36
Hər il minlərlə qadın uşaq doğumu səbəbindən və ya hamiləlik müddətində ölür.
Bu ölümlərin 99%-i inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə baş verir.
Daha çox 15 və 49 yaş arasında olan qadınlarda daha çox ölüm halları müşahidə
olunur. Avropa və Mərkəzi Asiya ölkələrində ana ölümünün qarşısının
alınmasında yüksək inkişaf var.
6. Malyariya, QİÇS və digər xəstəliklərlə mübarizə
2008-ci il məlumatlarına əsasən 33,4 milyon insan QİÇS daşıyıcısıdır. Hər 8 il
ərzində dünyada iki milyon QİÇS daşıyıcısı ölür. Malyariyanın 90%-i Sub-Saxara
Afrikasında yayılır. 90% malyariya ölümü bu regionda, daha çox yaşı 5-dən aşağı
olan uşaqlar arasında baş verir.
7. Ətraf mühitin mühafizəsi
İnkişaf etmiş ölkələrdə sanitariyanın səviyyəsi 1990-cı ildə 43%-dən, 2008-ci ildə
54%-ə qalxmışdır.
8. İnkişaf məqsədilə qlobal əməkdaşlığı artırmaq
Bu məqsədlə beynəlxalq maliyyə qurumları ətrafında sıx birləşmək lazımdır.
İnkişaf etmiş ölkələr dünyada bu problemlərin aradan qaldırılması məqsədilə
maliyyə qurumlarının büdcəsinə külli miqdarda pul vəsaiti yatırmalıdır.
Müasir dövrdə beynəlxalq maliyyə təşkilatları dövlətlərin sosial-iqtisadi
fəaliyyət sahələrinin formalaşmasında mühüm rol oynayırlar. Hal-hazırda Dünya
Bankı inkişaf etməkdə olan ölkələrdə demək olar ki, bütün sahələrdə 1800-ə
yaxın layihəni maliyyələşdirir. Maliyyələşdirilən layihələr müxtəlif sahələrə
aiddir: mikrokredit sisteminin inkişafından başlayaraq, AİDS problemi haqqında
məlumatların əhaliyə çatdırılmasınadək. Bura həmçinin, qız uşaqlarının təhsilə
cəlb olunması,səhiyyə sahəsində xidmətin keyfiyyətinin artırılması və s. aiddir.
Son zamanlar Dünya Bankının fəaliyyət prioritetləri əhəmiyyətli dərəcədə
dəyişmişdir. Belə ki, 1980-ci ildə Bankın investisiyalarının 21%-i elektrik enerjisi
sektoruna qoyulmuşdur. Bu gün bu rəqəm 7% təşkil edir. Eyni zamanda ,
səhiyyənin, təhsilin və pensiya təminatının inkişafına yönəldilmiş maliyyə
resursları 22% qədər artmışdır.