya Rəbb, bu dünyada qul eylə məni,
Olmasın qulluqdan qeyri sənətim.
Gələnə-gedənə yol eylə məni,
Doymasın xidmətdən ruhum, cəsədim.
Bir qul təbiəti yarat içimdə,
Düşünüm qul kimi, deyim qul kimi.
Yarat qullarına layiq biçimdə,
Yeriyim qul kimi, yeyim qul kimi.
Əy məni dikəlmək istəyən dəmdə,
Əyilmək hər qulun əzəldən payı.
Qoyma mənəmlikdən bir əsər məndə,
Qır məndə nə varsa Səndən savayı.
Bir əzam qabarıb desə hürrdüsə,
Qoyma Axirətə, yandır, kül eylə!
Sənin Kitabında qul nə cürdüsə,
Sən məni büsbütün o cür qul eylə.
Elə bir kölənə sən döndər məni,
Təpədən dırnağa ona oxşayım.
Bir kölgə zənn etsin görənlər məni,
Qul üçün yazdığın ömrü yaşayım.
Bir gün qul kimi də ölüm, yox olum,
Onsuz da hər ömür bir gün ölümdü.
Qul olmur xətasız, Ağa kərəmsiz,
Bir xəta eyləyib Səndən umduğum
Nə maldı, nə candı, yalnız bircə söz:
“Baxın, mələklərim, gələn qulumdu”.
1-ci cildin sonu
Bilməm, ey dil, nədən O, hüsnü­camal göstərmədi? 
O səbəbdən bu fəqir elmü­kamal göstərmədi.


287
MÜnDƏrİCAT
Ön söz əvəzi ........................................................................................3
ÜMUMİ FƏSİL
Biz insana yolu göstərdik ..................................................................5
I FƏSİL
Ey Rəbbim! Mənə saleh övlad ver .................................................41
II FƏSİL
Ana-atana şükür et ...........................................................................83
III FƏSİL
Qullarım arasına gir .......................................................................116


288
Чапа èìçаëанìыøдыр: 07.09.2013. Ôорìат 60х90 1/16. Оôсет ÷апы.
Ôèçèêè ÷ап вярягè 18. Ñèôарèø Í 13250. Òèраж 1000
Шярг-Ãярб” Íяøрèééат Åвèнèн ìятбяясèндя ÷ап оëунìуøдур.
  ÀЗ1123, Áаêы, Àøыг Яëясэяр êö÷ясè, 17
  Òеë.: (+99412) 374 83 43, Ôаêс: (+99412) 370 18 49
  
Buraxыlыøa mяsul  SEVИL ИSMAYЫLOVA
Äèçаéнер  ÅЛШЯÍ  ÃÓÐÁÀÍОÂ
Ñящèôяëяéèúè  ЯЛЯÊÁЯÐ ÊЯÐИÌОÂ
“Шярг-Ãярб” Íяøрèééат Åвèнèн ìящсуëудур.
www.eastwest.az
www.fb.com/eastwest.az
Êорреêтор  ÐÀЩИЛЯ ЩЯÑЯÍОÂÀ
Òехнèêè редаêтор  ÝЦЛÒЯÊИÍ ÉÓÑИÔОÂÀ
Áаø редаêтор  ÑÀÌИÐЯ ÁÅÊÒÀШИ
Òехнèêè дèреêтор  ÀЛЛÀЩÂÅÐÄИ ÊЯÐИÌОÂ
Nяøriyyat direktoru  RASИM MЦZЯFFЯRLИ

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə