I fəSİL. İDarəetmə UÇotunun nəZƏRİ Əsaslari idarəetmə uçotunun iqtisadi mahiyyəti və vəzifələri



Yüklə 0,92 Mb.
səhifə1/11
tarix14.10.2017
ölçüsü0,92 Mb.
#4713
  1   2   3   4   5   6   7   8   9   10   11


I FƏSİL. İDARƏETMƏ UÇOTUNUN NƏZƏRİ ƏSASLARI
1. İdarəetmə uçotunun iqtisadi mahiyyəti və vəzifələri

Bazar münasibətlərinin inkişafı şəraitində tam təsərrüfat hesablı və maliyyə müstəqilliyi olan müəssisələrin idarə edilməsi prosesi xeyli mürəkkəbləşir.

İdarəetmənin əsas funksiyası – nizamlama (tənzim edilmə) və nəzarətdir. Müəssisələrin istehsal fəaliyyətinin səmərəli idarə edilməsi bütün fəaliyyətlərdə idarə edənlərin informasiya təminatı səviyyəsindən asılıdır.

Müəssisə işinin səmərəliliyi onun rəqabət qabiliyyətli olmasını, real iqtisadi sərbəstliyini təmin edən idarəetmə fəaliyyətindən daha çox asılıdır.

Fəaliyyət növünü, satış bazarını, sərbəst qiymətin əmələ gəlməsini müəssisənin təşkili formaları seçildikcə mühasibat uçotu sisteminin qarşısında duran vəzifələr artır.

Menecerlərə (idarə edən) informasiyalar lazım olur ki, idarəetmə fəaliyyətinə nəzarət və nizamasalmada qərarların qəbul edilməsində onlara kömək olsun. Bunlar satış qiymətləri, istehsala məsrəflər, tələb-təklif onların müəssisəsində istehsal edilən məhsulların rentabelliyi, rəqabət qabiliyyətliliyi və s.-dən ibarətdir. Uçot obyektinin olub olmamasından asılı olmayaraq hər hansı informasiyalar menecer üçün lazımdır. Mühasiblər bütünlükdə müəssisə və onun struktur vahidlərində istehsala məsrəflərin uçotuna, istehsalın faktiki həcminin uçotuna, istehsal proqramının yerinə yetirilməsinin qiymətləndirilməsinə daha çox diqqət yetirirlər.

Müəssisənin informasiya sisteminin əsas hissəsi kimi maliyyə uçotu bütün səviyyələrdə operativ informasiyalarla idarə edənləri təmin etmir və bazar iqtisadiyyatı şəraitində müəssisənin gələcək inkişafının planlaşdırılması və əlaqələndirilməsi üçün informasiyalar doğurmur. Bu şəraitdə mühasibat fəaliyyətinin müstəqil sahəsi kimi idarəetmə uçotunun yaradılması zəruriyyət təşkil edir. İdarəetmə uçotunun qabaqcadan zəruri olmasının müəyyənləşdirilməsi idarəetmənin səmərəlilik prinsipini göstərir.

İdarəetmə uçotunun mühüm vəzifəsi – istehsal prosesinin təkmilləşməsi üzrə optimal idarəetmə qərarlarının qəbul edilməsi üçün lazımi informasiyaları hazırlamaqdan ibarətdir və bununla da idarəetmə prosesinin özünü optimallaşdırmaq olar.

İdarəetmə uçotu tətbiq edildikdə qayda üzrə iki mühüm istiqamət dərindən öyrənilir: tam maya dəyərinin formalaşması və bunun əsasında mənfəətin müəyyən edilməsi; məhdudlaşdırılmış maya dəyərinin formalaşması və bunun əsasında marjinal gəlirin müəyyən edilməsi.

Birinci istiqamət məhsulların maya dəyərinin idarə edilməsini təmin edir və birinci növbədə məsariflərin səviyyəsinə nəzarətə və səmərəli uçotun təmin olunması marağına səbəb olur. İkinci istiqamət idarəetmə qərarlarının hazırlanmasını yüksək səviyyədə təmin edir, nə qədər ki, marjinal gəlir göstəricisi bunun üçün daha çox imkanlar açır (müəssisə daxilində istehsal sahələrinin daha çox səmərəli olmasının müəyyən edilməsi, müəssisənin optimal istehsal proqramının tərtib edilməsi, zərərsizliyin təhlilinin aparılması və s.)

İdarəetmə uçotunun vəzifəsi standart olmayan iqtisadi vəziyyətlərdə qərarların qəbul edilməsi üçün, dövri nəzarət və planlaşdırma məqsədi üçün hesabatların tərtib edilməsidir. Bu hesabatlar daxili istifadəçilər üçün mühasibat informasiyaları ilə tərtib edilir. İnformasiyalar yalnız müəssisənin ümumi maliyyə vəziyyəti haqqında deyil, eyni zamanda bilavasitə istehsal sahəsində olan işlərin vəziyyəti haqqında da olmalıdır.

Müəssisənin idarə edilməsi və uçot prosesi arasında əlaqəli hissə kimi idarəetmə uçotunu müəyyən etmək olar.

Müasir mühasibat idarəetmə uçotu müəssisə fəaliyyətinin idarəetmə funksiyasının (idarəetmə qərarların qəbul edilməsi, məsrəflər və təsərrüfat fəaliyyətinin nəticələri haqqında informasiyaların təhlili, müəssisənin istehsal fəaliyyətinin planlaşdırılması, nəzarət və tənzimlənmə) yerinə yetirilməsi üçün müəssisənin idarəetmə aparatına lazım olan informasiyaların hazırlanması sistemini özündə əks etdirir.

Bütünlükdə müəssisənin istehsal fəaliyyəti və onun ayı-ayrı struktur bölmələri idarəetmə uçotunun predmeti kimi çıxış edir. İdarəetmə uçotunun obyektləri bütünlükdə müəssisənin və onun ayrı-ayrı struktur bölmələrinin xərcləri (cari və əsas), bütün müəssisə və struktur bölmələrinin istehsal-təsərrüfat fəaliyyətinin nəticələri, daxili qiymətəmələgəlmə, nəzərdə tutulan transfer qiymətlərdən istifadə, büdcə planlaşdırılması və daxili hesabatdır.

İdarəetmə uçotunun mühüm funksiyası kalkulyasiyanın müəyyən edilməsidir. İdarəetmə uçotu sistemində hesablamaların yerinə yetirilməsi bazasında bir məsələnin müxtəlif alternativ variantlarını hesablamaq olar və onlardan səmərəli idarəetmə qərarlarının qəbul edilməsində optimal və operativ olanlarını seçmək olar.

Operativ idarəetmə qərarlarının qəbul edilməsi üçün aşağıdakı tələbləri ödəyən təqribi informasiyalardan istifadə etmək olar:

-Ünvanlıq – istehsaldaxili informasiya konkret idarə edənə təqdim edilməlidir.

-Operativlik. Vaxtında düzgün qərar qəbul etmək üçün menecerin sorğusundan sonra, dərhal qısa vaxtda informasiyanı təqdim etmək lazımdır. Əks halda o, idarəetmə məqsədi üçün az əhəmiyyətli ola bilər.

- Kafilik. İdarəetmə qərarlarının qəbul edilməsi üçün lazımi həcmdə informasiya təqdim olunur.

- Analitikliyi. Struktur bölmələrin fəaliyyətinin nəticəsini daha düzgün və dürüst əks etdirmək məqsədilə idarəetmə uçotunun tərkibində informasiya toplanır, qruplaşdırılır, öyrənilir və müəssisənin mənfəət alınmasında iştirakı hissəsi müəyyən edilir.

-Yararlılığı. Tərkibində müəssisənin işinin obyektiv qiymətləndirilməsinə və risk potehsialı sferasına dair informasiyalar menecerin diqqətini cəlb etməlidir.

-Faydalılığı. Əgər idarəetmə üçün onun məlumatları qiymətlidirsə idarəetmə uçotunun aparılması məqsədəuyğundur.

İdarəetmə uçotu müəssisənin idarəedilməsi üzrə qəbul olunmuş qərarların informasiya təminatı üçün nəzərdə tutulmuş və müəssisənin alternativ fəaliyyətdə işləməsi üçün yönəldilmiş təhlilin, uçotun, planlaşmanın birləşdirilmiş forması və metodlarının məcmuunu, informasiya-hesablama sistemini özündə göstərir.

Hər bir idarəetmə qərarı qətidir, lakin onların formalaşması və həyata keçirilməsi prosesi qəbul olunmuş qərarlar dövründə müəyyən edilmiş daxili tələblərə uyğun olmalıdır.

Qəbul olunmuş qərarları həyata keçirmək üçün müəyyən məqsədlər mövcuddur:

-alternativ iş variantının axtarışı;

-alternativ işlərdən optimal variantı seçmək;

-optimal variantın həyata keçirilməsi;

-plan göstəricilərinin və alınan nəticələrin müqayisə edilməsi

-qəbul olunan qərarların səmərəliliyinin kompleks qiymətləndirilməsi;

-istehsal məsrəflərinin uçotu və məhsulların maya dəyrinin kalkulyasiyası, planlaşdırılması, normalaşdırılması, proqnozlaşdırılması;

-məsuliyyət mərkəzləri, seqmentlər, bölmələrin müxtəlif istiqamətləri üzrə xərclərə nəzarət və təhlil;

-təsərrüfat fəaliyyətinin operativ idarə edilməsində istifadə üçün daxili miqdar informasiyalarının təşkili.

Beləliklə müasir şəraitdə idarəetmə bir-birindən asılılıq və qarşılıqlı əlaqə proseslərinin məzmununu özündə əks etdirir. Bu müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə yönəldilir və düzgün idarəetmə qərarlarının çıxarılmasına imkan verir. Bununla da idarəetmə uçotunun əsas məqsədi tamamlanır.

İdarəetmə uçotu – idarəetmə xarakterli fəaliyyətin həyata keçirilməsi – real qərarların qəbul edilməsi, planlaşdırma, nəzarət və mənimsəmə üçün lazımi informasiyaların toplanması üçün nəzərdə tutulmuşdur.

Təcrübədə qəbul olunmuş bu fəaliyyətin optimal variantı müqayisəli qiymətləndirilməlidir və elə seçilməlidir ki, daha çox dərəcədə müəssisənin məqsədinə cavab versin. Əgər məqsəd gələcək daxil olmaların maksimun olması təmiz ödənişdən ibarətdirsə, onda pul vəsaitlərinin daxil olması proqnozunun müqayisə edilməsi yolu ilə fəaliyyətin optimal variantı seçilməlidir.Beləliklə, fəaliyyətin hər bir variantına dair təmiz pul daxil olmalarının artımının təhlili metodları tətbiq edilməlidir.

İdarəetmə uçotunda müqayisə metodundan başqa aşağıdakı metodlar tətbiq olunur: riyazi, indeks, iqtisadi təhlilin üsulları, maliyyə uçotunun metodunun elementləri (sənədləşmə, ikili qeyd, hesabların qruplaşdırılması, hesabat) və qəbul olunan qərarların səmərəliliyinin qiymətləndirilməsinin başa çatdırılması .Bununla da gələcək dövr üçün onun məqsədini müəyyənləşdirmək əsasında müəssisınin təsərrüfat fəaliyyətinin ümumi səmərəliliyinin təhlili ilə tamamlanır.

İdarəetmə uçotunun müəssisədə tətbiqi idarəetmə prosesinin təkmilləş-dirilməsi üzrə mühüm vəzifələrin, onlardan biri optimallaşmanın həll edilməsinə imkan verir. İdarəetmə uçotunun tətbiqi nəticəsində onun növləri (istehsalat, idarəetmənin özü, müasir idarəetmə, mütərəqqi idarəetmə) idarəetmə prosesinin optimallaşması vəzifəsinin həlli üçün real imkanlar yaradır. Bura

aşağıdakı vəzifələr daxildir: idarəetmə qərarlarının hazırlanması və qəbul edilməsi, bunun üçün məqsəd müəyyən edilməlidir, ayrı-ayrı işçilərin cavabdehlik səviyyəsinin müəyyən edilməsi, qərarların yerinə yetirilməsinə cari və sonrakı nəzarət, alınmış nəticələrin uçotu, kənarlaşmanın təhlili, cari və sonrakı nəzarətin təkmilləşdirilməsi. Bütün bu vəzifələrin yerinə yetirilməsi müvafiq idarəetmə qərarlarının daha optimal sisteminin tətbiqi və həyata keçirilməsini təmin edir.

İdarəetmə uçotu təşkil edildikdə, qayda üzrə aşağıdakı mühüm vəzifələr həll edilir:

-tam maya dəyəri formalaşdırılır və onun əsasında mənfəət müəyyən edilir – səmərəli uçotun aparılması və məsrəf səviyyəsinə nəzarət təmin olunur;

-təsərrüfat fəaliyyətinin operativ idarə olunmasında istifadə üçün daxili kəmiyyət informasiyalarının formalaşması, fəaliyyətə nəzarət və işçilərin stimullaşdıılması,

-müəssisə daxili smetanın (büdcənin) iclasına nəzarət

-informasiyalarla qəbul olunmuş qərarlar üçün lazımi idarəetmənin bütün səviyyələrinin təminatı.

Beləliklə, idarəetmə uçotu istehsal fəaliyyətinin idarə edilməsi qarşısında qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə, idarəetmə prosesinin təkmilləşdirilməsi üzrə əsaslı surətdə qəbul edilmiş optimal qərarların işlənilməsi üçün daxili istifadəçilərin məlumatlar və göstəricilərlə təminatına kömək edir.

2. İdarəetmə uçotunun obyektləri və metodları
İdarəetmə uçotunun obyektləri bütünlükdə müəssisənin və onun ayrı struktur bölmələrinin məsrəfləri, bütün müəssisənin və struktur bölmələrinin istehsal təsərrüfat fəaliyyətinin nəticələri, daxili qiymətin əmələ gəlməsi, büdcənin təşkili və daxili hesabatdır.

Müəssisənin informasiya sistemində idarəetmə uçotunun obyektləri müxtəlif üsullarla əks etdirilir ki, bu da idarəetmə uçotunun metodları adlanır. Bu aşağıdakı elementlərdən ibarətdir: sənədləşmə, inventarizasiya, qiymət, qruplaşdırma və ümumiləşdirmə, nəzarət edici hesablar, normalaşdırma, planlaşdırma və limitləmə, təhlil və nəzarət.



Sənədləşmə - İdarəetmə uçotuna təminat verən ilkin sənədlər və informasiyaların maşın daşıyıcıları ilə müəssisənin istehsal fəaliyyətinin kifayət qədər tam əks etdirilməsidir.

Maliyyə və idarəetmə uçotu üçün ilk uçot, əsas informasiya mənbəyi hesab olunur.



İnventarizasiya – obyektin faktiki vəziyyətinin, eləcə də uçot məlumat-larından kənarlaşmanın uçota alınmamış qiymətlilərin, itkinin, əskik gəlmənin, oğurluqların müəyyən edilməsi üsuludur.

Qruplaşdırma və ümumiləşdirmə - nəzarətedici hesablardan istifadə olunaraq müəyyən əlamətlər üzrə obyekt haqqında informasiyaların toplanmasına

və sistemə salınmasına imkan verir. Qruplaşdırılmış informasiya effekt məqsədilə operativ və strateji qərarların qəbul edilməsi üçün və fəaliyyət nəticələrinin qiymətləndirilməsi üçün istifadə olunur.



Nəzarətedici hesab – bu müəyyən dövr məlumatlarının yekun məbləğləri üzrə yazılış aparılan yekun hesabıdır. Nəzarətedici hesablar sistemi maliyyə və idarəetmə uçotunu əlaqələndirən vasitə kimi çıxış edir və uçot yazılışlarının bütöv və düzgün aparılmasına imkan verir.

Planlaşdırma – bazar şəraitində müəssisə imkanları uyğunluğunun gətirilməsinə yönəldilmiş, arasıkəsilməz dövr prosesidir. Planlaşdırmada gələcək problemlərin həllilə əlaqədar alternativ qərarların seçilməsi metodlarından istifadə olunur.

Normalaşdırma – Elmi əsaslandırılmış optimal norma və normativlər hesablama prosesi olmaqla məsrəflərin məhsula daha məhsuldar çevrilməsi yollarının axtarılmasına və bütün növ ehtiyatların səmərəli istifadəsi təminatına yönəldilir.

Limitləşdirmə - Ehtiyat və məsrəf norması sisteminə əsaslanmaqla material xərclərinə nəzarətin ilk pilləsidir . Limit – bu konkret məhsul buraxılışına uyğun olaraq hər bir istehsal bölməsinin planlaşdırılmış istehsal proqramması və müəyyən olunmuş texnoloji sənədləşmə ilə məhsul vahidinə ehtiyat məsrəf normasıdır. Limitləşdirmə sistemi yalnız materialların buraxılışı limiti haqq-hesabı olmamalıdır, eyni zamanda bu uçot və nəzarət əməliyyatlarından ibarət olmalıdır. Buna görə idarəetmə uçotu sistemində material xərclərinin formalaşmasına imkan verən limitləşdirmədə operativ informasiyalara xüsusi yer verilir.

Təhlil-idarəetmə uçotunun metodunun bu elementinin spesifik xüsusiyyətinə görə təhlil idarəetmə uçotunun bütün qalan elementlərinə praktiki olaraq təsir edir. İqtisadi göstəricilərin ifadəsində bütün müəssisənin eləcə də ayrı-ayrı bölmələrin istehsal fəaliyyəti təhlilə məruz qalır.

Təhlil prosesində müvafiq idarəetmə qərarlarının qəbul edilməsi üçün, müəyyən olunmuş plan tapşırıqlarının yerinə yetirilməsi üzrə bölmələr arasında qarşılıqlı asılılıq və qarşılıqlı əlaqə və istehsalın nəticəsində dəyişməyə səbəb olan səbəblər aşkar edilir.



Nəzarət - əvvəlcədən müəyyən olunmuş tapşırıqların yerinə yetirilməsi üçün müəssisə fəaliyyətinə yönəldilmiş, əmələ gəlmiş kənarlaşmanın aşkar edilməsinə və aradan qaldırılmasına imkan verən planlaşdırma və təhlilin yekun mərhələsidir.

3. İdarəetmə uçotunun təşkili
İdarəetmə uçotunun təşkili bazar münasibətləri sistemində, bütün səviyyələrdə idarəetmə məqsədi üçün uçot informasiyalarının elə quruluşunu tələb edir ki, onlar müvafiq şəkildə hazırlansın və təhlilin müəyyən üsulları əsasında izah etmək mümkün olsun. Bundan başqa rəhbərlik, menecer və istehsalatın təşkilatçıları tərəfindən idarəetmə uçotu təşkil edildikdə yalnız istehsalat
fəaliyyətinin konkret sahələrində yüksək səviyyəli və təcrübəli olanlar deyil eyni zamanda, kənd təsərrüfatı məhsullarının həcmi və nomenklaturası, struktur dəyişikliklərlə əlaqədar, müəssisənin fəaliyyət rejiminin dəyişdirilməsinə, eləcə də iqtisadi proseslərin xarici inkişaf şəraitinə real münasibət vaxtında, adekvat qiymətləndirməyi bacarmalıdır.

İdarəetmə uçotunun aşağıdakı prinsipləri vardır:

-planlaşma, istehsalat- maliyyə fəaliyyətinin təhlili, nəzarət, istehsalatın təşkili və idarəedilməsi ilə qarşılıqlı əlaqəsinin təminatı;

-istehsalın təşkilinin idarə edilməsi üzrə öz vaxtında qəbul edilmiş qərarlar üçün kənd təsərrüfatı istehsalının mütəxəssislərinin, rəhbərlərin lazımi real informasiyalarla təminatı;

-məsuliyyət mərkəzi (qərar qəbul edilməsi hüququ və imkanı olan başçılıq edən məsul şəxslərin (menecerin) fəaliyyət sahəsi);

-investisiya mərkəzi-kapital qoyuluşundan istifadənin səmərəliliyi (bölmə rəhbəri məsrəflərə və investisiya proseslərinin nəticəsinə cavabdehdir);

-qiymətin əmələ gəlməsi və transfert qiymətlər sistemi (həmin sistem müə-sisənin daxili bölmələri arasında təsərrüfat əlaqələrinin müəyyən olunmasını təmin edir);

-məsrəflərin operativ uçotu yəni məsrəflərinin uçotunun faktiki (keçən ilin) məsrəflərinə və cari hesabat dövründə aparılan məsrəflərin uçotuna bölünməsi nəzərdə tutulur;

-məsrəflərin kənd təsərrüfatı məhsullarının, işlərin və xidmətlərin maya dəyərinə daxil edilməsinin əsaslandırılması;

-aktivlərin dəyərcə qiymətləndirilməsi prinsipini düzgün seçmək, o müəssi-sənin uçot siyasətində alternativ olması və rəsmi elan edilməlidir.

İdarəetmə uçotunun təşkilində nəzərə alınan, sadalanan prinsiplər kənd təsər-rüfatı istehsalı prosesinin təkmilləşdirilməsi üzrə optimal qərarların qəbul edilməsinə imkan verir.

İqtisad elmlər doktoru, professor M.Z. Pizenqols idarəetmə uçotunun müx-təlif cür təşkil edilməsini təklif edir:

1)ikili qeydi tətbiq etməklə mühasibat uçotu hesablarında idarəetmə uçotu əməliyyatların məxsusi olaraq əks etdirilmədən (yəni sintetik uçota toxunulmadan);

2)mühasibat uçotunun sintetik hesablarında idarəetmə uçotu əməliyyatlarını ayrı-ayrılıqda əks etdirilməklə (o cümlədən hesabların müxabirləşməsinin müxtəlif variantlarını tətbiq etməklə).

İdarəetmə uçotunun təşkilində ən sadə variant – nə vaxt əməliyyatlar müha-sibat uçotunun sintetik yazılışlarında ümumi sistemdə əks etdirilərkən bu əməliy-yatlar üçün hesabların müxabirləşməsi ayrıca müəyyən edilmir. Nəticədə idarəetmə uçotunun əməliyyatları müvafiq mühasibat hesablarında ( 20№-li “Əsas istehsalat” 23№-li “Köməkçi istehsalat” və s.) əks etdirilir və bu mühasibat hesabları eyni zamanda idarəetmə uçotu hesabları adlanır.

Burada qeyd etmək lazımdır ,idarəetmə uçotunu fərdi hesablar planı əsasında təşkil etmək lazımdır.

Əsas əlamətləri, idarəetmə uçotu sistemi aşağıdakı kimi təsnifləşdirilir:

a) maliyyə və idarəetmə mühasibatlığının əlaqə forması:

-birləşmə;

-muxtariyyət;

b) maya dəyərinə bütövlükdə daxil edilmə;

-tam maya dəyərinin uçotu sistemi;

“direkt-kostinq” sistemi

v) məsrəflərin uçotunun operativliyi:

-məsrəflərin faktiki (keçmiş ilin) uçotu sistemi;

-“standart-kost” sistemi.

Sadalanan sistemlərdən heç biri beynəlxalq təcrübədə düzgün şəkildə tətbiq edilmir. Mürəkkəb bazar şəraitində müəssisələri istiqamətləndirmək üçün müxtəlif informasiyalar lazımdır. Buna görə idarəetmə uçotunun müxtəlif sistemlərinin birləşdirilməsinə nəzarət etmək lazımdır, məsələn, “standart-kost” və “direkt-kostinq “ sisteminin uyğunlaşdırılmasından geniş istifadə olunur. Bununla daimi və dəyişən standartlar , müstəqim və qeyri müstəqim xərclər hazırlanır, məhsulların standart maya dəyəri kalkulyasiya edilir. Uçot isə standart uçot və onlardan kənarlaşma kimi təşkil olunur.

İdarəetmə uçotunun təşkilində məhsulların (işlərin , xidmətlərin) maya dəyərinin kalkulyasiya edilməsinə daha çox diqqət yetirmək lazımdır.

Ənənəvi yerli uçot üçün tam maya dəyəri kalkulyasiya edilir.

Xərcləri məhsulların (işlərin, xidmətlərin) maya dəyərinə düzgün daxil edilməsindən asılı olaraq idarəetmə uçotunu iki əsas sistemə (xərclərin maya dəyərinə tam daxil edilməsi sistemi və hər hansı əlamət üzrə xərclərin maya dəyərinə məhdud şəkildə yarımçıq daxil edilməsi sistemi) ayırmaq olar.

Tam maya dəyəri üzrə uçot aparılarkən ona bütün müəssisə xərcləri, məhsul istehsalı və satışı ilə əlaqədar olan xərclər, onların daimi və dəyişən xərclərə, müstəqim və dolayı xərclərə bölünmədən daxil edilir. Birbaşa məhsula aid edilməyən xərclər, əvvəlcə məsuliyyət mərkəzləri üzrə bölüşdürülür, sonra isə seçilmiş bölüşdürmə bazasına proporsional olaraq məhsulların maya dəyərinə daxil edilir.

Müstəqim xərclər müvafiq sahələrə aid edilir:

1) müstəqim material xərcləri;

2) əmək ödənişi üçün müstəqim xərclər.

Müstəqim material xərcləri istehsalda istifadə olunan əsas materialların faktiki maya dəyərinin özünə daxil edilir.
Materialların istehsala silinməsi yazılışla rəsmiyyətə salınır:

Debet 20 №-li “ Əsas istehsalat” hesabı

Kredit 10 №-li “ Materiallar” hesabı.

Əsas istehsalat işçilərinə hesablanmış əmək haqqına müvafiq hesablanmalara yazılış aparılır:

Debet 20 №-li “ Əsas istehsalat” hesabı

Kredit 70 №-li “ Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar” hesabı,

Kredit 69 №-li “ Sosial təminat və siğorta üzrə hesablaşmalar” hesabı.

Məhsulların tam maya dəyəri hesablanarkən ona dolayı xərclər – qeyri müstəqim xərclər daxil edilir. Bu halda ümumistehsalat və ümumtəsərrüfat xərcləri məhsulun maya dəyərinə daxil edilir. Hesabat dövrü ərzində ümumistehsalat və ümumtəsərrüfat xərcləri 25,26 №-li hesabların debetində toplanır. Hesabat dövrünün axırında belə xərclər müəyyən olunmuş bölüşdürmə bazasına proporsional olaraq konkret məhsul növlərinin maya dəyərinə daxil edilir. Bölüşdürmə bazası ola bilər: əsas istehsalat fəhlələrinin əmək haqqı, müstəqim xərc məbləğləri, əsas materialların dəyəri daxil edilmədən müstəqim xərc məbləğləri, yerin sahəsi və s. Qeyri-müstəqim xərclərin bölüşdürülməsi yazılışla rəsmiyyətə salınır.

Debet – 20 №-li “Əsas istehsalat” hesabı,

Kredit – 25 №-li “Ümumistehsalat xərcləri” hesabı,

Kredit - 26 №-li “Ümumtəsərrüfat xərcləri” hesabı.

Kənd təsərrüfatı məhsullarının (işlərin, xidmətlərin) tam maya dəyərinin kalkulyasiyasından başqa məhdudlaşdırılmış maya dəyərinin uçotu sistemi (“direkt-kostinq”) tətbiq edilir.

Kalkulyasiya edilməyə dair alternativ ənənəvi yerli üsullardan biri nə vaxt təmsil edən xərclər tam olmayaraq, məhdud şəklində maya dəyərinin planlaşdırılması və uçota alınması üsuludur. Onun mahiyyəti ondan ibarətdir ki, maya dəyəri yalnız dəyişən xərclər hissəsində planlaşdırılır və uçota alınır, yəni ancaq dəyişən xərclər təmsil edən xərclər üzrə bölüşdürülür. Xərclərin qalan hissəsi (daimi xərclərin) kalkulyasiyaya daxil edilmir, lakin dövri olaraq hesabat dövrü ərzində maliyyə nəticəsinə silinir. Dəyişən xərclər həmçinin anbarlarda qalan hazır məhsullar, ehtiyatlar və bitməmiş istehsalat kimi qiymətləndirilir.

Bu üsul birinci mərhələdə ancaq müstəqim xərclər maya dəyərinə praktiki olaraq tətbiq olunur, bütün qeyri müstəqim xərc növləri bilavasitə maliyyə nəticəsinə silinir. Buna görə bu sistem “direkt-kostinq” (müstəqim xərclərin uçotu sistemi) adını almışdır. Sonralar belə uçot sistemi nə vaxt maya dəyəri yalnız müstəqim xərclər hissəsində deyil, dəyişən qeyri müstəqim xərclər hissəsində də hesablandıqda “direkt-kostinq” sistemi dəyişdirilmişdir. Deməli, ad bir qədər şərtidir.

Məhdudlaşdırılmış maya dəyərinin uçotunda hesablamalarda ümumistehsalat və ümumtəsərrüafat xərcləri iştirak etmir. Belə xərclər bütünlükdə məhsul növlərinə bölünmədən ümumi məbləğdə satılan məhsulların maya dəyərinə daxil edilir. Belə xərclər hesabat dövrünün axırında bilavasitə məhsul satışından gəlirin azaldılmasına silinir.

Müstəqim istehsal xərcləri 10,70,69 №-li hesabların kreditindən 20 №-li “Əsas istehsalat” hesabının debeti üzrə toplanır. Həmçinin ümumistehsalat xərclərinin dəyişən hissəsi əsas istehsalat xərclərinə daxil edilir.

Debet 20 №-li “Əsas istehsalat” hesabı,

Kredit 25№-li “Ümumistehsalat xərcləri” hesabı.

Ümumistehsalat xərclərinin dəyişən hissəsi, ümumtəsərrüfat və kommersiya xərcləri məbləğləri gəlirlərin azaldılmasına silinir.

Debet 80 №-li “Mənfəət və zərərlər” hesabı,

Kredit 25 №-li “Ümumistehsalat xərcləri”, 26 №-li “Ümumtəsərrüfat xərcləri”, 43 №-li “Kommersiya xərcləri” hesabları.

“Direkt-kostinq” sistemində maliyyə göstəriciləri (marjinal gəlir – ödənmə məbləği və mənfəət) gəlirlər haqqında hesabatda olur.



Marjinal gəlir – bu məhsul satışından əldə olunan gəlirlə dəyişən xərclər üzrə hesablanmış natamam maya dəyəri arasında olan fərqdir. Marjinal gəlirin tərkibinə müəssisənin daimi xərcləri və mənfəət daxil edilir. Marjinal gəlirdən daimi xərclər çıxıldıqdan sonra əməliyyat mənfəət göstəricisi alınır. Beynəlxalq mühasibat standartları sisteminə uyğun olan “direkt-kostinq” sistemi verginin hesablanması və xarici hesabatın tərtibi üşün istifadə olunmur. Lakin bu sistemin praktiki əhəmiyyəti aşağıdakılardan ibarətdir:

1.Ondan istifadə etmək istehsalın həcmi, məsrəflər və gəlirlər arasında qarşılıqlı əlaqəni operativ öyrənməyə, imkan verir, deməli işgüzar aktivlik dəyişdikdə ayrı-ayrı xərc növlərinin yaxud maya dəyərinin hərəkətini proqnozlaşdırmaq olar.

2. Bazar münasibətləri şəraitində rəhbərlik daimi xərclərin həcmindən asılı olmayaraq, ayrı-ayrı məhsul növlərinin istehsalına baş çəkməyi bilməlidir. Buna görə idarəetmə uçotunun prinsiplərindən biri kimi “direkt-kostinq” sistemi həyata keçirilir.

3.Məhsulların qiymətinin aşağı həddi (dəyişən xərclərin səviyyəsinə qədər) müəyyən edilir.

4.Əhəmiyyətli dərəcədə normalaşdırma, planlaşdırma, uçot və nəzarət sadələşir, məsrəflərin miqdarı kəskin dərəcədə ixtisara düşür Nəticədə maya dəyəri daha təhlil edilə bilən olur, ayrı-ayrı xərc maddəsi isə - daha nəzarətedici olur.

5.Qeyri müstəqim xərclərin bölüşdürülməsi üzrə çox zəhmət tələb edən işlər çıxarılır.

6.Müəssisənin möhkəmlik ehtiyatını və zərərsizlik həddini müəyyən etmək imkanı olur.
7. Daimi məsrəflərə nəzarət həyata keçirilir.

Lakin”direkt-kostinq” sisteminin əsas üstünlüyü ondan ibarətdir ki, o idarə olunma xərclərinin mühüm vəzifələrini həll etməyə imkan verir.

“Direkt-kostinq” sisteminin üstünlükləri və yaxşı cəhətləri ilə yanaşı nöqsanları da vardır:

1. Hazır məhsulların və başa çatmamış ehtiyatların maya dəyəri ucuzlaş-dırılmış olur.

2. Mövcud vergi qanunvericiliyinə əsasən lazım olan məhsulların tam maya dəyərinin hesablanması mümkün olmur.

3. Xərclərin daimi və dəyişənə bölünməsində çətinlik yaranır.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə