I e. n. Quliyev Tacəddin Fəzrəddin oğlu


Amillər üzrə mənfəətin təhlili



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix17.09.2018
ölçüsü1,11 Mb.
#69068
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

Amillər üzrə mənfəətin təhlili 

Cədvəl 5. 

Göstəricilər

 

Bazis ili üzrə



 

Faktiki


 

Korrektə 

edilmiş 

qiymətlər üzrə

 

1. Satışdan əldə edilən gəlir



 

3360


 

4816


 

4758


 

2. Məhsulların tam maya dəyəri

 

3043


 

4291


 

4317


 

3. Satışdan əldə edilən mənfəət (ln-2n)

 

317


 

525


 

441


 

a)

 



MüəssisənijT  buraxılış  qiymətinin  dəyişməsinin  təsiri 

mənfəətin 

səviyyəsində  öz  əksini  tapır.  Bu  amilin  təsirini  hesablamaq  üçün 

fakti- 


ki satışın həcmini cari və bazis qiymətləri ilə müqayisə edirik. Yəni 

4816-4758=+58 min man 

Deməli, satış qiymətinin dəyişməsi nəticəsində müəssisə 58 

min manat öz mənfəətini artırmışdır. 

b)

 

Maya dəyərinin dəyişməsinin təsiri. Məlum olduğu kimi ma- 



ya dəyərinin səviyyəsi istehsala çəkilən xərclərin həcmindən asılı- 

dır. Bu isə bilavasitə mənfəətə təsir edir. Bu amilin mənfəətə təsi- 

rini tapmaq üçün faktiki maya dəyəri ilə korrektə edilən maya də- 

yərini müqayisə etmək lazımdır, yəni 4291-4317=-26 min man. 

Deməli, təhlil zamanı maya dəyərinin aşağı düşdüyü bəlli olur ki, 

bunun hesabına mənfəət 26 min man artmışdır. 

c)

 

Satışın həcminin dəyişməsinin təsiri. 



4758:3360 X 100= 141,6% 

hesablamadan belə çıxır ki, satışın həcmi 41,6% (141,6-100) 

artmışdır. Bunun nəticəsi olaraq mənfəət 132 min man (317 x 

41,6:100) artmışdır. 

ç) Yerdə qalan dəyişikliklər nisbətən satılmış məhsulların stmk- 

turunun dəyişməsi hesabına olmuşdur. Yəni 

124-132=-8 min man. 

Beləliklə, mənfəət bazis göstəricilərindən aşağıdakı amillərin 

təsiri nəticəsində kənarlaşmışdır: 

1)

 



satış qiymətinin artması 

2)

 



maya dəyərinin düşməsi 

3)

 



satışın həcminin dəyişməsi 

4)

 



satışın strukturunun dəyişməsi 

Kənarlaşdınnalarm cəmi 

26 

+58 +26 + 132 



-8 min 

208 min man. 




Fəsil 5. Mənfəətin keyfiyyətinin təhlili 

1.

 

Mənfəətin keyfiyyətinin qiymətləndirilməsi 

Firma  və  müəssisənin  formalaşmasının  təhlilinin  son 

mərhələlərindən  biri  də  onun  keyfiyyətinin  qiymətləndirilməsidir. 

Mənfəətin keyfiyyəti anlayışı kompleks xarakter daşıyır.  Mənfəətin 

keyfiyyətinin qiymətləndirilməsində əsas məqsəd müəssisə və təsər- 

ıdifat subyektlərinin əldə edəcəyi mənfəətin saxlanılması, artırılması 

və  inkişaf  dinamikasını  müəyyən  etməkdən  ibarətdir.  Mənfəətin 

keyfiyyətinin qiymətləndirilməsi üçün bir sıra istiqamətlərdə tədqiqat 

işi  apamıaq  olar;  reallıq,  uçot  siyasətinin  maliyyə  nəticələrinin 

fonnalaşmasma  təsiri,  balans  mənfəətinin  əsas  elementlərinin 

sabitliyi, idarə etmə orqanının işgüzarhlığı və s. 

Mənfəət  göstəricilərinin  reallıq  baxımından  qiymətləndirilməsi 

üçün 1 N“ və 2 Nü-li illik hesabat fomıası tətbiq edilir. 

Bu yoxlama auditorlar tərəfindən həyata keçirilir və yazılı şəkildə 

təsdiq  edilir.  Təhlilçi  göstəricilərin  reallığına  tam  əmindirsə,  onda 

demək olar ki,  mənfəət  yüksək keyfiyyət  kriteriyasına uyğun  gəlir. 

Mənfəətin keyfiyyətinin dəyişməsinə təsir edən istiqamətlərdən biri 

də  fımıanın  uçot  siyasətinin  tez-tez  dəiyşməsindən  ibarətdir.  Belə 

vəzi}q/ətdə mənfəət keyfiyyətcə aşağı düşür. 

Mənfəətin  keyfiyyətini  təhlil  etmək  üçün  onun  struktur  və 

dinamikasının  təhlilinin  nəticələrindən  də  istifadə  edilir.  Əgər 

mənfəətin  dinamikası  sabit  artım  tempi  üzrə  inkişaf  edirsə,  onda 

mənfəətin  keyfiyyəti  yüksək  olur.  Fikıimizcə,  mənfəətin 

keyfiyyətinin ölçü kriteriyalan sırasına onun yaradıchq və işgüzarhhq 

(səmərəlilik) qabiliyyətini də aid etmək olar. Mənfəət, yuxarıda qeyd 

edildiyi  kimi,  çoxlu  amillərin  təsiri  altında  fonnalaşır.  Belə  ki,  bu 

amillərdən birinin mənfi təsiri onun keyfiyyətinə bilavasitə təsir edir. 

Mənfəətin keyfiyyətinin azalması fımıanın digər iqtisadi fəaliyyətinə 

mənfi  təsir  edir,  məsələn,  bankın  faiz  tarifi  laedit  verilən  zaman 

müəssisənin  keyfiyyətinin  səviyyəsinə  əsasən  müəyyənləşdirilir; 

mənfəət nə qədər azdırsa, tarif bir o qədər çox olur. 

Lakin qeyd edək ki, konki'et olaraq mənfəətin keyfiyyətini qiy- 

27 



mətləndirmək  üçün  metodika  yoxdur.  Buna  görə  də  mənfəətin 

keyfiyyətcə qiymətləndirilməsi metodu müəyyən  edilməyib.  Ancaq 

bəzən bu məqsəd üçün ekspert metodundan istifadə edilir, lakin bu 

metod  çox  da  dəqiq  deyil  və  yüksək  dəyərə  malik  olduğundan 

səmərəsiz  olur.  Mənfəətin  keyfiyyətinin  kəmiyyət  baxımından 

qiymətləndirilməsi  üçün  bəzən  balla  qiymətləndirmə  metodundan 

istifadə  edilir.  Bunun  üçün  əsas  göstərici  kimi  mənfəətin  artım 

tempinin səviyyəsi əsas götürülür. Məsələn, 100%, 105%, 110% və s. 



2.

 

Mənfəətin artmasının ehtiyat mənbələri 

Mənfəətin  artımını  stabilləşdirmək  üçün  müəssisə  və  firmalar 

daima  ehtiyat  mənbələri  axtarıb  tapmalıdırlar.  Deməli,  ehtiyat 

mənbələri əlavə mənfəət əldə etmək üçün əlverişli vasitədir. Təcrübə 

göstərir  ki,  ehtiyat  mənbələri  həm  prlanlaşdırmanm  əvvəlində  və 

planlaşma proseselərinin gedişində aşkar edilir. Mənfəətin artmasının 

ehtiyat  mənbələri,  amillərin  təsiri  və  hesablanması  elmi  cəhətdən 

əsaslandırılmış metodlar vasitəsilə həyata keçirilir. Bu baxımdan işlər 

üç  mərhələ  üzrə  reallaşdırılır:  analitik,  təşkilati  və  flınksional. 

Analitik  mərhələdə  ehtiyat  mənbələri  aşkar  edilir  və  kamiyyət 

baxımından qiymətləndirilir. İkinci mərhələdə (təşkilati) mühəndis - 

texniki, təşkilati, iqtisadi və sosial tədbirlər işlənib hazırlanır ki, bu da 

ehtiyat  mənbələrindən  istifadə  etməyə  şərait  yaradır.  Üçüncü 

mərhələdə (funksional) bütün tədbirlər reallaşdırılır və onların yerinə 

yetirilməsi üzrə nəzarət həyata keçirilir. 

Mənfəətin  artımının  ehtiyat  mənbəyi  kimi  məhsulların  (iş  və 

xidmətlərin) həcmiinin artması çıxış edir. 

Təsiri hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir

/=1 

burada Mp^ - i məhsulun vahidi üzrə mənfəətin tam həcmi 



C, - əlavə satılmış məhsulun miqdarı. 

Əgər mənfəət  1 manatlıq  məhsul  üzrə hesablanıbsa, onda onun 

satışın həcmim örtməsi hesabına yüksəlməsi belə hesablanır. 

28 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə