I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   23   24   25   26   27   28   29   30   31

Beynəlxalq hüququn həm ümumi, həm də xüsusi hissəsinə aid olan 

beynəlxalq-hüquqi biliklər, bir qayda olaraq, adətən, «beynəlxalq hüquq 

kursu»  kimi  tədqiqat işində  sistemləşdirilir,  yəni  sistem  halına  salmır.' 

«Beynəlxalq  hüquq  kursu»  bütövlükdə  obyektiv  mənada  beynəlxalq 

hüququn  öyrənilməsinə  həsr  olunan  və  onun  barəsində  elmi  biliklər 

verən əsərdir; onun tədris kursunu beynəlxalq hüquqdan fərqləndirmək 

lazımdır.  Tədris  kursu  mənasında  beynəlxalq  hüquq  tədris  fənni 

(beynəlxalq hüquq dərsliyi) deməkdir. 

Beynəlxalq  hüquq  kursu  ümumi  və  xüsusi  hissələrdən  ibarətdir: 

onlar isə, öz növbəsində, fəsillərə, fəsillər paraqraflara bölünür və hər bir 

paraqrafda müəyyən konkret mövzu tədqiq olunur. 

2.2.

 

Tədris kursu mənasında beynəlxalq hüquq-beynəlxalq 

hüquq fənni kimi 

2.2.1.

 

Beynəlxalq hüquq fənninin anlayışı 

Beynəlxalq hüquq ixtisası üzrə ali təhsil alan istəniln tələbə obyektiv 

mənada  beynəlxalq  hüququ,  beynəlxalq  qanunvericilik  mənasında 

beynəlxalq  hüququ,  eləcə  də  beynəlxalq  hüquq  elmini  (doktrinanı) 

dərindən bilməlidir. Bunu beynəlxalq hüquq sahəsində özünü gələcəkdə 

yüksək səviyyəli, savadlı və bilikli mütəxəssis kimi görmək istəyən hər 

kəs  etməlidir.  Məlum  məsələdir  ki,  xarici  əlaqələr  sahəsində  çalışan 

işçilərin,  xüsusilə  də  diplomat  və  konsulların,  öz  fəaliyyətlərində 

beynəlxalq  hüquqla  əlaqəsi  olan  praktiki  işçilərin,  xarici  siyasət 

sferasında çalışanlann, dünya iqtisadiyyatı və siyasəti ilə təmasda olan 

şəxslərin,  beynəlxalq  münasibət  iştirakçılannm  və  digər  kateqoriya 

subyektlərin  həm  obyektiv  mənada  beynəlxalq  hüququ,  həm  də 

beynəlxalq hüquq elmini bilməsi vacibdir. Şübhəsiz, onlan bilmək xarici 

siyasi  və  beynəlxalq-hüquqi  mövqelərin  formalaşmasında  böyük  rol 

oynayır. Təbii ki, belə halda bir haqlı sual ortaya çıxır: obyektiv mənada 

Məsələn, bax: Курс международного права. M., 1972; Курс международного 

права. В 7 т. / Глав. ред. Н.В.Кудрявцев. М., 1989-1993. 

94 



beynəlxalq  hüququ,  beynəlxalq  qanunvericilik  mənasında  beynəbcalq 

hüququ, eləcə də beynəlxalq hüquq elmini nəyin vasitəsilə öyrənmək və 

bilmək olar? 

Qeyd  etmək  vacibdir  ki,  obyektiv  mənada  beynəbcalq  hüququ, 

beynəlxalq  qanunvericilik  mənasmda  beynəlxalq  hüququ,  habelə 

beynəlxalq hüquq elmini bu və ya digər mənbənin vasitəsilə öyrənmək 

mümkündür. Beynəbcalq hüquq fənni məhz həmin mənbələrdən biridir 

və ona həm də beynəlxalq hüquq dərsliyi demək olar. 

Beynəlxalq  hüquq  fənni  (beynəlxalq  hüquq  dərsliyi)  dedikdə 

obyektiv  mənada  beynəlxalq  hüququ,  beynəlxalq  qanunvericilik 

mənasmda  beynəlxalq  hüququ,  eləcə  də  beynəlxalq  hüquq  elmini 

tələbələrə  öyrədən  mənbə  başa  düşülür.  Belə  mənbənin  köməyi  və 

vasitəsilə  həm  obyektiv  mənada  beynəlxalq  hüquq,  həm  beynəlxalq 

qanunvericilik mənasmda beynəlxalq hüquq, həm də beynəlxalq hüquq 

elmi barədə biliklərə yiyələnmək mümkün olur. 

Beynəlxalq  hüquq  fənni  həm  obyektiv  mənada  beynəlxalq 

hüquqdan, həm də beynəlxalq hüquq elmindən fərqlənir; onlar arasında, 

əsasən, yerinə yetirdikləri vəzifəyə (funksiyaya) görə hədd qoyulur. Belə 

ki,  obyektiv  mənada  beynəlxalq  hüququn  əsas  vəzifəsi  (funksiyası) 

dövlətlərarası münasibətləri tənzimləməkdən ibarətdir; obyektiv mənada 

beynəlxalq  hüququ  (beynəlxalq-hüquqi  tənzimetmə  mexanizminin 

elementlərini) tədqiq etmək və öyrənmək isə beynəlxalq hüquq elminin 

əsas vəzifəsi (funksiyası) sayılır. Beynəlxalq hüquq fənninin əsas vəzifəsi 

iki  məsələni  öyrətməkdən  ibarətdir;  bu  məsələlərdən  biri  obyektiv 

mənada  beynəlxalq  hüquq,  digəri  isə  beynəlxalq  hüquq  elmidir.  Onun 

beynəlxalq  hüquq  elmini  öyrətməsini  başa  düşmək  olar;  bu,  məlum 

məsələdir.  Belə  ki,  obyektiv  mənada  beynəlxalq  hüququ  oxucu 

auditoriyasına (tələbələrə, praktiki işçilərə və s.) dərindən öyrətmək, hər 

şeydən əvvəl, onun beynəlxalq hüquq elminin nəticələri ilə tanış olması 

tələb  edilir;  yalnız  beynəlxalq-hüquqi  elmi  biliklərə  yiyələnməklə 

obyektiv  mənada  beynəlxalq  hüququ  hərtərəfli,  tam  və  əsaslı  surətdə 

bilmək olar. 

95 



Beynəlxalq hüquq (obyektiv mənada) və beynəlxalq qanunvericilik 

mənasında  beynəlxalq  hüquq  tənzimləyir;  beynəlxalq  hüquq  elmi 

öyrənir və tədqiq edir; beynəlxalq hüquq fənni isə öyrədir. 

Beynəlxalq  hüquq  fənni  həm  də  beynəlxalq  qanunvericilik 

mənasında  beynəlxalq  hüquqla  əlaqəlidir.  Bildiyimiz  kimi,  beynəlxalq 

qanunvericiliyin  beynəlxalq  ictimai  həyatda  yaranmış  ayrı-ayrı  hallara 

düzgün  tətbiq  olunmasının  vacib  əhəmiyyəti  vardır.  Buna  görə  də, 

beynəlxalq  hüquq  ixtisası  üzrə  təhsil  alan  tələbələr  beynəlxalq 

qanunvericilik  mənasmda  beynəlxalq  hüququ  öyrənməli,  beynəlxalq 

qanunvericiliyin tətbiq praktikasını bilməli, praktiki işləmək və fəalİ

3

^ət 


göstərmək  vərdişlərinə  malik  olmalıdırlar.  Belə  vərdiş  və  bilikləri 

tələbələr  məhz  beynəlxalq  hüquq  fənninin  köməyi  ilə  əldə  edir, 

beynəlxalq qanunvericiliyin tətbiq praktikası ilə tanış olurlar. 

2.2.2.

 

Beynəlxalq hüquq fənninin sistemi 

Beynəlxalq  hüquq  dərsliyinin  (fənninin)  sistemi  obyektiv  mənada 

beynəlxalq  hüququn  sistemi  ilə  müəyyən  olunur.  Bu  səbəbdən 

beynəlxalq hüquq dərsliyi də iki hissəyə bölünür:' ümumi hissə; xüsusi 

hissə. 

Beynəlxalq  hüquq  dərsliyinin  ümumi  hissəsi  obyektiv  mənada 



beynəlxalq  hüququn,  beynəlxalq  qanunvericilik  mənasında  beynəlxalq 

hüququn  və  beynəlxalq  hüquq  elminin  ümumi  məsələlərini  öyrədir. 

Be)məlxalq  hüququn  (obyektiv  mənada)  sahələrini,  beynəlxalq 

qanunvericiliyi, habelə beynəlxalq hüquq elminin bu barədə biliklərini 

öyrədən bölmə isə beynəlxalq hüquq dərsliyinin xüsusi hissəsi adlanır.^ 

1

 

Международное право. Учебник / Отв. ред. А.А.Ковалев, С.В.Черни- ченко. 

М., 2008, с.31; Международное право. Учебник /Отв. ред. Г.В.Иг- натенко, 

О.И.Тиунов. М., 2009, с.19. 

2

 

İ.İ.Lukaşukun  müəllifliyi  ilə  yazılan  beynəlxalq  hüquq  dərsliyi  iki  hissədən 

ibarətdir:  onun  birinci  hissəsi  ümumi,  digəri  isə  xüsusi  hissə  adlanır  {bax: 

Лукашук  И.И.  Международное  право.  Общая  часть.  Учебник.  М.,  1997; 

Особенная часть. Учебник. М., 1998). 

96 



Hal-hazırda  Rusiya  Federasiyasında  yazılan  beynəlxalq  hüquq 

dərsliklərinin sayı 20-dən çoxdur.' Onların əksəriyyəti məhz ümumi və 

xüsusi  hissələrə  bölünür;^  bəzi  dərsliklərdə  isə  belə  bölgüyə  rast 

gəlmirik.^ 

Beynəlxalq hüquq dərsliyi ayrı-ayn müxtəlif mövzulardan ibarətdir; 

bir-birinə yaxın və oxşar olan eyni predmetli mövzular pa- raqraflarda, 

paraqraflar  da,  öz  növbəsində,  yarımbaşlıq  və  başlıqlarda,  bunlar  isə 

fəsillərdə  birləşir;  onlann  məcmusuna  bütövlükdə  tədris  (dərslik) 

materialı  deyilir.  Ayrı-ayrı  mövzulann  məhz  bu  cür  ardıcıllıqla 

düzlənməsi  və  yerləşməsi  beynəlxalq  hüquq  fənninin  (dərsliyinin) 

sistemi adlanır. 

Obyektiv  mənada beynəlxalq hüququn sistemini  beynəlxalq hüquq 

dərsliyinin sistemi ilə eyniləşdirmək olmaz. Belə ki, beynəlxalq hüquq 

dərsliyinin nəzərdən keçirdiyi və öyrətdiyi elə məsələlər vardır ki, həmin 

məsələlər  obyektiv  mənada  beynəlxalq  hüququn  sistemindən  kənarda 

qalır. Həmin məsələlərə aiddir: 

-

 

beynəlxalq hüququn anlayışı, predmeti və metodu



-

 

beynəlxalq hüququn funksiyalan, sistemi və mənbələri



-

 

beynəlxalq hüququn tarixi və digər məsələlər. 



Buna  görə  də,  «obyektiv  mənada  beynəlxalq  hüququn  sistemi» 

«beynəlxalq hüquq dərsliyinin sistemi» ilə üst-üstə düşmür. Beynəlxalq 

hüquq dərsliyinin sistemi obyektiv mənada beynəlxalq hüququn sistemi 

ilə müəyyən edilsə də, həmin sistemin qurulmasında, əsasən, beynəlxalq 

hüquq elminin sistemi nəzərə almır. 

1

 

Məsələn,  bax:  Мигачев  Ю.М.  Международное  право.  Учебник.  M.,  2004; 

Ушаков  Н.А.  Международное  право.  Учебник.  М.,  2000;  Бирюков  П.Н. 

Международное право. Учебник. М., 2006; Международное право. Учебник 

ОтБ. 


ред. В.Н.Кузнецов. М., 2001; Международное право. Учебник /  Под 

ред. А.И.Микулыпина. М., 2005 və başqalan. 

2

 

Bəzən, «Beynəlxalq müqavilə hüququ» və «Beynəlxalq təşkilatlar hüququ» kimi 

mövzular  beynəlxalq  hüquq  dərsliyinin  xüsusi  hissəsində  deyil,  ümumi 

hissəsində nəzərdən keçirilir (bax: Международное право. Учебник /Отв. ред. 

Ю.М.Колоеов, Э.С.Кривчикова. М., 2000). 

3

 

Məsələn,  bax:  Международное  публичное  право.  Учебник  /  Отв.  ред. 

К.А.Бекяшев.  М.,  2009;  Международное  право.  Учебник  /  Отв.  ред. 

А.А.Ковалев, С.В.Черниченко. М., 2008 və s. 

97 


İSTtFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 

1.

 

Beynəlxalq  hüquq.  Azərbaycan  dilində  /  Məsul  redaktor  və  tərcüməçi  - 

R.F.Məmmədov. Bakı, 2002, 752 s. 

2.

 

Əliyev Ə.İ. Beynəlxalq ümumi hüquq (metodik vəsait). Bakı, 2004,208 s. 

3.

 

Əliyev  Ə.İ.  Müasir  beynəlxalq  hüquqda  insan  hüquqları,  əhali  və  miqrasiya 

problemləri. Dərslik. Bakı, 2007,488 s. 

4.

 

Əsgərov E.Beynəlxalq hüquq. Dərslik. Bakı, 1976 (I fəsil). 

5.

 

Hüseynov L.H.Beynəlxalq hüquq. Dərslik. Bakı, 2008 (I fəsil). 

6.

 

Золотой  фонд  Российской  науки  международного  права.  Том  I  / 

Д.Каченовский.  К>рс  международного  права.  Харьков,  1863;  М.Ка- 

пустин. Международное право. Ярославль, 1873; Н.Коркунов. Лекции по 

международному праву. Санкт-Петербург, 1884, Сопредседатели ред. кол. 

А.Л.Колодкин, В.В.Ершов. М.; Международные отношения, 2007. - 368 с. 

7.

 

Караев  Р.М.  Соотношение  принципов  территориальной  целостности  и 

самоопределения  народов  в  теории  и  практике  международного  права. 

Баку: «Текнур», 2009. - 304 с. 

8.

 

Курс  международного  права:  в  7  т.  Том  1.  Понятие,  предмет  и  система 

международного права /Гл. ред. В.Н.Кудрявцев. М., 1989. 

9.

 

Лукашук  И.И.  Международное  право.  Общая  часть.  Учебник.  М.,  1997 

(гл.1, IV). 

10.

 

Международное право. Учебник / Отв. ред. А.А.Ковалев, С.В.Чер- 

ниченко. М., 2008 (гл.2). 

11.

 

Международное право. Учебник / Отв. ред. В.И.Кузнецов, Б.Т.Туз- 

мухамедов. М., 2007 (гл.П). 

12.

 

Международное право. Учебник / Отв.ред. Г.В.Игнатенко, О.И.Тиу- нов. 

М., 2009 (гл.1). 

13.

 

Международное право. Учебник / Отв. ред. Ю.М.Колосов, Э.С.Крив- 

чикова. М., 2000 (гл. I). 

14.

 

Международное право. Учебник / Под общ. ред. А.Я.Капустина. М.,2008 

(гл.П, III). 

15.

 

Международное публичное право. Учебник/ Отв.ред. К.А.Бекяшев. М., 

2009 (гл.1). 

16.

 

Тимченко Л.Д. Международное право. Учебник. Харьков, 2004 (гл.1). 

17.

 

Шзшилов В.М. Международное право. Учебник. М., 2008 (с.П, 56, 

163-164). 

18.

 

www.eisil.org

 - электронная справочная система по международному 

праву. 

98 


M U N D Ə R I C A T  

ÖN SÖZ ................................  ...  .......................................................................... 3 

I

 

FƏSİL, BEYNƏLXALQ HÜQUQUN ANLAYIŞI VƏ ƏSAS 

XÜSUSİYYƏTLƏRİ 

1.1.

 

Beynəlxalq hüququn anlayışı və predmeti ............................................. 8 

1.1.1.

 

Beynəlxalq hüquq - müstəqil hüquq sistemi kimi ............................... 8 

1.1.2.

 

Beynəlxalq hüquq - dövlətlərarası hüquq kimi .................................. 12 

1.1.3.

 

Beynəlxalq hüququn doktrinal anlayışı .............................................. 18 

1.1.4.

 

Beynəlxalq hüququn nizamasalma predmeti ...................................... 24 

1.2. Beynəlxalq hüququn funicsiyalan, əhəmiyyəti və xüsusiyyətləri30 

1.2.1.

 

Be>Tiəlxalq hüququn fiınksiyalan ........................................................ 30 

1.2.2.

 

Beynəlxalq hüququn əhəmiyyəti ........................................................... 36 

1.2.3.

 

Beynəlxalq hüququn xüsusiyyətləri ...................................................... 39 

1.3.

 

Beynəlxalq hüququn sistemi ................................................................ 43 

1.3.1.

 

Beynəlxalq hüququn sistemi anlayışı .................................................... 43 

1.3.2.

 

Beynəlxalq hüququn ümumi hissəsi ..................................................... 48 

1.3.3.

 

Beynəlxalq hüququn xüsusi hissəsi ....................................................... 54 

1.4.

 

Beynəlxalq hüququn nizamasalma metodu ............................................ 69 

1.4.1.

 

Beynəlxalq hüququn nizamasalma metodu anlayışı .......................... 69 

1.4.2.

 

Beynəlxalq hüququn nizamasalma metodologiyası ............................ 71 

II

 

FƏSİL. BEYNƏLXALQ HÜQUQ - ELMİ MƏNADA VƏ 

TƏDRİS KURSU KİMİ 

2.1.

 

Elmi mənada beynəlxalq hüququn anlayışı, predmeti və sistemi82 

2.1.1.

 

Elmi mənada beynəlxalq hüququn anlayışı........................................ 82 

2.1.2.

 

Beynəlxalq hüquq elminin tədqiqetmə predmeti və əsas 

vəzifələri ................................................................................................. 88 

2.1.3.

 

Beynəbcalq hüquq elminin sistemi ..................................................... 92 

2.2.

 

Tədris kursu mənasında beynəlxalq hüquq - beynəlxalq hüquq 

fənni kimi .................................................................................................. 94 

2.2.1.

 

Beynəlxalq hüquq fənninin anlayışı .................................................... 94 

2.2.2.

 

Beynəlxalq hüquq fənninin sistemi ..................................................... 96 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT. ............................................................... 98 

9 9  


 

© Əliyev Etibar Əli oğlu 

“Beynəlxalq hüquq: 

anlayışı, hüquq doktrinası 

və tədris kursu” 

«Günəş-B» nəşriyyat-poliqrafiya müəssisəsi 

i sentyabr 2016-cı il tarixdə çap edilmişdir. 

Formatı 60x84 1/16. Şərti çap vərəqi 6,25. 

Tirajı 300. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə