I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

subyektləri  isə  yalnız  dövlət  hakimiyyəti  səlahiyyətinə  malik  olan 

qurumlardır. 

Beynəlxalq  hüququn  yaradılma  prosesi  onun  dördüncü  əsas 

xüsusiyyəti  hesab  olunur;  bu  xüsusiyyət  də  onu  dövlətdaxili  (milli) 

hüquqdan fərqləndirməyə imkan verir. Beynəlxalq hüquq, daha doğrusu, 

beynəlxalq  hüququn  ibarət  olduğu  beynəlxalq  hüquq  normalan 

dövlətlərarası  beynəlxalq  münasibətlər  sisteminin  əsas  iştirakçılanmn 

(söhbət  beynəkalq  hüququn  əsas  subyektlərindən  gedir)  iradə  ifadəsi 

əsasında  yaradılır.  Belə  ki,  beynəlxalq  hüquq  normalanm,  əsasən, 

dövlətlər  işləyib  hazırlayır  və  qəbul  edirlər;  həmin  normalar  dövlətlər 

arasında  bağlanan  beynəlxalq  müqavilələrin  vasitəsi  və  köməyi  ilə 

yaradılır. 

Dövlətdən 

başqa, 


beynəkalq 

hüquq 


normalarmın 

yaradılmasında  dövlətlərarası  beynəkalq  təş-  kilatlann  da  rolu  qeyd 

edilməlidir. 

Milli  hüquq  normalan,  adətən,  xüsusi  olaraq  təsis  edilmiş 

qanunvericilik 

orqanı  tərəfindən  yaradılır.  Beynəlxalq  hüquq 

praktikasında  belə  orqan  mövcud  deyil  və  ümumiyyətlə,  təsis 

edilməmişdir. 

Dövlətdaxili  (milli)  hüququn  yaradılması  prosesinə  gəldikdə,  qeyd 

etmək  vacibdir  ki,  dövlətdaxili  (milli)  hüququn  ibarət  olduğu  hüquq 

normaları  həmin  dövlətin  qanunvericilik  hakimiyyəti  tərəfindən 

yaradılır; qanunvericilik hakimiyyətini isə, xüsusi olaraq təsis edilmiş ali 

qanunverici orqan — parlament həyata keçirir. 

Beynəkalq hüququn beşinci əsas xüsusiyyəti onun mənbəyinə aiddir. 

Beynəlxalq  müqavilə  və  beynəlxalq-hüquqi  adətlər  onun  əsas  mənbə 

növləridir. Dövlətdaxili (milli) qanunvericilik aktlan beynəlxalq hüququn 

mənbəyi ola bilməz. 

Dövlətdaxili (milli) hüququn mənbəyinə gəldikdə isə, qeyd etməliyik 

ki, normativ-hüquqi aktlar (qanunlar və qanunqüwəli aktlar) dövlətdaxili 

(milli)  hüququn  əsas  mənbə  növüdür;  hüquqi  adətlər  də  onun  mənbə 

növü  kimi  tanmır.  Hər  bir  dövlətin  əsas  qanunu  olan  Konstitusiya 

dövlətdaxili (milli) hüququn normativ əsası və bazası sayılır. Beynəlxalq 

hüququn isə «konstitusiya» 

42 



kimi  normativ  əsası  və  bazası  yoxdur.  Belə  ki,  dövlətlərarası  sistemdə 

indiyədək hər hansı «konstitusiya» qəbul edilməmişdir. 

Beynəlxalq  hüququn  altmcı  əsas  xüsusiyyəti  ona  əməl  olunmasını 

təmin edən beynəlxalq-hüquqi məcburetməyə malik olmasıdır. Bir qayda 

olaraq, beynəlxalq hüquqa, başqa sözlə, beynəlxalq hüquq normalarma 

dövlətlərarası  beynəlxalq  münasibətlər  sisterninin  iştirakçılan  könüllü 

surətdə əməl edirlər; əgər bu, mümkün olmazsa, onda beynəlxalq-hüquqi 

məcburetmə  tədbirləri  tətbiq  olunur.  Məqsəd  beynəlxalq  hüquq 

normalarına  əməl  olunmasını  təmin  etməkdən  ibarətdir.  Belə  tədbirlər 

yalnız  o  halda  tətbiq  oluna  bilər  ki,  beynəbcalq  hüquq  normalan 

pozulsun.  Lakin  dövlətlararası  sistemdə  xüsusi  məcburetmə  orqanlan 

mövcud  deyil  və  yoxdur  ki,  beynəlxalq  hüquq  normalanna  əməl 

olunmasını təmin etsinlər, Dövlətdaxili sferada belə orqanlar (məhkəmə, 

prokurorluq,  polis  və  s.)  vardır;  məhz  həmin  orqanların  köməyi  və 

vasitəsi ilə dövlətdaxili (milli) hüquq normalanna əməl olunması təmin 

edilir. 


Beynəlxalq-hüquqi məcburetmə hüquq pozuntusu törədən subyektə 

beynəlxalq-hüquqi  sanksiyalar  tətbiq  edilməsini  nəzərdə  tutur;  bu 

sanksiyaların  vasitəsi  ilə  beynəlxalq  hüququn  subyektləri  törədilmiş 

beynəlxalq 

hüquq 

pozuntusuna 



cavab 

verirlər.' 

Dövlət 

beynəlxalq-hüquqi  sanksiyanı  fərdi  və  ya  kollektiv  surətdə  tətbiq  edə 



bilər; belə sanksiyaların tətbiqi BMT-nin Təhlükəsizlik Şurasının və ya 

Baş Assambleyasının qərarlannda da nəzərdə tutula bilər. 



1.3.

 

Beynəlxalq hüququn sistemi 

1.3.1.

 

Beynəlxalq hüququn sistemi anlayışı 

Obyektiv  mənada  beynəlxalq  hüquq  çoxsaylı,  məzmunca  müxtəlif 

beynəlxalq hüquq nonnalanndan ibarətdir; bu normalann 

1

 

BacHJiCHKO 

B.A. 

MexmyHaponHO-npaBOBtıe  caHKUHH. 

K

H

6

B

,

 

1982, 

c.38. 

43 



köməyi və vasitəsilə beynəlxalq hüquq öz nizamasalma predmetinə daxil 

olan dövlətlərarası beynəlxalq münasibətləri tənzimləyir. 

Beynəlxalq  hüquq  normalan  xaotik  və  qarma-qarışıq  şəkildə 

yerləşmirlər,  əksinə,  onlar  nizamla,  qaydaya  salınmış  şəkildə  və 

müəyyən ardıcıllıqla düzlənirlər. Beynəlxalq hüquq normalannm bu cür 

düzümünə  hüquq  elmində  beynəlxalq  hüququn  sistemi  deyilir. 

Beynəlxalq  hüququn  sistemi  onu  ifadə  edir  ki,  beynəlxalq  hüquq 

çoxsaylı və müxtəlif beynəlxalq hüquq normalannm təsadüfi yığımından 

ibarət  deyildir;  o,  özündə  daxilən  vəhdətdə  və  bir-biri  ilə  qarşılıqlı 

dialektik əlaqədə olan beynəlxalq hüquq normalarını birləşdirir. 

Beynəlxalq hüququn sistemi dedikdə beynəlxalq hüquq normalarının 

vəhdətində  və  qarşılıqlı  dialektik  əlaqəsində,  həmin  normaların  hüquq 

institutlan,  yarımsahələr  və  müstəqil  hüquq  sahələri  üzrə  nizamla 

düzlənməsində ifadə olunan daxili quruluşu başa düşülür. 

«Beynəlxalq  hüququn  sistemi»  tematikası  hüquq  ədəbiyyatında  az 

yazılmış  və  tədqiq  olunmuş  mövzulardan  biridir.'  Beynəlxalq  hüquqa 

dair  müasir  dərsliklərdə  bu  mövzunun  geniş  və  əhatəli  şəkildə 

işıqlandınimasına, demək olar ki, rast gəlmirik.^ Bəzi beynəlxalq hüquq 

dərsliklərində həmin mövzuya ümumiyyətlə toxunulmur.^ «Beynəlxalq 

hüququn sistemi»  mövzusu beynəlxalq hüquq doktrinasında da kifayət 

dərəcədə tədqiq edilməmiş və öyrənilməmişdir. 

1

 

Bu  mövzuya  toxunan  əsər  barədə  bax:  Фельдман  Д.И.  Система 

международного права. Казань, 1983. 

2

 

Məsələn,  bax:  Международное  право.  Учебник  /  Отв.  ред.  Г.В.Игнатенко, 

О.И.Тиунов.  М.,  2009,  с.44;  Международное  право.  Учебник  /  Отв.  ред. 

А.Л.Ковалев,  С.В.Черниченко.  М.,  2008,  с.30-33.  Международное  право. 

Учебник / Отв. ред. Ю.М. Колосов, Э.С.Кривчикова. М., 2000, с.14-15 

VƏ S.


 

3

 

Məsələn, bax: Лукашук И.И. Международное право. Учебник. Общая часть. 

М.,  1997;  Международное  публичное  право.  Учебник  /  Отв.  ред. 

К.А.Бекяшев. М., 2009 və Ь. 

44 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə