I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə7/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   2   3   4   5   6   7   8   9   10   ...   69

27
zaya uğradıqda “riza” adlı mini yim imdadıma yetir. Onda 
da onunla yoluma davam edirəm”.
Ərəb bu cavabdan şövqə gələrək sordu: “Daha nəyin 
var?”  Həzrət  buyurdu  ki:  “Bir  də  nəfsim  məni  bir  şeyə 
zor la dığı zaman düşünürəm ki, ömrümün çoxu gedib, azı 
qalıb.  Bu  durumu  xatırlayaraq  nəfsimə  uymaqdan  son 
dərəcə saqınıram”.
Ərəb  daha  özünü  saxlaya  bilməyib  qışqırdı:  “Vallahi, 
desənə əsil piyada mənmişəm, atlı da sən! Yoluna davam 
et, Allah sənə salamatlıq versin! Şübhəsiz ki, sən muradına 
çatacaq, mənzilə yetişəcəksən”.
Sən hamar yol arama heç,
Haqq qanadlı miniklər seç.
Atəşdən keç, şaxtadan keç,
Haqq əriyən, donan deyil.
Allah yolunda nə çox minik, fəqət nə az süvari vardır. 
Minik qayğısına qalmayan yolçu yaxşı halda piyadaya, pis 
halda  özü  miniyə  çevrilər.  Əslində  Cənnətə  tələsən  üçün 
əsas minik nəfs olsun gərək. Amma bu var ki, o, minil məyi 
deyil, minməyi sevər. Əgər sənin miniyin odursa, Cənnətə, 
onun miniyi sənsənsə, Cəhənnəmə aparar. 
Hikmət
Saleh zatlardan birinə: “Sənin barəndə “Havada uçdu” 
deyirlər. Bu nə cür olur?” – deyə sual etdilər. O da bu ca-
vabda  bulundu:  “Mən  arzuları  tərk  etdim  və  bu  səbəblə 
onların üzərinə mindim. Əgər onlar məni yaxalasaydılar, 
boynuma minərdilər”.
Bir qab gilik, bir qətrə su,
Əslimiz bu, kökümüz bu.
Bir cəsədik, min bir arzu;
Şələmiz bu, yükümüz bu.


28
Çöldə adi bir adamıq,
İçəridə atamanıq.
İki arşın, beş batmanıq;
Ölçümüz bu, çəkimiz bu.
Şeytana dənk olmayalım,
Nəfsə minik olmalayım,
Asi, müşrik olmayalım;
Tək qorxumuz-hürkümüz bu.
Nəfsi digər mənəvi miniklərdən fərqləndirmək gərək-
dir. Obrazlı desək, səbir, şükür, riza kimi “miniklərə” cıdır 
atları  kimi  yanaşmaq,  nəfs  ilə  isə  dəyirman  yabısı  kimi 
rəftar etmək uyğundur. Necə ki böyüklərimizdən Səhl ibn 
Abdullah Tüstəri həzrətləri etmişdir.
İbrət
Səhl ibn Abdullah Tüstəri həzrətləri həcc ziyarəti üçün 
yola  çıxmışdı.  Kufəyə  çatanda  nəfsi  balıq  istədi.  Bu  istək 
get-gedə  şiddətlənib  qarşısıalınmaz  oldu.  Nəfsini  tərbiyə 
etmək üçün bir dəyirmançıya yaxınlaşdı. Dəyirmanın çar-
xına qoşulmuş bir atın gündəlik kirayə haqqının iki akça 
olduğunu  öyrəndi  və  bir  akça  müqabilində  səhərdən  ax-
şama qədər atı əvəz edərək çarxı fırlatdı. Sonra o bir akça 
ilə balıq alıb nəfsinə dedi: “Nə zaman məndən bir şey istə-
sən, sənə layiq olan bir işi gördürüb, ondan sonra istədi yini 
yerinə yetirəcəyəm”.
Yaşama sarayda məliklər kimi,
Sən yaşa səmada mələklər kimi.
Könüllər həmişə piyada qalar,
Nəfslər olmasa miniklər kimi.
Mənəvi yolçuluqda nəfsini yoran əsla yorulmaz. Nəf sin 
yorduqları isə belə deyildirlər. Onlar saysız istəklərin, son-
suz xəyalların əsirləri, girovları, nökərləridirlər. Məsəl var: 


29
“Yaxşı at özünə qamçı vurdurmaz”. Amma nəfs elə bir atdır 
ki, gərək qamçısını əskik etməyəsən.
İbrət
Üveys əl-Havlani həzrətləri qamçısını namazgahın di va-
rından asmışdı. Ona baxar, deyərdi: “Heyvanlardan daha 
çox, mən qamçıyla döyülməyə layiqəm”.
Nəfsin başı üstündə dur,
Nə istəsə, ağzından vur.
İstəməsə, sal abırdan,
Qoyma onda əsla qürur.
Yor nəfsini ulaq kimi,
Əzizləmə uşaq kimi,
Hərçənd odur ən yaxının,
Sən davran ən uzaq kimi.
Nəfsinə qarşı gəlməyən Rəbbinə qarşı gəlmişdir. Nəf-
sinlə  qarşıdurmada  yardımçın  Odur.  Rəbbinlə  qarşıdur-
mada yardımçı varmı? Nəfsə qarşı gəlmək ondan qop maqla 
olur. Ondan qopmayan Rəbbinə qovuşmaz.
Hikmət
Bəyazid  Biztami  həzrətləri  röyada  Rəbbindən  sordu: 
”Ey  Rəbbim!  Sənə  yol  necə  olur?”  Nida  gəldi:  “Nəfsini 
burax, Bizə yetiş”.
Rəbbin dərk edilməz, nəfsini dərk et.
Rəbbin tərk edilməz, nəfsini tərk et.
Tərki-nəfs eyləsin vəsli-yar uman, 
Etməsən, üzrün yox, etsən, zirək et.
Nəfs qan-qan deyir, meydanə çıxın!
Mərdin meydanıdır, mərdanə çıxın!
İçin axıradək düşmən qanını,
Haqqın hüzuruna məstanə çıxın!


30
Bu yol bir seçim məsələsidir. Ya O, ya sən. Seçimin düz-
dürsə,  yəni  Odursa,  az  əməllə  də  qurtularsan,  səhvdirsə, 
çox əməlin də səni xilas etməz.
Zatən seçən sən deyilsən, Odur. O səni seçdikdə artıq 
Onunla baxmağa başlarsan, Onunla baxan isə haqq olan-
dan, yəni Ondan başqasını görməz, çünki Ondan başqa və 
Ondan kənarda, ümumiyyətlə, heç nə və heç kəs yoxdur. 
Nələrsə, yaxud kimlərsə varsa, bu ancaq Onsuz baxan ların, 
yəni  səhv  seçim  edənlərin  baxışıdır.  Qəlblər  ancaq  Onu 
seçmək  və  sevmək  üçün  yaradılıb.  Ondan  qeyrisini,  yəni 
məxluqatı seçib-sevmək üçün yox. Sadəcə, Xaliqə olan sev-
gidən məxluqa da pay düşür.
Əksinə olarsa, bu, şirk olur. “İnsanlardan Allaha tay lar 
tutanlar da vardır. Allahı sevdikləri kimi, onları da sevər­
lər.  Lakin  Allah  sevgisi  möminlərdə  daha  güclüdür” 
(əl-Bəqərə,165).  İnsan  bunu  anlar  və  bu  anlayış  içində 
ömrünü sürərsə, görüntülərdən qurtulub ancaq gerçəkləri 
görməyə başlar.
Demirəm eşqdən başqa mövzu qula qəbahətdi,
Sadəcə, eşq əhlinə qeyri söhbət, söz qəhətdi.
Aşiq o kimsədi ki, öz qərarı olmaz onun,
Bildiyi ancaq bu ki, Mövla bilən məsləhətdi.
Kim Onu sevdisə, sevdalərinə verdi o son,
Bizi cəlb eyləyən məhz eşqdə elə bu cəhətdi.
Qul nə istər, iki şey: ac qalmasın, xof bilməsin.
Rəbbini razı salan könül toxdu, can rahətdi.
Eşqdə sabitqədəm ol, ən nəzik tel üstündəyik;
Bil ki, rəhmət və əzab əzəl gündən həmsərhəddi.
Bir gün, ey dil, soruşar səndən eşqin vəsfini xəlq,
Sus, cavab vermə ki, bu, dilsiz-ağızsız söhbətdi.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə