I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix17.09.2017
ölçüsü0,57 Mb.
#300
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

31 

                                   

  Amerikada    istehlak  edilən  bütün  siqaretlərin  yarısını    psixi  xəstələr    çəkir  və  deprcssiya 

onların    ən  məşhur    problemidir.  Siqaret  çəkənlərin  təxminən    30%-i  bəzi    depressiya  

simptomlarını    göstərir.    Epidemiologic    Catchment    Area  (ECA)  nəticələrinə  görə  major 

depressiyası  olan  qadınların  80%-i  və  kişilərin  təxminən  70%-i  siqaret    çəkməyə  aludədir. 

Siqaret  çəkənlərin  az  olduğu  ictimai  qruplarda,  məsələn  Amerika  Universitet 

məzunlarının(bunların  85-i  %  çəkmir)  siqaret  çəkənləri  xüsusilə  yüksək  bir  nisbəti  

depressivdir. Depressiv  nikotin asılıları, vərdişlərini  tərk etmək üçün  olduqca çox zamana  

ehtiyac  duyurlar.  Qadınların  kişilərə nisbətdə siqarəti çətin  tərgitmələrinin   səbəblərindən 

biri,qadınlarda depressiya  nisbətinin  daha yüksək  olmasıdır (depressiyası olmayan  siqaret  

çəkənlər arasında  hər iki  cinsiyyətdə də tərgitmə eyni nisbətdədir). 

  Nyu -York  Əyaləti  Psixiatriya İnstitutunda aparılan tədqiqatda 16 yaşında gündə bir paket 

siqaret  çəkən sağlam yeniyetmələrdə, panik pozuntuların inkişafi siqaret çəkməyənlərdən  16 

dəfə  çox  olduğu,  həyacan  pozutusunun  inkişafının  isə  5  dəfə  daha  çox  olduğu  müəyyən  

olunmuşdur.    Siqaret  çəkmək,  nəfəs  alıb  verməyi    pozduğu    üçün    panik  atak  riskini  artıra 

,boğulma əlamətlərini  meydana gətirə bilir.

64 


  Başda    şizofreniya  olmaq  üzrə  ciddi   psixi  pozuntusu    olan  xəstələrdə  siqaret  çəkmə  faizi 

çoxdur  və    bu  xəstələr  siqareti    tərgitmək  müalicələrinə    daha  müqavimətlidirlər.  Xüsusilə 

yetkinlərdə  siqaretə  başlama  və  ya  yenidən  başlama  depressiya  ilə  əlaqəli  ola  bilməkdədir. 

Siqaret  və  depressiya  arasındakı  əlaqə  müxtəlif  ehtimallar  təməlində  açıqlanmışdır.  Bu 

ehtimallardan  birində  genetik  uyğunluğun  ola  biləcəyi  qeyd  edilmiş  və  nikotin  asılılığının 

depressiya kimi eyni ailədə davam etdiyi və yüksək nisbətdə irsi olduğu bildirilmişdir.

65

  

Yetkinlər  üzərində  aparılan  tədqiqatlarda,  siqaretə  başlamaları  ilə  stress,  həyacan, 



özünüqiymətləndirmənin aşağı olması və depressiv vəziyyət arasında əlaqə olması aşkar

 

64  



Smoking Increases Depression and Anxiety (psychcentral.com/disorders/depressionresearch.) 

65

Psikiyatride Güncel Yaklaşımlar-Current Approaches in Psychiatry 2014;:284-293(www.cappsy.org) 



 


32 

                                   

  olunmuşdur.

66

  Siqaret  çəkən  yetkinlərin  çəkməyənlərə  görə  daha  həyacanlı  və  daha 



depressiv olduqları müəyənləşdirilmişdir. 

67

 



  Bütün psixi pozuntular  nikotin  asılılığı üçün ciddi bir risk faktorudur. 23393 şəxs üzərində 

aparılan əsaslı  bir araşdırmada  psixi problemləri  olan  şəxslər  arasında  siqaret çəkmənin 

34.3%-i    (fobiyaları  olan)    ilə    59.1%  -i  (şizofreniya  xəstələrində)  arasında  dəyişdiyi  və 

bunun, eyni araşdırmada psixi pozuntusu olmayan şəxslər arasında  müəyyən olunan  18.3 % 

nisbətindən  çox  yüksək olduğu tapılmışdır.  

  Siqaret çəkənlərin 15- 20%- i alkoqol aslılığından əziyyət çəkirlər. Siqaret çəkənlərdə psixi 

pozuntular çəkməyənlərlə müqayisədə daha çoxdur. 

  Sigaret  çəkənlərin 

1

3

depressiya,həyəcan  pozuntuları  və  narkotik  maddə  istifadəçisi 



görülməkdədir.  Sigaret  çəkmə vaxtı və  miqdarı  ilə  yaşanan  problemlər arasında  bir  əlaqə 

vardır.  Problemlər  artdıqca    siqaret    çəkmə,    siqaret    çəkmə  artdıqca    da  psixi  və  fiziki 

problemlər  artmaqdadır.  Siqaret  istifadə  edənlərin,  siqaretin  stress  və  gərginlik  duyğularını 

azaltdığına  bağlı  bir  inancları  var,  əslində  isə  çəkənlərin  stress  səviyyələrinin  çəkməyənlərə 

görə daha yüksək olduğu bilinməkdədir. Şizofreniya xəstələrində siqaret çəkmə faizi olduqca 

yüksəkdir. Şizofreniyalı xəstələrin təxminən  90,1%-i nikotin  asılısıdır. Bu vəziyyətin səbəbi 

qəti olaraq bilinməməklə birlikdə əlaqənin olduqca qarışıq olduğu düşünülməkdədir. Siqaret 

istifadəsi ilə dofaminin ifrazı artır. Bu səbəblə də şizofreniya xəstələrinin siqareti xəstəlikləri 

üçün  bir  dərman  olaraq  istifadə  etdikləri  düşünülə  bilər.  Bununla  yanaşı  siqaret  şizofreniya 

xəstələrinin  istifadə  etdikləri  dərmanlara  təsir  edir,  neyroleptik  plazma  səviyyələrini  azaldır 

ona  görə  lazım  olandan  daha  yüksək  bir  neyroleptik  dozasının  istifadə  edilməsinə  ehtiyac 

yaranır.


68 

  

66



Hughes  JR,  stead  lF,  lancaster  T.  Antidepressants  for  smoking  cessation.  Cochrane  Database  SystRev        2007;1:cD000031.( 

www.korhek.org) 

  

67

 Çam  Çelikel  F,  Erkorkmaz  Ü.  Üniversite öğrencilerinde  depresif  belirtiler  ve umutsuzluk  düzeyleri  ile  ilişkili etmenler. 



Nöropsikiyatri Arşivi Dergisi 2008; 122-129.( www.dusunenadamdergisi.org/). 

68

Reprinted from AusTRAlIANFAmIly Phycıan Vol. 41, No. 5, may 2012. 305 p(www.ilknuryilmaz.com) 



 


33 

                                   

  Avropa  və    Amerikada  aparılan  araşırmalarda  bipolyar  pozuntu  olan  xəstələrdə  siqaret 

çəkmə  faizi  cəmiyyətdən  2-3  qat  çoxdur.

69 

Siqaret  çəkən    bipolyar  pozuntulu  xəstələrdə  



emosional  pozuntu  daha  şiddətli    olur.  Bu  xəstələrdə  xəstəlik  əlamətlərinin  şiddətinin  çox  

olması,    intihar    düşüncəsi    və  cəhdləri,  depresiv  əlamətlərin  kəskin  olması    xarekterikdir.   

Bipolyar    pozuntulu  xəstələrin    siqaret  çəkməsinin  çox  olmasının    səbəbi,  həm  siqaretə 

başlama  ehtimallarının  yüksək,  həm  də  siqareti  tərgidə  bilmək    ehtimallarının    aşağı  

olmasıdır. 

 

  Vilens  və  həmkarları    bipolyar  pozuntusu  olan  insanların  siqaretə  başlama    ehtimallarının  



hər  hansı  bir  psixi  pozuntusu    olmayan    yaşa  uyğun  kontrol  qrupundan  (  22  %-a    qarşı 

4%)yüksək  olduğunu göstərmişdir. 

  Həyatları    boyu  hər  hansı  bir  sıxlıqda  siqaret  istifadə  etmiş  bipolyar    pozuntulu  xəstələr  

arasında siqareti müvəfəqiyyətli şəkildə tərgidənlərin  nisbəti  ümumi  cəmiyyətdən  aşağıdır  

(bipolyar  xəstələrində  8-16% ümumi cəmiyyətdə 33-43%).

70 


 

        2.3.Siqaret asılılığı və depressiya  arasında əlaqə 

  Depressiya ilə nikotin asılılığı arasındakı əlaqə olduqca qarışıq və çox tərəflidir. Depressiya, 

nikotin    asılılığı    üçün    bir    risk  faktorudur.

71 

Aparılan  araşdırmalarda,  major  depressiya  ilə 



siqaret  asılılığı  arasında  əlaqə  olduğu  müəyyən  olunmuşdur.

72 


Həyatının  müəyyən  bir 

dövründə major depressiya keçirmiş şəxslərdə siqaret istifadəsi bu xəstəliyi olmayanlara görə 

olduqca yüksəkdir. Siqaret aludəçilərinin depressiya olma ehtimalı siqaret aludəçisi  

69

Akiskal  HS,  Mallya  G (1987) Criteria  for the ‘soft’ bipolar spectrum: treatment implications. Psychopharmacol Bull, 23: 68-



73,Akiskal    HS,    Pinto    O    (1999)    The    evolving    bipolar    spectrum:  Akiskal    HS,    Pinto    O    (1999)    The    evolving    bipolar  

spectrum: prototypes I, II, III and IV. Psychiatr Clin N Am, 517-534(www.apa.org) 

70 

George TP, Vessicchio JC, Sacco KA, Weinber ontrolled trial of bupropion combined with nico-tine patch for smoking cessation 



in schizo-phrenia. Biol Psychiatry 2008; 1092-1096 p. (psychcentral.com/lib/can-smoking-cause-depression) 

71

Wilhelm  K,  Richmond  R,  Wodak  A.  clinical  aspects  of  nicotine  dependence  and  depression.  med  Today    2000,40–4(/ 



www.bagimlilikdergisi.net)

   


72

.Banham  L,  Gilbody  S.  Smoking  cessation  in  sev-ere  mental  illness:  what  works?  Addiction  2010;  1176-1189  p(www.stop-

tobacco) 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə