I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   2   3   4   5   6   7   8   9   ...   31

Beynəlxalq  hüququn  dövlətlərarası  hüquq  olması  o  deməkdir  ki, 

beynəlxalq  hüquq  yalnız  ayrıca  və  konkret  dövlətlə  deyil,  dünyada 

mövcud olan bütün dövlətlərlə bağlıdır. Buna görə də, o, aynca dövlətin 

hüququ  kimi  deyil,  dövlətlərarası  hüquq,  yəni  müstəqil  və  suveren 

dövlətlər  arasındakı  münasibətləri  tənzimləyən  hüquq  kimi  çıxış  edir. 

Təsadüfi deyil ki, beynəlxalq hüquq tarixən dövlətlərarası hüquq kimi, 

başqa sözlə, yalnız dövlətlər arasındakı münasibətləri tənzimləyən hüquq 

kimi yaranmışdır. 



1.1.3.

 

Beynəlxalq hüququn doktrinal anlayışı 

Hüquqi  məkanda  beynəlxalq  hüququn  tutduğu  yeri,  habelə 

beynəlxalq  hüququn,  təbiət  etibarilə,  dövlətlərarası  hüquq  olmasım 

müəyyənləşdirdikdən  sonra,  təbii  ki,  biz,  ona  doktrinal  (elmi)  anlayış 

verməliyik. Belə ki, bu, hüquq doktrinasının (elminin) «işi» və vəzifəsi 

sayılır. Beynəlxalq hüquqa dair normativ materiallarda, yəni beynəlxalq 

qanunvericilikdə beynəlxalq hüququn leqal (normativ) anlayışı formulə 

edilmir;  odur  ki,  müvafiq  anlayışı  beynəlxalq  hüquq  doktrinası  (elmi) 

verməlidir. Beynəlxalq hüquqa aid elə bir definisiya formulə edilməlidir 

ki,  bu,  onun  hüquqi  mahiyyətini  və  sosial  təyinatını  (məqsədini) 

müəyyənləşdirə  bilsin.  Bu  zaman,  təbii  ki,  ortaya  belə  bir  sual  çıxır: 

söhbət  hansı  mənada  beynəlxalq  hüquqa  anlayış  verilməsindən  gedir? 

Axı, beynəlxalq hüquq çoxmənalı anlayışdır. O, aşağıda göstərilən dörd 

əsas mənada işlədilir: 

-

 

obyektiv mənada beynəlxalq hüquq



-

 

beynəlxalq qanunvericilik mənasında beynəlxalq hüquq; 



-

 

elmi mənada beynəlxalq hüquq; 



-

 

tədris kursu mənasında beynəlxalq hüquq. 



Obyektiv  mənada  beynəlxalq  hüquqa  ilk  növbədə  anlayış 

verməliyik.  Bir  az  öncə  söhbət  məhz  obyektiv  mənada  beynəlxalq 

hüquqa dair anlayışın formulə edilməsindən gedirdi. 

18 



Hüquq  ədəbiyyatı  səhifələrində  obyektiv  mənada  beynəlxalq 

hüququn çoxsaylı, bir-birindən fərqli və müxtəlif doktrinal (elmi) tərifi 

formulə  olunur.  Həm  inqilabaqədərki  Rusiya  alimləri,  həm  sovet 

dövrünün müəllifləri, həm də tanınmış xarici mütəxəssislər - beynəlxalq 

hüquqşünaslar  tərəfindən  beynəlxalq  hüquqa  cürbəcür  elmi  anlayışlar 

verilir; bu anlayışlann həm üstün, həm də fərqli cəhətləri vardır. Lakin, 

buna baxmayaraq, onlann hamısı obyektiv mənada beynəlxalq hüququn 

mahiyyətinə 

aydınlıq 

gətirilməsi 

baxımından 

əhəmiyyətlidir. 

Müəlliflərdən  K.A.Bekyaşev  alimlər  tərəfindən  beynəlxalq  hüquqa 

verilən anlayışlara ətraflı şəkildə toxunmağa təşəbbüs göstərmişdir.' 

Nəzəri  ədəbiyyatda  obyektiv  mənada  beynəlxalq  hüquqa  «ictimai 

münasibətləri tənzimləyən hüquq normalannın sistemi (məcmusu)» kimi 

anlayış  verilir.  Obyektiv  mənada  beynəlxalq  hüququn  tərifini  formulə 

edərkən, aydın məsələdir ki, həmin anlayışı nəzərə almalıyıq. Buna görə 

də, ilk növbədə, müəyyənləşdirməliyik ki, obyektiv mənada beynəlxalq 

hüquqla  hansı  növ  ictimai  münasibətlər  -  beynəlxalq  münasibətlər 

tənzimlənir. 

Obyektiv  mənada  beynəlxalq  hüquqla,  hər  şeydən  əvvəl,  suveren, 

müstəqil  və  hakimiyyət  daşıyıcısı  olan  dövlətlər  arasında  yaranan 

münasibətlər  tənzimlənir.  Lakin  beynəlxalq  hüquqa  yalnız  dövlətlər 

arasında yaranan münasibətləri tənzimləyən hüquq normalarının sistemi 

kimi anlayış vermək kifayət deyil. Bu, beynəlxalq hüquqa verilən klassik 

(ənənəvi)  anlayışdır.  Belə  ki,  beynəlxalq  hüququn  iki  cür  anlayışı 

fərqləndirilir; bunlardan biri klassik (ənənəvi), digəri isə müasir anlayış 

adlanır. 

Beynəlxalq  hüququn  klassik  (ənənəvi)  anlayışı  hələ  XIX  əsrdə 

formulə edilmişdi; bu anlayışa görə, beynəlxalq hüquq dedikdə dövlətlər 

arasında  münasibətləri  tənzimləyən  hüquq  normalannın  sistemi  başa 

düşülürdü. Beynəlxalq hüquqa dair belə anlayış 

1

 

Международное публичное право. Учебник / Отв. ред. К.А.Бекяшев. М., 

2009, с. 12-19. 

19 



verilməsi  bununla  izah  olunurdu  ki,  o  dövrdə  beynəlxalq  hüququn 

subyekti kimi yalnız suveren və müstəqil dövlətlər tanmırdı; başqa hər 

hansı qurum beynəlxalq hüququn subyekti sayılmırdı. Qeyd etməliyik ki, 

beynəlxalq  hüququn  klassik  (ənənəvi)  anlayışı  öz  aktuallığını  yalnız 

keçən yüzilliyin ortalarına (II Dünya Müharibəsi dövrünə) kimi saxlaya 

bilmişdir.  Belə  ki,  həmin dövrdə  beynəlxalq  hüququn  yeni  subyektləri 

(məsələn,  dövlətlərarası  beynəlxalq  təşkilatlar  və  s.)  yarandı;  bu 

subyektlərlə  dövlətlər,  eləcə  də  onların  özləri  arasında  əmələ  gələn 

müxtəlif  məzmunlu  beynəlxalq  münasibətlər  beynəlxalq  hüquqla 

tənzimlənir.  Əlbəttə,  belə  halda  beynəlxalq  hüququn  klassik  (ənənəvi) 

anlayışı tədricən öz əhəmiyyətini itirməyə başladı. 

Beynəlxalq  hüquqla  təkcə  dövlətlər  arasmda  yaranan  beynəlxalq 

münasibətlər  tənzimlənmir;  onun  köməyi  və  vasitəsi  ilə  həm  də,  eyni 

zamanda, hakimiyyət (dövlət) xarakterli digər beynəlxalq münasibətlər 

nizamlanır  və  qaydaya  salınır  ki,  həmin  münasibətlər  dövlətlərarası 

beynəlxalq təşkilatların, öz dövlətini yaratmaq uğrunda mübarizə aparan 

millətlərin, habelə dövlətəbənzər (döv- lətəoxşar) qurumların (məsələn, 

Vatikan)  iştirakı  ilə  yaranır.  Nəzərə  almaq  lazımdır  ki,  suveren  və 

müstəqil dövlətlər arasında yaranan münasibətlər də hakimiyyət (dövlət) 

xarakterli beynəlxalq münasibətlərdir. 

Beləliklə,  beynəlxalq  hüquqla  həm  suveren  və  müstəqil  dövlətlər 

arasmda  yaranan,  həm  də  hakimiyyət  xarakterli  digər  beynəlxalq 

münasibətlər  tənzimlənir.  Klassik  (ənənəvi)  anlayışdan  fərqli  olaraq, 

beynəlxalq  hüququn  müasir  anlayışına  görə,  beynəlxalq  hüquq,  hər 

şeydən  əvvəl  və  başlıca  olaraq,  dövlətlər  arasmda  yaranan  beynəlxalq 

münasibətləri tənzimləyir; lakin onlar bejməlxalq hüquqla tənzimlənən 

yeganə  münasibətlər  deyildir;  beynəlxalq  hüquqla  dövlətlər  arasmda 

yaranan  münasibətlərdən  başqa,  digər  növ  beynəlxalq  münasibətlər  də 

tənzimlənir. 

Digər tərəfdən, biz, müəyyənləşdirməliyik ki, beynəlxalq hüququn 

tənzimlədiyi  hakimiyyət  (dövlət)  xarakterli  beynəlxalq  münasibətlər 

beynəlxalq əməkdaşlığın hansı əsas sahələrində ya- 

20 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə