I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   2   3   4   5   6   7   8   9   ...   31

ailəsi  başa  düşülür.  Müəyyən  hallarda  hüquq  sistemi  dedikdə  məhz 

hüquq ailəsi başa düşülür.’ 

Hüquq  ailəsi  dedikdə  ayn-ayn  ölkələrin  milli  (dövlətdaxili)  hüquq 

sistemlərinin elə qrupu başa düşülür ki, bu qrupa daxil olan milli hüquq 

sistemləri bir-birinə yaxm olub, ümumi əlamətlərlə xarakterizə olunur. 

Hüquq  ədəbiyyatı  səhifələrində  hüquq  ailəsinin  müxtəlif  tipoioji 

bölgüsünə  rast  gəlinir:  roman-german,  ingilis-amerikan,  skandinaviya, 

indus, müsəlman, slavyan, sosialist və digər qanşıq hüquq ailəsi.^ Lakin, 

ənənəvi olaraq, hüququn mənbələrinin iyerarxiyası (hüququn formalan) 

baxımından,  müasir  dövrdə  dünyada,  əsasən,  iki  hüquq  ailəsi 

fərqləndirilir: 

-

 



rornan-german  hüquq  ailəsi  (bu  ailəyə  kontinental  Avropa 

ölkələrinin,  Türkiyənin  və  digər  ölkələrin  milh  hüquq  sistemləri 

daxildir); 

-

 



ingilis-amerikan və ya ingilis-sakson hüquq ailəsi (bu ailəyə ABŞ, 

İngiltərə,  Kanada,  Avstraliya  və  digər  ölkələrin  milli  hüquq 

sistemləri daxildir). 

1.1.2.

 

Beynəlxalq hüquq - dövlətlərarası hüquq kimi 

Beynəlxalq hüquq daxili (milli) hüquq sistemindən bununla fərqlənir 

ki, o, dövlətlərarası hüquqdur. Hətta hüquq doktrinasında dəfələrlə qeyd 

edilmişdir  ki,  beynəlxalq  hüququ  «dövlətlərarası  hüquq»  adlandırmaq 

daha düzgün olardı. Beynəlxalq hüquqa dair 

1

 

Məsələn,  bax:  Правовые  системы  стран  мира  /  Отв.  ред.  А.Я.Сухарев.  М., 

2001;  Рене  Давид,  Камилла  Жоффре-Спинози.  Основные  правовые 

системы  современности.  М.,  1999;  Марченко  М.Н.  Правовые  системы 

современного мира. М., 2001. 

2

 

Hüquq  ailəsi  barədə  bax:  Юридическая  энциклопедия  /  Под  ред.  М.Ю.Ти- 

хомирова. М., 2005, с.671. 

12 



tədris və monoqrafiya ədəbiyyatı səhifələrində beynəlxalq hüquq düzgün 

olaraq  «dövlətlərarası  hüquq»  kimi  xarakterizə  edilir.  Bunun  bir  neçə 

səbəbi vardır. Birinci səbəb ondan ibarətdir ki, beynəlxalq hüquq, əsasən 

və  başlıca  olaraq,  dövlətlər  tərəfindən  yaradılır  (qeyd  etməliyik  ki, 

dövlətlər  beynəlxalq  hüququn  yeganə  yaradıcısı  deyildir;  o,  digər 

subyektlər  tərəfindən  də  yaradıla  bilər).  Dövlətdaxili  (milli)  hüquq  isə 

səlahiyyətli  dövlət  orqanlannın  hakimiyyət  xarakterli  qərarlan 

nəticəsində formalaşır. Beynəlxalq hüquqa gəldikdə isə, qeyd etməliyik 

ki,  o,  dövlətlərin  öz  iradə  ifadələri  barədə  razılığa  gəlmələri  yolu  ilə 

yaradılır;  bu  yol  beynəlxalq  hüquq  yaradıcılığı  prosesinin  mahiyyətini 

təşkil edir; bu proses isə beynəlxalq sazişlər vasitəsi ilə həyata keçirilir. 

Birmənalı  şəkildə  deməliyik  ki,  beynəlxalq  sazişlər  (müqavilələr) 

beynəlxalq  hüquq  sistemində  hüquq  yaradıcılığının  əsasım  təşkil  edir. 

Buna  görə  də,  beynəlxalq  hüquq  bilavasitə  dövlətlərin  iradəsini  ifadə 

edir.  Bununla  yanaşı  və  bərabər,  qeyd  etməliyik  ki,  beynəlxalq  hüquq 

həm də dövlətlərarası beynəlxalq təşkilatlar tərəfindən yaranır.' 

İkinci,  beynəlxalq  hüquqla,  bir  az  əvvəldə  qeyd  etdiyimiz  kimi, 

dövlətlərarası  münasibətlər  tənzimlənir.  Belə  ki,  beynəlxalq  hüquq 

ayrı-ayn hüquq normalarından ibarətdir; bu normalar, hər şeydən əvvəl 

və başlıca olaraq, dövlətlər arasındakı münasibətləri tənzimləyir.^ Xüsusi 

olaraq  qeyd  etməliyik  ki,  beynəlxalq  hüququn  dövlətlərarası 

münasibətləri  tənzimləməsi  barədə  fikir  sovet  dövrünün  bütün 

dərsliklərində öz təsdiqini tapmışdır.-* Müasir 

1

 

Международное право. Учебник / Отв. ред. Г.В.Игнатенко, О.И.Тиунов. М., 

1998, 

С.6.


 

2

 

Международное право. Учебник / Отв. ред. Г.И.Тункин. М., 1974, с.46- 47; 

Международное право. Учебник / Под ред. Г.И.Тункина. М., 1982, с.44-45. 

3

 

Məsələn, bax: Международное право / Под ред. Ф.И.Кожевникова. М., 1957; 

Лисовский В.И. Международ-ное право. Киев, 1955; Международное право. 

Учебник / Отв. ред. Е.А.Коровин. М., 1951; Международное право. Учебник 

/  Под  ред.  Н.Т.Блатовой.  М.,  1987;  Международное  право  /  Под  ред. 

Г.И.Тункина. М., 1982 və Ь. 

13 



dövrdə  bu  fikir  həm  də  bizim  yaxın  qonşumuz  olan  Rusiya 

Federasiyasında  yazılan  dərsliklərdə  geniş  yayılmışdır.'  Azərbaycanlı 

alim L.H.Hüseynov haqlı olaraq göstərir ki, beynəbcalq hüquq dövlətlər 

arasındakı  münasibətləri  nizama  salmaq  üçündür.^  Qərb  hüquq 

ədəbiyyatı  səhifələrində  də  göstərilir  ki,  beynəlxalq  hüquq  dövlətlərin 

davranışını  (amerikalı  hüquqşünas  R.Vallas),^  onlar  arasındakı 

münasibətləri  qaydaya  salan  normalardan  ibarətdir  (polşalı  professor 

A.Klafkovski,''  ingilis  professoru  C.Obrayen^).  Deməli,  bütün  bunlar 

bizə  belə  bir  fikir  söyləməyə  imkan  verir  ki,  beynəlxalq  hüquq,  hər 

şeydən 


əvvəl, 

ilk 


növbədə, 

dövlətlərarası 

münasibətlərin 

tənzimlənməsinə yönəlmişdir. 

Üçüncü, be)məlxalq hüquq, əsasən və başlıca olaraq, dövlətlərin öz 

səyləri hesabına təmin edilir. Belə ki, beynəlxalq hüquq, məlum olduğu 

kimi, müxtəlif və çoxsaylı hüquq normalanndan ibarətdir; bu normalara 

əməl  olunması  və  riayət  edilməsi  əgər  lazım  gələrsə,  bu  və  ya  digər 

məcburiyyət  tədbiri  vasitəsi  ilə  təmin  edilir;  həmin  tədbirləri  isə 

dövlətlər, habelə dövlətlərarası beynəlxalq təşkilatlar həyata keçirirlər.^ 

Göstərdiyimiz  səbəblərə  görə  bejməlxalq  hüquqa  həm  də 

dövlətlərarası  hüquq  deyilir.  Hətta  bir  sıra  xarici  ölkədə  «beynəlxalq 

hüquq»  termininin  qarşılıqlı  ekvivalenti  və  əvəzi  kimi  işlədilən 

anlayışlarda beynəlxalq hüququn dövlətlərarası hüquq olması öz əksini 

tapır. Məsələn, «beynəlxalq hüquq» terminini ifadə etmək üçün ingiliscə 

«intemational  law»,  fransızca  «droit  intemational»,  ispanca  «gerecho 

intemacional»,  italyanca  «diritto  intemazionale»  və  s.  anlayışlarından 

istifadə olunur; həmin anlayışlarda işlədilən 



1

 

Məsələn,  bax:  Международное  право.  Учебник  /  Отв.  ред.  Е.Т.Усенко, 

Г.Г.Шинкарецкая. М., 2003, с. 17. 

2

 

Hüseynov L.H. Beynəlxalq hüquq. Dərslik. Bakı, 2000, s.6. 

3

 

Wallace R. International Law. London, 2005, p. 1-2. 

4

 

Klafkowski A. Prawo miedzynarodowe publiczne. Warszawa, 1970, c.l8. 

5

 

O’Brien J. intemational Law. London / Sydney, 2001, p.l. 

6

 

Курс международного права. Том 1. M., 1989, с.29; Международное право. 

Учебник  /  Пред.  ред.  кол.  Г.И.Тункин.  М.,  1999,  с.  10;  Международное 

право. Учебник / Под ред. Л.Н.Шестакова. М., 2005, с. 17. 

14 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə