I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

lətlərarası  beynəlxalq  münasibətlər  deməkdir.  Ona  görə  ki,  döv- 

lətlərarası  beynəlxalq  təşkilatlan  dövlətlər  yaradırlar;  onların  üzvləri 

ayn-ayrı dövlətlərdən ibarətdir. Buna görə də, dövlətlərarası beynəlxalq 

təşkilatlar  dövlətlərin  birlik  formasıdır.  Məlum  məsələdir  ki,  əgər 

dövlətlər  belə  təşkilatlarla  əlaqəyə  girərsə,  belə  əlaqə  dövlətlərarası 

münasibət deməkdir. 

Dövlətəoxşar  qurumlar  da  dövlətlərə  xas  olan  bir  sıra  əlamətə 

malikdir.  Təbii  ki,  belə  qurumlarla dövlətlər  arasında  yaranan  əlaqələr 

dövlətlərarası beynəlxalq münasibətlər hesab ediləcəkdir. 

Öz  dövlət  müstəqilliyi  uğrunda  mübarizə  aparan  xalq  (millət) 

formalaşmaqda  və  yaranmaqda  olan  dövlət  kimi  hərəkət  edir.  Başqa 

sözlə,  belə  millət  yaranma  prosesində  olan  dövlət  deməkdir.  Aydın 

məsələdir  ki,  onunla  dövlət  arasındakı  əlaqə  də,  faktiki  olaraq, 

dövlətlərarası münasibət kimi tanınmalıdır və tanınır da. 

Dövlətlərarası beynəlxalq münasibətlər iki mənada işlədilir: məhdud 

mənada,  geniş  mənada.  Məhdud  mənada  dövlətlərarası  beynəlxalq 

münasibətlər  yalnız  dövlətlər  arasında  yaranan  münasibətlərə  deyilir. 

Başqa  sözlə,  məhdud  mənada  dövlətlərarası  beynəlxalq  münasibətlər 

dedikdə  suveren  və  müstəqil  dövlətlərin  iştirak  etdikləri  münasibətlər 

başa  düşülür;  belə  münasibətlər  klassik  beynəlxalq  hüququn 

nizamasalma predmetini təşkil edir. 

Geniş  mənada  dövlətlərarası  beynəlxalq  münasibətlər  dedikdə 

suveren dövlətlərin, öz dövlətçiliyi uğrunda mübarizə aparan millətlərin 

(məsələn,  Fələstin  xalqının  və  s.),  dövlətəoxşar  qurumlann  və 

dövlətlərarası  beynəlxalq  təşkilatlann  (məsələn,  Birləşmiş  Millətlər 

Təşkilatının,  Beynəlxalq  Valyuta  Fondunun,  Ümumdünya  Ticarət 

Təşkilatının,  Beynəlxalq Mülki  Aviasiya  Təşkilatının  və  s.)  iştirakı  ilə 

yaranan  münasibətlər  başa  düşülür;  belə  münasibətlər  isə  müasir 

beynəlxalq  hüququn  nizamasalma  predmetini  təşkil  edir.  Müəlliflərin 

əksəriyyəti, məsələn, S.V.Çemiçenko’, İ.İ.Lu- 



1

 

Междзшародное право. Учебник / Отв.ред. А.А.Ковалев, С.В.Черни- ченко. 

М., 2008, с.25. 

27 



kaşuk',  A.Y.Kapustin^,  Q.V.İqnatenko^  və  digərləri  «dövlətlərarası 

beynəlxalq  münasibətləD)  anlayışının  məhdud  və  geniş  mənalarda 

işlədilməsmi  fərqləndirməsələr  də,  belə  hesab  edirlər  ki,  beynəlxalq 

hüququn predmeti rolunda məhz dövlətlərarası beynəlxalq münasibətlər 

çıxış  edir.  Bu  fikri  tamamlayaraq  göstəririk  ki,  müasir  beynəlxalq 

hüququn  nizamasalma  predmetini,  sadəcə  olaraq,  məhdud  mənada 

dövlətlərarası  münasibətlər  deyil,  bütövlükdə  geniş  mənada 

dövlətlərarası  münasibətlər  təşkil  edir.  Tam  əminliklə  hesab  edirik  ki, 

məsələyə belə yanaşma daha dəqiq və əhatəlidir. 

Beynəlxalq  münasibətlərin  digər  növünə,  yəni  qeyri-hakimiyyət 

xarakterli beynəlxalq münasibətlərə gəldikdə isə, qeyd etməliyik ki, belə 

münasibətlər  dövlət  hakimiyyəti  səlahiyyətinə  və  funksiyasına  malik 

olan  qurumlar  arasında  deyil,  ayn-ayn,  müxtəlif  dövlətlərin  fiziki  və 

hüquqi şəxslərinin, dövlətlərin və qeyri- hökumət beynəlxalq təşkilatların 

iştirakı  ilə  yaranır  (məsələn,  iki  dövlətin  hüquqi  şəxsləri  arasında, 

dövlətlə xarici dövlətin hüquqi şəxsləri arasında, dövlətlə qeyri-hökumət 

beynəlxalq təşkilat arasında, dövlətlə xarici ölkənin fiziki şəxsi arasında, 

iki dövlətin fiziki və hüquqi şəxsləri arasında və s.); həmin münasibətlərə 

hüquq  ədəbiyyatı  səhifələrində  qeyri-dövlətlərarası  beynəlxalq 

münasibətlər* və ya qeyri-dövlət xarakterli beynəlxalq münasibətləri də 

deyilir. Beynəlxalq xüsusi (mülki) hüquq elmində isə qeyri- hakimiyyət 

xarakterli  beynəlxalq  münasibətlər  «xarici  elementli  beynəlxalq  mülki 

münasibətlər»  adlanır.®  Göstərilən  anlayışlar  arasında  fərq  yoxdur  və 

onlann hamısı eyni məna ifadə edir. 



1

 

Лукашук И.И. Международное право. Учебник. Общая часть. М., 1997, с. 1. 

2

 

Международное право. Учебник / Под общ. ред. А.Я.Капустина. М., 

2008, 

С.21.

 

3

 

Международное право. Учебник / Отв.ред. Г.В.Игнатенко, О.И.Тиунов. М., 

2009, С.29.

 

4

 

Богуславский М.М. Международное экономическое право. М., 1986, с.5. 

5

 

Международное право. Учебник / Отв.ред. Г.В.Игнатенко, О.И.Тиунов. М., 

2009, с.29. 

6

 

Allahverdiyev S.S. Azərbaycan Respublikasının beynəlxalq xüsusi (mülki) 

hüquq kursu. Dərslik. Bakı, 2007. 

28 



Qeyri-hakimiyyət xarakterli beynəlxalq münasibətlər dövlət- lərarası 

münasibətlər olmadığına görə beynəlxalq hüquqla tənzimlənmir və onun 

nizamasalma predmetinə daxil olmur. Belə ki, beynəlxalq hüquq yalnız 

dövlətlərarası münasibətləri nizama salmaq üçündür. Təsadüfi deyil ki, o, 

tarixən məhz belə münasibətlərin tənzimləyicisi kimi yaranmış və inkişaf 

etmişdir. Nəzərə almaq lazımdır ki, bütün dövrlərdə olduğu kimi, indi də 

beynəlxalq  hüquqdan  ancaq  dövlətlərarası  münasibətlərin  hüquqi 

tənzimlənməsi üçün istifadə olunur. 

Qeyri-hakimiyyət  xarakterli  beynəlxalq  münasibətlərin  hansı 

hüquqla  tənzimlənməsinə  gəldikdə  isə,  qeyd  etməliyik  ki,  həmin 

münasibətlər  beynəlxalq  xüsusi  hüquqla  (International  private  law) 

tənzimlənir;  onun  köməyi  və  vasitəsi  ilə  həmin  münasibətlərin 

iştirakçıları  arasındakı  qarşılıqlı  münasibətlər  qaydaya  salınır. 

Beynəlxalq  hüquq  və  beynəlxalq  xüsusi  hüquq  bir-biri  ilə  sıx  surətdə 

bağlıdır. 

Hakimiyyət  xarakterli  (dövlətlərarası)  beynəlxalq  münasibətlərin 

beynəbcalq  hüquqla,  qeyri-hakimiyyət  xarakterh  (qeyri-dövlətlərarası) 

beynəlxalq 

münasibətlərin 

isə 


beynəlxalq 

xüsusi 


hüquqla 

tənzimlənməsinə baxmayaraq, həmin münasibətlər bir-biri ilə qarşılıqlı 

əlaqəlidirlər.  Lakin,  bir-biri  ilə  nə  qədər  qarşılıqlı  əlaqədə  olsalar  da, 

onlar vahid sistem halında birləşmirlər. Qeyd etməliyik ki, sistem halında 

yalnız  hakimiyyət  xarakterli  (dövlətlərarası)  beynəlxalq  münasibətlər 

birləşir; ona dövlətlərarası münasibətlər sistemi deyilir. «Dövlətlərarası 

münasibətlər sistemi» anlayışı müasir beynəlxalq hüquq elmində ilk dəfə 

olaraq,  sovet  dövrünün  tamnmış  alimi  Q.İ.Tunkin  tərəfindən 

işlədilmişdir.'  Alimin  fikrincə,  dövlət  hakimiyyətinə  malik  olan 

qurumlarm  arasındakı  dövlətlərarası  münasibətlər  müəyyən  bir  sistem 

təşkil  edir.  Bu  sistemdə  iştirak  edən  subyektlərə  gəldikdə  isə,  qeyd 

etməliyik  ki,  dövlətlər,  dövlətlərarası  beynəlxalq  təşkilatlar,  öz  dövlət 

müstəqilliyi uğrunda mübarizə aparan millətlər (xalqlar) və dövlətəoxşar 

qurumlar 



1 Тункин Г.И. Право и сила в международной системе. М., 1983,с.10. 

29 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə