I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   2   3   4   5   6   7   8   9   10   ...   31

ramr. Hamıya aydın şəkildə məlumdur ki, beynəlxalq əməkdaşlıq, əsasən, 

aşağıdakı  sahələrdə  həyata  keçirilir;  siyasi,  iqtisadi,  elmi-  texniki  və 

mədəni,  ekologiya,  cinayətkarlıqla  mübarizə,  xarici  əlaqələr,  insan 

hüquqlan, habelə kosmos, dəniz və hava məkanından istifadə sahəsində 

və s. 

Nəhayət, biz, həm də müəyyənləşdirməliyik ki, göstərilən sahələrdə 



yaranan  hakimiyyət  (dövlət)  xarakterli  beynəlxalq  münasibətləri 

beynəlxalq  hüquq  hansı  məqsədlə  tənzimləyir.  Qeyd  etməliyik  ki, 

hakimiyyət 

(dövlət) 

xarakterli 

beynəlxalq 

münasibətləri 

beynəlxalq-hüquqi  tənzimetmənin  üç  əsas  məqsədi  vardır.’  Həmin 

məqsədlər bunlardan ibarətdir: 

-

 



beynəlxalq sülhü möhkəmləndirmək

-

 



beynəlxalq təhlükəsizliyi təmin etmək

-

 



beynəlxalq əməkdaşlığı inkişaf etdirmək. 

Hesab edirik ki, yuxarıda şərh olunanlar obyektiv mənada beynəlxalq 

hüquqa lakonik, dolğun, məzmunlu, hərtərəfli və əhatəli doktrinal (elmi) 

anlayış verilməsi üçün kifayətdir. 

Obyektiv  mənada  beynəlxalq  hüquq  dedikdə  dünyada  sülhün 

möhkəmləndirilməsi,  təhlükəsizliyin  təmin  olunması  və  əməkdaşlığın 

inkişaf  etdirilməsi  məqsədilə  siyasi,  iqtisadi,  elmi-texniki  və  mədəni, 

xarici  əlaqələr  (diplomatiya  və  konsulluq),  ekologiya,  cinayətkarlıqla 

mübarizə,  kosmosdan,  dənizdən  və  haha  məkanından  istifadə,  insan 

hüquqlan və digər sahələrdə əmələ gələn hakimiyyət (dövlət) xarakterli, 

hər  şeydən  əvvəl  və  əsasən,  suveren  dövlətlər  arasında  yaranan 

beynəlxalq  münasibətləri  tənzimləyən  hüquq  normalarının sistemi  başa 

düşülür. 

Bu, tərəfimizdən müasir beynəlxalq hüquqa verilən doktrinal (elmi) 

anlayışdır. Zənn edirik ki, bu anlayış reallığa və həqiqətə daha uyğundur. 

Göründüyü kimi, o, beynəlxalq hüququn ənənəvi (klassik) anlayışından 

fərqlənir. 

1

 

Курс  международного  права.  М.,  1972,  с.16-17;  Лукашук  И.И. 

Международное право.. Общая часть. М., 1997, с.1; Международное право. 

Учебник/Отв. ред. Е.Т.Усенко, Г.Г.Шинкарецкая. М., 2003, с.17 У8 Ь. 

21 



Ənənəvi anlayış, bildiyimiz kimi, klassik beynəlxalq hüquqa verilən 

tərifdir. 

Beynəlxalq  hüquq  obyektiv  mənadan  başqa,  həm  də  beynəlxalq 

qanunvericilik  mənasında  işlədilir.  Qanunvericilik  mənasında 

beynəlxalq hüquq dedikdə beynəlxalq-hüquqi aktlann elə məcmusu başa 

düşülür  ki,  həmin  aktlann  köməyi  və  vasitəsilə  hakimiyyət  xarakterli 

beynəlxalq  münasibətlərin,  yəni  beynəlxalq  hüquqla  nizamlanan  və 

qaydaya  salınan  beynəlxalq  münasibətlərin  tənzimlənməsi  həyata 

keçirilir.  Beynəlxalq-hüquqi  aktlar  dedikdə,  hər  şeydən  əvvəl  və  ilk 

növbədə, beynəlxalq müqavilələr başa düşülür. Beynəlxalq müqavilələr 

beynəlxalq  hüquq  normalannı  müəyyənləşdirir  ki,  həmin  normalann 

vasitəsi ilə hakimiyyət xarakterli beynəlxalq münasibətlər tənzimlənir. 

«Beynəlxalq qanunvericilik» terminindən Qərb hüquq ədəbiyyatında 

istifadə  olunur;  bu  termini  hərfi  mənada  deyil,  şərti  anlayış  kimi  başa 

düşmək  lazımdır.  Həmin  tenninlə  bütün  beynəlxalq  müqavilələrin 

məcmusu əhatə olunur. 

Elmi  mənada  beynəlxalq  hüquq  dedikdə  beynəlxalq-hüquqi 

məsələlər (beynəlxalq  hüquq  normalan,  beynəlxalq-hüquqi  aktlar,  yəni 

beynəlxalq  qanunvericilik  aktlan,  hakimiyyət  xarakterli  beynəlxalq 

münasibətlər  və  digər  məsələlər)  barədə  beynəlxalq  hüquq  üzrə 

mütəxəssis 

alimlərin 

irəli 

sürdükləri 



fikirlərin, 

ideyalarm, 

konsepsiyalann,  nəzəriyyələrin,  anlayışlann,  təlimlərin  və  fərziyyələrin 

sistemi başa düşülür. Söhbət beynəlxalq hüquq elmindən gedir; ona çox 

vaxt beynəlxalq hüquq doktrinası da deyilir. 

Hakimiyyət  xarakterli  beynəkalq  münasibətləri  hüquqi  cəhətdən 

tənzimləmək obyektiv mənada beynəlxalq hüququn əsas vəzifəsi sayılır; 

elm  mənasında  beynəlxalq  hüququn  (beynəlxalq  hüquq  elminin)  əsas 

vəzifəsi  isə  hakimiyyət  xarakterli  beynəlxalq  münasibətləri 

beynəlxalq-hüquqi tənzimetmənin qanunauyğunluq- larmı öyrənməkdən 

ibarətdir. 

Nəhayət,  tədris  kursu  mənasında  beynəlxalq  hüquq  dedikdə 

beynəlxalq hüquqa dair tədris fənni başa düşülür. Söhbət beynəlxalq 

22 



hüquq  dərsliyindən  gedir.  Beynəlxalq  hüquq  dərsliyi  isə  oxucu 

auditoriyasına üç əsas və başlıca məsələni öyrədir, onu həmin məsələlər 

barəsində  elmi  biliklərlə  təmin  edir.  Göstərilən  məsələlərə  aiddir: 

obyektiv  mənada  beynəlxalq  hüquq,  qanunvericilik  məna-  smda 

beynəlxalq  hüquq,  elmi  mənada  beynəlxalq  hüquq  (beynəlxalq  hüquq 

elmi). 


Beynəlxalq hüquq dərsliyinin yazılması işinə başlanması  Rusiyada 

inqilabaqədərki  dövrə  təsadüf  edir.'  Sovet  dövründə  bu  iş  xeyli 

genişlənmişdir. Belə ki, XX əsrin ortalarından sonra SSRİ- də,^ sonra isə 

Rusiya  Federasiyasında  3  O-dan  çox  beynəlxalq  hüquq  dərsliyi 

yazılmışdır.^ 

Sovet  dövründə  Azərbaycan  Respublikasında  Ə.Əsgərovun 

müəllifliyi  ilə  1979-cu  ildə  «Beynəlxalq  hüquq»  adlı  dərs  vəsaiti  nəşr 

olunmuşdur.'*  Respublikamız  öz  tarixi  dövlət  müstəqilliyini  bərpa 

etdikdən  sonra  azərbaycanlı  alim  L.Hüseynov  tərəfindən  ilk  dəfə 

beynəlxalq hüquq dərsliyi yazılaraq çap edilmişdir.^ 

Beynəlxalq hüquq dərsliyi Avropa ölkələrində də yazılmışdır. Belə 

ki,  keçən  yüzilliyin  70-80-ci  illərində  bir  sıra  Avropa  ölkəsində 

beynəlxalq  hüquq  dərsliyi  nəşr  olunmuşdur;^  onlar  beynəlxalq  hüquq 

deyil, beynəlxalq ümumi hüquq dərsliyi adlanır. 



1

 

Məsələn, bax: Казанский П.Е.Учебник международного права, публичного и 

гражданского. Одесса, 1902, с.6. 

2

 

Məsələn, bax: Международное право. Учебник / Отв. ред. Е.А.Коровин. М., 

1951;  Международное  право.  М.,  1957;  Международное  право.  Учебник/ 

Отв. ред. Г.И.Тункин. М., 1974; Ме.ждународное право. Учебник / Отв. ред. 

Н.Т.Блатова. М., 1987; Международное право. Учебник. М., 1987 VƏ Ь. 

3

 

Məsələn,  bax:  Международное  право.  Учебник  /  Отв.  ред.  Л.Н.Шестакова. 

М.,  2005;  Международное  право.  Учебник  /  Отв.  ред.  Е.Т.Усенко, 

Г.Г.Шинкарецкая. М., 2003 və s. 

4Əsgərov Ə. Beynəlxalq hüquq. Dərs vəsaiti. Bakı, 1979. 

5

 

Hüseynov L.H. Beynəlxalq hüquq. Dərslik. Bakı, 2000. 

6

 

Məsələn, bax: Manyal of Public International Law / Ed. by M. Sorensen. London, 

1978; Encyclopedia of Public International Law. Vol.7. Amsterdam, 1984. 

23 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə