Lakin, qeyd etmək lazımdır ki, beynəlxalq hüquq dərsliklərinin
hamısında, bir qayda olaraq, həm elm, həm də tədris kursu (fənni)
mənasında beynəlxalq hüquqa geniş yer ayrılmır; müəlliflər be
3
Tiəlxalq
hüquq dərsliklərində yalnız «beynəlxalq hüquq elmi»‘, habelə «tədris
fənni kimi beynəlxalq hüquq»^ terminlərini işlətməklə kifayətlənmişlər.
1.1.4.
Beynəlxalq hüququn nizamasalma predmeti
Beynəlxalq hüquqla hansı növ ictimai münasibətlər tənzimlənirsə,
elə həmin münasibətlər də onun nizamasalma predmetini təşkil edir.
Buna görə də beynəlxalq hüququn nizamasalma predmeti dedikdə onunla
tənzimlənən ictimai münasibətlər qrupu başa düşülür.
Beynəlxalq hüququn nizamasalma predmeti elə bir meyardır ki,
həmin meyar onu dövlətdaxili (milli) hüquqdan fərqləndirməyə imkan
verir. Məlum olduğu kimi, dövlətdaxili (milli) hüququn nizamasalma
predmetini ayrıca, konkret bir dövlətin daxilində yaranan ictimai
münasibətlər təşkil edir. Beynəlxalq hüququn nizamasalma predmeti
rolunda isə bir dövlətin sərhədləri çərçivəsindən kənara çıxan
münasibətlər çıxış edir.
Dövlətin sərhədlərindən kənara çıxan ictimai münasibətlərə,
əvvəllərdə göstərdiyimiz kimi, beynəlxalq münasibətlər deyilir.^ Lakin
beynəlxalq münasibətlərin hamısı beynəlxalq hüququn nizamasalma
predmetinə daxil olmur. Belə ki, beynəlxalq münasibətlər iki yerə
bölünür:
1
Məsələn, bax: Международное право. Учебник / Отв. ред. Ю.М.Колосов,
Э.С.Кривчикова. М., 1999, с. 17.
2
Məsələn, bax: Международное право. Учебник / Отв. ред. Г.В.Игнатенко,
О.И.Тиунов. М., 2009, с. 17.
3
Усенко Е.Т. Теоретические проблемы соотношения международного и
внутригосударственного права // Советский ежегодник международного
права, 1977. М., 1978, с.57-86.
24
-
hakimiyyət xarakterli beynəlxalq münasibətlər;
-
qeyri-hakimiyyət xarakterli be)məlxalq münasibətlər.
Hakimiyyət xarakterli beynəlxalq münasibətlər dedikdə dövlət
hakimiyyəti səlahiyyətinə və funksiyasına malik olan qurumlar arasında
yaranan beynəlxalq münasibətlər başa düşülür. Dövlət hakimiyyəti
səlahiyyətinə və funksiyasına malik olan qurumlar arasında yarandığına
görə onlara həm də, eyni zamanda, haki- miyyətlərarası beynəlxalq
münasibətlər' və ya dövlət xarakterli beynəlxalq münasibətlər^ deyilir.
Beynəlxalq hüququn nizamasalma predmetini də məhz hakimiyyət
xarakterli münasibətlər və ya hakimiyyətlərarası beynəlxalq
münasibətlər, yaxud dövlət xarakterli beynəlxalq münasibətlər təşkil
edir. Bu terminlər - «hakimiyyət xarakterli beynəlxalq münasibətlər»,
«hakimiyyətlərarası beynəlxalq münasibətlər» və «dövlət xarakterli
beynəlxalq münasibətlər» ifadələri terminoloji baxımdan fərqli olsalar
da, məzmunca, tam üst-üstə düşən, sinonim (eynimənalı) anlayışlardu*.
Qeyd etdik ki, göstərilən beynəlxalq münasibətlər dövlət hakimiyyəti
səlahiyyətinə və funksiyasına malik olan qurumlar arasında yaranır. Bəs,
dövlət hakimiyyəti səlahiyyətinə və funksiyasına malik olan qurumlar
dedikdə, biz nə başa düşürük?
Dövlət hakimiyyəti səlahiyyətinə və funksiyasına malik olan
qurumlar dedikdə aşağıdakılar başa düşülür:
-
suveren dövlətlər;
-öz dövlətçiliyi (öz dövlətini yaratmaq) uğrunda mübarizə aparan
xalqlar (millətlər);
-
dövlətəoxşar qurumlar (məsələn, Vatikan);
-
dövlətlərarası beynəlxalq təşkilatlar.
Əgər göstərilən qurumlar siyasi, iqtisadi, elmi-texniki və digər
sahələrdə öz aralarında bu və ya digər münasibətə daxil olarsa.
1
Международное право. Учебник / Отв. ред. Ю.М.Колосов, .Э.С.Кривчи-
кова. М.,
2000, с.8.
2
Международное право. Учебник / Отв. ред. Г.В.Игнатенко, О.И.Тиунов. М.,
2009, С.29.
25
onlar hakimiyyət xarakterli beynəlxalq münasibətlər hesab ediləcəkdir.
Hakimiyyət xarakterli beynəlxalq münasibətlər geniş anlayışdır. Belə ki,
onları bu və ya digər meyara görə müxtəlif növlərə bölmək olar. Məzmun
baxımından hakimiyyət xarakterli beynəlxalq münasibətlərin bir neçə
növü fərqləndirilir; siyasi xarakterli beynəlxalq münasibətlər, beynəlxalq
iqtisadi münasibətlər, beynəlxalq ekoloji münasibətlər, xarici əlaqələr
sahəsində beynəlxaq münasibətlər və s.
Hansı qurumlar arasında yaranmasından asılı olaraq, hakimiyyət
xarakterli beynəlxalq münasibətlərin aşağıdakı növləri vardır:
-
dövlətlər arasındakı beynəlxalq münasibətlər;
-
dövlətlərlə dövlətlərarası beynəlxalq təşkilatlar arasında yaranan
münasibətlər;
-
dövlətlərarası beynəlxalq təşkilatların özləri arasında yaranan
münasibətlər;
-
dövlətlərlə öz dövlətçiliyi uğrunda mübarizə aparan xalqlar
(millətlər) arasında yaranan beynəlxalq münasibətlər;
-
dövlətlərlə dövlətəoxşar qurumlar arasında yaranan beynəlxalq
münasibətlər;
-
dövlətlərarası beynəlxalq təşkilatlarla öz dövlətçiliyi uğrunda
mübarizə aparan xalqlar (millətlər) arasmda yaranan beynəlxalq
münasibətlər və s.
Göstərilən beynəlxalq münasibətlərin hamısı üçün belə bir ümumi
cəhət vardır ki, onlar dövlətlərarası beynəlxalq münasibətlərdir. Başqa
sözlə, hakimiyyət xarakterli beynəlxalq münasibətlərin bütün növləri
dövlətlərarası beynəlxalq münasibət olmaları ilə xarakterizə edilir. Belə
fikir söyləmək üçün kifayət dərəcədə əsaslar vardır. Hər şeydən əvvəl,
qeyd edək ki, iki dövlət bir-biri ilə bu və ya digər sahədə əlaqəyə girərsə,
belə əlaqə döv- lətlərarası beynəlxalq münasibət deməkdir. Bu, aydın
məsələdir. Dövlətlərlə dövlətlərarası beynəlxalq təşkilatlar arasındakı
münasibətlərə gəldikdə, qeyd etməliyik ki, bu münasibətlər də döv-
26
Dostları ilə paylaş: |