I f ə s I l ümumi MÜDDƏalar



Yüklə 365,67 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix14.02.2018
ölçüsü365,67 Kb.
#27080
1   2   3   4   5   6   7   8   9   ...   12

M a d d ə   9 .

   


Azərbaycan Respublikası   dövlət sərhədinin   keçilməsi

 

Azərbaycan  Respublikasının  dövlət  sərhədindən  keçən  dəmir--yolu,  avtomobil,  dəniz,  çay, 



hava  nəqliyyatı  əlaqəsiz  və  başqa  əlaqələri  sərhəd  qoşunları müvafiq  icra  hakimiyyəti 

orqanının müəyyən etdiyi buraxılış məntəqələrində Azərbaycan Respublikasının qanunvericiliyinə 

və  Azərbaycan  Respublikasının  dövlətlərarası  müqavilələrinə  uyğun  olaraq  həyata  keçirir. 

Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-

buraxılış məntəqələri və gömrük idarələri yaradılır. 

[5]


 

Qeyri hərbi və hərbi dəniz gəmiləri Azərbaycan Respublikasının dövlət sərhədini bu Qanuna, 

Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarına,  habelə  Azərbaycan  Respublikasının 

səlahiyyətli orqanları tərəfindən verilən və “Dəniz gəmiçilərinə bildirişlər”də dərc edilən qaydalara 

müvafiq surətdə keçirlər.

 

Hava  gəmiləri  Azərbaycan  Respublikasının  dövlət  sərhədini  bu  Qanuna,  Habelə  Azərbaycan 



Respublikasının  səlahiyyətli  orqanları  tərəfindən  qəbul  edilən:  və  “Aeronaviqasiya  məlumatları 

məcmuəsi”ndə 

dərc 

edilən 


qayDalara 

uyğun 


olaraq 

xüsusi 


ayrılmış 

hava 


uçuş  dəhlizləri  vasitəsilə  keçirlər.  Hava  dəhlizlərindən  kənarda  Azərbaycan  Respublikası  dövlət 

sərhədinin  üzərindən  uçub  keçməyə  yalnız  Azərbaycan  Respublikasının  səlahiyyətli  orqanlarının 

xüsusi icazəsi ilə yol verilir.

 

M a d d ə   1 0 .



  

Hava gəmilərinin uçması və enməsi,

 

Hava gəmiləri Azərbaycan Respublikasından yola düşərkən beynəlxalq uçuşlar üçün açıq olan, 



sərhəd  qoşunları  nəzarət-buraxılış  məntəqələri  və  gömrük  idarələri  olan  aeroportlardan 

(aerodromlardan)  uçur,  Azərbaycan  Respublikasına  gəldikdən  sonra  həmin  aeroportlara 

(aerodromlara) enirlər. 

[6]


 

Hava  gəmilərinin  uçmasının  və  enməsinin  başqa  qaydasını  yalnız müvafiq  icra  hakimiyyəti 

orqanının müəyyən edir. 

[7]


 

M a d d ə   1 1 .



    

Azərbaycan Respublikası dövlət sərhədinin keçilməsi zamanı nəzarət

 

Azərbaycan  Respublikasının  dövlət  sərhədini  keçən  şəxslər,  nəqliyyat  vasitələri,  yüklər  və 



başqa  əmlak  üzərində  sərhəd  və  gömrük  nəzarəti  həyata  keçirilir. Müvafiq  icra  hakimiyyəti 

orqanı Azərbaycan  Respublikasının  dövlət  sərhədindən  buraxılış  məntəqələrində  sərhəd 

qoşunlarının nəzarət-buraxılış məntəqələrini, gömrük, sanitariya-karantin, baytarlıq, fitosanitariya 

və sənətşünaslıq idarələri  (nəzarətçi qrupları)  yaradır. 

[8]

 

Müvafiq  icra  hakimiyyəti  orqanı Azərbaycan  Respublikasının  dövlət  sərhədindən  buraxılış 



məntəqələrində  sərhəd,  gömrük,  sanitariya-karantin,  baytarlıq  və  fitosanitariya  nəzarətini, 

Azərbaycan  Respublikasından  bədii,  tarixi  və  başqa  mədəni  sərvətlərin  aparılmasına  nəzarəti 

həyata keçirmək üçün lazımi binalar ucaldır, sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrini, 

gömrük  idarələrini  və  şəxslərin,  nəqliyyat  vasitələrinin,  yüklərin  və  başqa  əmlakın  Azərbaycan 

Respublikası dövlət sərhədindən keçməsinə nəzarət edən dikər idarələri yerləşdirmək üçün xidmət 

otaqları ayırır. 

[9]

 

Şəxslərin,  nəqliyyat  vasitələrinin,  yüklərin  və  başqa  əmlakın  Azərbaycan  Respublikasının 



dövlət  sərhədindən  sadələşdirilmiş  qaydada  buraxılışı  məntəqələri  Azərbaycan  Respublikasının 

əlaqədar mərkəzi  icra  hakimiyyəti  orqanlarının təqdimatına  əsasən müvafiq  icra  hakimiyyəti 

orqanının qərarı ilə müəyyən edilir. Sadələşdirilmiş buraxılış qaydası Azərbaycan Respublikasının 

dövlətlərarası müqavilələrinə müvafiq surətdə müəyyən edilir

[10]


 


Şəxslərin,  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən  buraxılış 

qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

[11]

 

Sərhədkeçmə  nəzarəti  həyata  keçirilərkən  “Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası 



avtomatlaşdırılmış  məlumat-axtarış  sistemindən  istifadə  edilir.  Ölkəyə  gələn  və  ölkədən  gedən 

şəxslərin  və  nəqliyyat  vasitələrinin  qeydiyyatı  “Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası 

avtomatlaşdırılmış  məlumat-axtarış  sistemi  vasitəsilə  həyata  keçirilir.  Sərhədkeçmə  yoxlamasının 

nəticələri barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-

axtarış  sisteminə  daxil  edilir.  Sərhədkeçmə  rejimini  pozmuş,  ölkədən  çıxarılmış,  ölkə  ərazisinə 

əvvəllər  müxtəlif  səbəblərdən  buraxılmamış  şəxslər  haqqında  məlumatlar  “Giriş-çıxış  və 

qeydiyyat”  idarələrarası  avtomatlaşdırılmış  məlumat-axtarış  sisteminin  “Sərhədkeçməyə 

məhdudiyyət siyahısı”na daxil edilir. 



[12]

 

M a d d ə   1 2 .  Şəxslərin, 



nəqliyyat 

vasitələrinin 

və 

dikər 

əmlakın 

Azərbaycan 

Respublikasının dövlət;  sərhədindən buraxılması

 

Azərbaycan  Respublikasının  dövlət  sərhədini  keçən  şəxsləri  Azərbaycan  Respublikasına 



gəlmək  və  ya Azərbaycan  Respublikasından  getmək  hüququ  barəsində etibarlı  sənədlər  əsasında 

sərhəd qoşunları buraxır. 

[13]

 

Nəqliyyat  təşkilatlarının  vəzifəli  şəxsləri  və nəqliyyat  vasitələrinin  sahibləri sərhəd 



qoşunları, gömrük  və  ya  digər  aidiyyəti  orqanların nümayəndələrinin  tələbi  ilə  plomblanmış 

vaqonları, avtomobilləri, konteynerləri, gəmi anbarlarını və xaricə gedən dəniz və hava gəmilərinin 

başqa yerlərini və yüklərini açmağa borcludurlar.

 

Plomblanmış  vaqonları,  avtomobilləri,  konteynerləri,  gəmi  anbarlarını  və  nəqliyyat 



vasitələrinin  rəsmiləşdirilmiş  xüsusən  buraxılışı  olan  yüklərin  vurulduğu  başqa  yerlərini  sərhəd 

qoşunları  və ya  digər  aidiyyəti  orqanlar bu  şərtlə  açmırlar  ki,  qablar,  plomblar  və  möhürlər 

zədələnməmiş olsun, habelə bunlarda Azərbaycan Respublikasının dövlət sərhədlərini pozanların 

və ya Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qadağan 

edilmiş əşyaların və materialların gizlədilməsi əlamətləri olmasın. 

[14]


 

Azərbaycan  Respublikasının  dövlətlərarası  müqavilələrinə  uyğun  olaraq  Azərbaycan 

Respublikasının  dövlət  sərhədindən  şəxslərin  nəqliyyat  vasitələrinin,  yüklərin  və  başqa  əmlakın 

buraxılması üçün sadələşdirilmiş qayda qoyula bilər.

 

Şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak, qanunvericiliklə müəyyən edilmiş qaydada 



rəsmiləşdirilmiş  sənədlər  olduqda  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  Azərbaycan 

Respublikasının dövlət sərhədindən buraxılırlar.

 

Azərbaycan  Respublikasının  dövlət  sərhədindən  keçmək  üçün  etibarlı  sənədlərə  malik  olan 



əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  qanunvericilikdə  nəzərdə  tutulmuş  əsaslar  mövcud 

olduqda Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılmaya bilərlər. 

[15]

 

M a d d ə   1 3 .



 

Azərbaycan Respublikasının ərazi sularından dinc məqsədlə keçid

 

Azərbaycan Respublikasının ərazi sularından dinc məramlı keçid Azərbaycan Respublikasının 



daxili  sularına  girmədən  ərazi  sularından  keçmək  və  ya  Azərbaycan  Respublikasının  daxili 

sularına və limanlarına girmək, yaxud buNlardan açıq dənizə çıxmaq məqsədi daşıyır.

 

Xarici qeyri-hərbi gəmilər Azərbaycan Respublikasının ərazi sularından dinc məqsədlə keçmək 



hüququndan  Azərbaycan  Respublika-sının  qanunvericiliyinə  və  Azərbaycan  Respublikasının 

dövlətlər-arası müqavilələrinə müvafiq surətdə istifadə edirlər.

 



Yüklə 365,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə