I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

58 
 
həyat  tərzi,  arzusu  və  sosial  praktikasına  cavab  verməklə  yeni  münasibətlər 
formalaşdıra bilir. Məs., XIX əsrdəki “protestant moizəsini müşayiət edərək onu 
tamamlayan  mədəni  proqramlara”,  bir  sözlə  missionerlərin,  eləcə  də  XX  əsr 
çoxmillətli  korporasiyaların  fəaliyyətinə  yuxarıda  sadalanan  mövqelərdən  çıxış 
edərək yanaşılır. Piter Evans isə sübut edir ki, çoxmillətli korporasiyaların reklam 
kompaniyaları  daha  az  inkişaf  etmiş  ölkələrdə  insanların  öz  aralarındakı  sıx 
münasibətləri  elə  dəyişir  ki,  bu  gələcəkdə  onların  müstəqilliyinə,  öz 
iqtisadiyyatlarının  inkişafına  zərbə  vurur.
58
 Robert  U.Koks  isə  onları  funksional 
nəzəriyyənin  yeni  “qəhrəmanları” kimi  qələmə  verir: o həm  də  bir  sıra  misallar 
əsasında sübut edir ki, nəinki korporasiyalar , eləcə də bəzi həmkarlar ittifaqları 
liderləri  transmilli  iqtisadi  fəaliyyətlə  məşğul  olurlar.  Bir  sıra  həmkarların 
fəaliyyətini  diqqətlə  araşdırdıqdan  sonra,  həmkar  ittifaqları-korporasiya 
“simbiozunun” olduğunu qeyd edir və bu kombinasiyada hakimiyyət həmkarların 
liderlərinə  və  həm  də  korporasiya  rəhbərliyinə  aiddir.  Daha  sonra  həmkarların 
rolunu dünya təsərrüfatında korporativ üstünlüyün kompensasiya edilməsi işində 
millət-dövlətlərin roluna bənzədir. 
59
 
Koks  və  digər  müəlliflər  hesab  edirlər  ki,  transmilli  qarşılıqlı  əlaqələrdə 
millət-dövlətlərin  rolunu  digəri  ilə  əvəz  etmək  çox  çətindir,  buna  baxmayaraq 
onlar sonrakı müvafiq baxışları ilə bunun asan iş olduğunu söyləməyə bizə əsas 
verir.
60
 
Bouer  Bell  qeyd  edir  ki,  baxmayaraq  ki,  xaricdən  TMK-lar  dəstək  ala 
bilərlər,  transmilli  inqilabçılar  hər  hansı  bir  dövlətdə  hakimiyyətə  can  atırlar. 
Kroz və Vernon cütlüyü isə transmilli mübadilənin intensivliyinə qanuni şəkildə 
söykənən  yeni  beynəlxalq  sazişlərin  gərəkliliyindən  söhbət  açırlar.
61
 Robert 
Qlipin  hesab  edir  ki,  hökumətlər  regional  hökumətlərarası  təşkilatlara  əvvəl-axır 
kömək  göstərəcək,  çünki  onlar  qlobal  transmilliləşmədən  qorunmaqda  yardımçı 
                                                           
58
 “Counterhegemonic Globalization: Transnational Social Movements in the Contemporary Global Political 
Economy”  Evans, Peter. 2005 
59
 Производство, власть и мировой порядок» Роберта Кокса  1987 г. 
60
 “Политическая экономия множественного мира” Роберта Кокса 2002 г. 
61
 Phatak, Arvind V.; Managing Multinational Corporations, Praeger Publishers, New York 1974, s. 22 


59 
 
ola  bilər.  Beləliklə,  aydın  olur  ki,  transmilli  cəmiyyətlərin  formalaşdığı  və 
formalaşdırdığı  münasibətlər  vacib  deyil  ki  hamının  qane  düşəcəyi  ümumi 
razılığa və transmilli münasibətlərin sonrakı inkişafına gətirib çıxarsın. 
62
 
Transmilli  münasibətlərin  digər  təsir  variantları  beynəlxalq  plüralizmin 
inkişafıdır,  daha  doğrusu,  öz  fəaliyyətinin  koordinasiya  edilməsi  məqsədilə 
transmilli  təşkilatların  iştirakına şahid  olduğumuz  transmilli  strukturlardakı  milli 
maraqların təsiri ilə yaranan əlaqələrdir. 
          Ümumi  maraqlar  ətrafında  milli  təşkilatları  bir  yerə  cəmləyən  beynəlxalq 
qeyri-hökümət 
təşkilatlarının  sayı  artmaqdadır.  Transmilli  təşkilatların 
yaradılması yeni  milli iştirakçıların ortaya çıxmasına stimul verə bilər ki, bu da 
dövlətlərin  daxili  siyasətlərinin  beynəlmiləlləşməsinə  şərait  yaradacaq.  TMK-lar 
özləri insanların bu təşkilatları öz imkanlarının realizə olunmasının yeganə çıxış 
yolu kimi görməsi və qəbul etməsinə səbəb olan səyahət və nəqliyyatın da daxil 
olduğu cəmiyyət və transmilli kommunikasiyanın getdikcə artan ixtisaslaşmasının 
yekun məhsulu sayılır. Təşkilat miqyasında əlaqələrin yaradılması prosesinin özü 
hökumətin  yeritdiyi  siyasətə  milli  qrupların  təsir  etmə  cəhdlərinin  təşəbbüskarı 
kimi  çıxış  edə  bilər.  Transmilli  münasibətlərə  təsiretmənin  2  variantı  Avropaya 
inteqrasiya proseslərini araşdıran tədqiqatçı-alimlərin irəli sürdükləri ilə oxşardır. 
Belə  ki  “kibernetik  məktəbin”  nəzəriyyəçiləri  münasibətlərin  kütləvi  şəkildə 
dəyişməsinə  səbəb  olan  imzalanan  sazişlərin  təsirinin  altından  dəfələrlə  xətt 
çəkirlər,  qeyri-funksional  yanaşmanın  tərəfdarları  isə  maraq  qrupları  və  elitanın 
rollarını ayırırlar. Hər iki qrupun təmsilçiləri hökumətlərin əl-qolunu bağlayan və 
onların  yürütdüyü  siyasəti  əməkdaşlıq  səviyyəsinə  qaldıra  biləcək  transmilli 
münasibətlərə təsirin bir neçə növlərini müəyyənləşdirməyə çalışıblar. 
Beynəlxalq münasibətlərə digər təsir variantı asılılıq və qarşılıqlı asılılığın 
yaradılmasıdır. İnsan hansısa ölçüdə kommunikasiyanın transmilli şəbəkəsindən, 
transmilli səyahətlərdən asılı haldadır. Hətta totalitar rejimlərdə belə əgər alimlər 
elmi planda geriləmək istəmirlərsə, onlara xarici jurnalları oxumaq və beynəlxalq 
                                                           
62
 “Global Political Economy - Understanding the International Economic Order. “ Gilpin, Robert (2001). Princeton 
University Press. pp. 15–23. 


60 
 
konfranslarda  iştirak  etmək  icazəsi  verilir.  Dövlətlərin  özləri  də  xüsusən  onlara 
gərəkli olanı- əmtəə, xidmətlər, informasiya, idarəçilik metodları, dini legitimliyi 
tədarük  edən  transmilli  təşkilatlardan  asılıdır.  Hökumət  məsələn,  çox  bahalı 
iqtisadi tədbirlər planlaşdırarsa, asılılıq siyasi müstəviyə keçir.  
TMK-lar  doğulduğu  cəmiyyətlərdə  söz  sahibinə  çevrilərək  dövlətlərin 
daxilə yönələn maraqlarını elə formada dəyişə bilər ki, hökumətlərin yeridəcəyi 
iqtisadi siyasət onun özünə baha başa otursun. 
Asılılıq  və  qarşılıqlı  asılılıqların  öhdəsindən  gəlmə  və  bu  məsələnin  həlli 
böyük  dövlətlərin    baş  ağrısına  çevrilib.  Kiçik  və  zəif  dövlətlər  müxtəlif  dövlət 
siyasətlərinin  dəyərini  və  onun  həyata  keçirilməsindən  gələn  faydaları 
qiymətləndirərək,  digər  ölkələrin  mümkün  cavab  gedişlərini  də  hesaba  qataraq 
özləri müstəqil qərar qəbul edə bilər. Güclü dövlətlər həm də onların yürütdüyü 
siyasətin  transmilli  münasibətlərə  nə  kimi  təsiri  olacağını  da  mütləq  nəzərə 
almalıdır.  Transmilli  münasibətlərin  bir  sahəsində  muxtariyyət  digər  böyük 
dövlətlərin cavab tədbirlərinə səbəb ola biləcəyi ehtimalı həmişə real olduğundan 
dövlət  xadimləri  ehtiyatla  siyasət  yürütməlidir.  Beləliklə,  transmilli 
münasibətlərin  hökumət  elitaları  tərəfindən  dərki  –  bir  tərəfdən  asılılıq  və 
qarşılıqlı asılılıq  arasında, digər  tərəfdən də dövlət  siyasəti  arasında  yerləşən ən 
əhəmiyyətli  birləşdirici  həlqədən  ibarətdir
63
.  Transmilli  münasibətlər  prosesi 
gedişatında  dövlətlər  heç  birinin  nəzarət  edə  bilməyəcəyi  qüvvələrdən  asılı 
vəziyyətə  çevrilir.  Bu  asılılıq, hər hansı bir dövlət digər dövlətə qarşı  yeni  təsir 
aləti  fikirləşərsə,  daha  da  güclənir.  Bu  zaman  təqribən  eyni  siyasi  çəkidə  olan 
dövlətlərin  biri  digərinə  qarşı  mübarizədə  üstünlük  əldə  edir.  Dövlətlərin  qeyri-
bərabərliyi  şəraitində  transmilli  münasibətlər    bir  növ  transmilli  şəbəkənin 
mərkəzi sayılan daha güclü dövlətlərə üstünlük qazandıra və ya əksinə onsuz da 
zəif  dövləti  siyasi  arenadan  götürə  bilər.  Hökumətlər  hər  zaman  transmilli 
təsirlərdən  siyasi  nəticələr  əldə  etmək  üçün  istifadə  edib:  turistlərə  casus 
funksiyasının  tapşırılması,  digər  dövlətlərdə  dini  və  etnik  qrupların 
                                                           
63
 Moran, T. H.; Multinational Corporations and and the Politics of Dependence, Princeton University Press, 
Princeton 1974. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə