I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   2   3   4   5   6   7   8   9   ...   31

sayı Yer kürəsində mövcud olan dövlətlərin sayına bərabərdir; nə qədər 

dövlət varsa, bir o qədər də daxili (milli) hüquq sistemləri mövcuddur. 

Hal-hazırda  dünyadakı  dövlətlərin  və  dövlətəoxşar  qurumlann  sayı 

220-yə yaxındır'; deməli, bu gün dünyada təxminən 220-yə yaxın daxili 

(milli) hüquq sistemi mövcuddur. 

Beynəlxalq  münasibətlərə  gəldikdə,  qeyd  etmək  lazımdır  ki,  bu 

münasibətlər, bir qayda olaraq, daxili (milli) hüquqla tənzimlənmir. Belə 

ki,  beynəlxalq  münasibətlər  dövlətlərin  sərhədlərindən  kənara  çıxan 

əlaqələr  olduğuna  görə  onlann  ayn-ayn  daxili  (milli)  hüquqla 

tənzimlənməsi 

qeyri-mümkündür. 

Başqa 


sözlə, 

beynəlxalq 

münasibətlərin yaranması iki və daha çox dövlətlə bağlı olduğuna görə 

daxili (milli) hüquq onlan tənzimləmək iqtidannda deyildir. 

Beynəlxalq münasibətlər geniş və əhatəli anlayışdır; bu münasibətlər 

özündə  həm  dövlətlərarası,  həm  də  qeyri-dövlətlərarası  beynəlxalq 

münasibətləri birləşdirir. Dövlətlərarası beynəlxalq münasibətlər, hüquq 

ədəbiyyatı səhifələrində çox düzgün olaraq göstərildiyi kimi, beynəlxalq 

münasibətlərin vacib hissəsini təşkil edir.^ 

Dövlətlərarası beynəlxalq münasibətlərin əsas və başlıca iştirakçılan 

hakimiyyət subyekti olan dövlətlərdir; belə münasibətlərə çoxlu misallar 

çəkə bilərik. Məsələn, ticarət, nəqliyyat, maliyyə- valyuta, investisiya və 

digər  sahələrdə  iki  dövlət  öz  arasında  əlaqəyə  girir;  belə  halda 

dövlətlərarası beynəlxalq iqtisadi münasibətlər yaranır. 

Dövlətlər öz aralarında müttəfiqlik, qarşılıqlı yardım, sülh, bitərəflik 

haqqında  və  siyasi  xarakterli  digər  müqavilələr  bağlayırlar;  bu  zaman 

dövlətlərarası beynəlxalq müqavilə münasibətləri əmələ gəlir. 

Dövlətlər  arasında  beynəlxalq  münasibətlər  xarici  əlaqələr 

(diplomatiya və konsulluq) sahəsində də yarana bilər ki, bu mü- 

1

 

URL:

http://www.bibliotekar.ru

 

2

 

Поздняков Э.А. Системный подход и международные отношения. М., 

!976,с,36-37. 



nasibətlərin  tarixi  qədim  dövrlərlə  bağlıdır;  onlara  diplomatik  və 

konsulluq münasibətləri deyilir. 

İnsan  hüquqları  dövlətlərarası  beynəlxalq  münasibətlərin  əmələ 

gəldiyi  sahələrdən  biridir;  onlara  beynəlxalq  insan  hüquqları 

münasibətləri  deyilir;  bu  münasibətlərin  beynəlxalq-hüquqi  müstəvidə 

tənzimlənməsi əsas insan hüquq və azadlıqlannın qorunması üçün vacib 

əhəmiyyət kəsb edir. 

Dövlətlərarası  beynəlxalq  münasibətlər  humanitar,  ekologiya, 

dənizdən,  hava  məkanından  və  kosmik  fəzadan  istifadə  olunması, 

həmçinin  cinayətkarlıqla  mübarizə  və  digər  sahələrdə  də  yarana  bilər. 

Söhbət dövlətlərarası ekoloji, humanitar, dəniz, hava, kosmos və digər 

münasibətlərdən gedir. 

Göstərilən  və  sadalamadığımız  digər  münasibətlər,  şübhəsiz,  hər 

hansı bir hüquqla tənzimlənir; həmin hüquqa beynəlxalq hüquq deyilir. 

Bəs, beynəlxalq hüquq dedikdə, biz nə başa düşürük? 

Qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  hüquq  hər  hansı  hüquq 

sisteminin tərkib hissəsi olan və bu sistemə daxil olan müstəqil hüquq 

sahəsi deyildir. Məsələn, mülki, konstitusiya, maliyyə, inzibati, cinayət, 

əmək  və digərləri müstəqil hüquq sahələri olmaqla dövlətdaxili (milli) 

hüquq  sisteminə  daxildirlər.  Bu  sözləri  beynəlxalq  hüquq  haqqında 

demək olmaz. Məsələ burasmdadu: ki, beynəlxalq hüquq özü ayrıca və 

müstəqil  hüquq  sistemi  olub,  bir  neçə  müstəqil  hüquq  sahəsindən 

(məsələn,  beynəlxalq  iqtisadi  hüquq,  beynəlxalq  hava  hüququ, 

beynəlxalq  müqavilə  hüququ,  xarici  əlaqələr  hüququ  və  digər  hüquq 

sahələrindən)  ibarətdir.  Belə  ki,  alimlərdən  A.P.Movçanın  haqlı  və 

düzgün  olaraq  göstərdiyi  kimi,  müasir  dünyada  yalnız  iki  növ  hüquq 

sistemi  mövcuddur;  həmin  sistemlərdən  biri  beynəlxalq  hüquq 

(beynəlxalq hüquq sistemi), digəri isə milli (dövlətdaxili) hüquq (milli 

hüquq sistemi) adlanır.* 

1

 

Мовчан А.П. Международное воздушное право. Книга 1, М., 1980, с. 15- 16. 

10 



Qeyd  etmək  lazımdır  ki,  elmi  doktrinada  beynəlxalq  hüququn 

müstəqil hüquq sistemi olması barədə iki cür müxtəlif fikir söylənilir. Bir 

qrup  alim  belə  hesab  edir  ki,  beynəlxalq  hüquq  dövlətdaxili  (milli) 

hüquqla  birlikdə  vahid  (bir)  hüquq  sistemini  yaradır;  onlann  fikrincə, 

dünyada vahid (bir) hüquq sistemi mövcuddur ki, həmin sistem özündə 

həm  beynəlxalq  hüququ,  həm  də  dövlətdaxili  hüququ  birləşdirir. 

Söylənilmiş  bu  fikir  beynəlxalq  hüquqla  dövlətdaxili  hüquq  arasındakı 

münasibət  məsələsi  barədə  mövcud  olan  monizm  nəzəriyyəsinin' 

mahiyyətini təşkil edir. 

İkinci  qrup  müəlliflərin  yanaşmasma  görə,  beynəlxalq  hüquq  və 

dövlətdaxili (milli) hüquq iki müxtəlif hüquq sistemləridir. Söylənilmiş 

bu  fikir  isə  beynəlxalq  hüquqla  dövlətdaxili  (milli)  hüquq  arasındakı 

münasibətlə əlaqədar mövcud olan dualizm nəzəriyyəsinin^ əsasını təşkil 

edir. 


Biz, tam əminliklə belə hesab edirik ki, dualizm nəzəriyyəsi həqiqətə 

daha  yaxındır.  Doğrudan  da,  beynəlxalq  hüquq  müxtəlif  ölkələrin 

dövlətdaxili  (milli)  hüquq  sistemləri  ilə  paralel  olaraq,  mövcud  olan 

aynca,  xüsusi  və  müstəqil  hüquq  sistemidir.  Təsadüfi  deyil  ki,  xarici 

ölkələrin beynəlxalq hüquq doktrinası (elmi) məsələyə bu cür yanaşaraq, 

beynəlxalq  hüququn  hüquqi  məkanda  tutduğu  yeri  məhz  belə 

müəyyənləşdirir. Bu, dünya elmində, əsasən, hamılıqla qəbul olunmuş və 

geniş yayılmış fikirdir. 

Qeyd  etmək  vacibdir  ki,  «hüquq  sistemi»  beynəlxalq  və  milli 

(dövlətdaxili)  hüquq  sistemlərindən  başqa^  həm  də  digər  mənada 

işlədilir. Belə ki, digər mənada hüquq sistemi dedikdə hüquq 

1

 

URL:http;//ww\\’.e-col!ege.ru 

2

 

URL:

http://www.e-college.ru

 

3

 

Gösterilən hüquq sistemləri arasındakı münasibət və əlaqəyə dünya elmi xüsusi 

diqqət  yetirmişdir.  Bu  barədə  daha  ətraflı:  Ануфриева  Л.П.  Соотношение 

международного пуб.чичного и международного частного права: правовые 

категории. М., 2002, с.321-365. 

11 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə