I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   2   3   4   5   6   7   8   9   ...   31

onun gələcək inkişafı üçün daha yeni perspektivlərin açılmasına zəmin 

yaradır,  habelə  beynəlxalq  ictimaiyyətdə  Azərbaycan  həqiqətlərinin 

təbliği,  milli  maraqlanmızm  müdafiəsi  və  digər  dövlətlərlə  qarşılıqlı 

faydalı münasibətlərin dərinləşməsi işinə öz töhfələrini verir. 

Məhz  bu  cür  vəziyyət  Azərbaycanın  da  iştirakçısı  olduğu  döv- 

lətlərarası beynəlxalq münasibətlər sisteminin daha yüksək səviyyədə və 

etibarlı  şəkildə  müvafiq  hüquq  normaları  vasitəsi  ilə  tənzimlənməsini 

şərtləndirir;  həmin  normalann  məcmusu  isə  beynəlxalq  hüquq  adlanır. 

Tərəfimizdən  toxunulan  bu  məsələ,  hesab  edirik  ki,  Azərbaycan 

Respublikasının  müasir  dövrdə  beynəlxalq  strukturlara  inteqrasiyası 

şəraitində olduqca aktualdır. 

Azərbaycan  Respublİkasmda  ilk  dəfə  olaraq,  geniş  formatda  və 

müvafiq  təhsil  standartlanna  uyğun  yazılmış  bu  əsərdə  beynəlxalq 

hüquqa  doktrinal  və  tədris  kursu  mənasında  anlayış  verilir,  onun 

nizamasalma, tədqiqetmə və öyrətmə predmetinə aid məsələlərə ətraflı 

şəkildə  toxunulur  və  onlann  mahiyj'ətinə  aydınlıq  gətirilir.  Müasir 

beynəlxalq  hüququn  sistemi  təqdim  edilərək,  beynəlxalq  təşilatlar 

hüququ, xarici əlaqələr  hüququ,  beynəlxalq iqtisadi hüquq,  beynəlxalq 

insan hüququ, beynəlxalq cinayət hüququ, beynəlxalq humanitar hüquq 

və s. bu kimi müstəqil hüquq sahələri fərqləndirilir. 

Sözügedən əsər, ilk növbədə, tələbə-oxucu auditoriyasını beynəlxalq 

hüququn ibarət olduğu müvafiq hüquq normaları və beynəlxalq hüquq 

doktrinası  haqqında  zəruri  elmi  biliklərlə  təmin  edir.  Belə  biliklərə 

yiyələnmək  və  onlan  mənimsəmək  olduqca  vacib  məsələdir.  Axı, 

Azərbaycan  Respublikasının  məqsədlərindən  biri  dünya  birliyinə 

inteqrasiya  olunmaqdan  ibarətdir;  inteqrasiya  həm  iqtisadi,  sosial  və 

humanitar,  həm  də  insan  hüquqlan,  ekologiya,  kosmos  və  s.  bu  kimi 

sahələri əhatə edir. 

Əsəri fərqləndirən məziyyətlərdən biri odur ki, o, Azərbaycan Milli 

Elmlər  Akademiyası  Hüquq  və  İnsan  Haqları  İnstitutunun  və  Bakı 

Dövlət Universiteti «Hüquq» Fakültəsi «Beynəlxalq 



ümumi  hüquq»  Kafedrasının  təklif  və  tövsiyələri  nəzərə  alınmaqla 

hazırlanmış  və  Azərbaycan  Hüquqşünasları  Konfederasiyası  tərəfindən 

çapa tövsiyə olunmuşdur. 

Çoxsaylı elmi mənbələr və elektron informasiya resursları əsasında 

hazılanmış  bu  kitab  müasir  beynəlxalq  hüquq  elmində  mövcud  olan 

boşluqların  dolduralmasına,  cəmiyyətdə  dinamik  inkişaf  və  hüquqi 

dövlət  quruculuğu  prosesləri  kontekstində  əhalinin  maariflənməsinə, 

hüquqi aiqoritm və hüquqi nihilizm təzahürlərinin aradan qaldmlmasına 

və qarşısının alınmasına xidmət edir. 

Qeyd  etməliyik  ki,  müasir  beynəlxalq  hüquq  dövlətlərarası 

münasibətlər  sistemində  böyük  əhəmiyyətə  malik  olan  və  mühüm  rol 

oynayan  siyasi-hüquqi  fenomendir.  Belə  fenomenə  dair  elmi  bilikləri, 

qismən də olsa, təsbit edən bu əsər həm də Azərbaycan Respublikasımn 

beynəlxalq hüquq elmi (doktrina) üçün töhfə ola bilər. Unutmaq olmaz 

ki,  Azərbaycan  Respublikasının  Konstitusiyasına  uyğun  olaraq, 

beynəlxalq  hüququn  norma  və  hamılıqla  qəbul  edilmiş  prinsipləri 

Azərbaycanın  qanunvericilik  sisteminin  aynlmaz  tərkib  hissəsidir. 

Tələbələr tərəfindən beynəlxalq hüquq elminin öyrənilməsi isə mühüm 

və zəruri olan aktual vəzifələrdəndir. 

Əsərdən  ali  məktəb  tələbələri,  müəllimlər,  hüquqşünaslar, 

tədqiqatçılar,  beynəlxalq  hüquq  elmi  sahəsində  çalışan  mütəxəssislər, 

vəkillər və digər praktik işçilər faydalana bilər. 



Məmmədov 

R.F. 

Bakı  Dövlət  Universiteti  «Beynəlxalq  ümumi 

hüquq»  Kafedrasının  müdiri,  hüquq  üzrə 

elmlər doktoru, professor. 


I FƏSİL. BEYNƏLXALQ HÜQUQUN ANLAYIŞI VƏ ƏSAS 

XÜSUSİYYƏTLƏRİ 

1.1.

 

Beynəlxalq hüququn anlayışı və predmeti 

1.1.1.

 

Beynəlxalq hüquq - müstəqil hüquq sistemi kimi 

Sosial tənzimləyici rolunda çıxış edən hüququn yerinə yetirdiyi əsas 

funksiyalardan  biri  onun  cəmiyy'ətdəki  ictimai  münasibətləri 

nizamlamasından və qaydaya salmasından ibarətdir. Qeyd etməliyik ki, 

hüququn  tənzimetmə  obyekti  olan  ictimai  münasibətlər  isə  yalnız  və 

təkcə  dövlət  sərhədləri  daxilində  əmələ  gəlmir.  Belə  ki,  həmin 

münasibətlərin  müəyyən  hissəsi  dövlətlərin  sərhədlərindən  kənarda  da 

yaranır; onların məcmusuna beynəlxalq münasibətlər deyilir. 

Beynəlxalq münasibətlər dedikdə dövlətlərin sərhədlərindən kənara 

çıxan bütün ictimai münasibətlərin məcmusu başa düşülür. 

Bildiyimiz  kimi,  dövlətlərin  sərhədləri  daxilində  yaranan  ictimai 

münasibətlər  (onlara  dövlətdaxili  münasibətlər  deyilir),  yəni 

konstitusiya,  maliyyə,  inzibati,  cinayət,  əmək,  mülki  və  digər 

münasibətlər hüququn ayrı-ayn müstəqil sahələri (məsələn, konstitusiya 

hüququ, maliyyə hüququ, inzibati hüquq, cinayət hüququ, əmək hüququ, 

mülki  hüquq  və  s.)  tərəfindən  tənzimlənir;  həmin  müstəqil  hüquq 

sahələri birləşərək hər bir dövlətin milli hüquq sistemini formalaşdınr. 

Dövlətin milli hüquq sistemi dedikdə onun daxili hüquq sistemi başa 

düşülür. Buna görə də, dövlətin milli hüquq sisteminə dövlətdaxili hüquq 

sistemi  də  deyilir;  o,  eyni  zamanda,  sadəcə  olaraq,  milli  hüquq  və  ya 

dövlətdaxili hüquq da adlanır. 

Hər bir dövlətin aynca olaraq, özünəxas daxili (milli) hüquq sistemi 

vardır. Buna görə də, daxili (milli) hüquq sistemlərinin 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə