43
İqtisadi və maliyyə gücü nəzərə alınaraq transmilli şirkətlərə aşağıdakı
təriflər verilmişdir:
o
Bruck və Leese görə xarici ölkələrdəki istehsalı və işçi heyəti ümumi
istehsalının və işçi heyətinin əsas hissəsini təşkil edən şirkətlərdir.
34
o
McDonald və Parkerə görə xaricdəki sərvətləri ümumi sərvətlərinin
ən az 20%-ni təşkil edən şirkətlərdir.
35
o
Vernona görə, fərqli millətlərdən təşkil olunmuş şirkətlərin ortaq
rəhbərlik strategiyası üçün ortaq mülkiyyət və məsuliyyət məqsədilə
birləşməsindən yaranan şirkətlərdir.
36
Beləliklə, Transmilli korporasiyalar istehsal və ticari-satış fəaliyyəti
dövlətin milli sərhədlərini aşan elə bir korporasiyalardır ki, fəal şəkildə BƏB-in
obyektiv tendensiyalarından yararlanır və dünyanın beynəlmiləlləşməsi prosesini
gücləndirir, bu da əməyin dünyəvi bölgüsündə yeni sxemlərin yaradılmasına
gətirib çıxarır. TMK-lar bu korporasiyaların bazalaşdığı əsasən ölkə kənarlarında
yerləşərək, müxtəlif ölkələrdə ümumi filial və bölmələr şəbəkələrinə malik olan
və bu və ya digər əmtəənin istehsalı və reallaşdırılmasında aparıcı yer tutan
istehsal və xidmətlər kompleksinə malikdir və ya bu korporasiyalar tərəfindən
nəzarət edilir. Xarici ədəbiyyatlarda TMK-ların aşağıdakı əlamətləri ayrılır:
1.
firma buraxılmış məhsulu birdən çox ölkədə reallaşdırır.
2.
onun müəssisə və filialları iki və daha çox ölkədə yerləşir.
3.
onun sahibləri müxtəlif ölkələrin rezidentləri sayılır.
Sadalanan bütün bu əlamətlər TMK-ları istifadə, istehsal və mülkiyyət
sferalarına aid edir. Real olaraq funksionallaşan firmaların sadalanan
əlamətlərdən istənilənə cavab verməsi kifayətdir ki , onlar TMK-lar kateqoriyası
qəbul etsinlər. Bir çox nəhəng kompaniyalar eyni zamanda hər üç əlamətə
malikdirlər. TMK əlamətləri daşıyan firmalar çoxdan yaranıb. Ancaq TMK-ların
34
Tümer, Mehmet; “Çok Uluslu işletmelerde Kültürün Yöneticiler Üzerine Olan Etkileri”, Human Resources,
Ekim-Kasım-Aralık 1998, s. 34.
35
McDonald, John G. – Parker, Hugh; “Creating a Strategy for International Growth”, International Enterprise,
McKinsey Co. Inc., New york 1962, s. 17.
36
Phatak, Arvind V.; Managing Multinational
Corporations, Praeger Publishers, New York 1974, s. 21.
44
formalaşması barədə fərqli fikirlər mövcuddur. İqtisadçılara görə, 15-16-cı əsrlər
TMK-ların yaranması dövrüdür. Bu dövrlərdə, xüsusən İngiltərədəki TMK-lar bu
ölkə ilə müstəmləkələri arasında əmtəə ticarətində vacib rol oynamışlar. İkinci
dünya müharibəsindən sonra ticarətin sərbəstləşməsi nəticəsində TMK-lar
bugünkü vəziyyətlərini almışlar
37
.
Başqa bir mənbədə TMK-ların 19-cu əsrin ortalarında sənaye sahəsində
meydana gəldikləri və ikinci dünya müharibəsindən sonra təşkilati formaya
keçdikləri bildirilir.
38
Kapitalın təmərküzləşməsi şəraitində planetar miqyasda
istehsalın məkan cəhətdən desentralizasiyası inkişaf etməyə başladı.
Nəhəng sənaye firmalarının transmilli fəaliyyətinin ilk mərhələlərində
əvvəlcə, xarici dövlətlərin xammal sahəsinə investisiya yatırdılar, eləcə də həmin
ölkələrdə özlərinin distributiv və satış bölmələrini qurdular. Bu bölmələrin
yaradılması təkcə ona görə deyildi ki , ölkədən kənarda istehsal müəssisələrinin
yaradılmasından öz sərhəddən kənar bölmələrinin qurulması daha az investisiya
tələb edirdi, eləcə də ev müəssisələrinə effektiv güc imkanlarının cəlb olunması
səviyyəsini qorumaq xüsusiyyətlərinə yeni istehsal gücllərinin neqativ təsir
imkanları mövcud idi. Belə təsir xüsusən eyni və zəif differensiyallaşmış
məhsulların istehsalında özünü ən pis tərəfdən göstərirdi. Sərmayə yatırtmaq üçün
bütövlükdə 4 səbəbin olduğu qəbul edilmişdir: təbii sərvətlərə sahib olmaq, yeni
bazarlar əldə etmək, rasionallaşdırma vasitəsi ilə hal-hazırdakı xarici istehsalı
yenidən dirçəltmək və strateji önəm daşıyan mənbələri istifadə edə bilmək. İlk 3
səbəb aktiv dəyərləndirməyə aiddir, sonuncu səbəb isə aktiv inkişafla əlaqəlidir
və şirkətin məqsədi mövcud olan aktivlərə yenilərini əlavə etmək olmalıdır.
39
İlk TMK hollandiyalı “Unique Margarin” ilə ingilis “Lever Brothers”
olmuşdur. Bu iki şirkətin birləşməsindən Unilever meydana gəlmişdir.
37
Chris Adams; Richard Coombes, Global Transfer Pricing:
Principles and Practise,
LexisNexis: UK, 2003, s. 1
38
Paul
Hirst ve Grahame Thompson, “Küreselleşme Gerekli bir mit mi?”, (Çev). Nasuh Uslu, Küreselleşme
Okumaları, (Edit.) Kudret Bülbül, Ankara: Kadim Yayınları, Haziran 2006. s.46
39
Dunning,(Çev).Keskin, s.426