55
NƏTİCƏ
Tədqiqat işinin başlıca məqsədi gənc tələbə oğlanlar arasında siqaret çəkmə sıxlığını təyin
etmək və depressiya ilə əlaqəsinin aşkar edilməsidir. Tədqiqata 200 nəfər iştirakçı cəlb
olunmuşdur. Araşdırmaya cəlb olunanlar 18-24 yaş arası oğlanlar təşkil edir. Tədqiqatımızda
tələbələrin 76%-də depressiya baxımından risk altında olduğu müəyyən olunmuşdur. Bu
məlumatlar cəmiyyətin psixi sağlamlığı problemləri arasında ilk sıralarda yer alan depressiya
əlamətlərinin universitet tələbələrində yüksək sıxlıqla müəyyən olmuş olması bu mövzuda
icra ediləcək daha geniş və böyük miqyaslı araşdırmalara ehtiyac olduğunu bildirir. Əldə
edilən məlumatlar çərivəsində təsirli tədbir və monitorinq proqramlarının inkişaf
etdirilməsinə ehtiyac duyulur. Tələbələr arasında siqaret istifadəsinin qarşısının alınması və
psixi problemlərin təsirli bir şəkildə həll olunması üçün universitet məkanında psixi
sağlamlığın qorunmasına və tələbələrin asanlıqla çata biləcəyi mərkəzin yaradılması və bu
mərkəzin funksiyalarının artırılmasında fayda ola bilər. Tütün epidemiyasına qarşı
mübarizədə ən təsirli yol gənclərin siqaretə başlamalarının qarşısını almaqdır. Tədqiqatımızda
tələbələrin 65%-nin universitetdən əvvəl siqaretə başlaması bu tədbirlərin kiçik yaşlardan
görülməsi vacibliyini ortaya qoyur. Ayrıca siqaretə başlamış olan gənclərin çoxu siqareti
tərgitmək istədikləri halda lazımı dəstək və yardımı almamaqdadırlar. Bu mövzuda dəstək
verilməsi üçün lazımlı tənzimləmələr aparılmalıdır. Gənclərin siqaretə qarşı mübarizədə
qorunması və aslılığının inkişafını əngəlləmək üçün universitetlərlə birlikdə orta məktəb
illərində başlayanvə universitet illərində daha da geniş vüsət olaraq davam edən vizual (film,
afişa) və öyrədici tədbirlərin aparılması təhsil proqramların tətbiq olunması mühüm
şərtlərdəndir. Tütün məmulatları içində ən əhəmiyyətli yeri alan və əldə edilməsi ən asan olan
siqaret, digər psixoaktiv maddələrin istifadə edilməyə başlanmasında əhəmiyyətli bir ilk
addım təşkil edir. Tələbələrimizin zərərli vərdişlərdən qorunmasında siqaret ilə mübarizə ən
əhəmiyyətli addım təşkil edir. Tələbələrin çoxu erkən yaşlarda siqaret çəkməyi sınamışlar və
erkən yaşlarda siqaretə başlamışlar. Bu səbəblə siqaret sınaqlarının qarşısını alınacaq
tədbirlərin həyata keçirilməsi mühüm addımlardan biridir. Bu işdə valideynlərin rolu
56
əvəzsizdir. Araşdırmamızda siqaret çəkən valideynləri olanların siqaret çəkmə faizi daha
çoxdur. Bu səbəblə gələcəkdə valdeyin olacaq bu tələbələr üçün siqareti tərgitmələrinin
təmin edəcək tədbirlərin həyata keçirilməsinin nə qədər əhəmiyyətli olduğu görünə bilər.
Tədqiqat zamanı siqaret çəkənlərdə depressiyanı müəyyən etmək,aslılığın dərəcəsini ölçmək,
siqaret çəkməyə təsir edən amilləri müəyyənləşdirmək, siqaret çəkən və çəkməyənlərin sosial
göstəricilərinin dinamikasını sistemli şəkildə öyrəndikdən sonra tövsiyyələrin irəli sürülməsi
nəzərdə tutulmuş və aşağıdakı nəticələrə gəlinmişdir:
Siqaret çəkənlərdə depressiya göstəricisi çəkməyənlərə görə çoxluq təşkil edir;
Siqaret çəkmə müddəti çox olan tələbələrin depressiya göstəricisi daha çoxdur;
Ailədə siqaret istifadəsi gəncləri siqaretdən istifadə etməyinə yönəldir;
Siqaret aslılığının dərəcəsi siqaretə başlama yaşı ilə əlaqəlidir;
Gündəlik çəkilən siqaret miqdarı ilə depressiya arasında əlaqə vardır;
Neçə ildir istifadə etməsindən asılı olaraq siqareti tərgitmək daha çətindir;
Bütün bunları nəzərə alaraq biz aşağıdakı tövsiyələri verə bilərik:
Siqaretin zərərlərindən qorunmaq üçün ən təsirli yol siqaretdən istifadə etməməkdir
.
Siqareti bir dəfə təcrübəsində sınayan insanda siqaret aslılığın meydana gəlməsi ehtimalı artır.
Şəxsin fərdi xüsusiyyətləri və yaşadıqları, sosial ətraf siqaret vərdişinin qazanılmasında
dəstəkləyici ya da önləyici bir mühit meydana gətirir;
Tütün istifadəsinə qarşı yönələn vasitələrə maliyyə siyasətləri tətbiq etmək və qiymətlərdə
daha sürətli artan vergi sistemi, artırılan vergilərdən əldə edilən pulların bir
qisimini tütün
istifadəsinin qarşısını almaq məqsədi ilə sağlamlığı qorumağa yönəlmiş sosial fəaliyyət
tədbirləri;
Ali təhsil ocaqlarında, məktəblərdə təhsil proqramı çərçivəsində tələbə, şagirdlərə siqaret
çəkmənin səbəbləri, zərərləri və nəticələri izah
edilməlidir;
Tütün istifadə edilməsinə maneə törədəcək təhsil proqramı tədris planına daxil olunmalı və
tətbiq olunub olunmadığına nəzarət edilməlidir;
57
Orta və ali məktəblərdə mütəmadi olaraq maarifləndirici psixoloji treninq və seminarların
təşkili;
58
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
1.Azərbaycan Respublikasının 2011-2015-ci illər üçün Tütünlə mübarizə üzrə milli
strategiya, Bakı; 2010,8-9 s
2.Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin“TÜTÜNƏ QARŞI MÜBARİZƏ
HAQQINDA”Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə konvensiyasına Uyğunluğunun
Müqayisəli Təhlili.Bakı;2015, 4-6 s.
3.Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi.Bakı;2009 ,7-10 s.
4.Həsənov Ə .Pataloji Anatomiya. Bakı ;2007,396 s
5.Qədirov Ə.Yaş psixologiyası. Bakı; 2008,341-345 s
6. Qəniyev M. Farmakologiya I hissə. Bakı ;2010, 199-206 s
7. Ismayılov N.V Psixiatriya.Bakı; 2013, 240 s
8.Tütünçəkmədən imtina etmə üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi.Bakı;2012, 6-12 s(www.isim.az)
9.Alikasifoglu M, Erginoz E,Ercan.Cigarette smoking amongturkish high school students. J
Adolesc Health. 2002; 7-8 s(www.ncbi.nlm.nih.gov/pubmed)
10.Boztaş G, Aslan D, Bilir N. Çevresel Sigara Dumanından Etkilenim ve Çocuklar. STED.
2006; 75-78 s(www.tapdk.gov.tr)
11. Bostanci M, Ozdel O, Oguzhanoglu NK, Ozdel L,Ergin A, Ergin N at al. Depressive
symptomatology among university students , Turkey: prevalence and sociodemographic
correlates. Croat Med J. 2005; 96–100 s (www.jad-journal.com)
12.Bilir N. Ve arkadaşları; Avrupa Tütün Kontrol Raporu 2007 ,WHO Türkiye Ofisi,
December 2007(www.dusunenadamdergisi.org/.)
13.Çilli AS, Kaya N. Üniversite öğrencilerinde nikotin bağımlılığının psikiyatri bozukluklarla
birlikteliği. Türk Psikiyatri Dergisi.2003; 42-49 s( dergipark.ulakbim.gov.tr)